Oftalmoloq Anar Quliyev

Oftalmoloq Anar Quliyev Oftalmoloji xidmət

06/08/2023

Bütün dostlarıma məni ad günüm münasibətilə təbrik edənlərə təşəkker edirəm hamınızı sevirəm

Tanınmış Oftalmoloq Cərrah Anar Quliyev  Əlaqə: 050 220-37-75
14/02/2021

Tanınmış Oftalmoloq Cərrah Anar Quliyev
Əlaqə: 050 220-37-75

40 yaşdan yuxarı insanlar arasında ən çox görülən görmə itkisi və dünyadakı korluğun əsas səbəbi olan katarakt haqqında məlumat əldə edə bilərsiniz. Katarakt nədir? Kataraktın səbəbləri, simptomları və müalicəsi. Katarakta nədir? Bül

Tanınmış Oftalmoloq Cərrah Anar Quliyev  Əlaqə: 050 220-37-75
14/02/2021

Tanınmış Oftalmoloq Cərrah Anar Quliyev
Əlaqə: 050 220-37-75

Miopiya nədir? Miyopia, gözün quruluşunun normadan uzun olması ilə əlaqəli olaraq uzağı dəqiq görməməsidir. Miyopiyada gözə gələn şüalar retinanın üzərində deyil, retinanın önündə dayanır. Miyopi olan insanlar uzaqdakı cisimləri v

İşə davam edirik, vəzifə borcumuzu yerinə yetiririk. 25 illik hərbçi həyatında bundan qat-qat çətin şəraitlə rastlaşmışı...
01/07/2020

İşə davam edirik, vəzifə borcumuzu yerinə yetiririk. 25 illik hərbçi həyatında bundan qat-qat çətin şəraitlə rastlaşmışıq

15/06/2020
👁Hipermetropiya nədir?Hipermetropiya gözə gələn şüaların ağ təbəqənin (retinanın) arxasında fokuslanması nəticəsində yar...
20/02/2020

👁Hipermetropiya nədir?
Hipermetropiya gözə gələn şüaların ağ təbəqənin (retinanın) arxasında fokuslanması nəticəsində yaranan bir göz qüsurudur. Hipermetroplar uzaqları görə bilsələr də, yaxınlıqdakı əşyaları aydın görə bilmirlər. Hipermetropiya bir xəstəlik deyil, gözə gələn işığı əks etdirmə qüsurudur.
📎Hipermetropiya əlamətləri hansılardır?
Yaxın obyektləri bulanıq görmə;
Gözləri qısaraq baxma;
Gözdə ağrı və ya yanma;
Oxumaq, yazmaq, kompüterdən istifadə, rəsm çəkmək kimi yaxın məsafəli işlər görərkən göz ağrısı və ya baş ağrısı;
Tez-tez göz qırpma;
Bəzi hallarda gözlərdə qızartı və yaşarma.
🆘Yetkinlər onlarda meydana gələn simptomları çox tez fərq etsələr də, uşaqlarda bu simptomların nəzərə alınması üçün vaxt tələb oluna bilər. Buna görə uşaqların mütəmadi olaraq bir göz müayinəsi etdirməsi vacibdir.
📌 Dr. Anar Quliyev
📲 (050) 347 90 09
📲 (050) 220 37 75

👁Konjunktivit-göz qapaqlarının daxili səthini örtən və ya gözün xarici təbəqəsinin iltihabı nəticəsində yaranan tibbi bi...
20/02/2020

👁Konjunktivit-göz qapaqlarının daxili səthini örtən və ya gözün xarici təbəqəsinin iltihabı nəticəsində yaranan tibbi bir vəziyyətdir. Adətən ən çox infeksiyadan və bəzən allergik reaksiya nəticəsində yaranır. Göz qripi və ya soyuqdəymə kimi də bilinir.
📌 Əlamətləri:
▪Gözdə qızartı;
▪Göz qapaqlarının şişməsi;
▪ Gözdə yanma hissi;
▪Gözdə qaşınma.
📌 Dr. Anar Quliyev
📲 (050) 347 90 09
📲 (050) 220 37 75

📌Şəkərli diabet və göz.Şəkərli diabetin müddəti artdıqca gözə ziyan vurma riski artır. Diabetə yaxşı nəzarət edilməyən x...
18/02/2020

📌Şəkərli diabet və göz.
Şəkərli diabetin müddəti artdıqca gözə ziyan vurma riski artır. Diabetə yaxşı nəzarət edilməyən xəstələr daha yüksək risk altındadır.
🆘👁Şəkərli diabet gözə nə kimi zərər verir?
Katarakt diabet xəstələrinə nisbətən daha tez-tez və daha gənc yaşda baş verir. Ayrıca, optik sinirə təsir göstərə bilər və göz əzələlərinin iflicinə səbəb olaraq çəpgözlüyə yol aça bilər. Şəkərli diabetin ən vacib komplikasiyası retinaya tutulmaqdır. Retina da yeni damarlanmaya səbəb ola bilər. Bu yeni yaranan həssas damarlar qanayaraq gözdaxili qanaxma və retinal dekolmanı yarada bilər. Xəstəliyin sonrakı mərhələlərində qlaukoma (göz içi təzyiqi artması) baş verə bilər. Xəstəlik və onun ağırlaşmaları müalicə olunmazsa, korluqla nəticələnə bilər.
📌 Dr. Anar Quliyev
📲 (050) 347 90 09
📲 (050) 220 37 75

📌Göz sağlamlığında doğru bilinən səhvlər.❎Eynək taxmaq göz qüsurunun irəliləməsinə mane olur.✅ Eynək görmə qüsurunun irə...
15/02/2020

📌Göz sağlamlığında doğru bilinən səhvlər.
❎Eynək taxmaq göz qüsurunun irəliləməsinə mane olur.
✅ Eynək görmə qüsurunun irəliləməsində hər hansı təsiri yoxdur. Bunun tək məqsədi daha yaxşı görməni təmin etməkdir.
❎Əgər insan uzağı və yaxını yaxşı görürsə, deməli, gözü sağlamdır.
✅Xüsusilə, gənc yaşlarında insan yaxşı və aydın görsə də, onda "astiqmatizm" ola bilər.
❎Çox ağlamaq gözyaşını qurudur.
✅Ağlamaq psixoloji hadisədir. Ağlamaqla göz yaşı qurumaz.
❎Sakitləşdirici eynək baş və göz ağrısını azaldır.
✅Sakitləşdirici eynək deyə bir şey yoxdur. Bu adla satılan eynəklərin heç bir faydası yoxdur.
❎Duzlu yeməklər göz sağlamlığına p*s təsir edir.
✅Duz yüksək təzyiq kimi xəstəliklər olan zaman p*s təsir göstərə bilər. Onun göz sağlamlığına heç bir təsiri yoxdur.
📌 Dr. Anar Quliyev
📲 (050) 347 90 09
📲 (050) 220 37 75

📌Göz tənbəlliyi (Ambliyopiya)Ambliyopiya bir tərəfli və ya cüt tərəfli görmə kəskinliyinin azalmasıdır.🛑 Səbəbləri▪Gözlə...
14/02/2020

📌Göz tənbəlliyi (Ambliyopiya)
Ambliyopiya bir tərəfli və ya cüt tərəfli görmə kəskinliyinin azalmasıdır.
🛑 Səbəbləri
▪Gözlərdə çəplik;
▪İki gözün eynək nömrələri bir-birindən çox fərqli olur;
▪Görməni bağlayacaq qədər göz qapağının düşməsi;
▪Anadangəlmə katarakt.
Ambliyopiyanın səbəbi çəplik və ya aşağı göz qapağıdırsa, ailə ümumiyyətlə bu halları görəcək və uşağını oftalmoloqa gətirəcəkdir. Pasientə diaqnoz qoyulur və lazımi müalicəyə başlayır.
Ancaq ambliyopiyanın səbəbi iki gözün eynək sayı arasındakı fərq və ya yüksək eynək rəqəmi olarsa, uşağın görünüşündə fərqlilik olmaz və ailənin kənardan anlaması mümkün deyil. Çox vaxt, bu hallarda uşağa göz müayinəsi aparılmadığı təqdirdə gec diaqnoz qoyulur. Gec diaqnoz gecikmiş müalicə deməkdir.
Bu səbəblə bütün uşaqların 6 ay -1, 3 yaş və 6 yaş arasında müntəzəm bir göz müayinəsi etdirməsi vacibdir.
📌 Dr. Anar Quliyev
📲 (050) 347 90 09
📲 (050) 220 37 75

Address

Baku
AZ1178

Telephone

+994502203775

Website

Alerts

Be the first to know and let us send you an email when Oftalmoloq Anar Quliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram