Şəki RMX PHŞ

  • Home
  • Şəki RMX PHŞ

Şəki RMX PHŞ ŞƏKİ RAYON MƏRKƏZİ XƏSTƏXANASI

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə 2001-ci ildə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiy...
15/02/2026

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə 2001-ci ildə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə təsis olunaraq təqvimə salınıb.

Bu günün ilk qeyd olunması yanvarın 15-də Lüksemburqda baş tutub. Daha sonra isə tarix bir ay irəli çəkilərək dəyişdirilib.

Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi ilə dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur və cəmiyyətin diqqətini uşaqlarda onkoloji xəstəliklərlə mübarizəyə yönəltməyi hədəfləyir.

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətinin 10-cu ildönümünü qeyd edir.Bu əlamətdar gün münasibətilə...
15/02/2026

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətinin 10-cu ildönümünü qeyd edir.

Bu əlamətdar gün münasibətilə agentliyin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik!

Ölkəmizdə səhiyyə sisteminin inkişafı, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması istiqamətində gördüyünüz işlərdə sizə davamlı uğurlar arzulayırıq.

Sağlam və güclü gələcək naminə birlikdə!

13.02.2026-cı il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında “Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsinin tətbiqi” mö...
14/02/2026

13.02.2026-cı il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında “Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsinin tətbiqi” mövzusunda təlim keçirilib.

Təlim Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis Mikayıl Qarayev tərəfindən aparılıb.

Təlim TƏBİB-in 27.11.2025-ci il tarixli, 18-1/3-1-2444/2025 nömrəli əmri ilə təsdiq edilmiş “Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsinin tətbiqinə dair Təlimat”ın tələblərinə uyğun olaraq təşkil olunub.

Tədbir çərçivəsində əməliyyatxanalarda təhlükəsiz cərrahi müdaxilənin təmin edilməsi məqsədilə həyata keçirilən yoxlama mərhələləri və ehtiyat tədbirləri ətraflı şəkildə izah edilib.

Təlimdə aidiyyəti tibbi struktur bölmələrin həkimləri (cərrahlar və anestezioloqlar), eləcə də orta tibb işçiləri iştirak ediblər. Sonda iştirakçıların mövzu ilə bağlı sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Azərbaycanda ilk televiziya yayımının həyata keçirilməsindən 70 il ötürTƏBİB-lə qarşılıqlı və faydalı əməkdaşlıq edən, t...
14/02/2026

Azərbaycanda ilk televiziya yayımının həyata keçirilməsindən 70 il ötür
TƏBİB-lə qarşılıqlı və faydalı əməkdaşlıq edən, tibbi maarifləndirmə istiqamətində mühüm rol oynayan bütün televiziya əməkdaşlarını təbrik edirik!

Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində məktəblilər arasında icbari dispanserizasiya həyata keçirili...
13/02/2026

Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində məktəblilər arasında icbari dispanserizasiya həyata keçirilir.

Dispanserizasiya “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq mərhələli şəkildə təşkil olunur.

Ailə Sağlamlıq Mərkəzində həkim-pediatrlar tərəfindən uşaqlar ilkin müayinələrə cəlb edilir, Xidmətlər Zərfi çərçivəsində ixtisaslı həkim müayinələrinə yönləndirilirlər.

Əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların fiziki və psixoloji inkişafının izlənilməsi, eləcə də mümkün xəstəliklərin erkən mərhələdə aşkar edilərək vaxtında profilaktik və müalicəvi tədbirlərin görülməsidir.

İllik profilaktik baxışlar çərçivəsində müxtəlif ixtisaslar üzrə mütəxəssis həkimlər tərəfindən hər bir şagirdin sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndirilir.

“815” Çağrı Mərkəzinə yanvar ayı ərzində 13 mindən çox zəng daxil olubYanvar ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ...
13/02/2026

“815” Çağrı Mərkəzinə yanvar ayı ərzində 13 mindən çox zəng daxil olub
Yanvar ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 13 114 zəng daxil olub. Müraciətlərdən 12 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 70 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciət ilə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

🧼Gün ərzində əllərinizi minimum 20 saniyə sabunla yumaqla mikroblardan uzaq olun! Bu sizi müxtəlif xəstəliklərdən qoruya...
12/02/2026

🧼Gün ərzində əllərinizi minimum 20 saniyə sabunla yumaqla mikroblardan uzaq olun!
Bu sizi müxtəlif xəstəliklərdən qoruyacaq və onların yayılmasının qarşısını alacaq!
Təmizlik həm də sağlamlıqdır!

Həkimimizi tanıyaq!Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-həkim cərrahı İbadov Seymur.1982-ci ildə Şəki şəhərində...
12/02/2026

Həkimimizi tanıyaq!

Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-həkim cərrahı İbadov Seymur.

1982-ci ildə Şəki şəhərində anadan olub.

2000–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb.

2006–2007-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

2008-ci ildən etibarən Şəki Rayon Mərkəzi Xəstəxanasında travmatoloq-həkim cərrah kimi fəaliyyət göstərir.

2011-ci ildə Ankara Dışkapı Xəstəxanasında, 2013-cü ildə isə Ankara Atatürk Xəstəxanasında travmatologiya üzrə kurslarda iştirak edib.

Həkimimizə məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, gələcək işlərində yeni nailiyyətlər arzulayırıq.

Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə “Məktəblərdə sağlam həyat tərzi və şəxsi gigiyena təlimləri” mövzusunda təlim k...
11/02/2026

Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə “Məktəblərdə sağlam həyat tərzi və şəxsi gigiyena təlimləri” mövzusunda təlim keçirilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının Mərkəzi ASM bölməsinin ailə həkimi-pediatrı Şəhla Alxasova tərəfindən keçirilən təlim çərçivəsində məktəblilərə sağlam həyat tərzinin əsas prinsipləri, düzgün qidalanma, fiziki aktivliyin əhəmiyyəti, şəxsi gigiyena qaydalarına riayət etməyin sağlamlığın qorunmasındakı rolu barədə ətraflı məlumat verilib, qrup işləri təşkil olunub.

Qeyd edək ki, tədbirin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzi və şəxsi gigiyena ilə bağlı maarifləndirməni artırmaq, düzgün vərdişlərin erkən yaşlardan formalaşdırılmasına dəstək olmaq, eləcə də onların fiziki və psixoloji sağlamlığının qorunmasının vacibliyini diqqətə çatdırmaq olub.

Sağlam mühit – sağlam məktəbli deməkdir!Məktəb uşaqların gününün böyük hissəsini keçirdiyi məkandır və burada mövcud ola...
11/02/2026

Sağlam mühit – sağlam məktəbli deməkdir!
Məktəb uşaqların gününün böyük hissəsini keçirdiyi məkandır və burada mövcud olan bəzi amillər allergik reaksiyaları gücləndirə bilər. Toz, güclü qoxular və zəif havalandırma allergiyası olan məktəblilər üçün dərs prosesini çətinləşdirir.
Məktəb mühitində allergiyanı artıran əsas faktorlar:
• Sinif otaqlarında toz və kifin yığılması;
• Yetərsiz havalandırma və təmiz hava çatışmazlığı;
• Güclü qoxulu təmizləyici vasitələr;
• Bitki, polen və digər ətraf mühit allergenləri.
Bu amillər uşaqlarda asqırma, burun tutulması, göz qaşınması, diqqət dağınıqlığı və tez yorulma ilə özünü göstərə bilər.
Sağlam məktəb mühiti allergiyaların nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Təmiz, yaxşı havalandırılan sinif otaqları və valideyn–məktəb əməkdaşlığı məktəblilərin həm sağlamlığını, həm də dərsə diqqətini qorumağa kömək edir.
Sağlam mühit – sağlam məktəbli deməkdir.

11 Fevral – Ümumdünya Xəstələr GünüBu gün xəstələrə göstərilən diqqət, qayğı və mərhəmətin əhəmiyyətini bir daha xatırla...
11/02/2026

11 Fevral – Ümumdünya Xəstələr Günü

Bu gün xəstələrə göstərilən diqqət, qayğı və mərhəmətin əhəmiyyətini bir daha xatırladır.

Şəki Rayon Mərkəzi Xəstəxanasında həkimlərimiz və tibb bacılarımız hər bir pasiyentə yalnız tibbi xidmət deyil, eyni zamanda anlayış, dəstək və ümid bəxş edirlər.

Xəstənin əlindən tutmaq, onu dinləmək, ağrısını azaltmaq üçün çalışmaq – bu, sadəcə peşə deyil, böyük bir məsuliyyət və insanlıq missiyasıdır.

Bu gün və hər gün xəstələrimizin yanında olan bütün tibb işçilərimizə təşəkkür edirik.

Sağlamlıq hər kəs üçün ən dəyərli nemətdir.

10/02/2026

Şəki Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəindən

Address

???? Şəki şəhəri Zərifə Əliyeva 177

AZ5504

Telephone

+994242451173

Website

https://www.tabib.gov.az/

Alerts

Be the first to know and let us send you an email when Şəki RMX PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəki RMX PHŞ:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram