05/02/2022
Enerji dalğasının müəyyən vaxtda təkrarladığı tezlik, yəni enerji dövrlərinin sayı “frekans” adlanır.💫 Kainatdakı hər şeyin özünəməxsus frekansı var. İnsan bədənindəki hər hüceyrənin belə öz təbii frekansı var. Bədənin frekansı ilə ziddiyyət təşkil edən və onu bloklayan dalğada enerjilər xəstəliyə və neqativ hallara səbəb ola bilir. Təkcə maddi/fiziki şeylərin deyil,
🌸Hisslərin,
🌸Düşüncələrin,
🌸İstəklərin,
🌸Münasibətlərin,
🌸izlədiyimiz filmlərin,
🌸oxuduğumuz kitabların, sənədlərin hər birinin enerjisi və frekansı var. Buna görə də oxşar enerji və frekansda olan insanlar, hadisələr bir birlərini maqnit kimi çəkər. Və aşağı frekansda olan bir insan, yüksək frekansda olan bir çox şeyə sahib olmağı istəsə də alınmır.. Və buna görə də çox insan bu gün xəyalındakı həyatdan uzaq olmanın səbəbini sorğulayır. Başqalarını günahlandırır, özünü günahlandırır daim bir günah və günahkar axtarışında enerjisini daha da çox və boşa xərcləyir. Təbii ki, tək bir səbəb nəticəni yaratmır amma bir insanın yüksək frekansda olması həyatına bir çox gözəlliklərin, sevginin, pulun, işin bir sözlə istədiyi hər şeyin asanlıqla gəlməsinə yol açır.. Enerjiniz və frekansınız hər zaman yüksək olsun 🌸💕✨
#психология #психолог
#🇦🇿 #🇹🇷