Zülmətdə İşıq

Zülmətdə İşıq Zülməti lənətləməkdənsə, şam işığı yandırmaq yaxşıdı. əl-Bəqara

257.Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər.

Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!

08/02/2017

"Ben ümmetim için, başlarına geçecek olan, Allah'ın yolundan saptıran idarecilerden korkarım. Bir kere üzerlerine kılıç kalktı mı, Kıyamete kadar üzerlerinden inmeyecektir.
Ümmetime ait bir memleket müşriklere iltihak etmeden, bir kısım ümmetim putlara tapmadan Kıyamet kopmayacaktır. Ümmetim içinden otuz yalancı peygamber çıkacak, hepsi peygamber olduklarını iddia edecekler. Ben rasullerin sonuncusuyum.
Benden sonra peygamber gelmeyecektir. Ümmetimden bir cemaat Kıyamet kopuncaya kadar hak din üzere muzaffer kalacaktır. Kendileriyle uğraşanlardan onlara bir zarar gelmeyecektir."
______________________________________________
(Ebu Davud Fiten: 1, Tirmizi Fiten: 9, Ahmed: 4/123, 5/278)

18/05/2015

❇Hər bir dövrə aid söz❇

Allahdan məni düşmənlərimdən qorumağını dilədim və bundan sonra dost bildiyim adamları itirməyə başladım.
⭐Lev Tolstoy

mənbə: İslam Elmihalı

12/02/2014

Səhabələrin fəziləti


1. Əbu Bəkr əs-Siddiq- Peyğəmbər (salAllahu aleyhi və səlləm) sağ ikən camaat namazına ən çox imam təyin etdiyi səhabədir.

2. Ömər ibnul Xattab- Altı ayədə Rəbbinə müvafiq olmuş yeganə səhabədir.

3. Osman İbnul Əffan- Bütün mələklərin həya etdiyi və Rasulullahın (sallAllahu aleyhi və səlləm) iki qızını almış yeganə səhabədir.

4. Əli ibn Əbu Talib- Sünnədə fəzilətinə dair ən çox rəvayət nəql edilmiş səhabədir.

5. Abdullah ibn Məsud- Quranı ilk dəfə aşkarda oxuyan səhabədir.

6. Abdurrahmən ibn Auf- Rasulullaha (sallAllahu aleyhi və səlləm) namazda imamlıq etmiş yeganə səhabədir.

7. Abdullah ibn Cəhş- İslamda paylanan ilk qənimətin sahibi olan səhabədir.

8. Əbu Sinən ibn Vəhb- Ridvan beyətində Rasulullaha (sallAllahu aleyhi və səlləm) ilk beyət etmiş səhabədir.

9. Ubeyy ibn Kəab- Rasulullahın (sallAllahu aleyhi və səlləm) elminə görə təbrik etdiyi səhabədir.
10. Əbu Ubeydə ibnul Cərrah- İslam ümmətinin ən etibarlısı adlanan səhabədir.

11. Talhə ibnul Ubeydullah- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Yer üzündə gəzən şəhid” adlandırdığı səhabədir.
12. Zubeyr ibnul Əvvam- Rasulullahın (sallAllahu aleyhi və səlləm) “ən yaxın sirdaşım” adlandırdığı səhabədir.
13. Abdullah ibn Səlam- ‘Cənnətdə on nəfərin onuncusu’ adlanan səhabədir.

14. Saad ibn Muaz- Ölümünə acıyaraq, Ərşin titrədiyi səhabədir.

15. Hənzələ ibn Əbu Amir- Vəfat etdikdən sonra mələklərin yuyaraq, qüsl etdiyi səhabədir.

16. Ukkəşə ibn Mihsan- Cənnətə sorğu-sualsız daxil olan 70 min nəfərdən, adı bizə məlum olduğu yeganə səhabədir.

17. Həmzə ibn AbdulMuttalib- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “şəhidlərin seyidi” adlandırdığı səhabədir.
18. Zeyd İbnul Hərisə- Qurani-Kərimdə adı çəkilən yeganə səhabədir.

19. Abdullah Əbu Cabir- Şəhid olduqdan sonra Allahın hüzuruna çağırıb, danışdığı səhabədir.

20. Aişə bint Əbu Bəkr- Rasulullahdan (sallAllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən qadındır.
21. Təmimi ibn Əusəd-Dəri- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) ondan hədis rəvayət etdiyi yeganə səhabədir.

22. Huzeymə ibnus-Sabit- Şahidliyi iki kişinin şahidliyinə bərabər olan səhabədir.
23. Əbu Hureyra- Rasulullahdan (sallAllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabədir.
24. Musab ibn Umeyr- İslamda ilk səfir və ilk cümə namazı qıldıran səhabədir.

25. Əbu Zərr- Ən təvazökar səhabədir.
26. Bilal ibn Ribah- İlk dəfə azan verən səhabədir.

27. Sabit ibn Qeys ibn Şəmmas- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) xatibi olan səhabədir.

28. Xədicə bintul-Xuveylid- İslamı ilk qəbul edən kəsdir.

29. Xalid ibn Valid- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Allahın qılıncı” adlandırdığı səhabədir.
30. Zeynəb bint Cəhş- Nigahını Allah (subhənəhu və təalə) kəsdiyi yeganə qadındır.
31. Useyd ibn Hudeyr- Quran qiraətini mələklərin dinlədiyi səhabədir.

32. Sumeyyə ummu Əmmar- İslamın ilk şəhid qadınıdır.

33. Dəhiyyə əl-Kəlbi - Ən gözəl səhabədir.

34. İbn Abbas- “Quranın tərcüməçisi” adlanan səhabədir.

35. Huzeyfə ibnul Yəmən- Qiyamət haqqında ən çox hədis rəvayət edən və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) münafiqlərin adlarını bildirdiyi yeganə səhabədir.

36. İmran İbn Huseyn- Mələklərin hər gün salamlaşdığı səhabədir.

37. Cəfər ibn Əbu Talib- Kəsilmiş qolları yerinə Allahın ona qanad verdiyi səhabədir.
38. Ummu Səlim- Ümmət içində ən bahalı mehrə sahib olan qadındır. Onun mehri İslam idi.

39. Safiyyə bint AbdulMuttalib- Allahın dinini qorumaq üçün muşrik bir kişini öldürən ilk qadındır.

40. Muaz ibn Cəbəl- Ümmətin halal və haramını ən gözəl bilən səhabədir.

41. Miqdad ibni Amr- Allah yolunda ilk at çapan səhabədir.
42. Osman ibni Mazun- Baqidə dəfn edilən ilk mühacirdir.

43. Zeyd İbnul Xattab- “Yəməmə gününün şahini” adlanan səhabədir.

44. Sələmə ibnul Əqva- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Piyada döyüşçülərin ən xeyirlisi” adlandırdığı səhabədir.
45. Nusibə bintu Kəə
b- Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) ilk beyət edən qadındır.

____________________________
mənbə: Siratəl Mustəqim səhvəsi

Əbu Talib əl-Məkki (rahiməhullah) demişdir:"Səhabələrin fikirlərini cəm etdim və onların (böyük günahların) sayının~Qəlb...
28/01/2014

Əbu Talib əl-Məkki (rahiməhullah) demişdir:
"Səhabələrin fikirlərini cəm etdim və onların (böyük günahların) sayının
~Qəlblə dörd - Şirk, günaha davamlılıq, Allahın mərhəmətindən ümidini üzmək, Allahın məkrindən amanda olmaq zənni;
~Dillə dörd - yalan şahidlik, əxlaqlı qadına böhtan, yalan and və sehirbazlıq;
~Qarınla üç - içki içmək, yetim malı yemək, sələm(faiz) yemək;
~Ayıb yerlərlə iki - zina və hemoseksuallıq;
~Əllə iki - qətl və oğurluq;
~Ayaqla bir - döyüşdən qaçmaq;
~Bütün bədənlə də birdir - O da valideynə asi olmaqdır."

[Bax: "Qutul Qulub" (2/288) və "Fəthul Bari" (12/183).]

23/01/2014

Hz. Peygember’in Namaz Kılan Kişiye “Bu, Senin Günahının Keffaretidir” Buyurması


- Hz Ali şöyle anlatıyor: Bir gün mescitte Hz., Peygamber’le birlikte oturmuş namazı bekliyorduk. Bu sırada adamın birisi kalkıp

“Ey Allah’ın Rasûlü! Ben bir günah işledim” dedi. Hz. Peygamber ona cevap vermediler. Namaz kılındıktan sonra adam sözlerini bir daha tekrarladı. Bunun üzerine Hz. Peygamber

“Sen şimdi bizimle birlikte namaz kılmadın mı? Bu namaz için de güzel bir abdest almadın mı?;’ diye sordular. Adamın

“Evet!” demesi üzerine de

“İşte bu namaz, işlemiş olduğun o günahın keffaretidir” buyurdular.[1]

-------------------------------------------------------------------------

[1] Heysemi I/301 (Taberani, Sağir ve Evsat’ında Hâris’ten).

Muhammed Yusuf Kandehlevi, Hayatu’s-Sahabe, Akçağ Yayınları: 3/363.

Azərbaycanda ilk müsəlmanlar.________________hazırladı: Elnur Nasirov
21/01/2014

Azərbaycanda ilk müsəlmanlar.

________________
hazırladı: Elnur Nasirov

13/01/2014

Əbu Hureyra (r.a) rəvayət edir ki,
Peyğəmbər (s.a.v.s) dedi:

“Söyüşən iki kimsənin günahı, məzlum həddi aşmayınca birinci başla¬yanın boynuna düşər”.

[ Səhihdir ]

~Buxari,[Ədəbul Mufrad-423]

23/12/2013

Salam aleykum əziz bacı və qardaşlar bu paylaşımda Sizə Özümündə istifadə etdiyim android əməliyyat sismetləri üçün faydalı bildiyim kitabları paylaşacam. Faydalı olacağını düşündüyüm üçün bunu etdim. Allah Aliyyul Azim oxuyub faydalananlardan etsin. Buyurun...

① Sahih Buxari
https://play.google.com/store/apps/details?id=com.mzgs.buhari

② Sahih Muslim
https://play.google.com/store/apps/details?id=com.ferhat.muslim

③ İmam Nəvəvi 40 Hadis
https://play.google.com/store/apps/details?id=com.mzgs.Hadis40

④ Hısnul Muslim Dua Ve Zikirler
https://play.google.com/store/apps/details?id=com.ferhat.hisnulmuslim

⑤ Riyazus Salihin
https://play.google.com/store/apps/details?id=com.ferhat.riyazussalihin

⑥ İbn Kesir Tefsiri
https://play.google.com/store/apps/details?id=com.mzgs.ibnkesir

⑦ Taberi Tefsiri
https://play.google.com/store/apps/details?id=com.mzgs.taberitefsiri

⑧ Dəlil (tövhidə dair Quran ve sunnədən qısa dəlilər)
https://play.google.com/store/apps/details?id=com.ProofMB

⑨ Qurandan Dəlil
https://play.google.com/store/apps/details?id=com.wQurandanDlil

⑩ Qeza ve qeder
https://play.google.com/store/apps/details?id=com.ahlisunnahvalcamaah.qeder.AOUOHCIPTLXFRCRN

⑪ ТРИ ОСНОВЫ (Abu Xalid Dagestani)
https://play.google.com/store/apps/details?id=com.appmk.usulsalasa.AOUNECOLHBVLDHF

⑫ Kabir Alemi (İmam Celâleddin Es-Suyûti)
https://play.google.com/store/apps/details?id=com.kabiralemi

⑬ *Kalplerin Keşfi (İmam Gazalli)
https://play.google.com/store/apps/details?id=com.pmobile.kalplerinkesfi

⑭ Ahkam Tefsiri
https://play.google.com/store/apps/details?id=com.mzgs.ahkamtefsiri

⑮ MuslimsBook (telefona pdf formatlı kitabları yükləməyin qısa yolu)
https://play.google.com/store/apps/details?id=com.MuslimsBook&hl=ru

⑯ İslam Alimləri
https://play.google.com/store/apps/details?id=com.MuslimsBook.com

⑰ İxlas.com (Ixlasla.com-dan rahat şəkiləd mp3 dərslərin yüklənməsi)
https://play.google.com/store/apps/details?id=com.Ixlasla.com

___________
Qeyd: ⑬* saylı kitabı dəqiq bilmirəm İmam Qazallınin bu kitabını oxumaq məsləhətdi ya yox.

★ Hazırladı: Nicat ƏbdurRahmən Əskərov

✖  CƏHƏNNƏMİN ZƏNCİRLƏRİ VƏ QANDALLARI  ✖✿ Allah-taala buyurur:  ①«Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir ...
23/12/2013

✖ CƏHƏNNƏMİN ZƏNCİRLƏRİ VƏ QANDALLARI ✖

✿ Allah-taala buyurur:


①«Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq»,

② «Küfr edənlərin boyunlarına zəncir vurarıq»,

③ «O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər, Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar»,

④ «Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!»

★ Allah-taala bu ayələr vasitəsi ilə xəbər verir ki, O, Cəhənnəm əhli üçün orada üç növ əzab hazırlamışdır və bunlar aşağıdakılardır:

Birinci növ əzab qandallardır ki, bu da Cəhənnəm əhlinin boyunlarına vurulacaqdır. Qandalla bir əl boyuna bağlanılır, zəncirlə isə hər iki əl boyuna vurulur. Beləliklə, onların əlləri qandallı üzüstə əzaba doğru sürüklənəcəklər və üzləri ilə əzabdan qoruna bilməyəcəklər. Bunu aşağıdakı ayə də təsdiq edir.

★ «Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?!»

22/12/2013

Amr ibn əl-As –Allah ondan razı olsun – demişdir: “Peyğəmbərlə - Ona Allahın salavatı və salamı olsun - bir vadidə idik. Orada çoxlu qarğa gördük. Onların içində dimdiyi və ayaqları qırmızı olan qarğa var idi. Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: Qadınlardan Cənnətə girənlər bu qarğaların içində dimdiyi və ayaqları qırmızı olan qarğa qədər olacaq. “ Hədisi imam Əhməd “Müsnəd” əsərində və ən-Nəsai “əs-Sünən əl-Kubra” əsərində rəvayət etmişlər.



Hədisin sənədinə imam əl-İraqi “Təxric əhadis əl-İhya” kitabında və əl-Albani “Səhih hədislər toplusu” (1850 – i hədis) kitabında səhih demişdir.

əl-Mənavi “Feydul Qadir” kitabında hədisin mənası haqqında demişdir: “Qadınlardan Cənnətə girənlərin sayının az olmasına işarədir. Çünki, qarğanın bu növü qarğalar arasında azlıq təşkil edir. “

17/12/2013

“İNSANLAR İÇƏRİSİNDƏ ELƏSİ DƏ VARDIR Kİ,” AYƏSİ....... ƏSRİ-SƏADƏTDƏN BİR TABLO

Məkkənin varlı tacirlərindən və azğın İslam düşmənlərindən biri olan Nəzir ibn Haris Allah Rəsulunun (s.ə.v) İslama dəvətinə qarşı, İblisin təlqini ilə, özünəməxsus formada mübarizə aparmışdı. Nəzir ibn Haris tacir olduğu üçün tez-tez ticari səfərlərə çıxır, İraq və İranın şəhərlərində olurdu. O, Sasanilərin iri şəhərlərindən olan Hirədə olarkən buradakı musiqili əyləncə məclislərində iştirak etmiş, iranlıların Rüstəmi-Zal haqqındakı əsatirlərini dinləmiş, hətta burada ud çalmağı da öyrənmişdi. Bu cür əyləncələrə düşkün olan Nəzir ibn Haris Hirədən iki müğənni kənizi də satın alıb Məkkəyə gətirmişdi. Allah Rəsulu (s.ə.v) adətən insanları tövhidə dəvət edərkən onlara Ad, Səmud, Əmaliq kimi məhv olmuş millətlərin başına gələn müsibətləri xatırladırdı. Bu adı çəkilən qövmlərin bir vaxtlar yaşadıqları məntəqələr yarımadanın müxtəlif yerlərində idi və cahiliyyə ərəbləri bunu bilirdilər. Allah Rəsulu (s.ə.v) hansı qəbiləyə, soya, ailəyə gedib insanları şirkdən çəkindirib İslamı izah edirdisə Nəzir ibn Haris dərhal öz müğənni qadınları ilə həmin insanların yanına gedirdi. O, həmin camaata qədim İran əsatirləri və nağıl qəhrəmanları haqqında danışır, müğənni qadınlar isə nəğmə oxuyurdular. Sonra isə Nəzir ibn Haris əyləndirdiyi camaata xitab edərək belə deyirdi:

- “Deyin görüm kimi sözləri daha gözəldir? Mənim yoxsa Muhəmmədin?, mən də eşitdiyimi oxuyuram, o da, mənim ondan nəyim əskikdir?”.

Bu çirkin əməlindən ötürü Allah Qur’anda Nəzir ibn Haris və onun timsalında olanları əzabla müjdələmişdi:

وَمِنْ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا أُولَئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ

“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan (İslamdan) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir” (Qur’an, Loğman surəsi 6).

Bir gün Allah Rəsuluna (s.ə.v) rast gələn Nəzir ibn Haris ona demişdi:

- “Sən deyirmişsən ki, Qüreyş yaxın zamanda Allahın qəzəbinə uğrayaraq diz üstə çökəcək eləmi?”

Allah Rəsulu (s.ə.v) ona belə cavab vermişdi:

- “Bəli, deyirəm və sən onlardan biri olacaqsan”.

Hicrətdən sonra baş verən Bədr döyüşündə müsəlmanların əlinə əsir düşən müşriklərdən biri də Nəzir ibn Haris idi. Əli ibn Əbu Talib (r.ə) Nəzirin boynunu qılıcla vuraraq başını bədənindən ayırmışdı.

_________________
müəllif: Elnur Nasirov

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Zülmətdə İşıq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category