28/09/2022
Kompüter Tomoqrafiyası
Kompüter tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verirr.
Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar , ətraflar və s. Orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti bir dəqiqəni aşmır. Müayinənin yüksək sürəti rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır.Müayinənin davametmə müddətinin çox az olması pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur.Müayinələrin nəticələrini tentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında almaq olar.
Kranial (beyin-aksial və ya koronal) KT
Hipofiz KT
Orbital (aksial və koronal) KT
Paranazal sinuslar KT
Boyun sahəsi KT
Torakal (döş qəfəsi) KT
Yuxarı abdomen (yuxarı qarın boşluğu) KT
Pelvik (çanaq sahəsi) KT
Onurğa sütunu KT (boyun, döş, bel şöbələri)
Ətraf sümüklər və ətraf toxumalar KT
Temporo-mandibulyar (gicgah-çənə oynağı) KT
Temporal (gicgah sümüyü) KT
Kəllə əsası KT
Böyrəküstü vəzilər KT
Sidik sisteminin KT
Oma-qalça oynaqları KT
Bud-çanaq oynaqları KT
Serebral KT angioqrafiya