30/09/2025
Ağciyər Xəstəlikləri Mərkəzində işə qəbul prosesi keçirilib.
Ağciyər Xəstəlikləri Mərkəzinin Abşeron və Zaqatala regional xəstəxanalarında həkim və orta tibb işçisi vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesilə bağlı müsahibə keçirilib.
Müsahibə prosesi Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli,
344 nömrəli qərarına uyğun şəkildə həyata keçirilib.
Müsahibə Ağciyər Xəstəlikləri Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini İftixar Qurbanov, İnsan resursları şöbəsinin müdiri Ruslan Zamanov, şöbənin aparıcı mütəxəssisi Vəfa İsmayılova, Abşeron Regional Xəstəxanasının baş həkimi Aygün Xəlilova və Zaqatala Regional Xəstəxanasının baş həkimi Sərxan Musayevin iştirakı ilə baş tutub.