TƏBİB Akademiyası

TƏBİB  Akademiyası Akademiya Yeni Klinika tibb müəssisəsinin nəzdində fəaliyyət göstərir.

Yeni Klinikanın həkimi beynəlxalq konfransda nadir klinik halla çıxış edibYeni Klinikanın həkim-nefroloqu Dr.Nərmin Ömər...
14/10/2025

Yeni Klinikanın həkimi beynəlxalq konfransda nadir klinik halla çıxış edib

Yeni Klinikanın həkim-nefroloqu Dr.Nərmin Ömərli Gürcüstanda baş tutan Beynəlxalq Nefrologiya Cəmiyyətinin (ISN) Regional Konfransında çıxış edib.

“Nefrologiyada Əsas Mövzular üzrə Yeniliklər” konfransı çərçivəsində İSN MDB ölkələrindən olan gənc nefroloqlar tərəfindən təqdim edilən klinik hallar nümayiş etdirilib eyni zamanda nefrologiya sahəsində əldə edilmiş yeniliklər müzakirə olunub.

Dr. Nərmin Ömərli ISN Gənc Nefroloqlar Komitəsinin nümayəndəsi və ISN MDB və Rusiya Regionu İdarə Heyətinin sədr müavini tərəfindən idarə olunan sessiyada çıxış edib. Bu sessiyada regionun fərqli ölkələrindən olan gənc nefroloqlar tərəfindən təqdim edilən klinik hallar nümayiş etdirilib, müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub.

Sessiya çərçivəsində iştirakçılar beş nümunəvi klinik halı təqdimat şəklində paylaşaraq təcrübə mübadiləsi aparıblar.

Dr.Nərmin Ömərli “Venlafaksin istifadəsi fonunda inkişaf edən hiponatremiya ilə əlaqəli rabdomioliz” mövzusu üzrə çıxış edib. Təqdimatda Yeni Klinikada stasionar müalicə alaraq sağlamlığına qovuşan pasiyentin nadir klinik halı müzakirə olunub.

Qeyd edək ki, konfrans EACCME® (Avropa Davamedici Təhsil Akkreditasiya Şurası) tərəfindən 13,5 CME kredit balı ilə akkreditə olunub.

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Keyfiyyətə nəzarət şöbəsi əməkdaşı Fərqanə Həsənova tərəfi...
09/10/2025

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Keyfiyyətə nəzarət şöbəsi əməkdaşı Fərqanə Həsənova tərəfindən “Təcili yardım arabaları təlimat ,arzuolunmaz hadisələr haqqında bildiriş” mövzusunda tibb bacılarna növbəti təlim keçirildi.

Məlumat üçün bildiririk ki, klinika əməkdaşlarının ( xüsusən də tibbi personalın) peşəkar hazırlıq səviyyəsinin artırılması və müəssisənin ixtisaslı kadrlara olan tələbatının qarşılanması məqsədilə müxtəlif mövzularda təlimlər təşkil olunur.

Bu gün sağlamlığımızın keşiyində duran qəhrəman və fədakar həkimlərin günüdür.  münasibətilə bütün təbiblərimizi təbrik ...
06/10/2025

Bu gün sağlamlığımızın keşiyində duran qəhrəman və fədakar həkimlərin günüdür.

münasibətilə bütün təbiblərimizi təbrik edir, çətin və şərəfli işlərində uğur arzulayırıq!

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasının  təşkilatçılığı ilə 16.10.2025 tarixində Dr.İsmayıl  Əliye...
06/10/2025

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasının təşkilatçılığı ilə 16.10.2025 tarixində Dr.İsmayıl Əliyev tərəfindən “Xəstənin klinik vəziyyətinin düzgün dəyərləndirilməsi kriteriyaları ,klinik protokol” mövzusunda seminar keçiriləcək.
Tarix: 16/10/2025
Saat: 14 :30

Yeni Klinikanın direktoru Barat Yusubov tibb müəssisəsini seçən həkim-rezidentlərlə görüş keçirib. Görüş zamanı direktor...
01/10/2025

Yeni Klinikanın direktoru Barat Yusubov tibb müəssisəsini seçən həkim-rezidentlərlə görüş keçirib.

Görüş zamanı direktor rezidentlərlə tanış olaraq onların gələcək peşəkar inkişaf yolunda Yeni Klinikanın təqdim etdiyi imkanlardan bəhs edib.

Barat Yusubov çıxışında Yeni Klinikanın daim peşəkar tibbi kadrların hazırlanmasına, gənc həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi önəm verdiyini qeyd edib. Direktor bildirib ki, gənc mütəxəssislər praktik biliklərini real klinik mühitdə artırmaqla yanaşı, peşəkar komandada çalışma təcrübəsi də qazanacaqlar.

Səmimi söhbət zamanı həkim-rezidentlərin sualları cavablandırılıb, gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

30/09/2025
Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində Azərbaycan Tibb Universitetinin tələbələri Təcili Tibb i...
29/09/2025

Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində Azərbaycan Tibb Universitetinin tələbələri Təcili Tibb intern proqramı üzrə iki həftəlik klinik dərsi tamamlamışlar.

Təcrübənin əsas məqsədi tələbələrin müasir tibbi mühitdə real klinik iş prinsiplərini öyrənməsi, peşə hazırlıqlarını artırması və gələcək fəaliyyətlərinə daha inamla başlamalarıdır.

Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində Dr.Fəxriyyə Quliyevanın kuratorluğu ilə həyata keçirilmiş təcrübə müddətində tələbələr xəstələrin ilkin tibbi qiymətləndirilməsini həyata keçirmiş və kliniki bacarıqlarını təkmilləşdirmişlər. Bundan əlavə, klinikada istifadə olunan tibbi avadanlıqlardan (monitorinq cihazları, EKQ, infuziya sistemləri, defibrilyator, qan qazı analizatoru, USM cihazında eFAST protokolunun icrası və s.) istifadə qaydalarını öyrənərək praktik vərdişlər qazanmışlar.

Yeni Klinikada beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam edirTƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu...
25/09/2025

Yeni Klinikada beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam edir

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada növbəti görüş keçirilib.

Görüşdə Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyev, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, “Sana Hospital Group”un nümayəndə heyəti - Sven Heininger, Dr. Susanne Eberl, Dr. Tina Kuttner, Dr. Beate Wagner, Benjamin Kuhn, eyni zamanda tibb müəssisəsinin tibb və qeyri-tibb heyəti iştirak ediblər.

TƏBİB Akademiyasında baş tutan görüş zamanı tərəflər arasında keyfiyyət menecmentinin təkmilləşdirilməsi, idarəetmə proseslərinin gücləndirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Üç gün davam edən işgüzar görüş çərçivəsində tibbi şöbələrdən Doğum və Urologiya, inzibati şöbələrdən isə İnsan resursları və Biomedikal şöbələrində xidmət keyfiyyətinin artırılması istiqamətində yeni yanaşmalar müzakirə olunub.

Müzakirələr zamanı Yeni Klinikanın Keyfiyyətə nəzarət şöbəsinin müdiri Anar Məhərrəmov xəstəxanada tətbiq olunan keyfiyyət standartları, klinik protokolların beynəlxalq tələblərə uyğunlaşdırılması, şöbələr üzrə keyfiyyətin idarə olunması prosedurları və pasiyent təhlükəsizliyi istiqamətində görülən işlər barədə məlumat verib.

Beynəlxalq təcrübənin tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılması məqsədilə baş tutan görüşün sonunda Ravil Tağıyev artıq 15-ə yaxın sənədin icra olunduğunu ümumilikdə isə 43 sənədin yerinə yetirildiyini və qarşıdakı dövrdə bu istiqamətdə nəzərdə tutulan tapşırıqların həyata keçiriləcəyini vurğulayıb.

Nəzərdə tutulan digər öhdəliklərin növbəti görüşədək tamamlanacağını bildirən TƏBİB Akademiyasının Tədqiqatlar və layihələr bölməsinin müdiri Aygün Qocayeva, görüşün oktyabr ayının sonunda baş tutacağını qeyd edib.

Qeyd edək ki, imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində mütəmadi olaraq Yeni Klinika və “Sana Hospital Group” arasında görüşlər, təlim və seminarlar həyata keçirilir.

Qaraciyər xəstəliklərinin qarşısının alınması üçün maarifləndirmə tədbiri baş tutubYeni Klinikada Azərbaycan Hepato-Pank...
19/09/2025

Qaraciyər xəstəliklərinin qarşısının alınması üçün maarifləndirmə tədbiri baş tutub

Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi (AHPBCA) tərəfindən “Sağlam Qaraciyər – Sağlam Həyat Naminə Maarifləndirmə” layihəsi çərçivəsində tədbir keçirilib.

Gənclər arasında sağlam həyat tərzinin təşviqi, qaraciyər xəstəliklərinin vaxtında qarşısının alınması və cəmiyyətin məlumatlılığının artırılması məqsədilə təşkil edilən tədbirdə müxtəlif müəssilələrdən olan həkim-mütəxəssislər və həkim-rezidentlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən AHPBCA İctimai Birliyinin sədri, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov layihənin əsas məqsədini izah edərək, sağlam həyat tərzinin təbliği, qaraciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası, həmçinin cəmiyyətin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Layihə haqqında təqdimat və videoçarx nümayiş etdirildikdən sonra elmi-praktik sessiyalara start verilərək mütəxəssislərin məruzələri dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin elmi sessiyası çərçivəsində transplantasiya üzrə həkim-koordinator İntizar Məmmədova ‘Qaraciyər transplantasiyası – ikinci şans, gözləmə siyahısına yazılmaq üçün nə etməliyəm?’ mövzusunda təqdimatla çıxış edib. Həkim-dietoloq Gülnar Abdullayeva qaraciyərin sağlamlığının qorunmasında düzgün qidalanmanın əhəmiyyətini ətraflı izah edib, həkim-infeksionist Mədinə Abdullayeva isə Hepatit C xəstəliyi ilə bağlı geniş təqdimatla iştirakçıları məlumatlandırıb.

Neonatal xidmətdə yeni çağırışlar TƏBİB-in  təşkilatçılığı ilə Yeni Klinikada “Neonatal xidmətdə yeni çağırışlar” adlı s...
18/09/2025

Neonatal xidmətdə yeni çağırışlar

TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada “Neonatal xidmətdə yeni çağırışlar” adlı seminar keçirilib.

“Kiçik ürəklərin böyük ümidləri naminə!” şüarı ilə baş tutan tədbirdə doğuşayardım xidməti göstərən tibb müəssisələrində neonatal xidmətə cavabdeh şəxslər iştirak edib.

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin Doğuşayardım Komissiyası ilə birgə keçirdiyi seminara qurumun İcraçı direktorunun müavini Anar İsrafilov sədrlik edib.

Açılış nitqi ilə çıxış edən A.İsrafilov ana və uşaq ölümü göstəricilərinin səhiyyənin prioritet istiqamətlərində biri olduğunu bildirib və sahə üzrə qüsurların aradan qaldırılması, təxirəsalınmaz addımların atılması ilə yanaşı yeniliklərin həyata keçirilməsinin vacibliyindən danışıb.

TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva neonatal ölümlərin azaldılmasında problemlərin təhlilinin effektiv metodlardan biri olduğunu qeyd edib. N.Mustafayeva neonatologiyada təxliyələrin azaldılması, düzgün və professional yardımın yerində təşkilinin gücləndirilməsi, müəssisə rəhbəri tərəfindən hesabatlılığın təmin edilməsi ilə bağlı tövsiyələrini bildirib.

Respublika Pediatriya Mərkəzinin baş həkimi Emil Nuriyev “Neonatologiyada tənəffüs problemləri: risk faktorları, klinik yanaşma, müasir müalicə metodları” adlı məruzə ilə çıxış edərək, yenidoğulmuşların tənəffüs sistemindəki problemlərindən, risk faktorlarından danışıb.

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Ağayeva “Neonatologiyada təxliyə: təhlükəsiz təxliyənin təşkili qaydaları” mövzusunda çıxış edib və yenidoğulmuşların müəssisələrarası təxliyəsi zamanı diqqət edilməli məqamlardan söz açıb.

TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin əməkdaşı Vəfa Hacıyeva “Neonatal skrininqlər: gələcəyimizin genetik sağlamlığı” adlı məruzə ilə çıxış edərək ölkəmizdə skrininqlərin aparılmasının vacibliyi, genetik xəstəliklərin erkən diaqnozu və müalicəsinin faydaları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Yeni Klinika komandasının nadir klinik hal üzrə tezisi Parisdə təqdim edilibYeni Klinika komandasının hazırladığı nadir ...
17/09/2025

Yeni Klinika komandasının nadir klinik hal üzrə tezisi Parisdə təqdim edilib

Yeni Klinika komandasının hazırladığı nadir klinik hal üzrə tezis Parisdə keçirilən 20-ci ESCP (European Society of Coloproctology) elmi konfransında təqdim olunub.

Koloproktologiya sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirən elmi platformada tezis klinik təsir meyarlarına görə yüksək qiymətləndirilib.

Nüfuzlu beynəlxalq tədbirlərdən biri olan “Tripartite Colorectal Meeting” çərçivəsində qəbul edilən tezis “Yetkin yaşda soltərəfli diafraqma yırtığı ilə müşayiət olunan “Sigmoid” yoğun bağırsaq xərçəngi” mövzusuna həsr edilib.

Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri, cərrah Elşən Qədimov tərəfindən təqdim edilən tezis elmi konfransda “E-poster” formatında nümayiş olunub.

Nadir rast gəlinən klinik vəziyyətin araşdırılması və sənədləşdirilməsi baxımından həm elmi, həm də praktik əhəmiyyət daşıyan tezis 2 000-ə yaxın elmi təqdimat arasında obyektiv nəticələrə əsaslanan qənaətlər, yenilikçilik və s. beynəlxalq meyarlara görə mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, ESCP 2025 konfransı çərçivəsində təşkil olunan tezis seçimi prosesi kifayət qədər rəqabətli şəraitdə aparılıb və yalnız yüksək elmi dəyərə malik olanlar qəbul olunub.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Revmatologiya Akademiyası,TƏBİB Akademiyasının 27 sentyabr 2025-ci il tarixində n...
12/09/2025

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Revmatologiya Akademiyası,TƏBİB Akademiyasının 27 sentyabr 2025-ci il tarixində növbəti elmi-praktiki tədbiri keçiriləcək.
Mözvu: Aysberqin görünməyən üzü: Yaşlı xəstələrdə qızdırma və gizli iltihabın sirri
Mütəxəssislərlə birgə differensial diaqnostikanı müzakirə edəcəyik.

Qeydiyyat linki: https://docs.google.com/.../1FAIpQLSdn8kGcMuej0e.../viewform
Əlavə məlumat üçün wa.me/994554108909

Address

Heydər Əliyev Pr. 142
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when TƏBİB Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram