ARAF/ EFAR

ARAF/ EFAR Equestrian Federation of Azerbaijan Republic/ Azerbaycan Respublikası Atçılıq Federasiyası

For more information visit our web-site www.araf.az Elchin Guliyev.

"In terms of genetic features our nation is a nation comprised of physically healthy people. Physical health and strength along with mental health are characteristics of our nation." H.Aliyev
In the middle of the last age the interest to various kinds of sport increased all over the world. And surely Azerbaijan took part in this process. July 26, 1994 the National Great Leader Heydar Aliyev signed the Decree on the establishment of the Ministry of Youth and Sports. Thereby the foundation for development of sports in our country was laid.
1990-93 – the period of establishment and recognition of the National Olympic Committee. A lot of problems concerning the national sport accumulated. And they should be solved. So the National Olympic Committee General Assembly elected Mr. Ilham Aliyev as its chairman. The development and implementation of measures to overcome the crises started. Hereby new Olympic centers meeting international standards appeared, and Olympic movement has widely spread all over the country. October 26, 1996 Equestrian Sports Federation of Azerbaijan Republic (ARAIF) was established. But in March 5, 2009 the Equestrian Sports Federation underwent significant changes. That day the Olympic Committee elected new chairman of the Equestrian Sports Federation. The majority voted for Mr. Very soon the new Charter was adopted. According to it Equestrian Sports Federation of Azerbaijan Republic (ARAIF) was renamed to Equestrian Federation of Azerbaijanian Republic (ARAF). Nowadays we follow the latest tendencies in equestrian sport. ARAF actively develops and supports both classical and non-Olympic disciplines, and the national kind of sport. Don’t forget traditions and stay modern – this is our mission. On this way it was the first achievement of EFAR to become a member of FEI ( Federation Equestre Internationale) in 1997. This is a great, responsible and serious step. New opportunities, new prerequisites, exciting competitions at the highest level, the national games, day-by-day a growing number of viewers- sure, we can say that we reached our mission and in this way there was the largest and most important role of Mr. Elchin Guliyev which has been elected as the President of the Equestrian Federation of Azerbaijan for the second time. Mr. Elchin Guliyev after being elected as the President of EFAR in 2009 two important steps more have been taken. Thus, EFAR in February 2010 was elected member to IFHA ( International Federation of Horseracing Authorities) and in December 2013 to FIP (Federation Internationale Polo). İn 2014 Mr. Elchin Guliyev was elected as the President of EFAR for the second time.

14/03/2026

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilmişdir.

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilmişdir13-14 mart 2026-cı il tarixlərində Binə Atçılıq Mərkəzində Azərba...
14/03/2026

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilmişdir

13-14 mart 2026-cı il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışdır.
Mövsümün açılış turu gərgin və maraqlı qarşılaşmalarla yadda qalmışdır. Turun ilk oyununda “Zəfər” komandası “Şamaxı” komandası üzərində minimal hesablı qələbə qazanmışdır. Görüş boyu hər iki komanda hücum cəhdləri ilə fərqlənsə də, qarşılaşmanın taleyini həll edən yeganə qol “Zəfər”in aktivliyi nəticəsində qeydə alınmış və matç 1:0 hesabı ilə başa çatmışdır.
Günün ikinci yarısında isə “Embawood” və “Omar” komandaları maraqlı oyun nümayiş etdirmişdir. Dinamik hücumlarla keçən qarşılaşmada “Embawood” komandası rəqibi üzərində üstünlük əldə edərək 2:1 hesablı qələbə qazanmışdır. Bu nəticə ilə “Embawood” yeni mövsümə uğurlu start verən komandalar sırasında yer almışdır.
Mart ayının 14-də baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qalmışdır.
Belə ki, “Elit” komandası “Buta Qolden” üzərində 1:0 hesablı qələbə qazanmışdır. “Sərhədçi” komandası isə turunun ən böyükhesablı qələbələrindən birinə imza ataraq “Atilla” komandasını 10:0 hesabı ilə məğlub etmişdir.
Günün son, turun ən məhsuldar oyunu “Polad” və “Xəzər” komandaları arasında baş tutmuş, “Polad” rəqibini 11:0 hesabı ilə üstələyərək mövsümə inamlı başlanğıc etmişdir.
İdman həvəskarlarının nəzərinə çatdırırıq ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları 27-28 mart tarixlərində keçiriləcək və liqa 21 noyabr 2026-cı il tarixinədək davam edəcək.
Azərbaycan Respublikası Atçılıq Federasiyası

Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanmışdır5 Mart...
06/03/2026

Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanmışdır
5 Mart 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənəd Azərbaycan Respublikası ilə Türkmənistan arasında atçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə birgə fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən tərəflər atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə etmişlər.

Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, memorandum Azərbaycan Respublikası ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.

05/03/2026

Türkmənistan Respublikasının əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupu Bakıda!

Türkmənistan Respublikasının əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupu Bakıda!4 mart 2026-cı il tarixində Azərbayca...
05/03/2026

Türkmənistan Respublikasının əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupu Bakıda!

4 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (Dirçəliş) milli atüstü oyunlar qrupu möhtəşəm nömrələr nümayiş etdirmişdir.
Bakıda ilk dəfə çıxış edən 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının baş mükafat qalibləri at üzərində müxtəlif hərəkətlər göstərmiş, mükəmməl sinxronluq, mürəkkəb tryuklar, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların zövqünü oxşamışlar.
Şou proqramında həmçinin akrobatlar, müxtəlif janrların artistləri, eləcə də rəngarəng səhnə nömrələri təqdim olunmuşdur.
Proqram Azərbaycan və Türkmənistan bayraqlarının at üzərində səhnəyə gətirilməsi ilə başa çatmışdır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatı

21/02/2026

“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir.

“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir19-20 Fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atç...
21/02/2026

“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir

19-20 Fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir.

“E” kateqoriyası üzrə 80 sm, “L” kateqoriyası üzrə 115 sm və “M*” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.

“E” koteqoriyasında 26 idmançının iştirakı ilə baş tutan mübarizədə “Elite” atçılıq klubunun təmsilçisi Mədinə Məmmədova “Ayla” ləqəbli atla birinci, “Walonka” ləqəbli atla ikinci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”in təmsilçisi Amena Gonizzi “Pur-Pur” ləqəbli atla üçüncü, “Elite” atçılıq klubunun təmsilçisi Eyyub Qədimquliyev “Walonka” ləqəbli atla dördüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”in digər təmsilçisi Cahangir Novruzbəyli isə “Burla” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 17 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla birinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov “Tutu MNM” ləqəbli atla ikinci, “Miss Baloubet MNM” ləqəbli atla üçüncü, “Elite” atçılıq klubunun təmsilçisi Seyid Musayev “Zidane D” ləqəbli atla dördüncü, “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov isə “Elano C” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 10 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla birinci, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Carthanio” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla üçüncü, “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Miss Baloubet MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

Sonda birinci yerin sahiblərinə “Sərhədçi kuboku”, medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.

Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazandı Çövkən üzrə Cənubi Amerika çempi...
09/02/2026

Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazandı

Çövkən üzrə Cənubi Amerika çempionatı Argentinada möhtəşəm idman atmosferi fonunda başa çatdı və bununla da dünya çempionatına vəsiqə qazanan növbəti komandalar müəyyənləşdi.

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən turnir qitənin ən güclü yığmalarını bir araya gətirərək yüksək temp, dramatik qarşılaşmalar və son saniyələrə qədər davam edən gərgin mübarizə ilə yadda qaldı. Hər oyun təkcə xal uğrunda deyil, dünya çempionatına çıxış naminə aparılan əsl xarakter sınağı idi.

İlk dəfə təşkil edilən qitə çempionatının birinci günündə keçirilən qarşılaşmalar artıq yüksək rəqabətin anonsu oldu. Argentina və Uruqvay komandaları arasında baş tutan görüş 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşdı. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək inamla finala adladı.

Yarışın son günündə isə gərginlik maksimum həddə çatdı. Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurdu. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəldi. Final oyunu əsl idman dramına çevrildi və 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələndi.

Beləliklə, Uruqvay yığması qitə çempionatının qalibi olaraq birbaşa dünya çempionatına vəsiqə qazandı. Çili komandası isə ikinci yeri tutaraq qitəni dünya səhnəsində təmsil etmək hüququ əldə etdi.

Bu çempionat bir daha sübut etdi ki, Çövkən artıq regional çərçivələri aşaraq beynəlxalq səviyyədə formalaşan, yüksək rəqabətə və böyük azarkeş auditoriyasına malik idman növünə çevrilib.

Cənubi Amerika mərhələsi başa çatdı, lakin əsas hekayə indi başlayır. Qarşıda isə bu ilin iyununda Azərbaycanda təşkil ediləcək çövkən üzrə dünya çempionatı var. Artıq hamı bilir - Uruqvay və Çili bu səhnəyə təsadüfən yox, haqqı ilə çıxır.

23-25 yanvar 2026-cı il tarixlərdə İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə 41-ci Dünya Kuboku yarı...
26/01/2026

23-25 yanvar 2026-cı il tarixlərdə İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə 41-ci Dünya Kuboku yarışlarından görüntülər.

Azərbaycanın “Land of Fire” komandası qarüstü polo üzrə 41-ci Dünya Kuboku yarışlarında23-25 yanvar 2026-cı il tarixləri...
23/01/2026

Azərbaycanın “Land of Fire” komandası qarüstü polo üzrə 41-ci Dünya Kuboku yarışlarında

23-25 yanvar 2026-cı il tarixlərində İsveçrənin Sankt-Moritz şəhəri bir daha dünyanın polo mərkəzinə çevrilərək qarüstü polo üzrə 41-ci Dünya Kuboku turnirinə ev sahibliyi edəcək.

Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparacaq.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi “Land of Fire” komandası təmsil edir.

1985-ci ildən etibarən hər il təşkil olunan bu ənənəvi yarış Enqadin vadisinin qarla örtülmüş möhtəşəm dağları fonunda yüksək səviyyəli oyunlar və eksklüziv sosial tədbirlərlə yadda qalır.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.

Dünya Kuboku uğrunda “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” komandaları mübarizə aparacaqlar. 

Yanvarın 22-də yarış öncəsi yoldaşlıq oyununda komandamız “Flexjet” komandası ilə qarşılaşmışdır.

Çempionatda komandamız ilk rəsmi görüşünü yanvarın 23-də Bakı vaxtı ilə saat 15:15-də “Sankt Moritz”ə qarşı keçirəcək. İlk yarış günündən sonra 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Turnirin sonuncu günü – yanvarın 25-də üçüncü yer uğrunda görüş və final oyunu keçiriləcək.

Final qarşılaşmasından sonra turnirin qalibi, ən yaxşı oyunçusu və ən yaxşı polo atı mükafatlandırılacaq.

Komandamızın bu nüfuzlu turnirdə iştirakı Azərbaycanın atçılıq ənənələrinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, ölkəmizin idman imicinin Sankt-Moritz kimi elit bir məkanda bir daha ön plana çıxarılmasına xidmət edəcək.

19/01/2026
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir15 yanvar 2026-cı il tarixində...
16/01/2026

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir

15 yanvar 2026-cı il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.

Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır.

İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir.

Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley” komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır.

Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir.

Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir.

Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.

Address

Binə Qəsəbəsi, Mərdəkan şossesi, Binə Atcılıq Mərkəzinin Yanı
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994125653151

Alerts

Be the first to know and let us send you an email when ARAF/ EFAR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ARAF/ EFAR:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram