Aspirin APTEK

Aspirin APTEK "ASPİRİN" apteki 1999-cu ildə indiki məkanda -- Nəsimi r-nu, Nizami küçəsi 73A ünvanında fəaliyyətə başlamışdır.

Yarandığı gündən və bütün fəaliyyət dövründə əməkdaşları yalnız ali tibbi təhsilli əczaçılardan -- provizorlardan təşkil olunmuş bu aptekdə peşəkarlıq hər zaman əsas vəzifə kimi dəyərləndirilmiş və kommersiya maraqlarından üstün tutulmuşdur. "ASPİRİN" aptekinə müraciət edənlərə burada müştəri kimi deyil, pasient kimi yanaşılır. İllərlə bu aptekə müraciət edənlər yaxşı bilirlər ki, hətta həkimlərinin təyinatda buraxdıqları səhvlər burada nəzərdən yayınmayacaq və əczaçılar həkimlə əlaqə saxlayaraq müvafiq düzəlişlərini edəcəklər. "ASPİRİN" apteki dövriyyəsindəki dərmanların keyfiyyətli olmasına xüsusi həssaslıqla yanaşır. Bunun üçün yalnız qanuni fəaliyyət göstərən dərman depoları -- ilk növbədə filialı olduğu "Zeytun Pharmaceuticals" şirkəti ilə, həmçinin, çeşid genişliyini təmin etmək üçün digər dərman depoları ilə əməkdaşlıq edir. "ASPİRİN" apteki geniş çeşidli dərman preparatlaından başqa, əczaxanalara uyğun müəyyən qeyri-dərman məhsullarının -- uşaq yeməkləri və ləvazimatlarının, idmançılar üçün zülal tərkibli qida əlavələrinin, yüksək keyfiyyətli kosmetik malların və kiçik həcmli tibbi texnikanın da satışı ilə məşğuldur. "ASPİRİN" apteki Azərbaycan, rus və ingilis dilində danışan peşəkar əczaçıları ilə hər gün 08:00-dan 23:00-a qədər (istisna: bazar və bayram günləri 09:30 - 22:00) sizin xidmətinizdədir. Həmçinin, məbləği müəyyən həddən yuxarı olan sifarişlərin evlərə və iş yerlərinə çatdırılması xidməti də mövcuddur.

28/04/2024

VƏTƏN ÜÇÜN ÖLƏNLƏRİ UNUTMADIQ! UNUTDURMARIQ!

28/04/2024
28/04/2024

TarixçəAzərbaycanın müstəqillik uğrunda mübarizəsi, bu müstəqilliyi yenidən əldə etməsi və daha sonra baş verən Birinci Qarabağ müharibəsi daima güneyli soydaşlarımız tərəfindən diqqətlə izlənilib.…

01/01/2024
31/12/2023
BÜTÖV AZƏRBAYCAN xəyalının gerçəkləşməsi üçün bircə şey lazımdır - BÜTÜN AZƏRBAYCANLILARIN bu məsələdə həmrəy olması!
29/12/2022

BÜTÖV AZƏRBAYCAN xəyalının gerçəkləşməsi üçün bircə şey lazımdır - BÜTÜN AZƏRBAYCANLILARIN bu məsələdə həmrəy olması!

SPF 50+ Günəşdən qorunma spreyi "domaşnaya apteçka" 150mlGünəşin A və B tipli Ultrabənövşəyi şüalarından (UVA/UVB) üz və...
13/08/2022

SPF 50+ Günəşdən qorunma spreyi "domaşnaya apteçka" 150ml
Günəşin A və B tipli Ultrabənövşəyi şüalarından (UVA/UVB) üz və bədən dərisini qoruyur. Günəş yanıqlarının qarşısını alır; Dəriyə asan yayılır, tez dəriyə hopur, ağ iz buraxmır və yapışqan hissiyat yaratmır. Suya davamlıdır və bütün növ dərilər üçün uyğundur.
Aerozolun tərkibindəki - D-Panatenol nəmləndirici, yumşaldıcı və hamarlayıcı təsirə malikdir. Dərini elastik edir, sakitləşdirir, qıcıqlanmanı aradan götürür və qabıqlanmanın qarşısını alır; Allantoin dəri hüceyrələrinin regenerasiyasına önəmli təsir göstərir. Antioksidant aktivliyə malikdir, dərini yumşaldır və nəmləndirir; Vitamin E, antioksidant özəlliyi sayəsində, dəridə hüceyrədaxili oksigen mübadiləsini stimullaşdırır, hüceyrə membranını möhkəmləndirir.
İstifadə qaydası: Əvvəlcə balon yüngülcə çalxalanır. Günəşə çıxmazdan 20-30 dəqiqə qabaq aerozol püskürdülməklə dəriyə hərtərəfli, bərabər yaxılır. Günəşdə olduğunuz müddətdə, qalıcı effektə nail olmaq üçün hər 2 saatdan bir, həmçinin, dənizdə (hovuzda) çiməndən sonra istifadə olunur.
Apteklərdən soruşun!

AltaiMaralBioProducts
13/02/2021

AltaiMaralBioProducts

14/01/2021

Sibir sidrağacı – Pinus sibirica növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. Sidr yağı Sibirdə olduqca qədim terapevtik istifadə tarixinə malikdir. Çünki sidr yağı antioksidant, antibakterial və anti-aging təsirli təbii vasitədir. Sidr yağı linol, linolen, palmitin, stearin və pinolen kimi doymamış yağ turşuları, E, F, B1, B2, B3, B4 və D vitaminləri və kalium, kalsium, fosfor, maqnezium, natrium, dəmir və yod kimi makro- və mikroelementlərlə olduqca zəngindir. Zəngin vitamin tərkibi, xüsusilə E vitamini hesabına sidr yağı dərinin elastikliyini artırır, nəmləndirir, yaşlanmasının qarşısını alır və mövcud qırışları əhəmiyyətli dərəcədə azaldır. Civzə, egzema və psoriaz kimi dəri xəstəliklərində istifadəsi məqsədəuyğundur. Sidr yağı nəyinki dəri, həm də saç və dırnaqlar üçün çox faydalıdır. Belə ki, sidr yağı saçları nəmləndirir, saç dərisi problemlərinə, saç qırılmalarına və kəpəyə qarşı olduqca effektlidir. Dırnaqları möhkəmləndirir, kutikulları yumşaldır. Sidr yağı hətta çox quru və həssas dərilər üçün istifadə oluna bilər. Mineral tərkibi ilə əlaqəli olaraq immuniteti gücləndirir, xroniki yorğunluq zamanı istifadəsi faydalıdır. Antibakterial təsiri hesabına isə yanıqların müalicəsində köməkçi vasitə kimi tədbiq olunur.

Bədən kütləsinin 60% - ni (kişilərdə 61%; qadınlarda – 54%) su təşkil edir. Yenidoğulmuş uşaqlarda suyun miqdarı 77%, qo...
13/01/2021

Bədən kütləsinin 60% - ni (kişilərdə 61%; qadınlarda – 54%) su təşkil edir. Yenidoğulmuş uşaqlarda suyun miqdarı 77%, qocalarda isə azalaraq 50% - ə qədər təşkil edir. Su insan bədənində olan bütün toxumaların tərkibində vardır: qanın tərkibinin 81% - ə qədərini, əzələlərin 75% -ni, sümüklərin isə 20% - ni təşkil edir.
Su – orqanizmin özündə sintez olunan və qida ilə daxil olan üzvü və qeyri- üzvü maddələrin universal həlledicisi olmaqla yanaşı, həm də maddələr mübadiləsi prosesində gedən kimyəvi reaksiyalar üçün mühit sayılır. Maye mühitdə qidalar həzm olunur və qidalı maddələr qana və limfaya sorulur.
Su – müxtəlif metabolik reaksiyalarda, xüsusən hidroliz prosesində iştirak edir. Su bir çox yüksək molekullu birləşmələrin, hüceyrədaxili törəmələrin, hüceyrələrin, toxumaların, üzvlərin strukturunu sabit saxlayır, toxuma və üzvlərin dayaq funksiyasını təmin edir, onların forması, vəziyyətini və turqorunu saxlayır. Su metabolitlərin, hormonların, elektolitlərin daşıyıcısıdır, maddələrin hüceyrə membranından və damarların divarından keçməsini təmin edir, orqanizmin maye mühitinin osmolyarlığının tənzimində iştirak edir. Su vasitəsilə orqanizmdən mübadilə nəticəsində yaranan toksiki maddələr xaric olur.

Gün ərzində orta hesabla 8 stəkan su içmək tövsiyə olunur. Lakin suyun qeyd edilən faydalarına baxmayaraq, gün ərzində bu qədər su içmək bəzən çətin olur. Bu səbəbdən həm suya xüsusi dad qatmaq, həm də daha faydalı etmək üçün detoks sularından istifadə olunur.

Address

Nizami 73A, Nəsimi Rayonu
Baku

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 09:00 - 22:00

Telephone

994124936141

Alerts

Be the first to know and let us send you an email when Aspirin APTEK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram