Ərəblinka Aptek

Ərəblinka Aptek Saat 09:00-23:00 kimi aptek aciqdi her gun

Hər iki doza var  kime lazım olsa desin
14/04/2023

Hər iki doza var kime lazım olsa desin

06/02/2023
05/12/2019

Her kese saglam ruh salam beden arzu edirik.

26/11/2019

Yuksek keyfiyyet serfeli qiymetler

24/11/2018

Alimlər soyuqdəymədən qorunmaq üçün soyuq fəsillərdə ən azı 7 saat yatmağı tövsiyə edirlər.
Bu sadə məsləhət immun sisteminin xeyli aktivləşməsinə və orqanizmin viris və infeksiyalara qarşı davamlılığının artmasına kömək edəcək.
Alimlər 150 sağlam insan iştirakı ilə eksperiment aparıblar. Eksperiment zamanı insanların yuxu müddəti və viruslara olan davamlılığı müqayisə edilirdi. Nəticədə məlum olub ki, gecə yuxusu 7 saat və bundan çox olan insanlar gecə yuxusu az olan insanlarla müqayisədə 5 dəfə az hallarda soyuqdəymə və qripp xəstəliyinə tutulur.
Araşdırma növbəti dəfə normal gecə yuxusunun insan sağlamlığı üçün vacibliyini təsdiq edib. Bundan əvvəl aparılmış araşdırmalar normal gecə yuxusunun yaddaşın möhkəmlənməsi, ürək-damar və xərçəng xəstəliklərindən qorunmasında böyük rolunu təsdiq edib. Alimlərin fikrinə görə, böyüklər üçün normal gecə yuxusu 6-8 saat olmalıdır.

24/12/2016

Uşaqlarda xroniki qəbizlik - SİMPTOMLARI və MÜALİCƏSİ

Uşaqlarda qəbizlik - çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir.
Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.
Qəbizlik nədir?
- Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması
- Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu
- Bağırsağın natamam boşalma hissi,
- Quru, bərk nəcisin xaric olunması.
Əgər bu simptomların ən azı ikisi minimum üç ay müddətində müşahidə olunursa, deməli, uşağınızda xroniki qəbizlik sindromu var.
Defekasiyanın yaş normativləri:
0-4 ay - gündə 1-7 dəfə
4 ay - 2 yaş - gündə 1-3 dəfə
2 yaşdan böyük - gündə 2 dəfədən iki gündə 1 dəfəyə qədər
Qəbizliyin əsas yaranma səbəbləri:
1) Rasionda bitki liflərin və suyun miqdarının az olması ilə qeyri-rasional qidalanma,
2) Antibiotiklərin qəbulu nəticəsində disbakretiozun yaranması
3) Qida allergiyası
4) Qurd-parazit xəstəlikləri
5) Mədə-bağırsaq xəstəlikləri zamanı yaranan ferment defisiti
6) Yoğun bağırsağın anadangəlmə inkişaf qüsurları (dolixosiqma, meqakolon, Hirşprung xəstəliyi) və sairə.
Qəbizliyi necə müalicə etmək lazımdır?
Qəbizlik - diaqnoz deyil, hər hansı bir səbəbdən yaranan sindromdur. Müalicənin effektivliyi üçün qəbizliyi yaradan səbəbi aşkar edib, aradan qaldırmaq lazımdır.
Xroniki qəbizliyin müalicə prinsipləri:
1) Rasionda lifli meyvə-tərəvəzlərin (qara gavalı, əncir, alma, mandarin, apelsin, kələm, yerkökü, köbələk, çuğundur, pomidor, xiyar və s.) bol olması.
2) Qəbul olunan mayenin miqdarının artırılması. Gün ərzində qəbulan olunan suyun miqdarı uşağın yaşından asılı olaraq 1,1-2 litr təşkil etməlidir.
3) Bir sıra ərzaqların və meyvələrin rasiondan çıxarılması (əzgil, nar, heyva, zoğal, un məmulatları, düyü və sairə)
4) Fiziki aktivliyin artırılması. Müalicəvi idman, massaj, gimnastika, üzgüçülük, piyada gəzinti xroniki gəbizliyin müalicəsinin ayrılmaz hissəsidir.
Əgər uşağınızda qəbizlik müşahidə olunursa, mütləq həkimə müraciət edib, müayinədən keçmək məsləhətdir.

30/11/2016
27/10/2016

Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ədviyyat. RESEPTLƏR

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.
Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.
Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Stomatit və badamcıqların iltihabı zamanı mixəyi (2-3 ədəd) həvəngdəstədə əzin, balla qarışdırın və bu qarışığı ağız boşluğunda tam əriyənə qədər saxlayın.
3-4 mixəyi əzin, yarım stəkan isti suda (qaynar yox!) 30 dəqiqə ərzində dəmləyin, süzün və angina zamanı qarqara üçün istifadə edin. Həmçinin belə dəmləmə köp və qarında spazmlar, qadınlarda menstrual ağrıları zamanı çox yaxşı kömək edir. Bu məqsədlə dəmləməni gün ərzində 1-2 dəfə qəbul edin.
Mixəyin balla qarışığı uşaqlara qurdəleyhinə dərman kimi vermək çox yaxşıdır.
Çay dəmlədikdə çaydana 2-3 mixək atın. Mixəkli çay qripp və soyuqdəymə xəstəliklərinin qarşısını almağa kömək edəcək.
Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Mixək ağız boşluğunda mikrobları öldürün, nəfəsi təravətləndirir.
Bronxit zamanı 2-3 mixəyi əzin, üzərinə isti süd tökün, 20 dəqiqədən süzün və ilıq halda için. Bu vasitə nəfəs yolları çox yaxşı təmizləyir, iltihabı azaldır.

22/09/2016

Günorta yuxusunun 5 MÜHÜM FAYDASI

Hal hazırda fizioloqlar insanlara gün ərzində bir dəfə deyil, 2 dəfə yatmağı tövsiyə edir. Gecə yuxusu 7 saatdan az və 9 saatdan çox olmamalıdır.
Günorta isə alimlər saat 13.00-15.00 arası 20-30 dəqiqə ərzində (bundan artıq yox!) yatmağı tövsiyə edir. Belə qısa günorta yuxusunun bir neçə mühüm faydası var:
1. Sinir sistemində gərginlik azalır, beyin dincəlir.
2. Stress azalır.
3. İş qabiliyyəti xeyli artır.
4. Qocalıqda ağıl zəifliyinin səbəbi olan Alsheymer xəstəliyinin riski azalır.
5. İdrak prosesləri yaxşılaşır. Bu xüsusilə tələbələr və məktəblilər üçün vacibdir.
Qısamüddətli günorta yuxusu gecə yuxusuna mənfi təsir etmir.
Onu da nəzərə almaq lazımdır ki, günorta 30-40 dəqiqətən artıq yatan insanlar oyandıqdan sonra əksinə özünü süst, yorğun hiss edir, onların iş qabiliyyəti azalır, idark prosesləri zəifləyir.

Address

Azerbaycan
Azerbaycan

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+994124289404

Website

Alerts

Be the first to know and let us send you an email when Ərəblinka Aptek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram