Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Ministry of Health Republic Center of the Struggle Against Aids

Министерство Здравоoхранения Республиканский Центр по борьбе со СПИД-ом
Ministry of Health Republic Center of the Struggle Against Aids

Azərbaycan Tibb Universitetində 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirili...
02/12/2025

Azərbaycan Tibb Universitetində 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı Azərbaycan Tibb Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açıb. QİÇS mövzusunun aktuallığına toxunan prorektor, belə bir konfransın keçirilməsinin iştirakçılar üçün əhəmiyyətli olacağını bildirib. Konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlər” mövzusunda çıxış edib.
Yoluxma yolları və təhlillərdən söhbət açan mərkəzin direktoru Famil Məmmədov regionlarda fəaliyyət göstərən laboratoriyalardan, təşkil olunmuş maarifləndirici tədbirlər barədə geniş məlumat verib. Keçirilən tədbirlərin 50 faizdən çoxunun orta məktəbin yuxarı sinf şagirdlərinin payına düşdüyünü bildirib. Yoluxma yollarının qarşısının alınması üçün aparılan lazımi tədbirlərin həyata keçirildiyinə diqqət çəkən F.Məmmədov bu tipli tədbilərin tələbələr üçün də keçirilməsinin vacibliyini vurğulayıb. QİÇS-lə mübarizədə dövlətin daim qayğısı ilə əhatə olunduqlarını, bu günü yad etmək və cəmiyyətin diqqətini çəkmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini, bu günü andıracaq şüarla Olimpiya Stadionu, Alov qüllələri və Qız Qalasının gecə qırmızı fonla nümayiş etdiriləcəyini bildirib.
ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova “İİV/QİÇS-lə mübarizədə yeni yanaşmalar” mövzusunda çıxış edib. Məruzəçi xəstəliyə yoluxmanın yolları, mübarizədə yeni yanaşmalar, xəstələrə təyin edilən dərman preparatları və bu preparatların effektivliyi və s. barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Vüqar Cavadzadə məruzsəsini “ İİV infeksiyası: klinik xüsusiyyətləri, diaqnoz və müasir müalicə profilaktika prinsipləri” mövzusunda edib.
ATU-nun Epidemiologiya və biostatistika kafedrasının magistri Xədicə Səfərli isə “İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər-Təmasdan öncə profilaktika, təmasdan sonra profilaktika” mövzusunda çıxış edib. Toxunduğu mövzu barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

01/12/2025

Bakı Olimpiya Stadionundan QİÇS-ə “YOX” deyirik
1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə paytaxtın “Alov Qüllələri”ndən parlayan xəbərdarlıq və xatırlatma Qız Qalasını rəmzi rənglərə boyayaraq, Bakı Olimpiya Stadionundan hər kəsə vacib ismarıclar çatdıracaq: Həyatınızı QİÇS-dən qoruyun! Gizli virusun qarşısını anonim və ödənişsiz müayinə ilə alın! Şübhə və ehtimallarınıza son qoymaq üçün müayinədən keçin, statusunuzu bilin və sağlam yaşayın!
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi son illər bu sahədə fəaliyyətini gücləndirərək əhalinin müxtəlif qrupları arasında maarifləndirmə və xəbərdarlıq kampaniyalarının miqyasını və əhatə dairəsini genişləndirib. Bu il keçirilən maarifləndirmə tədbirinə Bakı Olimpiya Stadionu öz xüsusi vizual işıqlandırması ilə dəstək göstərir.
Tədbir Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və Bakı Olimpiya Stadionunun iştirakı ilə reallaşdı. Bu layihədə əməyi olan hər kəsə təşəkkür edirik.

01/12/2025
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilibAzərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komis...
01/12/2025

Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib.
Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, QİÇS bir xəstəlik kimi ötən əsrin 80-ci illərindən sertifikatlaşdırılmış formada qeydiyyata alınıb. O vaxtdan ötən 40 il ərzində dünyada 35-40 milyon insan vəfat edib. Hazırda elə bir ölkə yoxdur ki, bu virusa, xəstəliyə yoluxma olmasın. Ötən müddətdə tibb elmi xəstəliklə mübarizədə böyük nailiyyətlər əldə edib. Əvvəllər yoluxan ölümə məhkum idisə, indi yoluxan şəxs effektiv müalicə üsulları ilə yaşaya bilir.
N. Zeynalov qeyd edib ki, ölkəmizdə isə bu xəstəliklə bağlı epidemioloji vəziyyət xeyli yaxşıdır. Amma bu bizi arxayın etməməlidir. Çünki virusu tamamilə yox etmək yolu yoxdur. Bu xəstəliklə bağlı tibbi məsələlər müəyyən qədər həll olunsa da, stiqma və diskriminasiya kimi sosial məsələlər hələ də həll olunmayıb. Dünyadakı bütün QİÇS-ə yoluxmuş insanlar bu problemlərlə üzləşir. QİÇS cəmiyyət tərəfindən qəbul olunmur. Digər insanlar QİÇS-ə yoluxmuş insanlardan çəkinir. Bu da müəyyən problemlərə gətirib çıxarır. İnanıram ki, gələcəkdə bu xəstəliyə qarşı ya peyvənd, ya da daha effektiv müalicə üsulu tapılacaq. Bunun üçün nə qədər çox çalışsaq, bu işi addım-addım yerinə yetirə bilərik.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov vurğulayıb ki, Azərbaycan illərdir ÜST-ün və 2002-ci ildə təsis olunmuş, QİÇS sahəsində dünyanın aparıcı qurumu olan Qlobal Fondun aktiv üzvü kimi həmin təşkilatla sıx əməkdaşlıq edir. Bu illər ərzində Azərbaycan region ölkələri üçün bu istiqamətdə bir nümunə olub.

Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlard...
01/12/2025

Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriyada həyata keçirilir.
Daha ətraflı: sehiyye.gov.az-da

1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü QİÇS-ə birlikdə qalib gələk!
01/12/2025

1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü
QİÇS-ə birlikdə qalib gələk!

İİV gizli düşməndir - Bakı Dövlət Universitetinin tələbələri maarifləndirilibAzərbaycanın ilk ali təhsil ocağı olan Bakı...
28/11/2025

İİV gizli düşməndir - Bakı Dövlət Universitetinin tələbələri maarifləndirilib
Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində “Avropa İİV-ə Testləşmə həftəsi - 2025” çərçivəsində maarifləndirici aksiya keçirilib və müayinələr aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan “Özünü QİÇS-dən qoru” adlı aksiyada universitetin müəllim və tələbələri iştirak edib.
Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetində maarifləndirici seminar təşkil ...
27/11/2025

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetində maarifləndirici seminar təşkil edib
Azərbaycan Tibb Universitetində (ATU) müəllim və tələbə heyətinin iştirakı ilə “İİV infeksiyası, diaqnostikası, müalicəsi və İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər” mövzusunda geniş maarifləndirici seminar keçirilib. Tədbirdə ATU rəhbərliyi və struktur bölmələrinin nümayəndələri iştirak edib.
Tədbirin açılışında Tərbiyə işləri üzrə prorektor dosent Mahir Səfərov iştirakçıları salamlayaraq günün mahiyyətinə toxunub. O, İİV/QİÇS üzrə maarifləndirmənin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını bildirib və seminarın həm tələbələr, həm də müəllim heyəti üçün məlumatlılıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Seminar çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ətraflı təqdimatla çıxış edib. O, İİV infeksiyasının epidemiologiyası, virusun ötürülmə yolları, risk qrupları, müasir profilaktik yanaşmalar, erkən diaqnostikanın və müalicənin əhəmiyyəti barədə geniş məlumat verib. Bununla yanaşı, İİV-ə yoluxmuş şəxslərdə müşahidə olunan opportunistik infeksiyalar, onların klinik xüsusiyyətləri və müalicə prinsipləri haqqında ətraflı izah təqdim edilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, sonda geniş müzakirə və sual-cavab formasında öz işini başa çatdırıb.

Address

Mir-Qasımov 1/8
Baku
AZ1022

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 12:00

Telephone

+994125100869

Website

http://www.aids.az/

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram