02/12/2025
29.11.2025 tarixində Yeni Klinikada “REVMATOLOGİYA AKADEMİYASI”nın növbəti elmi-praktik seminarı uğurla keçirildi.
Tədbirdə seminarın aparıcısı və moderatoru olaraq Dr. Vəfa Nəsifova elmi-praktik müzakirələrin uğurla idarə olunmasını təmin etmişdir. Endokrinoloq, revmatoloq və radioloq yanaşması üzrə Azərbaycan Endokrinoloq Cəmiyyətinin Sədri, Dr. Xəyyam Eyvazov, Dr. Cəvahir Təhməzova və Dr. Gülnar Ağayeva, neyrocərrah və fizoterapevt yanaşması üzrə isə Dr. Müşviq Mikayıllı və Dr. Zöhrə Haşımova çıxış etmişdir.
Seminar “Osteoporoz mozaikası: Klinik halların izində” mövzusuna həsr olunmuş və mütəxəssislərin aktiv iştirakı ilə baş tutmuşdur. Osteoporozun diaqnostikası, müalicə metodları və klinik halların təhlili ətraflı şəkildə müzakirə edilmişdir.
Təşkilati dəstəyə görə SUNLAB laboratoriyalar Sunlab Laboratoriyası şəbəkəsinə və SEM Academy-ə SEM Academy - Society of Elite Medicine təşəkkür edirik.
Növbəti tədbir elanlarını izləyin, sizi daha maraqlı və faydalı görüşlər gözləyir.