Lor pediatriya merkezi

Lor pediatriya merkezi Lor Pediatriya Mərkəzi

05/03/2025
Septoplastika nədir?Burun daxildə orta divar( burun çəpəri və ya septum) vasitəsi ilə 2 hissəyə ayrılmışdır. Normalda sa...
16/02/2024

Septoplastika nədir?

Burun daxildə orta divar( burun çəpəri və ya septum) vasitəsi ilə 2 hissəyə ayrılmışdır. Normalda sağ və sol burun keçəcəklərinin eni,uzunluğu və həcmi eyni olarsa o burun sağlam burun hesab olunur. Burun çəpəri, yəni orta divarın hər hansı səbəbdən əyilməsinə septum deviasiyası və ya burun çəpəri əyriliyi deyilir. Burun çəpəri əyriliyi burun tənəffüsünü pozan ən önəmli və ən çox yayılmış səbəblərdəndir. Bu xəstəliyin müalicəsi cərrahidir.

Septoplastika (burun çəpəri əyriliyinin düzəldilməsi) ümumi anesteziya ilə 30-50dəqiqə çəkən əməliyyatdır.

Əməliyyat sonrası burunda olan silikon splintlər (tamponlar)5-7ci günlərdə xaric edilir və burun tənəffüsü tam bərpa olur.Əməliyyat sonrası və tamponları çəkərkən nadir hallarda ağrı olur.

Əməliyyat sonrası tam rehabilitasiya dövrü 20-30gündür.

Burun çəpəri əyriliyi zamanı hansı şikayətlər ortaya çıxır? 1)Tək və ya ikitərəfli burun tıxanıqlığı
2) Tez tez burun qanaxmaları
3)Səs dəyişməsi və burunda danışma halları(davamlı qrip olmuş kimi burnunda danışma)
4)Burun-udlağa axıntı
5)Üz və başda ağrılar
6)Tez tez sinusit halları

Pasiyentimizdə Septoplastika(çəpər əyriliyi) əməliyyatı həyata keçirildi.
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Balaca pasiyentimizdə boğaz ətinin götürülməsi əməliyyatı həyata keçirildi. Övladınızın sağlamlığı üçün bütün tədbirləri...
24/10/2023

Balaca pasiyentimizdə boğaz ətinin götürülməsi əməliyyatı həyata keçirildi.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qu...
23/10/2023

Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər. Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Uşaqların böyüklərə nisbətən qulaq infeksiyalarına daha çox tutulmasının bir neçə səbəbi var. Uşaqlarda yevstax boruları...
18/10/2023

Uşaqların böyüklərə nisbətən qulaq infeksiyalarına daha çox tutulmasının bir neçə səbəbi var. Uşaqlarda yevstax boruları böyüklərdən daha kiçik və düzdür. Bu, hətta normal şəraitdə də mayenin qulaqdan çıxmasını çətinləşdirir. Soyuqdəymə və ya digər tənəffüs xəstəlikləri səbəbiylə yevstax boruları şişirsə və ya seliklə tıxanırsa, maye boşaldıla bilməz. Uşağın immun sistemi böyüklər kimi təsirli deyil, çünki hələ də inkişaf edir. Bu, uşaqların infeksiyalarla mübarizəsini çətinləşdirir. Adenoidlər immunitet sisteminin bir hissəsi olaraq burun və ağızdan keçən bakteriyalara cavab verir. Bəzən bakteriyalar adenoidlərdə sıxışaraq, xroniki infeksiyaya səbəb olur və bu, yevstax borularına və orta qulağa yayıla bilər.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Pasiyentimizdə burun əti əməliyyatı həyata keçirildi🙂.Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsi...
16/10/2023

Pasiyentimizdə burun əti əməliyyatı həyata keçirildi🙂.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Frontit – alın cibinin iltihabi xəstəliyidir. Kəskin və xroniki frontit ayırd edilir. Kəskin frontit kəskin rinit, qrip,...
13/10/2023

Frontit – alın cibinin iltihabi xəstəliyidir. Kəskin və xroniki frontit ayırd edilir. Kəskin frontit kəskin rinit, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklər fonunda yaranır. Burada alın sümüyünün travmasının da rolu vardır. Xroniki frontitdə digər əlavə ciblərin də zədələnməsi qeyd olunur. Kəskin frontit alın nahiyəsində ağrı ilə başlayır. Bu ağrı alın cibinin ön divarına təzyiq etdikdə daha da artır. Bundan əlavə xəstələrdə baş ağrıları, gözlərdə ağrı, işıqdan qorxma, gözlərin sulanması müşahidə olunur. Burun tənəffüsü çətinləşir, burnun müvafiq yarısından ifrazat axır.

Sağlamlığınız üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Boğazda ağrı yuxarı tənəffüs yollarının virus və ya bakterial infeksiyası nəticəsində baş verir. Udlağın arxa divarının ...
10/10/2023

Boğazda ağrı yuxarı tənəffüs yollarının virus və ya bakterial infeksiyası nəticəsində baş verir. Udlağın arxa divarının iltihabı nəticəsində, yəni faringit zamanı boğazda ağrı qeyd olunur. Xroniki faringit zamanı bu xəstəlik təkrarlanır və boğazda xoşagəlməz hissiyyat uzun müddət çəkir. Angina ( tonzillit) boğazda ağrıya səbəb ola bilər. Badamcıqlar şişkinləşir ki, bu da boğazda ağrıya səbəb olur, uşaqlarda daha çox rast gəlinir. İldə bir neçə dəfə tonzillit ola bilər. Larıngit zamanı səs xırıltılı olur, bəzən bata bilər.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Balaca pasiyentimizdə burun ətinin götürülməsi əməliyyatı həyata keçirildi. Övladınızın sağlamlığı üçün bütün tədbirləri...
06/10/2023

Balaca pasiyentimizdə burun ətinin götürülməsi əməliyyatı həyata keçirildi.

Övladınızın sağlamlığı üçün bütün tədbirləri görməyi Sizə də tövsiyə edirik😊
Lor Cərrah Kamil Jafarov. 👉🤳+994555011112👈
#аденоид #септопластика #отоларинголог

Address

Sarayevo 22A
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Lor pediatriya merkezi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category