İctimai Səhiyyə və İslahatlar Mərkəzi

  • Home
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə” 143 nömrəli 7 sentyabr 2006-cı il tarixli əmri ilə təşkil olunmuşdur. İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.
İSİM Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən bir sıra layihələrdə iştirak edir.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Naz...
03/11/2025

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

01/11/2025
31/10/2025

Kimlərə kofe içmək olmaz?
Bu və digər mövzulara dair video-çarxları İctimai Səhiyyə və İslahatlar Mərkəzi youtube səhifəsində - https://youtube.com/shorts/voZZD30Z9Fk?feature=share və saglamusaq.az saytında izləyin, əgər bəyənirsinizsə, abunə olun.



“Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilibSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslaha...
30/10/2025

“Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib. Təlimdə orta məktəb psixoloqları, fərdi fəaliyyət göstərən psixoloqlar, “Uşaq Qaynar Xətt” xidməti və ictimai səhiyyə mütəxəssisləri iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsləhətçi psixoloqu Zivər İsmayılova çıxış edərək təlimin vacib mövzuya həsr olunduğunu, gənc nəsildə sağlam vərdişlərin formalaşdırılması istiqamətində psixoloqların müvafiq məlumat və materiallarla təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda gənc nəslin sağlam inkişafının geniş əks olunduğunu vurğulayıb. Bildirib ki, təlimin təşkilində məqsəd uşaqların psixi sağlamlığının qorunması istiqamətində məlumatlılığın artırılmasıdır. O, gənc nəslin fiziki və psixi sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi, eyni zamanda uşaqlar, valideynlər, müəllim və təhsil işçiləri üçün nəşr edilən “Məktəblinin sağlamlığı” kitabları barədə ətraflı məlumat verib.
İSİM-in Təlim-resurs şöbəsinin müdiri Kamilla Kərimova iştirakçıları rəqəmsal texnologiyalardan istifadə ilə bağlı sorğuda iştirak etməyə dəvət edib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, psixoloqlar müraciətləri əsasən “Votsap”, “Zoom” platforması üzərindən cavablandırıblar.
“Uşaq Qaynar Xətt” xidmətinin koordinatoru, psixoloq Vəfa Nəsirli və sosial işçisi Səcdə İsmayılova hər bir zəng və müraciətə diqqətlə yanaşıldığını, bu il ərzində Qaynar Xəttə daxil olan 3767 zəngin 1003-ü psixoloji dəstəklə bağlılığını, müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara və mütəxəssislərə yönəldildiyini, anonimliyin qorunduğunu vurğulayıblar.
İSİM-in psixoloqu Aysel Musayeva uşaqlarda stres və depressiyanın əlamətlərindən söz açıb, onlara vaxtında göstərilən psixoloji dəstəyin, ailə, məktəb və mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Seminarda uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı faydalı təcrübələr bölüşülüb, səmərəli fikir mübadiləsi aparılıb və iştirakçılara geniş çeşiddə maarifləndirici vəsaitlər təqdim olunub.




29/10/2025
“Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa keçirilibAzərbaycan Respublikası Səhiy...
29/10/2025

“Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa təşkil edilib.
Dövlət və hökumət nümayəndələri, səhiyyə və tibb işçiləri, təhsil müəssisələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi gənc nəslin sağlamlığının qorunması istiqamətində aktual problemləri təhlil etmək, bu sahənin inkişafına yönəlmiş yeni həll yolları barədə fikir mübadiləsi aparmaq olub.
İSİM-in direktoru Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, ana və uşaq sağlamlığının dövlətin səhiyyə siyasətində mühüm prioritet istiqamətlərdən biri olduğunu, bu sahədə görülən işlərin gələcək nəsillərin sağlam formalaşmasına, həmçinin cəmiyyətin ümumi rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova gənc nəslin sağlamlığının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb, uşaqların sağlamlığının müdafiəsi üçün qanunvericiliyin və tibbi xidmətlərə əlçatanlığın gücləndirildiyini diqqətə çatdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova uşaqların sağlamlıq vəziyyətinin erkən mərhələdə qiymətləndirilməsi və mümkün xəstəliklərin vaxtında aşkarlanması məqsədilə uşaqların icbari dispanserizasiyasının dövlət tərəfindən tam ödənişsiz şəkildə aparıldığını vurğulayıb. O, həmçinin hər il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində belə mühüm tədbirin təşkilinə görə təşəkkürünü bildirib və bu kimi təşəbbüslərin uşaqların sağlam böyüməsinə, onların hüquq və rifahının qorunmasına töhfə verdiyini qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova çıxışında bildirib ki, uşaq sağlamlığının qorunması Dövlət Proqramları, Səhiyyə Nazirliyinin təsdiq etdiyi klinik protokollar, beynəlxalq layihə və proqramlar əsasında həyata keçirilir və bu istiqamətdə görülən işlər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, profilaktik tədbirlərin gücləndirilməsinə və ana-uşaq sağlamlığının möhkəmləndirilməsinə yönəlib.
Azərbaycan Pediatriya Assosiasiyasının (APA) sədri Təranə Tağı-zadə ana-uşaq sağlamlığının müasir pediatriyanın prioritet məsələlərindən biri olaraq daim diqqət mərkəzində olduğunu qeyd edərək, İSİM tərəfindən həyata keçirilən maarifləndirmə və innovativ yanaşmaların əhəmiyyətini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva sağlam təhsil mühitinin uşaqların sağlamlığına və funksional vəziyyətinə, onların sağlamlığının qorunması və möhkəmləndirilməsinə təsirlərindən bəhs edib.
Dəyirmi masa iştirakçılarına gənc nəslin sağlamlığının qorunması istiqamətində İSİM tərəfindən həyata keçirilən sorğu və tədqiqatların hesabatı, əldə olunan nəticələr təqdim olunub. İSİM nümayəndələri - Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova “Ümumtəhsil müəssisələrində tibb otaqlarının fəaliyyətinin tədqiqi”, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova “Miopiyanın (yaxından görmənin) profilaktikası üzrə sorğu anketinin təhlili”, Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Kariyesin profilaktikası üzrə sorğu anketinin təhlili”, İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova “Analar arasında profilaktik immunizasiyaya səviyyəsinə məmnunluğu öyrənməsi üzrə araşdırma” barədə ətraflı məlumat veriblər.
Ümumi orta təhsil müəssisələrində tibb otaqlarının fəaliyyətinin təşkili üzrə əsas prinsipləri əks etdirən metodik tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb və müzakirəyə təqdim edilib.
Bakı Baş Səhiyyə Mərkəzi Ana və uşağın sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova, şöbə müdiri İqbal Səfərova, Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva təkliflərlə çıxış ediblər.
20 saylı Uşaq Poliklinikasının baş həkimi Qabil Yusifoğlu, 8 nömrəli Uşaq Poliklinikasının baş həkimi Nuriyyə Tağıyeva, “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinə cəlb olunmuş 177 nömrəli məktəbin direktoru Arzu Süleymanova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, İSİM-in baş direktorunun müavini Qəhrəman Haqverdiyev, Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva məktəb həkimlərinin əsaslı biliklərinin təkmilləşdirilməsi, tibb bacılarının kurslara cəlb edilməsi, məktəb dərsləri zamanı sağılamlığı təşviq edən mövzuların artırılması və digər tibbi sosial məsələlərdən söz açıblar.
Dəyirmi masa çərçivəsində uşaq sağlamlığının müasir çağırışları, məktəblərdə ilkin səhiyyə xidmətlərinin təşkili, sağlamlıq yönümlü tədris mühitinin yaradılması, şagirdlərin fiziki və psixoloji rifahının təmin olunması, maarifləndirmə, təhsil və tibb müəssisələri arasında koordinasiya yönümlü əməkdaşlıq və profilaktika tədbirlərinin gücləndirilməsi istiqamətində aktual məsələlər müzakirə olunub, iştirakçılar öz təklif və təcrübələrini bölüşüblər.
Uşaqların sağlamlığı ilə bağlı müvafiq qurumların əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və müzakirə olunan məsələlərin təhlili məqsədilə işçi qrupun yaradılması qərara alınıb.


29 oktyabr – Ümumdünya Psoriaz Günüdür29 oktyabr – Ümumdünya Psoriaz Günü kimi qeyd olunmasının əsas səbəbi ictimaiyyəti...
29/10/2025

29 oktyabr – Ümumdünya Psoriaz Günüdür

29 oktyabr – Ümumdünya Psoriaz Günü kimi qeyd olunmasının əsas səbəbi ictimaiyyəti bu xəstəliklə və müalicə üsulu​ ilə bağlı maarifləndirməkdir.
Xəstəliyin yaranma səbəbi dəqiq məlum deyil. Psoriazın simptomları həkim tərəfindən yazılmış dərmanlar vasitəsi ilə idarə olunur.

29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdürİnsult – beyində qan dövranının kəskin şəkildə pozulması nəticəsində bey...
29/10/2025

29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdür

İnsult – beyində qan dövranının kəskin şəkildə pozulması nəticəsində beyin toxumasının zədələnməsi və onun işinin pozulması ilə müşayiət edilən sindromdur. ÜST tərəfindən hər il 29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü qeyd edilir və bu xəstəliyin profilaktikası üçün maarifləndirici tədbirlər keçirilir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu istiqamətdə müntəzəm olaraq maarifləndirici tədbirlər təşkil edilir, əhalinin məlumatlandırılması məqsədi ilə “İnsulta qarşı ayıq ol!”, “İnsultu gözdən qaçırma!” kimi çap materialları hazırlanaraq nəşr olunur və​ www.isim.az saytında yerləşdirilir: https://www.isim.az/az/print/8-Maariflendirme-materiallari

İSİM-də səhiyyə və tibb işçiləri üçün təlim keçirilibSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), TƏB...
28/10/2025

İSİM-də səhiyyə və tibb işçiləri üçün təlim keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), TƏBİB, Regional İnkişaf İctimai Birliyi (RİİB), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində təlim təşkil olunub.
İSİM-in direktoru Səbinə Babazadə arterial hipertenziya ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir dövrdə qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev son illər dünyada, o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəliklər sırasında məhz qeyri-infeksion xəstəliklərin yer aldığını təəssüflə qeyd edərək, “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsinin həyata keçirilməsinin vacib addım olduğunu diqqətə çatdırıb.
Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik İnstitutunun baş həkimi Rəhimə Qabulova qan təzyiqinin düzgün ölçülmə qaydaları və ürək-damar sistemi xəstəliyinin müalicəsi barədə ətraflı məlumat verib, həkim göstərişlərinə düzgün əməl edilməsinin vacibliyini vurğulayıb.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin aparıcı məsləhətçisi Tərənnüm Əlizadə qeyri-infeksion xəstəliklərə qarşı mübarizədə səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi ilə yanaşı, əhalinin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, layihə çərçivəsində skrininqlər və maarifləndirmə aksiyalarının, təbliğat və təşviqat kampaniyasının aparılması nəzərdə tutulub.


Təhsil işçiləri üçün “Sağlam həyat tərzi. Sağlam qidalanma” mövzusunda təlimlər keçirilibSəhiyyə Nazirliyinin İctimai Sə...
28/10/2025

Təhsil işçiləri üçün “Sağlam həyat tərzi. Sağlam qidalanma” mövzusunda təlimlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 53, 258, 276, 284 nömrəli tam orta məktəblərdə pedaqoji heyət üçün sağlam həyat tərzi və sağlam qidalanma üzrə maarifləndirici təlimlər təşkil olunub. Keçirilən təlimlərin məqsədi qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri və sağlam qidalanma barədə məlumatlılığın artırılması olub.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Epidemiologiya şöbəsinin müdiri Billurə Yusifova, İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova geniş təqdimatla çıxış edərək, sağlam həyat tərzinin strukturu, qeyri-sağlam qidalanmanın fəaliyyətə, təhsilə mənfi təsirləri barədə ətraflı məlumat veriblər.
Vurğulanıb ki, gənc nəsildə erkən yaşlardan sağlam davranışların formalaşdırılması ölkəmizdə həyata keçirilən müxtəlif dövlət proqramları, xüsusilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas hədəflərdən biridir. Bu məqsədlə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən müəllimlər, şagirdlər və valideynlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi iştirakçılara geniş təqdim olunub, portalda sağlamlığın qorunması, sağlam həyat tərzi, sağlam qidalanmaya dair müxtəlif çeşiddə məlumatların yer aldığı bildirilib.
Tütünçəkmənin fəsadlarından, xüsusən bu gün gənc nəsil arasında yayılan elektron siqaretin zərərlərindən söz açılıb, gənc nəsildə sağlam davranışların erkən yaşlardan formalaşmasının vacibliyi, onların düzgün istiqamətlənməsində təhsil işçiləri və valideynlərin roluna dair sübutlu mənbələrə əsaslanan tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb.
Təhsil müəssisələrinə İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Məktəblinin sağlamlığı” (valideynlər, uşaqlar, müəllimlər üçün) kitabları və geniş çeşiddə maarifləndirmə materialları təqdim olunub.


Bullinq uşaq, yeniyetmə psixologiyası üçün çox ağır təcrübədir və vaxtında prosesə müdaxilə etmək bir çox fəsadların qar...
27/10/2025

Bullinq uşaq, yeniyetmə psixologiyası üçün çox ağır təcrübədir və vaxtında prosesə müdaxilə etmək bir çox fəsadların qarşısını alır.

Hər bir valideyn övladının sağlam mühitdə, özünəinamlı, savadlı, ağıllı şəxsiyyət kimi formalaşmasını istəyir. Bu baxımdan, məktəb heyətinin və valideynlərin bullinqlə bağlı məlumatlı olması, şagird davranışlarının daha diqqətlə izlənilməsi, bullinqin hər hansı bir növü ilə qarşılaşarkən aradan qaldırılması yolları barədə maariflənidirilməsi çox vacibdir.

Əl-ələ verək, bullinqə yox deyək!



Address


Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when İctimai Səhiyyə və İslahatlar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İctimai Səhiyyə və İslahatlar Mərkəzi:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram