NG Marketing Group

NG Marketing Group Təbiət özü,bütün xəstəliklərin loğmanıdır ! Sizi maraqlandiran xesteliklerle bagli suallarinizi bize unvanlaya bilersiz.

Çingiz Mustafayevin ad günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çing...
29/08/2014

Çingiz Mustafayevin ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Bu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksonun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Təqdbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.

CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.


http://anspress.com/images/photos/59262.jpg

22/08/2014
20/08/2014

Ölkə üçün "Ebola" qorxusu

""Ebola" virusunun Azərbaycan üçün heç bir qorxusu yoxdur".

Bu sözləri ANS PRESS-ə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, Azərbaycanın Afrika ölkələri ilə heç bir iqtisadi əlaqələri yoxdur:

"Azərbaycana Afrikadan zoopark üçün heyvanlar gətirilmir. Eyni zamanda kəsilmiş heyvanları da Afrikadan almırıq. Məhz buna görə ölkəyə gətirilən heyvanlarda "Ebola" virusu təhlükəsindən söhbət gedə bilməz", - deyə Yolçu Xanvəli söyləyib.

Qeyd edək ki, ilk olaraq 1976-cı ildə Konqoda görülən və adı Afrikadaki bir göldən götürülən "Ebola" virusü ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.

Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asanlıqla keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.

Jurnalistlər atəşə tutulubANS-in çəkiliş qrupu da dail olmaqla televiziya əməkdaşları cəbhədə atəşə tutulub. ANS TV-nin ...
06/08/2014

Jurnalistlər atəşə tutulub
ANS-in çəkiliş qrupu da dail olmaqla televiziya əməkdaşları cəbhədə atəşə tutulub. ANS TV-nin məlumatına görə, Tərtərin təmas xəttində yerləşən Qapanlı kəndində güllə səsləri ötən gün günorta saatlarından eşidilməyə başlayıb. Milli Ordumuzun mövqelərini atəşə tutan qarşı tərəf eyni zamanda dinc sakinləri də hədəf alıb. Təqribən yarım saat davam edən atışma nəticəsində kənddə bir neçə evə ziyan dəyib.

Bələdiyyə sədri Lətif Həmidov bildirib ki, ümumiyyətlə həm Qaradağlı, həm də Qapanlı istiqamətinə düşmən çox fəallaşıb. Qaradağlıda qurulan toy mağarını atəşə tutan ermənilər ən çox ziyanı Qapanlı kəndinə vurub.

Atəşə məruz qalan evlərdən birinin sahibi Qapanlı sakini Xaliq Tanrıverdiyevin anası Səltənət xalanın sözlərinə görə, ölüm ilə aralarında cəmi bir qarış məsəfə qalıb.
Təhlükəyə baxmayaraq kəndddə heç kim doğma torpağını tərk etmək fikrində deyil.

Ermənistan silahlı qüvvələri təmas xəttində atışma zamanı işıqlandırıcı fişənglərdən də istifadə edir. Atılan güllələr təmas xəttində çəkiliş aparan televiziya əməkdaşlarının yaxınlığından keçir.



https://www.youtube.com/watch?v=xQQWpFhNeh0

06/08/2014

Ermənilər uşağı yaraladılar

Ötən gün cəbhənin Ağstafa rayonu istiqamətində düşmən silahları susmayıb. Bu dəfə ermənilər sərhəddə yerləşən Köhnə Qışlaq kəndini intensiv atəşə məruz qoyublar.

Bir neçə saat davam edən atışma nəticəsində Köhnə Qışlaq sakini, 8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq yaralanıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Tovuzun Əlibəyli və Hacallı kəndləri isə təxminən gecə saat 03:30-a qədər iriçapalı silahlardan atəşə tutulub. Daha çox işıqsaçan, yandırıcı güllərdən istifadə olunması otlaq sahələrində yanğın baş verməsinə səbəb olub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.

06/08/2014

Ermənilər əsgərimizi vurdu

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə cəbhə xəttində qeydə alınıb.

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərhad Azad oğlu Rəhimov yüngül yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Hazırda əsgərin vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.

05/08/2014

Postları necə aldıq?
Azərbaycan Ordusunun əsgərləri Daşkəsəndə Hinaldağda ermənilərin iki postunu tutub. Bunu ANS PRESS-ə Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Onun sözlərinə görə, təxminən 5-6 ay bundan əvvəl Kəlbəcərlə Daşkəsən arasında yerləşən Hinaldağda Azərbaycan və Ermənistan əsgərləri arasında şiddətli atışma olub. Atışmalar nəticəsində erməni əsgərləri postlarını tərk edərək qaçıblar.

Həmin iki postun Azərbaycan əsgərlərinin nəzarəti altında olduğunu deyən Əhəd Abıyev özünün dəfələrlə həmin postlara baş çəkdiyini deyib.

“Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovla birlikdə bir neçə dəfə o postlara getmişik. Rövşən Əkbərov cəsarətli, peşəkar hərbçidir”, deyə Əhəd Abıyev bildirib.

İcra başçısı həmçinin bildirib ki, cəbhədəki son döyüşlərdən sonra Dəşkəsən əhalisi könüllü şəkildə orduya yazılmaq üçün müraciətlər edirlər.

05/08/2014

Sabahiniz xeyirli olsun.
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Barekamavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Sabah sabah atishma xeberi paylashmaq istemezdim amma realliq budur. Kash ki, atishma deyil qelebe xeberi vererdim.

04/08/2014

Yaralı əsgərimiz vəfat etdi

Yaralı əsgərimiz vəfat edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Address

Sovket Memmedova 7, Men. 136
Baku

Telephone

012 561 01 29

Website

Alerts

Be the first to know and let us send you an email when NG Marketing Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NG Marketing Group:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram