25/11/2025
👦🇷🇺 Yusif Rusiyadan olan uşaqlardan biridir. O, onlayn erqoterapiya seanslarına qoşuldu. Onun əsas çətinlikləri seçici qidalanma və taktiki hipersensitivlik idi — yəni bəzi qidaların teksturasına və toxunuşlara qarşı güclü narahatlıq hiss edirdi.
🔹️Cəmi 8 onlayn seansdan sonra Yusif artıq müxtəlif qidaları qəbul etməyə başladı, toxunuşlara daha rahat reaksiya verir və özünü daha balanslı hiss edir.
🔹️Bu dəyişiklik göstərir ki, uşaqlarda belə problemlər vaxtında düzgün yanaşma ilə tamamilə aradan qalxa bilər. Uşağın yeməkdən imtina etməsi və ya toxunuşdan qaçması sadəcə inad deyil — bu, onun sensor sisteminin köməyə ehtiyacı olduğunu göstərir.
🔹️Erqoterapiya uşağın beyninə və bədəninə uyğun siqnallar göndərərək onu sakitləşdirir, koordinasiyanı və gündəlik bacarıqları gücləndirir. 💫
Bəzən sadəcə dayanıb uşağı müşahidə etmək, onu başa düşmək və uyğun terapiya ilə dəstək olmaq kifayətdir.