Exon Laboratoriyası

Exon Laboratoriyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Exon Laboratoriyası, Medical Lab, Əziz Əliyev küçəsi, küçəsi.

Antimikrob Həssaslıq Testi (AST)🔬AST infeksiyaya səbəb olan mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslıq və davamlı...
02/02/2026

Antimikrob Həssaslıq Testi (AST)

🔬AST infeksiyaya səbəb olan mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslıq və davamlılığını müəyyən etmək üçün aparılır. Bu testlər xəstə üçün ən uyğun antibiotikin seçilməsinə, lazımsız antibiotik istifadəsinin qarşısının alınmasına və müalicənin effektivliyinin artırılmasına kömək edir.
Antimikrob həssaslıq aşağıdakı üsullarla təyin olunur:

• Avtomatik və yarı avtomatik test sistemləri
• Manual üsullar (disk diffuziya və MIC əsaslı metodlar)

🧪Exon Klinika və Laboratoriyasında AST testləri müasir üsullarla aparılaraq dəqiq və etibarlı nəticələr təqdim olunur.

Əlaqə üçün:

📞+994 60 444 5 444 (Zəng)
📱+994 10 505 75 85 (WhatsApp)

📍Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 24

Allergiya testləri nə zaman lazımdır?Tez-tez asqırma, burun axıntısı, boğazda qaşınma, dəri səpgiləri və ya qida qəbulun...
27/01/2026

Allergiya testləri nə zaman lazımdır?

Tez-tez asqırma, burun axıntısı, boğazda qaşınma, dəri səpgiləri və ya qida qəbulundan sonra yaranan narahatlıqlar allergiya əlaməti ola bilər.

📌 Exon Klinika və Laboratoriyasında
Dəridən allergiya testi aparılmır.

Laboratoriyamızda yalnız qida allergiyası və tənəffüs yollarına (toz, polen və s.) bağlı allergiya testləri mövcuddur.

🔬 Dəqiq diaqnoz və etibarlı nəticə əldə etmək üçün laborator müayinədən keçmək vacibdir.
Şikayətlərinizin səbəbini öyrənmək üçün müraciət edə bilərsiniz.

Əlaqə üçün:

📞+994 60 444 5 444 (Zəng)

📱+994 10 505 75 85 (WhatsApp)

📍Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 24

İnfluenza A və İnfluenza B tənəffüs yollarını zədələyən və mövsümi qripə səbəb olan viruslardır. Bu viruslar oxşar klini...
20/01/2026

İnfluenza A və İnfluenza B tənəffüs yollarını zədələyən və mövsümi qripə səbəb olan viruslardır. Bu viruslar oxşar klinik əlamətlər versə də, yayılma xüsusiyyətlərinə görə fərqlənirlər:
🔹 İnfluenza A – Daha dəyişkən quruluşa malikdir, geniş yayılma və epidemiyalara səbəb ola bilər.
🔹 İnfluenza B – İnsanlar arasında sürətlə yayılır və mövsümi xarakter daşıyır.

Klinik əlamətlər:
Yüksək hərarət, baş və əzələ ağrıları, boğaz ağrısı, quru öskürək, sinədə ağrı və sıxılma hissi, halsızlıq və titrətmə.
👶 Uşaqlarda:
Ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər.

⚠️ Qeyd:
Qrip yüngül keçsə belə, yoluxdurucudur. Erkən müraciət və düzgün tibbi yardım göstərilmədikdə aşağıdakı ağırlaşmalar yarana bilər:
• Pnevmoniya
• Bronxit
• Otit
• Miyokardit
• Sinusit
• Menenjit
• Ensefalit və s.

Sağlamlığınızı qoruyun:
Simptomlar zamanı gecikmədən mütəxəssisə müraciət edin. Dəqiq ayırıcı
diaqnoz üçün laboratoriya testi vacibdir!
İnfluenza A & B Antigen Testi laboratoriyamızda aparılır:
✔ Tək sürüntü nümunəsi ilə ayırıcı diaqnoz
✔ Sürətli nəticə
✔ Etibarlı və praktik metod

Sağlamlığınızı qoruyun, simptomlar zamanı gecikmədən test olun!

📞 Detaylı məlumat üçün:
+994 60 444 5 444
+994 10 505 75 85 (WhatsApp)

📍 Ünvan:
Naxçıvan, C. Məmmədquluzadə küç. 24

Endirimli Check-up Paketləri Exon Klinikası və Laboratoriyasında! Sağlamlığınızı təxirə salmayın! Exon Klinikası və Labo...
13/01/2026

Endirimli Check-up Paketləri Exon Klinikası və Laboratoriyasında!

Sağlamlığınızı təxirə salmayın!

Exon Klinikası və Laboratoriyasında məhdud müddətə xüsusi endirimlərlə check-up paketlərimiz xidmətinizdədir.

👉 Paketlərin detalları ilə tanış olmaq üçün paylaşımı sola çevirin.

🔹 Onkoloji Check-up (Kişi)
250 AZN → 200 AZN
🔹 Onkoloji Check-up (Qadın)
400 AZN → 300 AZN
🔹 Kardioloji Check-up
300 AZN → 200 AZN
🔹 Mini Ginekoloji Check-up
200 AZN → 120 AZN
🔹 Genişləndirilmiş Ginekoloji Check-up
1000 AZN → 500 AZN

Erkən diaqnostika — sağlam və güvənli gələcəyin açarıdır.
Özünüzü və sevdiklərinizi qorumaq üçün vaxtında check-up etdirməyi unutmayın.

📞 Ətraflı məlumat və qeydiyyat üçün:
+994 60 444 5 444
+994 10 505 75 85 (WhatsApp)
📍 Ünvan:
Naxçıvan, C. Məmmədquluzadə küçəsi 24

🎗️ SERVİKS XƏRÇƏNGİ fərqindəlik AYI 🎗️Serviks xərçəngi qarşısı alına bilən və erkən diaqnozla müalicə edilə bilən bir xə...
12/01/2026

🎗️ SERVİKS XƏRÇƏNGİ fərqindəlik AYI 🎗️

Serviks xərçəngi qarşısı alına bilən və erkən diaqnozla müalicə edilə bilən bir xəstəlikdir.
Bunun ilk və ən vacib addımı isə HPV müayinəsidir.

Özünüz və sevdikləriniz üçün bu gün bir addım atın.

Exon Laboratoriyası olaraq,
Serviks Xərçəngi fərqindəlik Ayı çərçivəsində:

📅 19–25 yanvar tarixləri arasında
🏥 Klinikamıza müraciət edən pasiyentlərimizə
🔬 HPV skrininq testində 30% ENDİRİM tətbiq edirik.

Erkən diaqnoz həyat xilas edir.
Sağlamlığınızı təxirə salmayın.
Sizin sağlamlığınız bizim prioritetimizdir.

📞 Ətraflı məlumat və randevu üçün:
+994 60 444 5 444
+994 10 505 75 85 (WhatsApp)

📍 Ünvan:
Naxçıvan, C. Məmmədquluzadə küç. 24

🧬 Həzm sistemi sağlamlığını vaxtında yoxlatmaq vacibdirSon illərdə bəzi həzm sistemi xərçənglərində artım müşahidə olunu...
05/01/2026

🧬 Həzm sistemi sağlamlığını vaxtında yoxlatmaq vacibdir
Son illərdə bəzi həzm sistemi xərçənglərində artım müşahidə olunur. Erkən diaqnoz isə həyati əhəmiyyət daşıyır.
📌 Bu hallarda mütləq yoxlanın:
Uzunmüddətli qarın ağrısı
Həzm pozğunluğu, köp, qəbizlik və ya ishal
Səbəbsiz çəki itkisi
Qan azlığı, nəcisdə qan
🔬 Laboratoriyada tövsiyə olunan analizlər:
✔ Nəcisdə gizli qan
✔ Tam qan analizi
✔ Ferritin, Dəmir
✔ Qaraciyər göstəriciləri
✔ CEA, CA 19-9
✔ H. pylori

✅ Erkən yoxlanma həyat xilas edir.
📍 Exon Klinikası və Laboratoriyası

📌Qaraciyərinizdə yağlanma varsa, ürək-damar sağlamlığınız da risk altındadır!Qaraciyərin piylənməsi (NAFLD) yalnız qarac...
02/01/2026

📌Qaraciyərinizdə yağlanma varsa, ürək-damar sağlamlığınız da risk altındadır!

Qaraciyərin piylənməsi (NAFLD) yalnız qaraciyərlə məhdudlaşmır. Orqanizmdə iltihabı artıraraq damarların sərtləşməsini sürətləndirir və infarkt riskini 2–3 dəfə yüksəldə bilər. Artıq çəki, insulinə qarşı dözümsüzlük və yüksək xolesterin həm qaraciyər, həm də ürək-damar xəstəliklərinin ortaq risk faktorlarıdır. Bir orqanda yaranan problem zamanla digər sistemlərə də təsir göstərir.

🩺Riskinizi vaxtında qiymətləndirmək üçün bu müayinələr vacibdir:

✓ ALT, AST – qaraciyər hüceyrələrinin vəziyyəti

✓ LDL, HDL – damar tutulması riskinin əsas göstəriciləri

✓ Qaraciyər USM – yağlanmanın dərəcəsinin təyin olunması

🔬Exon Laboratoriyasında vaxtında analizlərdən keçərək risklərinizi erkən mərhələdə müəyyən edin.
🧬 Sağlamlığınızı gecikdirməyin – vaxtında yoxlanmaq sizi ciddi fəsadlardan qoruya bilər.

SağlamHəyat LaboratoriyaAnalizləri QaraciyərSağlamlığı Xolesterin İnfarktRiski

📌 Talassemiya daşıyıcılığı nədir?Talassemiya irsi qan xəstəliyidir. Daşıyıcılar sağlam görünə bilər, lakin geni övladlar...
30/12/2025

📌 Talassemiya daşıyıcılığı nədir?

Talassemiya irsi qan xəstəliyidir. Daşıyıcılar sağlam görünə bilər, lakin geni övladlarına ötürə bilərlər. Evlilik və hamiləlikdən əvvəl yoxlanmaq vacibdir.

🔬 Hansı analizlər verilir?

* Ümumi qan analizi (UQA / CBC)
* Hemoglobin elektroforezi

🧪 Niyə yoxlanmalıyıq?

* Ağır talassemiya riskini azaltmaq üçün
* Sağlam ailə planlaması üçün
* Lazımsız dəmir qəbulunun qarşısını almaq üçün

🩺 Özümüzü necə qoruyaq?

* Evlilikdən əvvəl analiz vermək
* Həkimsiz dəmir qəbul etməmək

📍 Exon Klinika və Laboratoriyası
Talassemiya üzrə analizlər dəqiq və sürətli aparılır.

🕒 7/24, bayram günləri daxil

Əlaqə üçün:
📞 +994 60 444 5 444
📱 +994 10 505 75 85 (WhatsApp)

📍 Naxçıvan, C. Məmmədquluzadə 24

📌Hepatit B və C qaraciyəri zədələyən virus mənşəli yoluxucu xəstəliklərdir. Xəstəlik uzun müddət əlamətsiz keçə bilər, b...
27/12/2025

📌Hepatit B və C qaraciyəri zədələyən virus mənşəli yoluxucu xəstəliklərdir.

Xəstəlik uzun müddət əlamətsiz keçə bilər, buna görə vaxtında diaqnoz qoymaq həyati önəm daşıyır.

🔹 Yoluxma yolları:
* Qan və qan məhsulları ilə təmas
* Tibbi və kosmetoloji prosedurlarda qorunmayan alətlər
* Qorunmasız cinsi əlaqə
İynə və kəsici alətlərdən istifadə

🔹 Əlamətlər:

* Halsızlıq, yorğunluq
* İştahsızlıq, ürəkbulanma
* Qarının sağ tərəfində ağrı
* Bəzən də sarılıq

🔹 Müayinə və qorunma:

✓ Vaxtında qan analizləri xəstəliyi aşkarlayır
✓ Erkən diaqnoz müalicəni daha effektiv edir
✓ Qorunma üçün tibbi prosedurlarda və şəxsi gigiyenada diqqətli olmaq vacibdir

👩‍⚕️ Klinikamızda təcrübəli həkimlərimiz hepatit B və C üzrə müayinə və analizlər aparır. Qaraciyərinizi qorumaq üçün vaxt itirməyin!

Əlaqə üçün:

📞+994 60 444 5 444 (Zəng)
📱+994 10 505 75 85 (WhatsApp)

📍Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 24

📌Hormon testləri – Nə zaman və niyə vacib?Tiroid (TSH, FT3, FT4)🔹 Yorğunluq, çəki dəyişməsi, saç tökülməsi🔹 Adətən ac qa...
22/12/2025

📌Hormon testləri – Nə zaman və niyə vacib?

Tiroid (TSH, FT3, FT4)

🔹 Yorğunluq, çəki dəyişməsi, saç tökülməsi
🔹 Adətən ac qarına
Qadın hormonları
🔹 Aybaşı pozğunluğu, PCOS, sonsuzluq
🔹 Estrogen, Progesteron, FSH, LH, AMH, Testosteron
🔹 Aybaşı dövrünün 2–3-cü günü
Kişi hormonları
🔹 Cinsi istək azalması, yorğunluq, sonsuzluq
🔹 Testosteron, LH, FSH
🔹 Səhər saatları, ac qalmaq adətən lazım deyil

💡 Unutmayın: Hormonlar balaca ama güclü təsirlər yaradır. Şübhəli əlamətlər olarsa həkimə müraciət edin

ft4 qadınsağlamlığı qadınhormonları pcos sonsuzluq amh

QARACİYƏRİNİZ SİZİ SƏSSİZCƏ XƏBƏRDAR EDƏ BİLƏR!Kiçik bir qan analizi – böyük ipucları!Qaraciyər orqanizmin səssiz qəhrəm...
19/12/2025

QARACİYƏRİNİZ SİZİ SƏSSİZCƏ XƏBƏRDAR EDƏ BİLƏR!
Kiçik bir qan analizi – böyük ipucları!

Qaraciyər orqanizmin səssiz qəhrəmanıdır:
toksinləri təmizləyir, enerjini depolayır və qanın laxtalanmasını təmin edir.
Lakin əksər hallarda problemlər gizli şəkildə inkişaf edir.

Qaraciyər funksional testləri (ALT, AST, ALP, GGT, Bilirubin, Albumin) sayəsində:
✔️ Hepatit, yağlı qaraciyər və siroz kimi xəstəliklər erkən mərhələdə aşkarlana bilər
✔️ Alkoqol və dərmanların yaratdığı zədələnmələr izlənilə bilər
✔️ Öd yollarının sağlamlığı qiymətləndirilir

Nə zaman test etdirməlisiniz?
• Halsızlıq, sarılıq, qarın ağrısı və ya həzm problemləri olduqda
• Alkoqol qəbul edirsinizsə və ya mütəmadi dərman istifadə edirsinizsə
• Risk qrupundasınızsa (piylənmə, hepatit keçmişi və s.)

Həkimə müraciət etməliyəmmi?
• Analiz nəticələri normadan yuxarı və ya aşağıdırsa
• Əlamətlər varsa və ya risk faktorlarınız mövcuddursa

📌 Check-up-ın əhəmiyyəti:
Müntəzəm analizlər qaraciyərinizin səssiz siqnallarını vaxtında aşkar etməyin ən effektiv yoludur.

Erkən diaqnoz həyat xilas edir!

Qeydiyyat və ətraflı məlumat üçün:

📞+994 60 444 5 444
📱+994 10 505 75 85 (WhatsApp)

📍Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 24

Bağırsaq sağlamlığınıza laqeyd yanaşmayın ⚠️Şişkinlik, qarın ağrısı, ishal, qəbizlik, ürəkbulanma və həzm pozğunluqları➡...
17/12/2025

Bağırsaq sağlamlığınıza laqeyd yanaşmayın ⚠️

Şişkinlik, qarın ağrısı, ishal, qəbizlik, ürəkbulanma və həzm pozğunluqları
➡️ bağırsaq mənşəli problemlərin və infeksiyaların əlaməti ola bilər.

🧪 Exon Klinikada bağırsaq sağlamlığının qiymətləndirilməsi üçün:
• Nəcis analizi (koproqrafiya)
• Nəcisdə gizli qan
• Parazit və infeksiya müayinələri
• Helicobacter pylori, Rotavirus, Adenovirus araşdırılması
• Amöb (Entamoeba histolytica) testi
• Fekal kalprotektin analizi
• Çölyak (kolyak) xəstəliyi üçün seroloji qan müayinələri
• Qastroenteroloq müayinəsi

Bütün müayinələr təhlükəsiz, dəqiq və peşəkar şəkildə aparılır ✔️

📌 Erkən diaqnostika sağlam həyatın əsas şərtidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın 👇

📞 +994 60 444 5 444
📱 +994 10 505 75 85 (WhatsApp)

📍 Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 24

Address

Əziz Əliyev Küçəsi
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Exon Laboratoriyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category