Zəm Zəm Klinikası

Zəm Zəm Klinikası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zəm Zəm Klinikası, Hospital, Ağsu Rayonu Ağsu şəhəri Səməd Vurğun Küçəsi, küçəsi.

14/06/2025
01/02/2022

Zəmzəm klinikasında rəqəmsal nəticə ilə 15 dəqiqəyə aşağıdakı analizlər keyfiyyətli şəkildə aparılır:

1. D dimer
2. Vitamin D
3. Qlükohemoqlobin (HbA1C)
4. Testesteron
5. CRP (C reaktiv zülal)
6. PSA (prostat vəzi)
7. T 3
8. T 4
9. TSH

Müayinənin günün birinci yarısında aparılması məqsədə uyğundur.

01.02.22

16/09/2021

Zəmzəm klinikası
08 oktyabr 2021 tarixində
dəvət edir:
1.Bədən çəkisi yaş normalarından geri qalırsa
2.Ürəkbulanma,qusma,ağızdan suyun axması
3.İştahın zəifləməsi,ağızdan suyun axması
4.İshal yaxud qəbizlik
5.Tez-tez baş verən tənəffüs yolu və bağırsaq pozğunluğu
6.Yuxu pozğunluğu yaxud dişlərin qıcadılması
VARSA
Yüksək ixtisaslı həkim-Parazitoloq Zəmzəm klinikasında yeni növ müasir aparatla parazit növünü təyin edərək müalicə edir.
Əvvəlcədən klinikaya müraciət edib qeydiyyatdan keçməyiniz məsləhətdir.

Ünvan: Ağsu şəhəri,S.Vurğun küç.72 A

30/05/2021

ZƏMZƏM klinikası yeni xidmətə başlayır:
03.06.21 tarixdə!

Türkiyə Cümhuriyyətinin İstanbul Tibb fakultəsinin Radioloji anabilim bölümündə həkim radioloq kimi ixtisasa sahib olmuş,2009-cu ildən bu günə kimi “Avrasiya” klinikasında USM (UZİ) həkimi kimi fəaliyyət göstərən
Doktor
Mədinə xanım
Rzazadə
ZƏMZƏM klinikasında fəaliyyətə fəaliyyətə başlayır.
Fəaliyyət dairəsi:
1.Bütün qarın boşluğu orqanlarının müayinəsi (doppler ilə)
2.Qalxanvari vəzinin müayinəsi (doppler ilə)
3.Süd vəzilərinin müayinəsi (doppler ilə)
4.Hamiləliyin mərhələli şəkildə və fetal doppler müayinəsi
5.Qadın orqanlarının vaginal (uşaqlıqdaxili) və abdominal müayinəsi.
6.Prostat vəzinin müayinəsi
7. Dölün ana bətnində ürəyinin doppler müayinəsi.
Müayinələr yüksək səviyyədə doppler müayinə ilə aparılır.
İlk gündə (03 iyun 2021-də) çek-up müayinə (bütün müayinələrin aparılması) endirimlə təklif edilir!

Əlaqə nömrəsi: 202262325
Ağsu şəhəri,ZƏMZƏM klinikası.

25/05/2021

ZƏMZƏM klinikasında yenilik!!!

Süd vəzilərinin,qadın orqanlarının vaginal (uşaqlıqdaxili) və abdominal müayinəsi,qalxanabənzər vəzinin,qarın boşluğu orqanlarının tam müayinəsi üçün ZƏMZƏM klinikasında yüksək peşəkarlığa sahib USM (UZİ) həkimi fəaliyyət göstərəcəkdir.Hamiləlik zamanı dölün fəaliyyəti və doppler müayinəsi yüksək səviyyədə müayinə edilir.Eyni zamanda dölün ürəyinin doppler müayinəsi aparılır.
Növbəti həftədən xanım həkimimiz klinikamızda işə başlayacaqdır.

22/05/2021

ZƏMZƏM klinikasına sanitar xidmətçi işə dəvət edilir

08/05/2021

Döş qəfəsindəki ağrini ürək ağrılarından necə fərqləndirəcəksiniz?
Əgər ağrılar uzunmüddətlidirsə,əlinizlə toxunduqda, yaxud bədənin vəziyyətini dəyişdikdə ağrılar artırsa bu əzələ və ya sinir ağrılarına işarədir.
Nəfəs alıb verdikdə ağrılar artırsa,nəfəsi saxladıqda kəsirsə bu adətən plevral ağrılarda olur.
Hərəkət zamanı ağrı,ürəktələsimə, və təngnəfəslik baş verirsə,hərəkətinizi azaltmağa,yaxud dayanmağa məcbur edirsə, o halda mütləq kardioloqa müraciət edin!

05/05/2021

Qan təzyiqinin normal saxlanılması bütün yaş dövrləri üçün keçərlidir.Bəzən yüksəlmiş qan təzyiqinə xəstələr öyrəncəli olduğunu,bu təzyiqin isə onların yaşam tərzinə çevrilməsinə razılaşırlar.Əslində isə orqanizm üçün 120/80 mm.c.st-dan yüksək olan təzyiq artıq ürək və beyin üçün geridönməz proseslərin başlanğıcına çevrilir.Müasir dərmanların orqanizmə düzgün tətbiq edilməsilə elə bir hipertonik xəstə yoxdur ki,onun təzyiqini ram etmək mümkün olmasın.Unutmaq olmaz ki,hipotenziv dərmanlar yalnız bir sutka üçün nəzərdə tutulur və hər günün dərmanını gündəlik qəbul etmək lazımdır.Burada düzgün qidalanma və zərərli vərdişlərdən imtina əhəmiyyətli rol oynayır.Yalnız belə halda infarkt və insult xəstəliklərindən qurtulmaq olar.

29/04/2021

Siqaretdən niyə imtina etməlisiniz?

Miokard infarktının əsas risk faktorlarından olan siqaretə aludəçilik bu sırada beşinci yeri tutur.Koronar damarların divarına və elastikliyinə mənfi təsir göstərməklə yanaşı onun davamlı spazmına səbəb olur.Bu fakt orqanizmdəki bütün damarlar üçün keçərlidir,lakin ürək və beyin damarlarına verdiyi fəsad infarkt və insulta səbəb olduğu üçün daha çox qabardılır.Ürək xəstəlikləri ilə (stenokardiya,miokard infarktı) müalicə zamanı siqaretin qəbulu yolverilməzdir.Təsəvvür edin ki,verilən dərmanlar koronar damarların genişlənməsi üçün nəzərdə tutulur və qəbulu sutkada bir,iki,yaxud üç dəfəyə bölünür.Bir ədəd siqaretin qəbulu isə bunun əksinə olaraq damarların spazmına səbəb olur və sutkada on,iyirmi,otuz dəfə orqanizmə daxil edilir.Belə halda müalicənin hansı effektindən söhbət gedə bilər?
Hörmətli Fb dostlarım,müalicəyə başlarkən siqaretdən imtinaya söz verən xəstələrimin 99%-i həmin vərdişinə qayıtmır.Bunu indi təqib edən xəstələrim yəqin ki,təsdiq edə bilərlər.Necə olmasını isə ya növbəti yazımda,yaxud üzbəüz söhbətdə izləyə bilərsiniz.Şərhlərinizi gözləyirəm.

26/04/2021

Hörmətli izləyicilərimiz,”Zəmzəm”klinikasının hələ bir yaşı tamam olmayıb. Bu bir il ərzində bəlli çətinliklərə baxmayaraq biz Bakı şəhərindən tanınmış nevropatoloq,uşaq nevropatoloqu,kardioloq,kardioloq-cərrah,parazitoloq,şüa-diaqnostiq həkim,pediatr,qastroenteroloq,uroloq və başqa həkimlərimizi dəvət etmişik.Onlar yüksək səviyyədə xəstələrimizə xidmət göstərmişlər.Maraqlı burasıdır ki,bu xidmətlərdən daha çox qonşu rayonlar yararlanmışlar(İsmayıllı,Kürdəmir,Şamaxı və digər rayonlar)Bir həkim təyin edilmiş gün üzrə 20-25 (təkid etsək 30) xəstəni müayinə edə bilirlər.Elan sosial şəbəkədə və klinikanın özündə verilir.Odur ki,öncədən klinikaya müraciət olunaraq qeydiyyatdan keçmək məsləhət görülür.Şərhlərinizi davam etdirin və nevropatoloqla pediatrın dəvəti gündəmdədir.

25/04/2021

Ağsu şəhərində yerləşən “ZƏMZƏM” klinikasına Bakı şəhərindən dəvət edilən yüksək ixtisaslı həkimlərimizin gəlişini bərpa etmək istəyirik.İzləyicilərimizdən xahiş olunur ki,şərh bölməsində hansı həkimə ehtiyacın daha çox olmasını müəyyən etmək üçün öz fikirlərini bildirsinlər.Sıralamada çoxluğun fikirləri nəzərə alınacaqdır.Öncədən təşəkkür edirik.

24/04/2021

Səyirici aritmiya kardioloji xəstəliklər arasında çox rast gəlinən ritm pozğunluqlarındandır. Ektopik mərkəzlərin çoxluğu səbəbindən ürəyin bir mərkəzdən idarə olunması itərək çoxsaylı nizamsız yığılmalar baş verir,xəstədə urəktələsimə,boğulma,təngnəfəslik,halsızlıq,soyuq tər ifrazı,başgicəllənmə və digər simptomlar baş verir.Əsasən belə hallar miokarditdə,ürəyin işemik xəstəliklərində,sinir sisteminin müxtəlif pozulmalarında rast gəlinir.Belə hallarla üzləşdikdə mütləq kardioloq-həkiminizə müraciət edin.İlkin tədbir kimi isə qan durulducu preparatlardan(aspirin-kardio,kardiomaqnil və sair) istifadə edə bilərsiniz.

Address

Ağsu Rayonu Ağsu şəhəri Səməd Vurğun Küçəsi
Küçəsi

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00

Telephone

+994202262325

Website

Alerts

Be the first to know and let us send you an email when Zəm Zəm Klinikası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category