Enterol Azerbaijan

Enterol Azerbaijan Enterol - daxildə balans, zahirdə xoşbəxtlik!
📞 *7700

Yeni dadlar səyahətin ən gözəl hissələrindən biridir, lakin onlarla birlikdə həzm sistemi üçün gözlənilməz çətinliklər d...
16/03/2026

Yeni dadlar səyahətin ən gözəl hissələrindən biridir, lakin onlarla birlikdə həzm sistemi üçün gözlənilməz çətinliklər də yarana bilər. Xüsusilə, tez-tez rast gəlinən səbəb yerli sudur – o, yalnız içmək üçün deyil, həm də yemək hazırlanmasında istifadə olunur. Zahirdə hər şey təhlükəsiz görünsə də, görünməz mikroorqanizmlər ciddi narahatlıqlara səbəb ola bilər. Yerli əhali üçün təhlükəsiz olan su, səyahətçilər üçün təhlükəli ola bilər – çünki yerli insanların mikrobiotası ilə qonaqların mikrobiotası bir-birindən fərqlənir.

Riskləri azaltmaq üçün bir neçə praktik məsləhət:

🧼 Əllərinizi mütəmadi olaraq yuyun və ya tərkibində ən azı 70% spirt olan dezinfeksiyaedici vasitədən istifadə edin.
🔥 Yalnız isti və yaxşı bişirilmiş yeməklər qəbul edin.
🥗 Keyfiyyəti məlum olmayan su ilə yuyulmuş çiy balıq, ət və salatlardan uzaq durun.
🚰 Yalnız qablaşdırılmış və ya qaynadılmış su için – hətta dişlərinizi fırçaladıqda belə!
☕ İsti içkilər (qəhvə, çay) və qapalı qablaşdırmada olan qazlı içkilər təhlükəsiz hesab olunur.
🌮 Küçə yeməklərindən və pasterizə olunmamış süd məhsullarından uzaq durun.
Qida və içkilərlə bağlı qızıl qayda: qaynat, bişir, qabığını soy və ya imtina et!

Əgər mədə-bağırsaq problemi yenə də yaranarsa?

💊 Enterol (Saccharomyces boulardii CNCM I-745) — reseptsiz satılan dərman vasitəsidir, bağırsaq mikrobiotasının bərpasına və ishalın müalicəsinə kömək edir. Tərkibində bağırsaq infeksiyaları ilə mübarizə aparmağa və həzm sisteminin təbii balansını dəstəkləməyə kömək edən unikal probiotik ştam — Saccharomyces boulardii CNCM I-745 mövcuddur. Həm böyüklər, həm də uşaqlar üçün uyğundur və səyahətə gedərkən özünüzlə götürməyiniz tövsiyə olunur. Səyahət zamanı özünüzlə Enterol götürün ki, səyahətin dadını çıxara biləsiniz.

Ətraflı məlumatı: https://enterol.az/content/diareyanin-mualicesi - linkindən keçid edərək oxuya bilərsiniz.

🍓 Giləmeyvələr və meyvələr faydalı seçimdir, amma mədəmiz hər zaman bununla razı olmur.Niyə meyvələr həzmə mənfi təsir g...
13/03/2026

🍓 Giləmeyvələr və meyvələr faydalı seçimdir, amma mədəmiz hər zaman bununla razı olmur.
Niyə meyvələr həzmə mənfi təsir göstərə bilər?

🔹 Ən vacibi — gigiyenadır. Yeməkdən əvvəl mütləq meyvələri və əllərinizi yuyun, soyarkən və ya doğrayarkən kəsici lövhə və bıçağın da təmiz olduğuna əmin olun. Bakteriyaların çoxalmasını ləngitmək üçün meyvələri soyuducuda saxlayın.
🔹 Giləmeyvə və meyvələr təbii şəkərlər (məsələn, fruktoza) ehtiva edir ki, həssas həzm zamanı narahatlıq yarada bilər.
🔹 Onlar həmçinin liflə zəngindir — bu faydalıdır, lakin çox miqdarda qəbul edildikdə bağırsaqların həddindən artıq aktiv işləməsinə səbəb ola bilər.
🔹 Həssas həzm zamanı albalı və digər çəyirdəkli meyvələri, ənciri, qarağatı və üzümü azaltmaq və ya məhdudlaşdırmaq tövsiyə olunur.

Əgər ishal narahat edirsə, Enterol (S. boulardii CNCM I-745) kömək edə bilər. Tərkibində unikal probiotik ştam — Saccharomyces boulardii CNCM I-745 var və bağırsaq mikrobiotasında dəyişikliklər nəticəsində yaranan həzm pozğunluqlarının, o cümlədən ishalın müalicəsi üçün nəzərdə tutulub. Preparat həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul və toz formasında mövcuddur.

Tədris ili boyunca uşaqların sağlamlığı necə qorunmalıdır?Bağırsaq viruslarından və digər mikroblardan qorunmağın ən sad...
10/03/2026

Tədris ili boyunca uşaqların sağlamlığı necə qorunmalıdır?

Bağırsaq viruslarından və digər mikroblardan qorunmağın ən sadə və effektiv yollarından biri düzgün əl yumaqdır. Araşdırmalar göstərir ki, əl yumağın mütəmadi xatırladılması və təşviqi uşaq bağçaları və məktəblərdə ishal hallarının sayını üçdə birədək azalda bilər!

Uşaqlar üçün əl yuma qaydaları:
🍽️ Yeməkdən əvvəl və tualetdən sonra əlləri sabun və su ilə yumaq
🧴 Su olmadıqda əlləri dezinfeksiyaedici vasitələrlə təmizləmək
🚫 Əllər çirkli olarsa, — gözlərə, buruna və ağıza — toxunmamaq
🥕 Meyvə və tərəvəzləri yeməzdən əvvəl mütləq yumaq

💊 Enterol (Saccharomyces boulardii CNCM I-745) — ishal simptomlarını yüngülləşdirməyə və xəstəlikdən sonra bağırsaq mikrobiotasının balansının bərpasını dəstəkləməyə kömək edən reseptsiz alına bilən probiotik preparatdır. Preparat 70 ildən artıqdır ki, təhlükəsiz şəkildə istifadə olunur. Kapsul və toz formasında mövcuddur və hər yaşda uşaqlar üçün uyğundur. Ətraflı məlumatı https://enterol.az/ linkindən keçid edərək oxuya bilərsiniz

İshal zamanı orqanizm mayeni tez itirir, buna görə də bərpa prosesində kifayət qədər maye qəbulu əsas rol oynayır. ✔️ Nə...
19/02/2026

İshal zamanı orqanizm mayeni tez itirir, buna görə də bərpa prosesində kifayət qədər maye qəbulu əsas rol oynayır.

✔️ Nə içmək lazımdır:
Su – ən yaxşı seçimdir, gün ərzində bol miqdarda qəbul edin;
Bulyon – mineralların bərpasına kömək edir və həzmi sakitləşdirir;
Kokos suyu – təbii elektrolit mənbəyidir;
Elektrolitlərlə zənginləşdirilmiş su və ya xüsusi idman içkiləri (tərkibində artıq şəkər və ya süni şirinləşdiricilər olmadıqda) duz və mineral balansının qorunmasına kömək edir.

❌ Nələrdən uzaq durmaq lazımdır:
Qəhvə, qara çay, enerji içkiləri və digər kofein mənbələri bağırsaq hərəkətliliyini artıra və simptomları ağırlaşdıra bilər.;
Qazlı içkilər həzm sistemini qıcıqlandıra, köpmə və spazmları gücləndirə bilər;
Alkoqol da həzm sistemini qıcıqlandırır.

Daha ətraflı məlumatı: https://enterol.az/meqale/diareya-zamani-qidalanma-https://enterol.az/meqale/korpelerde-diareya linklərindən keçid edərək oxuya bilərsiniz.

💡 Antibiotik müalicəsi zamanı uşağın həzmini necə dəstəkləmək olar? 🤔Uşağa antibiotik kursu təyin edildikdə, bu müalicə ...
16/02/2026

💡 Antibiotik müalicəsi zamanı uşağın həzmini necə dəstəkləmək olar? 🤔

Uşağa antibiotik kursu təyin edildikdə, bu müalicə təkcə xəstəliyi aradan qaldırmır, eyni zamanda bağırsaq mikrobiotasının tarazlığına təsir göstərə bilər. Bu isə ishal və digər həzm pozulmalarına səbəb ola bilər. Bunun qarşısını almaq üçün antibiotiklə bərabər ilk gündən Enterol (Saccharomyces boulardii CNCM I-745) istifadəsi məqsədəuyğundur. Antibiotik müalicəsi bitdikdən sonra daha iki həftə ərzində Enterol qəbul edilməsi mikrobiotanın daha tez normal hala qayıtması deməkdir. Araşdırmalar göstərmişdir ki, pen*sillin qrupu antibiotiklərindən sonra mikrobiotanın normal hala qayıtması üçün 1 il lazımdırsa, makrolidlərin qəbulundan sonra bu müddət 24 aydır. Nəzərə alsaq ki, mikrobiota Bqrup vitaminlərinin və bir sıra bizə faydalı olan digər maddələrin hasil olunmasında iştirak edir, antibiotik qəbulundan sonrakı zəifliyin, baş ağrılarının, həzm pozulmalarının və s.-nin səbəbini axtarmağa ehtiyac qalmır.

Demək, antibiotik müalicəsi hər zaman ishala səbəb olmasa da, bağırsaq mikrobiotasına mütləq təsir göstərir. Buna görə də həzm problemlərinin yaranmasını gözləmədən, mikorbiota pozulmalarının qarşısını almaq üçün Enterolun (S. boulardii CNCM I-745) qəbuluna antibiotiklərlə eyni vaxtda başlamaq daha məqsədəuyğundur. Enterol antibiotiklərin təsirindən məhv olmur, canlı halda qalaraq, yoğun bağırsaqda mikrobiotanı qoruyur, antibiotikin təsirindən məhv olan mikrobiotanın işini öz üzərinə götürür, və onun daha tez bərpasına səbəb olur.

💊 Enterol (S. boulardii CNCM I-745) bağırsağın təbii tarazlığını qorumağa kömək edir, zərərli bakteriyaların çoxalmasının qarşısını alır və faydalı mikroorqanizmlərin artımını dəstəkləyir. Beləliklə, antibiotiklərin poza bildiyi mikrobiomun bərpasına töhfə verir. Enterol (S. boulardii CNCM I-745) kapsul və toz formasında mövcuddur və onu qida və ya içkiyə qarışdırmaq rahatdır.
Daha ətraflı məlumatla: https://enterol.az/meqale/enterolu-antibiotiklerle-birge-nece-qebul-etmeli -linkindən tanış ola bilərsiniz.

Qarın köpməsi həm gündüz, həm də gecə narahatlıq yaradır. Gecə yuxusuna qarında yaranan diskomfort mane olmasın deyə nə ...
12/02/2026

Qarın köpməsi həm gündüz, həm də gecə narahatlıq yaradır. Gecə yuxusuna qarında yaranan diskomfort mane olmasın deyə nə etmək olar?

Bir neçə əsas yemək və ara yeməkdən sonra günün sonuna doğru qarın şişkin kimi hiss oluna bilər. Bəzən qarın köpməsi ilə daha tez-tez qarşılaşırıq - xüsusilə də çox sürətlə yeyəndə və ya yemək zamanı danışdıqda.

Biz sağlam vərdişlərlə bu narahatlığın qarşısını ala bilərik:

🥗 Rejimlə qidalanmaq - bu, axşam həddindən artıq yeməyin qarşısını alır.
🌾 Lifli qidaları rasiona tədricən əlavə etmək və kifayət qədər su içmək.
🍽️ Yavaş yemək yeyəriksə, = daha az hava udarıq və bu bizim daha yaxşı həzmimizə kömək edər.
🧾 Hansı qidalar diskomfort yaradırsa, onları rasiondan çıxarmağa çalışmaq lazımdır.

🦠 Əgər həzm sistemi tərəfindən diskomfort hiss ediriksə, mikrobiomu probiotiklərlə dəstəkləməkdə fayda var! Enterol (Saccharomyces boulardii CNCM I-745) — mikrobiotanın dəyişməsi ilə əlaqəli bağırsaq pozulmalarında köməyimizə çatan probiotik, reseptsiz satılan preparatdır. Böyüklər və uşaqlar üçün uyğundur, kapsul və toz formasında mövcuddur.

Daha ətraflı məlumatla: - https://enterol.az/content/antibiotiklerden-qorunma linkindən keçid edərək tanış ola bilərsiniz.

Hələ eramızdan 300-400 il əvvəl tibbin atası sayılan Hippokrat: “Bütün xəstəliklər bağırsaqdan başlayır, bağırsaq xəstəd...
09/02/2026

Hələ eramızdan 300-400 il əvvəl tibbin atası sayılan Hippokrat: “Bütün xəstəliklər bağırsaqdan başlayır, bağırsaq xəstədirsə, insan sağlam ola bilməz” -demişdir. Bağırsaq sağlamlığının dəstəklənməsi düzgün qidalanmadan başlayır. Burada vacib rol oynayanlar isə liflər və canlı mikroorqanizmlər ehtiva edən fermentləşdirilmiş məhsullardır, onlar mikrobiotanı tarazlaşdırmağa kömək edir və həzm prosesini dəstəkləyir.

Liflər əslində bizim qidamız deyil - onlar bağırsaqda yaşayan bakteriyalar üçün yemdir. İnsan həzm sistemi lifləri özbaşına parçalaya bilmir; liflər yoğun bağırsağa çatır, orada isə mikrobiota - bizim daxili mikrodünyamız fəaliyyətə başlayır. Bu proses zamanı mikrobiotanın iştirakı ilə kiçik həlqəli yağ turşuları əmələ gəlir. Bu yağ turşuları isə sonda bizim immunitetimizi, bağırsağımızın selikli qişasının müdafiəsini təşkil edir.

Bundan əlavə, liflər toxluq hissini daha uzun müddət qorumağa və müntəzəm həzmə kömək edir. Təəssüf ki, lif qəbulu çox vaxt tövsiyə edilən səviyyədən aşağıdır — qadınlarda gündə ən azı 25 q, kişilərdə isə 38 q olmalıdır.

👉 Liflə zəngin qidalanmaya keçid tədricən edilməlidir ki, həzm sistemi dəyişikliklərə uyğunlaşa bilsin və şişkinlik və ya digər narahatlıqların yaranma riski azalsın.

Enterol haqqında ətraflı məlumatı: https://enterol.az/meqale/enterolun-kesf-tarixcesi -linkindən keçid edərək oxuya bilərsiniz.

Mikrobiom - sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan, həzm, immun və sinir sistemlərini bir-biri ilə əlaqələndirən mü...
06/02/2026

Mikrobiom - sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan, həzm, immun və sinir sistemlərini bir-biri ilə əlaqələndirən mürəkkəb bir sistemdir. Saccharomyces boulardii CNCM I-745 adlı maya mənşəli unikal probiotik mikrobiomun balansını dəstəklədiyini elmi olaraq sübut etmişdir.

💊 Enterol - Saccharomyces boulardii CNCM I-745 tərkibli probiotik olub, ishala qarşı təsirə malik, reseptsiz satılan dərman vasitəsidir. Onun effektivliyi təxminən 300 elmi məqalə ilə təsdiqlənmişdir ki, bunların da 100-ə yaxını klinik tədqiqatlardır. Bu probiotikin əsas üstünlüyü ondan ibarətdir ki, süd turşusu bakteriyalarından fərqli olaraq, antibiotiklərin təsirinə davamlıdır. Çünki, o bir mayadır, antibiotikin təsirindən məhv olmur, canlı qalır və bağırsaqda öz faydalarını göstərə bilir. Buna görə də Enterol, antibiotik müalicəsi zamanı antibiotikin növündən asılı olmayaraq ilk gündən qəbul edilə bilər. Bu zaman Enterol, nəinki mədə bağırsaq tərəfindən yaranan şikayətləri (ishal, spazm, qəbizlik, köp) önləmiş olacaq, həm də mikrobiota pozulması nəticəsində yaranan və həmin an hiss edə bilməyəcəyimiz bir sıra problemlərin ( allergiya, bağırsağın iltihabi xəstəlikəri, aterosklerotik xəstəliklər, şəkərli diabet və s. kimi xəstəliklərin riskinin artması) qarşısını alacaq. Ətraflı məlumatla https://enterol.az/content/mikrobiotanin-berpasi -linkindən keçid edərək tanış ola bilərsiniz.

Enterol bağırsaq pozulmalarının qarşısını alır, onları müalicə edir və bağırsağın normal işini və sağlamlığını bərpa edi...
19/01/2026

Enterol bağırsaq pozulmalarının qarşısını alır, onları müalicə edir və bağırsağın normal işini və sağlamlığını bərpa edir!

Enterol - ishal zamanı etibarlı köməkçidir, simptomların yüngülləşməsinə və bağırsaqların bərpasına dəstək olur ki, həzm sistemi yenidən normal fəaliyyət göstərsin.

Tədqiqatlara əsasən, Enterol:

🛡️ bağırsağın selikli qişasını qoruyur və zərərli bakteriyaların toksinlərini parçalayır;
🌱 xəstəliktörəsən mikroorqanizmlərin təsirini məhdudlaşdırmağa kömək edir və bağırsağın təbii müdafiə mexanizmlərini dəstəkləyir;
✅ müxtəlif mənşəli ishal zamanı, o cümlədən antibiotik qəbulu, infeksiyalar və ya səyahətlə bağlı ishallarda effektivdir.
✅Antibiotiklə birgə qəbul edildikdə, Enterol, antibiotikləri zərərsiz edir, rezistentlik inkişafının qarşısını alır, bağırsaqların sağlamlığını qoruyur, həm də antibiotik qəbulu zamanı bağırsaqda p*s göbələklərin (kandidanın) yaranmasının qarşısı alınır, çünki, Enterol olan mühitdə p*s göbələklər inkişaf etmir.

Enterol (Saccharomyces boulardii CNCM I-745) ishalın qarşısının alınmasına və müalicəsinə kömək edən, həmçinin bağırsaqların normal fəaliyyətini dəstəkləyən reseptsiz satılan probiotik dərmandır. O, həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul və toz formasında mövcuddur. Daha ətraflı məlumatı linkdən keçid edərək oxuya bilərsiniz: https://enterol.az/content/diareyanin-mualicesi

🔎 Kəskin ishal hallarının təxminən, 70-75% viruslar tərəfindən törədilir. Xüsusən, qış aylarında ishal virus mənşəli olu...
16/01/2026

🔎 Kəskin ishal hallarının təxminən, 70-75% viruslar tərəfindən törədilir. Xüsusən, qış aylarında ishal virus mənşəli olur. Bu zaman antibiotiklər gücsüzdür.

Enterol – səbəbindən asılı olmayaraq bütün ishallarda effektiv probiotik dərmandır.
Canlı probiotik maya olan Enterol, bağırsaqda həm yerli immuniteti artıraraq virusun təsirini minimuma endirir, iltihabın qarşısını alır, həm də virusun toksinlərinin parçalayaraq daha tez orqanizmdən çıxarılmasına, ishalın qarısının alınmasına, orqanizmin susuzluğunun azaldılmasına, disbiozun və bir sıra digər ağırlaşmaların qarşısının alınmsına kömək edir. Bağırsaq infeksiyaları zamanı Enterol xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yüngülləşdirir və qısaldır.

Preparat həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul və toz formasında təqdim olunur. ətraflı məlumat üçün: https://enterol.az/meqale/profilaktika-ucun-enterol

💊 Antibiotiklər bir zamanlar həyati təhlükə yaradan xəstəliklərin müalicəsində bəşəriyyətə böyük kömək göstərib. Lakin o...
13/01/2026

💊 Antibiotiklər bir zamanlar həyati təhlükə yaradan xəstəliklərin müalicəsində bəşəriyyətə böyük kömək göstərib. Lakin onlardan nə qədər tez-tez və əsassız, xüsusən də, təyin olunmuş qaydada istifadə olunmaması (daha qısa müddətdə və ya az dozada) bakteriyaları onların təsirinə qarşı davamlı edir. Bakteriyalar genetik dəyişikliyə uğrayır, və həmin antibiotikə davamlılıq xüsusiyyətinə malik olur - bu hal antibiotiklərə davamlılıq (antibiotik rezistentliyi) adlanır . Bu zaman, eyni antibiotik artıq əvvəlki effektini göstərə bilmir.

🦠 İnsan antibiotikləri düzgün istifadə etmədikdə — məsələn, müalicə kursunu vaxtından əvvəl dayandırdıqda, onları virus xəstəlikləri zamanı qəbul etdikdə və ya başqasına təyin olunmuş antibiotiki əsassız olaraq istifadə etdikdə (daha qısa müddətdə və ya az dozada) bakteriyalarda bu antibiotikə uyğunlaşmaq imkanı yaradır. Nəticədə, bu bakteriyalar standart müalicəyə tabe olmayan davamlı ştammlara çevrilə bilər. Belə bakteriyalar isə sonradan tək həmin insan üçün deyil, onun ailə üzvləri, iş yoldaşları və cəmiyyət üçün də problem yaradır.

⚠️ Məhz bu səbəbdən, mövcud antibiotiklərin təsir etmədiyi yeni bakteriya ştammları yaranır. Onlar yayıldıqda isə adi iltihablar və ya yüngül infeksiyalar belə təhlükəli ola bilər, çünki, törədici bakteriyaya qarşı mövcud antibiotiklər artıq təsir göstərməyə bilər.

🌍 Buna görə də antibiotiklərə davamlılıq yaşdan, yaşayış yerindən və həyat tərzindən, antibiotik istifadə edib etməməyimizdən asılı olmayaraq hamımıza təsir edən qlobal sağlamlıq problemidir.
+

🦠 Bağırsaq mikrobiotasının tarazlığı çox həssasdır və ona qidalanma, stress, xəstəliklər və dərmanların qəbulu təsir gös...
10/01/2026

🦠 Bağırsaq mikrobiotasının tarazlığı çox həssasdır və ona qidalanma, stress, xəstəliklər və dərmanların qəbulu təsir göstərir. Bu tarazlıq pozulması disbioz adlanır. Disbioz özünü tez-tez qarın ağrısı, spazm, köp, qaz yığılması və ya ishal kimi həzm pozulmaları ilə göstərir.

Müxtəlif və balanslı qidalanma, eləcə də sağlam həyat tərzi mikrobiota tarazlığını qorumağa, həzm sistemini və immuniteti dəstəkləməyə kömək edir. Əgər buna baxmayaraq bağırsaq problemləri yaranarsa, Enterol sizə kömək edə bilər. Enterol (*S. boulardii* CNCM I-745) mikrobiotadakı dəyişikliklərlə əlaqəli halların aradan qaldırılmasında, mikrobiotanın bərpasında istifadə olunan, reseptsiz satılan probiotik dərmandır. O, həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul və toz formasında mövcuddur. Daha ətraflı məlumatı linkdən keçid edərək oxuya bilərsiniz: https://enterol.az/content/mikrobiotanin-berpasi

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Enterol Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram