Bakı 2 saylı Mediasiya Təşkilatı

Bakı 2 saylı Mediasiya Təşkilatı Bakı 2 saylı Mediasiya Təşkilatı

Mediasiya prosesi hər iki tərəfin istəyi ilə başlayır, məhkəmə araşdırması isə bir tərəfin iddia qaldırması ilə, digər t...
03/12/2025

Mediasiya prosesi hər iki tərəfin istəyi ilə başlayır, məhkəmə araşdırması isə bir tərəfin iddia qaldırması ilə, digər tərəfin və ya tərəflərin iradəsinə uyğun olmasa da başlayır. Məhkəmə hakimiyyət səlahiyyətinə malikdir, mediator isə yalnız tərəflərə onlar üçün sərfəli olan qərarın qəbulunda kömək edir. Mediasiya prosesində tərəflər əməkdaşlıq edir, məhkəmədə isə məcburetmə sistemi işə düşür. Məhkəmə prosesi prosessual qaydada bitir, məhkəmənin qəbul etdiyi qərarla bir tərəf udur, digər tərəf uduzur, mediasiyada isə uduzan tərəf olmur, qərarı tərəflər qəbul edir, saziş əldə edilirsə bu, bütün tərəfləri qane edir, tərəflər istədikləri vaxt mediasiya prosesini sonlandıra, tərk edə bilirlər.

📌 18 noyabr tarixində Bakı 2 Saylı Mediasiya Təşkilatında Ümumi Yığıncaq keçirilib18 noyabr tarixində Bakı 2 Saylı Media...
20/11/2025

📌 18 noyabr tarixində Bakı 2 Saylı Mediasiya Təşkilatında Ümumi Yığıncaq keçirilib

18 noyabr tarixində Bakı 2 Saylı Mediasiya Təşkilatında mediatorların iştirakı ilə növbəti ümumi yığıncaq baş tutub. Yığıncaqda təşkilatın son fəaliyyət dövrü üzrə hesabat, illik maliyyə hesabatı və görülən işlərlə bağlı statistik göstəricilər təqdim olunub.

Geniş müzakirələr zamanı təşkilatın fəaliyyətində mövcud məsələlər, çətinliklər və inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Gələcək fəaliyyət istiqamətləri və yeni təkliflər müzakirə olunub və müvafiq qərarlar qəbul edildib
Yığıncaq çərçivəsində mediatorların bilik və bacarıqlarının gücləndirilməsi məqsədi ilə peşəkarlığın artırılması üçün təlimlərin təşkili və təlim proseslərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Boşanmaq qərarı yalnız bir sənədin imzalanması deyil. Bu, uşağın kimdə qalacağı, alimentin məbləği, əmlakın necə bölünəc...
12/11/2025

Boşanmaq qərarı yalnız bir sənədin imzalanması deyil. Bu, uşağın kimdə qalacağı, alimentin məbləği, əmlakın necə bölünəcəyi, görüş qaydaları kimi vacib məsələləri də özündə daşıyır.

Ənənəvi yolla – məhkəmədə bu proses aylarla, hətta illərlə davam edə bilər. Bu müddətdə həm əsəblər, həm də münasibətlər daha da zədələnir.

Amma bir daha düşünün: bütün bunları sakit, rahat və məxfi mühitdə, bir görüşdə həll etmək mümkündür. Bu yolun adı – mediasiyadır.

Bakı 2 saylı Mediasiya Təşkilatında boşanmaq istəyən tərəflər mediatorun dəstəyi ilə öz aralarında razılığa gəlirlər:
👉 Uşağın kimdə qalacağı
👉 Alimentin məbləği
👉 Əmlak bölgüsü
👉 Görüş qaydaları

Heç bir uzun məhkəmə çəkişməsinə ehtiyac yoxdur. Burada sizin qərarı başqası yox, özünüz verirsiniz. 🕊️

Boşanmaq qərarındasınızsa, sülh yolu ilə addım atın.
Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edin – çətinlikləri asan yolla həll edin.

📍 Ünvan: Xan Şuşinski 158
📞 Telefon: 055 498 27 91
📩 E-poçt: mediasiya02@gmail.com

Bakı 2 saylı Mediasiya Təşkilatı – Sülhün ünvanı

Zəfər Gününüz mübarək!Bu gün xalqımızın qürurunu, gücünü və əzmini anırıq. Şəhidlərimizin əziz xatirəsini yad edir, qazi...
07/11/2025

Zəfər Gününüz mübarək!

Bu gün xalqımızın qürurunu, gücünü və əzmini anırıq. Şəhidlərimizin əziz xatirəsini yad edir, qazilərimizin göstərdiyi qəhrəmanlıqları minnətdarlıqla xatırlayırıq. Vətən uğrunda canlarını fəda edən hər bir qəhrəmanımıza sonsuz hörmət və ehtiramla yanaşırıq. Qarabağın işğaldan azad edilməsi ilə əldə etdiyimiz bu şanlı zəfəri birlikdə yaşadıq və gələcək nəsillərə qürurla ötürəcəyik.

Bu mübarək gün bizə vətənimizin ərazi bütövlüyü uğrunda çalışmaq, inkişaf etmək və birlikdə güclənmək əzmini verir.

27 sentyabr Anım Günü, Vətən müharibəsində qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizi dərin ehtiramla andığı...
27/09/2025

27 sentyabr Anım Günü, Vətən müharibəsində qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizi dərin ehtiramla andığımız xüsusi bir gündür. Bu tarix, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi sarsılmaz iradə və mübarizənin simvoludur. Şəhidlərimizin əziz xatirəsi ürəklərdə daim yaşayacaq və onların fədakarlığı xalqımızın qəlbində əbədi olaraq həkk olunacaqdır. Bu gün, qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək, onlara olan borcumuzu bir daha xatırlayır, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan hər kəsə minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

25/09/2025
📣Bakı 2 saylı Mediasiya Təşkilatı növbəti dəfə könüllülük fəaliyyət proqramı çərçivəsində könüllü qəbulunu elan edir.📌Kö...
24/09/2025

📣Bakı 2 saylı Mediasiya Təşkilatı növbəti dəfə könüllülük fəaliyyət proqramı çərçivəsində könüllü qəbulunu elan edir.

📌Könüllülük proqramımız sizin şəxsi və peşəkar inkişafınıza dəstək olmaqla yanaşı, münaqişələrin həllində vasitəçilik üzrə praktiki biliklər əldə etməyə şərait yaradacaq. Könüllülərimiz gələcək karyeraları üçün dəyərli təcrübə toplayacaq və eyni zamanda, ölkəmizdə mediasiya fəaliyyətinin inkişafında fəal iştirak edəcəklər.

📌Proqram kimlər üçündür?

Könüllülük proqramında iştirak edə biləcək gənclər:
• Öyrənməyə maraqlı və aktiv gənclər;
• Məsuliyyətli, dəqiq və verilən tapşırıqları vaxtında yerinə yetirə bilənlər;
• Təşkilati və liderlik bacarıqlarına malik olanlar;
• Komandada işləməkdə çevik və ünsiyyətcil gənclər;
• Problemləri tez həll etməyi bacaran, təşəbbüskar və yaradıcı düşüncəyə sahib şəxslər

📌 Proqram həftədə 2 dəfə, 6 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Təşkilat tərəfindən sertifikatla təltif olunacaqlar.

📅 Müraciət üçün son tarix: 20 oktyabr 2025-cü il.
📩 Müraciət üçün:
CV-lərinizi mediasiya02@gmail.com elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərsiniz.
📞 Əlaqə: +994 55 498 27 91

❓ Mediasiyada aliment məbləği necə müəyyən olunur?✅ Mediasiyada alimentin məbləği tamamilə könüllü şəkildə, tərəflərin q...
22/09/2025

❓ Mediasiyada aliment məbləği necə müəyyən olunur?
✅ Mediasiyada alimentin məbləği tamamilə könüllü şəkildə, tərəflərin qarşılıqlı anlaşmasına əsasən müəyyən edilir. Yəni tərəflər öz aralarında uşağın təminatını nəzərə alaraq hansı məbləği münasib bilirlərsə, onu razılaşmada qeyd edirlər. Siz də aliment məbləğinin məhkəməsiz müəyyən olunması üçün Bakı 2 saylı mediasiya təşkilatına müraciət edə bilərsiniz. Ünvan Xan Şuşinski 158. Əlaqə nömrəsi: 0554982791

Bu suallar və narahatlıqlar ailələrin ən çox qarşılaşdığı hallardır.Məhkəmə yolları isə çox vaxt uzun sürür, əlavə xərcl...
22/09/2025

Bu suallar və narahatlıqlar ailələrin ən çox qarşılaşdığı hallardır.
Məhkəmə yolları isə çox vaxt uzun sürür, əlavə xərclər yaradır və emosional gərginliyi daha da artırır.

Məhz buna görə Bakı 2 Saylı Mediasiya Təşkilatı sizə dəstək olur.
Burada:
✅ Uşağın kimdə qalması ilə bağlı razılaşma əldə etmək mümkündür;
✅ Alimentin müəyyənləşdirilməsi, artırılması və ya azaldılması barədə ortaq qərara gəlmək olar;
✅ Əmlak bölgüsü məsələləri sakit və ədalətli şəkildə həll olunur;
✅ Hər iki tərəfin mənafeyi qorunur və ən əsası, proses məxfiliklə aparılır.

⚖️ Mediasiyanın üstünlüyü ondadır ki, tərəflər özləri qərar qəbul edirlər. Mediator isə sadəcə onları dinləyir, emosiyaları idarə edir və ən uyğun həlli tapmağa kömək edir.

Siz də bütün bu səbəblərə görə məhkəməyə getmədən, daha asan və daha sürətli həll üçün Bakı 2 Saylı Mediasiya Təşkilatına müraciət edə bilərsiniz.

📍 Ünvan: Xan Şuşinski 158, Bakı
📞 Telefon: (055) 498 27 91
📧 Elektron poçt: mediasiya02@gmail.com

Leyla və Tural ailə həyatlarını davam etdirə bilmədiklərini anlayanda düşündülər ki, onları uzun və yorucu məhkəmə prose...
10/09/2025

Leyla və Tural ailə həyatlarını davam etdirə bilmədiklərini anlayanda düşündülər ki, onları uzun və yorucu məhkəmə prosesi gözləyir. Çünki boşanmaq sadəcə imza atmaq deyildi – uşağın kimdə qalması, alimentin məbləği, əmlak bölgüsü kimi çətin və emosional qərarlar qarşıda idi.

Amma onlar Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etdilər. Burada onlara peşəkar bir mediator təyin olundu.

👩‍⚖️ Mediator nə etdi?

✨Hər iki tərəfi sakit və təhlükəsiz mühitdə dinlədi.

✨Emosiyaların idarə olunmasına kömək etdi, tərəflərin bir-birini təhqir etmədən danışmasını təmin etdi.

✨Hər iki tərəfin ehtiyaclarını və maraqlarını anlamağa yönəltdi.

✨Uşağın mənafeyini qorumağı əsas götürdü.

✨Tərəflərə hazır cavablar yox, özlərinin qərar verməsi üçün yol göstərdi.

Beləcə, Leyla və Turalın bütün mübahisələri – uşağın kimdə qalacağı, alimentin nə qədər ödəniləcəyi, əmlakın bölünməsi – məhkəməyə getmədən, aylarla sürünmədən, qarşılıqlı razılıqla həll olundu.

Bəzən problemi həll etmək üçün mübahisə yox, sadəcə düzgün istiqamət verən neytral bir mediator kifayət edir. 🕊️

📍 Ünvan: Xan Şuşinski 158
📞 Telefon: 055 498 27 91
📩 E-poçt: mediasiya02@gmail.com

Bakı 2 saylı Mediasiya Təşkilatı – Sülhün ünvanı

1. Mediator mediasiyada tərəflərə münasibətdə tam qərəzsiz və neytral mövqe tutur. 2. Mediator heç bir tərəfin mövqeyini...
05/09/2025

1. Mediator mediasiyada tərəflərə münasibətdə tam qərəzsiz və neytral mövqe tutur.
2. Mediator heç bir tərəfin mövqeyini və maraqlarını digəri üzərində üstün hesab etmir.
3. Mediatorun vəzifəsi tərəflərin qarşılıqlı anlaşmasına və razılığa gəlməsinə yardım etməkdir.
4. Mediator tərəflərin əvəzinə qərar qəbul etmir, yalnız prosesin düzgün və ədalətli aparılmasını təmin edir.
5. Əgər tərəflərdən hər hansı biri mediatorun qərəzsizliyi ilə bağlı şübhə edərsə, bunu dərhal bildirmək hüququna malikdir.

Address

Xan Şuşinski 158
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı 2 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram