Regional Gender Mərkəzi

Regional Gender Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Gender Mərkəzi, Agdam.

Gender sahəsində tədqiqat işləri aparmaq,
Regionlarda gender mədəniyyətini inkişaf etdirmək,
Vətəndaşlar arasında maarifləndirmə işi aparmaq və onların bu sahədə hüquqi billiklərinin artırılmasına kömək etmək

Hər birimiz Azərbaycanın ordusu ilə fəxr edirik, hər zaman ordumuzun yanındayıq.
09/11/2025

Hər birimiz Azərbaycanın ordusu ilə fəxr edirik, hər zaman ordumuzun yanındayıq.

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı paylaşım edib. , , , , , , ...

9 Noyabr - Dövlət Bayrağı Günüdür.2020-ci ildə Azərbaycan orduda xüsusi təyinatlıların sayı təxminən 2000 nəfər olduğu h...
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günüdür.
2020-ci ildə Azərbaycan orduda xüsusi təyinatlıların sayı təxminən 2000 nəfər olduğu halda, 2025-ci il təkcə paradda 4000 XTQ üzvü iştirak edirdi. Hansı ki, bu say həmin qüvvələrin indiki sayının yalnızca kiçik bir hissəsidir.
Yaşasın Azərbaycan ordusu!

30.10.2025. "Böyük Qayıdış" proqramı çərçivəsində ,Zəfər Gününün 5-ci ildönümünə  həsr olunmuş " Böyük Qayıdışa Aparan Y...
30/10/2025

30.10.2025. "Böyük Qayıdış" proqramı çərçivəsində ,Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş " Böyük Qayıdışa Aparan Yollar" adlı fotosərgidə iştirak etdik.Sərgi Vətən müharibəsindəki qətiyyətli Qələbəmizdən sonra Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin əhəmiyyətli anlarını və bu yolda atılan addımları əks etdirən unikal fotolardan ibarət idi. Dəvətə görə təşkilatçılada təşəkkür edirəm

17/10/2025

📢 AMQF-dən xəbər var

🇦🇿 Azərbaycan Milli QHT Forumu öz sıralarını genişləndirməyə davam edir

Regional Gender Mərkəzi İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv olmaq üçün müraciət edib. İdarə Heyətinin qərarına əsasən, Birlik Azərbaycan Milli QHT Forumuna yeni üzv kimi qəbul olunub və təşkilatın sədri Şərqiyə Dadaşovaya üzvlük vəsiqəsi təqdim edilib.

AMQF ailəsinə yeni qoşulan təşkilatı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

📍 Birlikdə daha böyük uğurlara doğru!

27/08/2025

QHT.AZ

08/08/2025

Ağcabədi rayonu.Bayraq Muzeyi
Press reliz 8
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.
08.08.2025- ci il tarixində Ağcabədii rayonunda Bayraq muzeyində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirıldi . Tədbirə başlamazdan öncə “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri mərhum Telman Dadaşovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sonra layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.
Psixoloq N.Vəliməmmədova nümunəvi valideynlikdən ,uşaqların Fiziki inkişafından, Sağlamlıq və təhlükəsizliyindən ,erkən yaş dövründə təhsilin əhəmiyyətindən ətraflı danışdı. Bildirdi ki,3 yaşa qədər uşağın beyninin böyüməsi və inkişafı üçün bəsləyici qayğının kompanentləri vacibdir(Sağlamlıq,Qidalanma,Təhlükəsizlik, Həssss qayğı və Erkən öyrənmə)
Ekspert S.Məmmədova Valideynlərlə azyaşlı uşaqlar arasında pozitiv qarşılıqlı münasibətin əsas prinsiplərindən -uşağa sevginin verilməsindən ,uşaqla ünsiyyət qurmadan,uşağa uyğunlaşmaqdanUşağın bacarıqlarını tərifləmək və qiymətləndirməkdən danışdı. Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı.
Ş. Dadaşova Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynova, RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Möhsümova ,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva,Bayraq Muzeyinin rəhbərliyinə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan M.Sədaqət, Q.Şəlalə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 25 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi


Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gende...
25/07/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.
18.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu”layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf" mövzusunda dəyirmi masa keçirıldi . Tədbirdə Regional Gender Mərkəzinin sədri , layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Səadət Məmmədova, Psixoloq Nəsimə Vəliməmmədova və valideynlər iştirak etdilər.Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, “məqsədimiz maarifləndirmə tədbirləri vasitəsilə valideyn uşaq münasibətlərində müsbət dəyişikliklərə nail olmaq və Nümunəvi Valideynlik İnstitutunu təşviq etməkdir.”
Ekspert S.Məmmədova erkən uşaqlıq dövrü haqda ətraflı məlumat verdi və Erkən yaşların bu qədər həlledici olmasının bəzi səbəblərini açıqladı. Bildirdi ki,”Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür”
Psixoloq N.Vəliməmmədova valideyn –uşaq münasibətlərindən, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti ,valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas prinsipləri ilə bağlı ətraflı məlumat verdi.
Sonra Valideyn –uşaq münasibətləri və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 23 nəfər valideyn iştirak etdi.

Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Press reliz 3Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 3
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davamm etdirir.
21.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində "Erkən və qohum nigahlar,onların səbəbi və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü Beyləqan RİH dən “ Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov açdı və sözü layihə rəhbərinə verdi . Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. Ş Dadaşova bildirdi ki,dəyirmi masada erkən və qohum nigahların yaratdığı sağlamlıqla bağlı fəsadları və 23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsində ,Azəzərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat veriləcək və problemdən çıxış yolları müzakirə olunacaq. Ekspert S.Məmmədova erkən və qohum nigahın fəsadlarından və qanunvercilikdə olan dəyişikliklərdən ətraflı danışdı.Bildirdi ki, “ Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Psixoloq N.Vəliməmmədova erkən və qohum nigahın psixoloji tərəflərindən danışdı.Uşaqların gələcəkdə uğur qazanması üçün təhsil almalarını yaxud da peşəyə yiyələnmələrini tövsiyə etdi .
Valideynlər erkən və qohum nigahların həm sosial,həm mənəvi həm də sağlamlıq baxımından zərərləri barədə ətraflı məlumat aldılar.

Müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan Ə.Ofelya,R.Mədinə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 22 nəfər iştirak etdi.

Press reliz 4Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 4
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.
22.07.2025- ci il tarixində Xocavənd RİH-nin akt zalında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü Xocavənd İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov açdı.O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.O bildirdi ki , “Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür. Biz layihə çərçivəsində valideynlərə erkən uşaqlıq dövründə sağlam inkişaf üçün vacib olan “Bəsləyici Qayğı”nın 5 kompanenti haqda ətraflı məlumat verməklə gələcəyimiz olan uşaqların sağlam böyüməsinə öz töhfəmizi vermək istəyirik”
Ekspert S.Məmmədova “Uşağın 1000 günü və Nümunəvi Valideynlik” mövzusunda çıxış edərək valideynlərin, himayədarların və qəyyumların uşaq həyatının ilk illərində, xüsusi ilə mayalanmadan 3 yaşa qədər olan dövrdə qayğı ilə təmin edilməsinin vacibliyindən danışdı. Psixoloq N.Vəliməmmədova Bəsləyici qayğı modelinin kompanentlərinindən danışdı. Bildirdi ki, Nümunəvi valideynlik institutlarının formalaşmasında bu kompanentlərin rolu böyükdür. Məqsədimiz daha çox valideynə çatmaqdır.
Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı
Ş. Dadaşova Xocavənd rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya və İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 23 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi

Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Address

Agdam

Website

Alerts

Be the first to know and let us send you an email when Regional Gender Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Regional Gender Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram