Kliniki Tibbi Mərkəz

Kliniki Tibbi Mərkəz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kliniki Tibbi Mərkəz, Hospital, Bakı şəhəri, Nəsimi rayonu, A. A. Mirqasımov, 1., Baku.

“Bilirdinizmi?” rubrikası çərçivəsində sağlamlığınızla bağlı müxtəlif qısa tibbi məlumatları diqqətinizə çatdırırıq.Bu r...
28/10/2025

“Bilirdinizmi?” rubrikası çərçivəsində sağlamlığınızla bağlı müxtəlif qısa tibbi məlumatları diqqətinizə çatdırırıq.

Bu rubrika çərçivəsində vətəndaşların daha çox məlumatlı olmasını təmin etməyə çalışırıq.

Bəs siz sürətli yemənin sağlamlığınıza nə kimi zərərləri olduğunu bilirdinizmi?

Sürətli qida qəbulu çəki artımı, həzm problemləri və digər problemlərə səbəb ola bilir. Yaxşı çeynənməyən qida qaraciyər, dalaq və ürək üçün ağır yükdür. Həzm problemləri, diabet, mədə-bağırsaq, qaraciyər, dalaq və digər orqan problemlərindən uzaq olmaq üçün düzgün qidalanma və çeynəmə qaydalarına da riayət etmək lazımdır.

Sürətli yeməyin zərərləri metabolik problemlərdə də özünü göstərir. Sürətli qidalanan insanlarda maddələr mübadiləsinin sürəti yavaşlayır. Həzm problemlərinin meydana çıxma ehtimalı artır.

Bu səbəbdən, qidanı yaxşıca çeynəmək həm qidanın fiziki cəhətdən kiçik parçalara bölünməsini, həm də kimyəvi tərkibinin düzgün analizini təmin edir, bu da həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.
“Bilirdinizmi?” rubrikası çərçivəsində sağlamlığınızla bağlı müxtəlif qısa tibbi məlumatları diqqətinizə çatdırırıq.

Bu rubrika çərçivəsində vətəndaşların daha çox məlumatlı olmasını təmin etməyə çalışırıq.

Bəs siz sürətli yemənin sağlamlığınıza nə kimi zərərləri olduğunu bilirdinizmi?

Sürətli qida qəbulu çəki artımı, həzm problemləri və digər problemlərə səbəb ola bilir. Yaxşı çeynənməyən qida qaraciyər, dalaq və ürək üçün ağır yükdür. Həzm problemləri, diabet, mədə-bağırsaq, qaraciyər, dalaq və digər orqan problemlərindən uzaq olmaq üçün düzgün qidalanma və çeynəmə qaydalarına da riayət etmək lazımdır.

Sürətli yeməyin zərərləri metabolik problemlərdə də özünü göstərir. Sürətli qidalanan insanlarda maddələr mübadiləsinin sürəti yavaşlayır. Həzm problemlərinin meydana çıxma ehtimalı artır.

Bu səbəbdən, qidanı yaxşıca çeynəmək həm qidanın fiziki cəhətdən kiçik parçalara bölünməsini, həm də kimyəvi tərkibinin düzgün analizini təmin edir, bu da həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.

27/10/2025

Kliniki Tibbi Mərkəzin uzman oftalmoloq-cərrahı Gülnar Sultanova Bakı Retina Beynəlxalq Elmi Konfransında iştirak edib:

Ezofaqus ağız boşluğunu mədə ilə birləşdirən əzələ borusudur və burada yaranan xərçəng ən çox rastlanan xəstəliklərdən b...
27/10/2025

Ezofaqus ağız boşluğunu mədə ilə birləşdirən əzələ borusudur və burada yaranan xərçəng ən çox rastlanan xəstəliklərdən biridir.

Əsas simptomlar arasında udma çətinliyi, sinə bölgəsində yanma və ağrı, çəki itirilməsi, qusma və qanaxma yer alır.

Simptomlar (udma çətinliyi, davamlı yanma) olduqda mütləq həkimə müraciət etmək lazımdır.

25 oktyabr - Qubadlı şəhəri günüdürMüzəffər Azərbaycan ordusunun Qubadlı şəhərini işğaldan azad etməsindən 5 il ötür!
25/10/2025

25 oktyabr - Qubadlı şəhəri günüdür

Müzəffər Azərbaycan ordusunun Qubadlı şəhərini işğaldan azad etməsindən 5 il ötür!

Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunubOktyabrın 24-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Solnsev D...
24/10/2025

Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Solnsev Dmitriy Aleksandroviçin II Fəxri Xiyabanda məzarı ziyarət olunub. Şəhidin məzarı üstünə əklil qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Kliniki Tibbi Mərkəzin direktor müavini, Həmkarlar Təşkilatının sədri və şöbə müdirləri iştirak ediblər.

Ziyarətə gələnlər şəhidin ailə üzvlərinə başsağlığı bildirərək, Solnsev Dmitriylə bağlı xatirələrini bölüşüblər. Daha sonra şəhidin ailəsinə baş çəkilib.

Qeyd edək ki, Solnsev Dmitriy Kliniki Tibbi Mərkəzin əməkdaşı olub. İkinci Vətən Müharibəsinə könüllü qatılıb. Hər il ənənəvi olaraq bu ziyarət həyata keçirilir və onun xatirəsi böyük hörmət və ehtiramla anılır.

KTM-in ginekoloqları beynəlxalq elmi konqresdə iştirak ediblər19-22 oktyabr 2025-ci il tarixlərində İstanbul şəhərində A...
24/10/2025

KTM-in ginekoloqları beynəlxalq elmi konqresdə iştirak ediblər

19-22 oktyabr 2025-ci il tarixlərində İstanbul şəhərində Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyətinin (ESGE) 34-cü illik elmi konqresi keçirilib.

Konqresdə Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinin müdiri Qubaxanım Hacızadə, şöbənin həkim-ginekoloqları Şölə Səfərova və Leyla Rüstəmova iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərin qatıldığı tədbirdə ginekoloji endoskopik cərrahiyyə sahəsində son yeniliklər, yeni texnologiyalar, əməliyyat texnikaları və klinik təcrübələr müzakirə olunub.

Tədbir çərçivəsində Ginekologiya şöbəsinin müdiri Qubaxanım Hacızadə “Histeroskopik Cərrahiyyə” mövzusunda elmi məruzə ilə çıxış edib. O, öz təqdimatında histeroskopik əməliyyatların müasir ginekologiyada rolu, klinik üstünlükləri və tətbiq imkanları barədə məlumat verib.

Konqresin sonunda KTM-in ginekoloqları beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, Konqresin əsas məqsədi qadın sağlamlığında minimal invaziv üsulların inkişafını təşviq etmək, elmi bilik və təcrübə mübadiləsini təmin etmək, yeni texnologiyaların tətbiqini təqdim etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Avropa Ginekoloji Endoskopik Cərrahiyyə Cəmiyyəti (ESGE) hər il dünyanın müxtəlif ölkələrində konqreslər təşkil edir. Bu tədbirlər ginekoloji cərrahiyyə sahəsində mütəxəssislərin bilik və təcrübə mübadiləsini təmin edən ən mühüm beynəlxalq platformalardan biridir.

KTM-də yeniyetmənin bağırsağından taxta çıxarıldı14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın n...
23/10/2025

KTM-də yeniyetmənin bağırsağından taxta çıxarıldı

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və uşaq cərrahı Günay Əmrahlı tərəfindən nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.

Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Yuxusuzluq insan sağlamlığı üçün ciddi risklər yaradır və uzun müddət davam etdikdə problemlərə səbəb olur.Uzan müddət d...
22/10/2025

Yuxusuzluq insan sağlamlığı üçün ciddi risklər yaradır və uzun müddət davam etdikdə problemlərə səbəb olur.

Uzan müddət davam edən yuxusuzluq ürək-damar xəstəlikləri, yüksək təzyiq və infarkt riskini artırır. İmmun sistemini zəiflədir, bu da orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Əlavə olaraq, davamlı yuxusuzluq hormon balansını pozaraq piylənməyə yol aça bilər.

KTM-də tibb bacıları üçün Mərkəzi Kateterlərə Qulluq Qaydaları üzrə təlim keçirilibKliniki Tibbi Mərkəzdə Ümumi Terapevt...
21/10/2025

KTM-də tibb bacıları üçün Mərkəzi Kateterlərə Qulluq Qaydaları üzrə təlim keçirilib

Kliniki Tibbi Mərkəzdə Ümumi Terapevtik Reanimasiya şöbəsinin tibb bacıları üçün Mərkəzi venoz kateterlərə qulluq qaydaları mövzusunda maarifləndirici təlim keçirilib. Təlim KTM-in baş tibb bacısı Vəfa Əsədova tərəfindən aparılıb.

Təlimin məqsədi reanimasiya şəraitində çalışan tibb bacılarına mərkəzi venoz kateterlərin istifadəsi zamanı gigiyena, aseptik texnikaya düzgün riayət, infeksiyaların profilaktikası və təhlükəsizlik tədbirləri barədə bilik və bacarıqların artırılması olub.

Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, praktik nümunələr də təqdim edilib.

Qeyd edək ki, bu tip təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Qlaukoma göz daxili təzyiqin tez-tez yüksəlməsi səbəbindən görmə sinirinin zədələnməsidir.Göz daxili təzyiqin artması, g...
21/10/2025

Qlaukoma göz daxili təzyiqin tez-tez yüksəlməsi səbəbindən görmə sinirinin zədələnməsidir.

Göz daxili təzyiqin artması, görmə sinirinin zədələnməsi və görmə sahəsində qüsurların əmələ gəlməsi qlaukomanın əsas əlamətləridir. Görmə sinirinə qlaukomanın zədələyici təsiri davam etdikcə və xəstəlik ağırlaşdıqca xəstələrin görmə sahəsi kəskin daralır, mərkəzi görmə zədələnir.

Xəstəliyin gec mərhələlərində özünü büruzə verən qlaukoma gec diaqnoz qoyulduğu zaman optik sinirə ciddi ziyan vura bilir. Qlaukomanın müalicəsi və cərrahiyyəsi cərrah-oftalmoloqlar tərəfindən həyata keçirilir.

Ürək-damar xəstəlikləri ürək və qan damarlarının fəaliyyətində yaranan pozğunluqların ümumi adıdır. Bu xəstəliklər dünya...
20/10/2025

Ürək-damar xəstəlikləri ürək və qan damarlarının fəaliyyətində yaranan pozğunluqların ümumi adıdır. Bu xəstəliklər dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri sayılır.

Əsas ürək-damar xəstəliklərinə aşağıdakılar daxildir:

• Arterial hipertenziya
• İskemik ürək xəstəliyi
• Ürək çatışmazlığı
• Aritmiyalar (ürək ritm pozğunluqları)
• Ateroskleroz
• İnsult və iskemik ataklar
• Damarların iltihabi xəstəlikləri və trombozlar

Bəs ürək-damar xəstəliklərinin gizli simptomları hansılardır?

Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq Səbinə Babayeva bildirib ki, ürək-damar xəstəlikləri çox vaxt açıq-aşkar əlamətlərlə deyil, gizli və diqqətdən yayınan siqnallarla özünü göstərə bilər:

“Dünya üzrə ölüm hallarının təxminən 30%-i ürək-damar xəstəlikləri ilə əlaqəlidir. Təəssüf ki, bu xəstəliklərin çoxu ilkin mərhələdə gizli simptomlarla başlayır və vaxtında aşkarlanmadıqda həyati təhlükə yarada bilər. Ən çox rast gəlinən ürək-damar xəstəliklərinə hipertenziya, miokard infarktı, ürək çatışmazlığı, aritmiyalar və xroniki işemik ürək xəstəliyi daxildir.”

S.Babayeva ürək-damar xəstəliklərinin gizli simptomlarını belə açıqlayır:

Xroniki yorğunluq, istirahətə baxmayaraq keçməyən yorğunluq hissi.

Yuxu pozğunluqları, yuxuda nəfəsin dayanması (apnoe) ürəyin yükünü artırır.

Narahatlıq və təşviş hissi, çox vaxt aritmiyalar və ürək tutmalarının xəbərçisi olur.

Baş gicəllənməsi və ya huşun itməsi, qan təzyiqinin düşməsi və ritm pozğunluqlarının əlamətidir.

Qarın və ya kürək nahiyəsində ağrı, miokard infarktı yalnız sinədə deyil, kürəyə və qarına yayılan ağrılarla da özünü göstərə bilər.

Qol və ya çənə ağrısı, tipik olmayan, lakin vacib xəbərdaredici simptomdur.

Nəfəs darlığı, adi fiziki fəaliyyət zamanı yaranır və ürək çatışmazlığının göstəricisi ola bilər.

Ayaqlarda şişkinlik, ürək çatışmazlığının ilkin əlamətlərindən biridir.
Dərinin solğun və ya göyümtül rəngi, qan dövranının zəifləməsi nəticəsində yaranır.

S.Babayeva qeyd edib ki, ürək xəstəlikləri hər zaman kəskin və şiddətli ağrılarla başlamaya bilər: "Çox zaman insanlar ürək-damar xəstəliklərini gündəlik yorğunluq və streslə qarışdırırlar, simptomları kiçik və keçici hesab edirlər, intensiv olmayan əlamətlərə isə əhəmiyyət vermirlər. Halbuki bu cür yanaşma xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. Ürək-damar xəstəliklərinin erkən diaqnozu və qarşısının alınması üçün müntəzəm tibbi müayinələr elektrokardioqram (EKQ), exokardioqrafiya (EXO) və qan təzyiqinin ölçülməsi vacibdir. Eyni zamanda sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaret və alkoqoldan uzaq durmaq kimi sağlam həyat tərzi vərdişləri də profilaktik tədbirlər sırasında önəmlidir.

Unutmayaq ki, ürək xəstəlikləri hər zaman sinədə kəskin və şiddətli ağrılarla başlamır. Bəzən adi yorğunluq, yüngül nəfəs darlığı və ya narahatlıq hissi də həyatımızı xilas edə biləcək bir xəbərdarlıq siqnalı ola bilər. Sağlam həyat tərzi sürərək və bədənimizin verdiyi siqnallara diqqətlə yanaşaraq bu səssiz təhlükəni vaxtında aşkar edə bilərik".

20 oktyabr - Zəngilan Şəhəri Günüdür.Müzəffər Azərbaycan ordusunun Zəngilan şəhərini azad etməsindən 5 il ötür!
20/10/2025

20 oktyabr - Zəngilan Şəhəri Günüdür.

Müzəffər Azərbaycan ordusunun Zəngilan şəhərini azad etməsindən 5 il ötür!

Address

Bakı şəhəri, Nəsimi Rayonu, A. A. Mirqasımov, 1.
Baku

Alerts

Be the first to know and let us send you an email when Kliniki Tibbi Mərkəz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kliniki Tibbi Mərkəz:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category