Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Tibbi Xidmət

Kürdəmirdə  “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azər...
07/11/2025

Kürdəmirdə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasında “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycanın azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib

Tədbirdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq ruhundan və Vətən müharibəsində göstərilən şücaətdən bəhs edib.

Görüş zamanı tədbirdə qəhraman Şəhidlərimizin anaları,bacısı,xanımı və vetranlar iştirak edib.Tədbirdə iştirak edən şəhid anaları Zəfər Gününün 5 illiyi münasibəti ilə fəxri fərmanla təltif olunublar.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində Kürdəmir  rayonunda gün ərzində 80-dən  çox uşaq müayinədən keçib.Kürdə...
06/11/2025

Uşaqların icbari dispanserizasiyası çərçivəsində Kürdəmir rayonunda gün ərzində 80-dən çox uşaq müayinədən keçib.
Kürdəmir rayonu Ərəbqubalı kəndində şəhid İlyas Məmmədov adına tam orta məktəbdə baş tutan müayinələrdə həkim-pediatr, həkim-oftalmoloq, və s. ixtisaslı mütəxəssislər iştirak edib.

Məhz bu rayonda bir gün ərzində keçirilən müayinələrdə ümumilikdə 80-dan çox uşaq ilkin müayinələrə cəlb olunub və xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.

TƏBİB və tibbi turizm şirkətləri arasında görüş keçirilibAzərbaycanda tibbi turizmin inkişafı, bu sahədə mövcud potensia...
06/11/2025

TƏBİB və tibbi turizm şirkətləri arasında görüş keçirilib

Azərbaycanda tibbi turizmin inkişafı, bu sahədə mövcud potensialın səmərəli istifadəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə TƏBİB-in təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bir sıra tibbi turizm agentliklərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə TƏBİB-in və Yeni Klinikanın nümayəndə heyəti ilə yanaşı, “A-Medical Health”, “Aydın Partners” MMC, “HIMA”, “Big Group Health Tourism” MMC, “1001 Kurort” MMC, “MedFind Global” MMC, “Avicenna Medical Group” və “Sayahat Health and Tourism Company”, “HEVO Medical Tourism” kimi qurumların nümayəndələri iştirak ediblər.

Görüş zamanı ölkəmizdə tibbi turizmin inkişaf perspektivləri, yerli tibb müəssisələrinin xidmət potensialı, tibbi turistlərin cəlb olunacağı prioritet ölkələr, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq modelləri müzakirə olunub.

Şirkət nümayəndələri çıxışlarında fəaliyyət istiqamətləri, əldə etdikləri nəticələr, beynəlxalq bazarlarda təcrübələri, eləcə də sahə üzrə mövcud çətinliklər və inkişaf təklifləri barədə məlumat veriblər.

Müzakirələr zamanı ölkənin tibbi xidmət potensialının beynəlxalq miqyasda daha səmərəli tanıdılması, hədəf bazarlarda Azərbaycanın etibarlı tibbi destinasiya kimi mövqeyinin möhkəmləndirilməsi və bu istiqamətdə vahid kommunikasiya strategiyasının hazırlanması zərurəti vurğulanıb.

Görüşün sonunda dövlət səviyyəsində tibbi turizmin inkişaf strategiyasının formalaşdırılması, eləcə də davamlı tərəfdaşlıq mexanizmlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb və yaxın dövr üçün konkret addımlar müəyyən edilib.

Televiziya və radio işçilərini peşə bayramları münasibətilə təbrik edirik!TƏBİB-lə qurduğunuz sıx əməkdaşlığa, həmçinin ...
06/11/2025

Televiziya və radio işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

TƏBİB-lə qurduğunuz sıx əməkdaşlığa, həmçinin cəmiyyətin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliğində göstərdiyiniz əvəzsiz xidmətlərə görə hər birinizə təşəkkür edirik.

Peşə fəaliyyətinizdə uğurlar və nailiyyətlər arzulayırıq!

📺📻

"Konstitusiya və Suverenlik ili" və 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində K...
06/11/2025

"Konstitusiya və Suverenlik ili" və 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həyətində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində müxtəlif ağaclar əkilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyəti üzrə növbəti geniştərkibl...
05/11/2025

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyəti üzrə növbəti geniştərkibli müşavirə keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib.

Görüşdə idarəetmənin təkmilləşdirilməsi, mövcud problemlərin həlli və yeni çağırışlara çevik yanaşmanın təmin olunması məsələləri müzakirə edilib. Müşavirədə TƏBİB-in struktur bölmələrinin rəhbərləri və tibb müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirdə çıxış edənlər arasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov, eləcə də TƏBİB-in “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiyası”nın sədri, Nizami Tibb Mərkəzinin Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədova yer alıblar.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında qeyd edib ki, son dövrlər xəstəxanalarda aparılan struktur dəyişiklikləri, klinik proseslərin təkmilləşdirilməsi və icbari tibbi sığorta ilə bağlı yeni qaydalar rəhbər heyətin fəaliyyətinə daha yüksək tələblər müəyyənləşdirir. O vurğulayıb ki, keyfiyyətli tibbi xidmət, pasiyentlərin təhlükəsizliyi və nəticəyönümlülük prinsipləri hər bir tibb müəssisəsinin gündəlik prioritetinə çevrilməlidir.

İcraçı direktor III MDB Oyunları və “Formula-1” yarışlarında göstərilən yüksək tibbi xidmətə görə aidiyyəti tibb müəssisələrinə təşəkkür edib.

Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva icbari tibbi sığortanın tətbiqində mövcud olan təşkilati məsələlər, xidmətlərin düzgün kodlaşdırılması və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanaların media ilə əməkdaşlığında peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TƏBİB-in “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşki

Qaraciyər bədənin əsas filtri rolunu oynayır. O toksinləri təmizləyir və sağlamlığımız üçün mühüm rol oynayır. Qaraciyər...
03/11/2025

Qaraciyər bədənin əsas filtri rolunu oynayır. O toksinləri təmizləyir və sağlamlığımız üçün mühüm rol oynayır.
Qaraciyərin funksionallığını gücləndirmək və dəstəkləmək üçün bəzi təbii qidaları gündəlik rasionunuza əlavə edə bilərsiniz:
Su – Kifayət qədər su içmək qaraciyərin toksinləri bədəndən daha asan xaric etməsinə kömək edir.
Sarımsaq – Tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirir və orqanı zədələnmələrdən qoruyur.
Sarıkök – Qaraciyər hüceyrələrinin bərpasını dəstəkləyir və ödün təbii ifrazını artırır.
Limon – İlıq su ilə qəbul edildikdə qaraciyərin ferment istehsalını stimullaşdırır.
Alma – Pektin və flavonoidlər sayəsində bədəni zərərli maddələrdən təmizləyir.
Çuğundur – Öd yollarını toksinlərin mənfi təsirindən qoruyur.
Avokado – Qaraciyəri zəhərli maddələrdən müdafiə edən təbii birləşmələrlə zəngindir.
Keşniş – Orqanizmdən ağır metalları kənarlaşdırmağa kömək edir.

Doğru seçim etməklə qaraciyərinizin sağlamlığını qoruyun və bədəninizi zərərli maddələrdən təmiz saxlayın!

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov , İnzibati işlər üzrə direktor müavini Hikmət Usubov və hə...
03/11/2025

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov , İnzibati işlər üzrə direktor müavini Hikmət Usubov və həkimləri Bakı şəhərində keçirilən “Medinex 2025” - 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində iştirak ediblər.

Sərgi çərçivəsində iştirakçılar tibbi avadanlıqlar, müasir texnologiyalar və innovativ müalicə üsulları ilə yaxından tanış olublar. Tədbir tibb işçilərinə sahə üzrə yenilikləri öyrənmək, təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar qazanmaq imkanı yaradıb.

“Medinex 2025” sərgisi Azərbaycan səhiyyə sisteminin inkişafına və müasir tibbi xidmətlərin tətbiqinə töhfə verən mühüm tədbirlərdən biri kimi dəyərləndirilir.

"Endokrinologiya - şəkərli və şəkərsiz diabet" mövzusunda ekspert sessiyası baş tutubTƏBİB-in dəstəyilə "Medinex" sərgis...
03/11/2025

"Endokrinologiya - şəkərli və şəkərsiz diabet" mövzusunda ekspert sessiyası baş tutub

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində "Endokrinologiya - şəkərli və şəkərsiz diabet" mövzusunda ekspert sessiyası keçirilib.

TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri, Respublika Endokrinologiya Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Ağayevanın moderatorluğu ilə baş tutan ekspert sessiyasında Yeni Klinikanın Ambulatoriya şöbəsinin müdiri, həkim-endokrinoloq Səbinə Paşayeva, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Günel Musayeva, Leptin Endokrin və Tibbi arıqlama mərkəzinin həkim-endokrinoloqu Rövşən Həsənov iştirak edib.

Səbinə Paşayeva “Qadınlarda reproduktiv sağlamlığa təsir edən endokrin faktorlar” mövzusunda təqdimatla çıxış edib. S.Paşayeva bildirib ki, sonsuzluq 1 il və daha artıq müddət ərzində qorunmasız mütəmadi cinsi əlaqənin olmasına baxmayaraq hamiləliyin baş tutmaması halıdır:

“ÜST-nın məlumatlarına əsasən 2021-ci ilə qədər dünya üzrə 186 milyon insan sonsuzluqdan əziyyət çəkib ki, onun 110,1 milyonu qadınlardır.

Sonsuzluqdan əziyyət çəkən qadınlar müayinə və vaxtında müalicə üçün həkimə müraciət etməlidir. Qadın sonsuzluğunun 30 %-dən çox halda səbəbi altda yatan endokrinoloji faktorlardır, sonsuzluq multidisiplinar yanaşma tələb edən və əsasən ginekoloqlarla endokrinoloqların bərabər şəkildə fəaliyyət göstərməli olduğu bir vəziyyətdir”.

“Şəkərli diabetin müalicəsində yeni texnologiyaların rolu” mövzusunda çıxış edən Günel Musayeva qeyd edib ki, texnologiya diabeti tam aradan qaldırmasa da, onu idarəolunan hala gətirir:

“Dünyada 589 milyondan çox insan şəkərli diabetlə yaşayır, 2050-ci ilə qədər bu sayın 853 milyona çatacağı gözlənilir.

Hazırda sensorlar, mobil tətbiqlər, ağıllı cihazlar diabet idarəsində yeni imkanlar yaradır. Texnologiyalar sayəsində qlükoza səviyyəsinə real vaxtda nəzarət olunması, həkim-pasiyent əlaqəsinin uzaqdan (telemedicine) qurulması və müalicənin fərdiləşdirilmiş olması mümkündür”.

Rövşən Həsənov “Multidisiplinar piylənmə İdarəetməsi: klinikadan tətbiqə" mövzusundakı çıxışında bildirib ki, piylənmə, həddindən artıq piy toxumasının yığılması il

“İlkin tibbi yardım təlimi: Təməl həyata dəstək – hər kəs üçün”"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində “İlkin...
03/11/2025

“İlkin tibbi yardım təlimi: Təməl həyata dəstək – hər kəs üçün”

"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində “İlkin tibbi yardım təlimi: Təməl həyata dəstək – hər kəs üçün” mövzusu üzrə praktiki təlim və təqdimat keçirilib

Paneldə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin aparıcı məsləhətçisi Tərənnüm Əlizadə və Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki 43 saylı Şəhər Poliklinikasının həkim-terapevti Şəfa Qorxmaz Yusubova təqdimatla çıxış ediblər.

Simulyasiya təliminin üstünlüklərinə diqqət çəkən T.Əlizadə təməl həyat dəstəyi olaraq (BLS) ürək dayanmasının aşkarlanması, ürək ağciyər reanimasiyası, həkiməqədər keyfiyyətli tibbi yardımın göstərilməsi mərhələləri barədə məlumat verib:

“Ürəkgetmələr zamanı dərhal qapalı ürək masajının başlanılması əsas şərtdir. Bu şəkildə insanın sağ qalma ehtimalını maksimum artırmaq mümkündür. Lakin qapalı ürək masajı düzgün qaydada həyata keçirilməlidir ki, sonrakı prosesdə daha ciddi fəsadlar meydana çıxmasın”.

“İlkin tibbi yardım təlimi” mövzusunda çıxış edən Ş.Yusubova uşaqlarda və böyüklərdə hava yolu tıxanmaları zamanı ilkin müdaxilə üsulları barədə məlumat verib.

Ş.Yusubova, həmçinin “Heimlich manevrası”nın düzgün tətbiq olunması istiqamətində nəzəri və praktiki məlumatlarla çıxış edib.

Daha sonra mulyaj və manekenlər üzərində ürək masajı, süni tənəffüs kimi praktiki bacarıqların düzgün qaydada icra texnikaları təqdim edilib.

Sonda təşkilatçılar tərəfindən moderator və məruzəçilərə sertifikatlar təqdim olunub.

"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində "Uşaq kardiologiyasında genetika - elmdən praktikaya" mövzusunda pane...
03/11/2025

"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində "Uşaq kardiologiyasında genetika - elmdən praktikaya" mövzusunda panel sessiyası keçirilib

Paneldə Sumqayıt Tibb Mərkəzinin həkim-uşaq kardioloqu, Tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvü Elnur İmanov təqdimatla çıxış edib.

Pediatrik praktikada uşaqlarda kardiopatalogiyanın diaqnostik meyarları barədə danışan E.İmanov bildirib ki, dünyaya gələn uşaqlarda anadangəlmə ürək qüsuru ürək quruluşunun anomaliyası ilə bağlı olur:

“Uşaqlardakı bu quruluş qüsurları hamiləliyin ilk həftələrində ürəyin normal inkişafına müxtəlif təsirlərin nəticəsində yaranır. Anadangəlmə ürək qüsuru ən çox rast gəlinən anadangəlmə anomaliyalardır. Neonatal kritik anadangəlmə ürək qüsuru həyatın erkən mərhələlərində cərrahi müdaxilə tələb edən xəstəlikdir. Doğuşdan sonra kritik anadangəlmə ürək qüsularının erkən tanınmaması ölümlə nəticələnə bilər”.

Sonda təşkilatçılar tərəfindən moderator və məruzəçilərə sertifikatlar təqdim olunub.

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya" adlı keys sessiyası baş tutubTƏBİB-in dəstəyilə "Medinex" sərgisin...
03/11/2025

“Medinex” sərgisində “Koqnitiv pozuntu və depressiya" adlı keys sessiyası baş tutub

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində “Koqnitiv pozuntu və depressiya" adlı keys sessiyası keçirilib.

Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Bərpa Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Dəniz Umarova “Depressiyanın koqnitiv modelləri və psixoterapevtik yanaşma”, Nəfəs Psixonevroloji Mərkəzinin uşaq və yeniyetmə psixiatrı Ceyran Əhmədova isə “Diqqət əskikliyi və hiperaktiv pozuntu (DƏHP) və beyin texnologiyaları: Gələcəyin
müdaxiləsi” mövzusunda təqdimatla çıxış edib.

D.Umarova depressiya və onun əsas simptomlarından, depressiyanın koqnitiv modellərindən söz açıb:

“Koqnitiv davranış terapiyasının əsas prinsipləri düşüncənin emosiya və davranışları formalaşdırması, mənfi avtomatik düşüncələrin psixoloji narahatlığa səbəb olması, düşüncə tərzinin dəyişməsidir.

Terapiya zamanı əsas məqsədlər düşüncə tərzini dəyişərək emosional rifahı artırmaq, şəxsin özünü dərkini və problemlərlə mübarizə bacarığını gücləndirmək, qısamüddətli və məqsədyönlü yanaşma təmin etmək, terapiyadan sonra şəxsin özünüidarəetmə bacarığını inkişaf etdirməkdən ibarətdir”.

C.Əhmədova çıxışında bildirib ki, DƏHP uşaqlarda ən çox rast gəlinən ruhi pozuntulardan biridir:

“Diqqətsizlik (uşaqların diqqətini detallara yönəldə bilməməsi, dərslərində tez-tez səhvlər etməsi və s.), hiperaktivlik (uşağın çox vaxt yerində dayana bilməməsi, əlləri və ayaqlarının daim hərəkətdə olması və s.), impulsivlik (sualın sonunu gözləmədən cavab vermə, növbə gözləməkdə çətinlik çəkmə və s.) hallarında valideynlər diqqətli olmalı, mütəxəssislərə müraciət etməlidirlər”.

C.Əhmədova sözügedən hallarda alternativ müalicə yanaşmalarından, bədən tərbiyəsi və idmandan, pəhriz, qida dəstəyi və vitaminlərlə bağlı da iştirakçıları məlumatlandırıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Address

Kjurdamir

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kürdəmir Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram