29/07/2025
Daxili piylənmən hansı səviyyədədir?
Gəl baxaq📌
🔢 1–2: İdeal səviyyə (Yaşıl)
Bu, daxili yağlanmanın ən aşağı və ideal göstəricisidir.
Bu səviyyədə olan insanlar sağlam qidalanma və aktiv həyat tərzini davam etdirməlidirlər. Orqanların ətrafında qoruyucu qat var, amma riskli deyil.
🔢 3–4: Normal səviyyə (Yaşıl)
Bədənin daxili piy səviyyəsi normaldır, sağlamlıq üçün hələ təhlükəli deyil.
Əgər bu göstəricidəsənsə, yaxşı yoldasan. Amma hər an artmağa meyilli ola bilər, buna görə diqqəti əldən verməmək vacibdir.
🔢 5–6: Orta səviyyə (Sarı-yaşıl)
Bu mərhələdə daxili piy yığılmağa başlayıb.
Orqanlara təzyiq hələ kritik deyil, amma artıq zəng çalır. Tezliklə insulin dirənci, yorğunluq və maddələr mübadiləsində yavaşlama kimi əlamətlər görsənə bilər.
🔢 7–9: Yüksək səviyyə (Narıncı)
Daxili piy artmışdır və orqanlara artıq təzyiq göstərməyə başlayır.
Bu göstərici artıq təhlükəlidir. İnsulin dirənci, qaraciyər piylənməsi, yüksək təzyiq, 2-ci tip diabet kimi ciddi risklər yaranır. Əgər özünü səbəbsiz yorğun, ac, halsız hiss edirsənsə, bəlkə də səbəb budur.
🔢 10+: Təhlükəli səviyyə (Qırmızı)
Daxili piy səviyyəsi kritik həddə çatıb.
Bu vəziyyətdə orqanlar sanki yağ dənizində boğulmağa başlayır. Ürək-damar xəstəlikləri, hormonal pozğunluqlar, xroniki iltihablar qaçınılmaz olur. Bu, artıq sadəcə “çəki” deyil – bu, sağlamlıq təhlükəsidir.
💬 “Əgər bu səviyyələrdən birindəsənsə və xüsusilə 5-dən yuxarıdasan… artıq vaxt itirmədən tədbir görməlisən. Bu sadəcə arıqlamaq məsələsi deyil – bu, orqanlarının həyatda qalma mübarizəsidir.
Mən qidalanma üzrə mütəxəssis Türkan – sənə kömək etmək üçün buradayam. Daxili piyini azaltmaq, insulin dirəncini qırmaq və özünü yenidən yüngül, enerjili hiss etmək istəyirsənsə – birlikdə başlaya bilərik 📌
Ödənişsiz konsultasiyadan yararlanmaq üçün + yaz📌