Hepatit.az

Hepatit.az Hepatit C Xəstəliyinə Peşəkar Yanaşma. Hepatit C Xəstəliyinin 100% Müalicəsi. Hepatit C Haqqında Hər Şey.

02/08/2022

İnfeksionist: “Yayda COVİD-in artması payızda daha da sürətli artacağından xəbər verir” Koronavirus dünyanı, o cümlədən də Azərbaycanı yenidən təhdid edir. “Bitdi” deməyə macal tapmamış, bu qorxunc i...

28/05/2022
Hepatit c nədir?Hepatit c qaraciyərin kəskin və xroniki iltihabına səbəb olan virus mənşəli infeksion (yoluxucu) xəstəli...
15/02/2022

Hepatit c nədir?
Hepatit c qaraciyərin kəskin və xroniki iltihabına səbəb olan virus mənşəli infeksion (yoluxucu) xəstəlikdir. RNT tərkibli flaviviruslar ailəsinə daxildir. Hepatit c virus infeksiyasının 2 forması var, kəskin və xroniki forma. Kəskin forma xəstəlik yoluxduqdan sonra başlayır və simptomsuz formadan ağır formaya qədər müxtəlif intensivlikdə gedə bilir. Kəskin hepatit c 70% hallarda 6 ay sonra xroniki formaya keçir (30% hallarda öz-özünə sağalma baş verir). Təsadüfi müayinələr zamanı aşkar olunan hepatit c xroniki formada aşkar olunur. Xroniki hepatit c uzun müddət insan orqaizmində qalır və sonda qaraciyər sirrozu və hepatoselulyar karsinoma (qaraciyərin birincili xərçəngi) ilə yekunlaşır.
Hepatit c necə yoluxur?

Hepatit c əsas qan təması ilə yoluxur.

Xəstə şəxsin qanı yaxşı müayinə olunmadıqda sağlam şəxsə köçürüldükdə yoluxma baş verir. Bu yoluxma üsulu hazırda aktual deyil, amma tək-tək halların olması mümkündür. Bu üsulun bir neçə on illər öncə hepatitlərin yoluxmasında böyük rolu olub.

Narkotik vurmaq üçün iynələrdən ortaq istifadə olunması. Bu üsul narkomanlar arasında hepatit c virus infeksiyasının çox yayılmasına səbəb olur. Bir şəxsdə istifadə edilən iynə əgər həmin şəxsdə hepatit c virusu varsa, o iynədən istifadə edən digər şəxslərə də yoluxur.

Anadan körpəyə prenatal yolla və şəxslər arasında cinsi əlaqə yolu ilə yoluxma riski var, amma bu yollarla yoluxma ehtimalının çox az olduğu düşünülür.

Aşağıdakı yollarla yoluxma ehtimalı yoxdur.
Ana südü ilə yoluxmur
Qida və su vasitəsilə. Qida və sudan ortaq istifadə və onların paylaşılması ilə yoluxmur.
Qucaqlaşmaq, öpüşməklə yoluxmur.
Simptomları
İnkubasiya dövrü (virusa yoluxduqdan simptomların meydana çıxmasına qədər olan zaman müddəti) 2 həftədən 6 aya qədərdir. Xəstəlik 80% hallarda simptomsuz, yəni heç bir şikayətlə özünü biruzə vermir. 20% hallarda simptomlar (qızdırma, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, qarında ağrı, sarılıq, oynaq ağrıları) müşahidə olunur.
Diaqnozu
Qandan götürülən analizlə yoxlanılır. Anti-HCV antiteli seroloji üsulla qanda təyin olunur. Bu test pozitiv çıxarsa virusun dəqiqləşdirmə üçün virusun RNT testi yoxlanılır. Müalicəyə başlamaq üçün mütləq RNT testi olunmalıdır. Çünki, Kəskin mərhələdə xəstəlik 30% hallarda öz-özünə sağalır və Anti-HCV antiteli qanda qalır. Belə olan halda seroloji müayinənin nəticəsi pozitiv olur. RNT testi pozitiv olduğu halda şəxsdə hepatit c xəstəliyinin olduğu dəqiqləşir və bundan sonra prosesin hansı aktivlikdə getdiyini bilmək üçün qaraciyər testləri, virusun genotipini (növünü) təyin etmək üçün genotip analizi və qaraciyər sirrozu və fibrozun dərəcəsini təyin etmək üçün ultrasəs müayinəsi, fibroskan müayinəsi və vacib olduğu halda qaraciyər biopsiyası (invaziv olduğu üçün hazırda çox tərcih edilmir) olunur.

Müalicəsi
Hepatit c kəskin formada hər zaman müalicə tələb etmir. Çünki, bu mərhələdə immun siste özü virusun öhdəsindən gələ bilir. Hepatit c xəstəliyini xroniki formasında müalicəyə ehtiyac var, çünki, xroniki hepatit c xəstəliyi sağalmır və bir neçə il sonra qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi qorxulu fəsadlar verə bilər. Xroniki hepatit c xəstəliyinin müalicəsi yeni virus əleyhinə dərmanlarla aparılır. Bu dərmanlar virusun fermentlərinə bağlanıb onların çoxalmasını dayandırır və virus məhv olur. Bu dərmanlarla müalicə müddəti 3-6 ay təşkil edir. Müalicənin effekti 100% ətrafındadır. Bəzi genotiplərdə (2,3) xəstəlik sağaldıqdan sonra 6 ay ərzində xəstəliyin residiv vermə (geri qayıtma) ehtimalı var. Odur ki, müalicə bitdikdən və xəstə tam sağaldıqdan sonra xəstəlik 6 ay ərzində nəzarətdə saxlanılmalıdır.

b nədir?Hepatit b virusu qaraciyərin kəskin iltihabını törədən daha sonra xroniki formaya keçərək xroniki iltihab, qarac...
11/02/2022

b nədir?
Hepatit b virusu qaraciyərin kəskin iltihabını törədən daha sonra xroniki formaya keçərək xroniki iltihab, qaraciyər sirrozu və xərçənginə qədər gətirib çıxara bilən hepadnaviruslar ailəsinə daxil olan DNT tərkibli hepatotrop virusdur.
Hepatit b virusunun birbaşa sitopatik effekti yoxdur, o orqanizmdə ləng tipli hiperhəssaslıq reaksiyaları başladaraq qaraciyəri (müəyyən dərəcədə digər orqanları da) sıradan çıxarır.
Bütün yaş qrupları hepatit b virusuna həssasdır.
Bir neçə antigeni var. Bunlardan ən çox istifadə olunanı HBsAg-səthi antigendir və virusun səthində yerləşir. Bu antigenin tapılması şəxsin hepatit b xəstəsi olduğunu göstərir. Xəstəlik sağalma mərhələsində HBsAg itir və əvəzində HBsAb antiteli peyda olur. HBcAg antigeni hepatositlərin nüvəsində yerləşir və virusa yoluxmanın ən etibarlı və ilkin əlamətidir. HBeAg isə virusun aktiv replikasiya dönəmində olduğunu və yüksək yoluxduruculuğunu göstərir.

Hansı formaları var?
Hepatit b virus infeksiyasının aşağıdakı formaları var.
1. Kəskin hepatit b xəstəliyi
Virusla ilk dəfə yoluxduqda kəskin hepatit b virus infeksiyası inkişaf edir. Bu ya simptomlu formada gedir ya da heç bir simptom vermədən gizli şəkildə gedir. 6 aya qədər davam edir.
2. Xroniki aktiv hepatit b
Kəskin forma əgər tam sağala bilmirsə 6 aydan sonra xroniki forma adlanır. Xroniki aktiv hepatit b uzun müddət davam edib qaraciyər sirrozu və ya xərçənginə gətirib çıxarır.
3. Qeyri aktiv HBsAg daşıyıcılığı
Bu formada virus qanda tapılır amma qaraciyər zədələnmələri rast gəlinmir. Virus passiv şəkildə olur və hər hansı ağırlaşma qeyd edilmir.

Hepatit b virus infeksiyası necə yoluxur?
Əsas 3 yoluxma yolu var: Qan təması ilə, cinsi əlaqə yolu ilə, peninatal yolla (anadan dölə).
Qeyd: Hepatit b virusu HİV virusu ilə oxşar quruluş və xüsusiyyətlərə malikdir, lakin hepatit b virusunun HİV-dən 100 dəfə daha yoluxucu olduğu bildirilir.

Hepatit b xəstəliyinin simptomları nədir?
Simptomları sarılıq, qaşınma, halsızlıq, iştahsızlıq, qızdırma, ürəkbulanma, qusma, oynaq və əzələ ağrıları ilə müşayiət olunur. Lakin bir çox hallarda heç bir simptom vermədən gedir və gizli şəkildə xroniki formaya keçir, uzun müddət belə davam edir. Belə olan halda ya təsadüfi müayinələr nəticəsində ya da qaraciyər sirrozu və ya qaraciyər xərçəngi mərhələsində aşkar olunur.
Qeyd: Simptomlu forma daha yaxşı hal hesab olunur. Çünki, simptomlarla gedən hepatit b`nin tam sağalma ehtimalı daha çoxdur.

Hepatit b virus infeksiyasının diaqnozu necə qoyulur?
Diaqnozu qanda virusun HBsAg-nin aşkar olunmasına əsasən qoyulur. Kəskin, xroniki və ya daşıyıcılıq olduğunu müəyyən etmək üçün isə digər antigen və antitelləri, qaraciyər testləri və PCR metodu ilə virus DNT`sini də təyin etmək lazım gəlir.

Müalicəsi necə aparılır?
Kəskin hepatit b virus infeksiyasının müalicəsi simptomatikdir, vitaminoterapiya, infuzion məhlullar, pəhriz, bol maye qəbulu, istirahət rejimi tövsiyə olunur.
Proses xroniki aktiv formaya keçərsə hepatit b virusu əleyhinə düz təsirli antiviral dərman preparatları verilir. Bu dərmanlar qanda virus yükünü azaldır, serokonversiyanı təmin edir və qaraciyər zədələnməsinin qarşısını alır ancaq mənfi tərəfi odur ki, müalicə müddəti bəlli deyil.

30/11/2021

Hepatitlərin Müalicəsi

📢SPLENOMEQALİYA (DALAQ BÖYÜMƏSİ)ℹ️İnfeksion xəstəliklərlə yaxından əlaqəli olan orqanlardan biri dalaqdır. Dalaq bir çox...
05/09/2019

📢SPLENOMEQALİYA (DALAQ BÖYÜMƏSİ)
ℹ️İnfeksion xəstəliklərlə yaxından əlaqəli olan orqanlardan biri dalaqdır. Dalaq bir çox infeksion xəstəliklərdə böyüyür. Dalağın çəkisinin və ölçülərinin böyüməsi elmi dildə splenomeqaliya adlanır. Dalaq müxtəlif aktiv funksiyalar göstərməklə yanaşı immun nəzarət funksiyası yerinə yetirir və homatopoezdə (qan yaranma prosesində) iştirak edir. Qarın boşluğunun sol yuxarı kvadratında 9-12 qabırğa səviyyələrində yerləşir. Normal dalaq çəkisi 150 qram uzunluğu 11 sm olur. Dalağın çəkisinin 400-500 g olması splenomeqaliya (dalağın böyüməsi) sayılır, çəkisi 1000 g`dan artıq olarsa ciddi splenomeqaliya adlanır. Dalaq ölçüləri 11-20 sm olarsa orta dərəcəli böyümə, 20 sm`dən böyük olarsa kəskin böyümə adlanır.
🔴Bir sıra hallarda dalaq normal funksiya yerinə yetirərkən də böyüyür. Dalağın aşağıdakı dörd əsas funksiyası var.
✔️Mikrorqanizmləri və antigenləri qan dövranından təmizləyir
✔️İmmunoglobulin G (İgG), properdin (complementin aktivləşmə yolunun əsas komponenti), tuftsin (immunostimuləedici tetrapeptid) sintez edir
✔️anormal qırmızı qan hüceyrələrini kənarlaşdırır
✔️müxtəlif xəstəliklər zamanı extramedulyar hematopoezdə iştirak edir.

01/08/2019

📍VİRUS HEPATİTLƏRİ (MÜQAYİSƏLİ)
📢📢📢Virus hepatitləri qaraciyər iltihablanması törədən qaraciyərin virus mənşəli xəstəlikləridir. Lap qədim dövrlərdən məlum olub hələ hippokrat tərəfindən simptomları təsvir edilmişdir. Ancaq 20 əsrin sonlarında öyrənilmiş, virus mənşəli olduqları və bu virusların növləri aydınlaşdırılmışdır. Hazırda 5 növü məlumdur və əlifba sırası ilə A,B,C,D,E adlandırılır. Hər növün özünə məxsus xüsusiyyətləri var.

Virus hepatitləri çox geniş yayılmış xəstəliklərdən hesab olunur. 170 milyon civarında dünyada hepatit c xəstəsi var, he...
24/03/2019

Virus hepatitləri çox geniş yayılmış xəstəliklərdən hesab olunur. 170 milyon civarında dünyada hepatit c xəstəsi var, hepatit b xəstələrinin sayı isə 250 milyondan artıqdır
📍 Hepatit c artıq sağalan xəstəlikdir. 3 aylıq müalicə kursu ilə rahat şəkildə tamamilə sağalmaq mümkündür.
📍 Hepatit b müalicə olunur, ancaq hepatit b virusunu tamamilə yox edən dərmanlar yoxdur. Hepatit b müalicə olunduğu halda qaraciyərə heç bir ziyan vurmur.
📍 Hepatit b virus infeksiyasına qarşı vaksin mövcuddur, vaksinasiyanın heç bir yan təsiri yoxdur və bu virusa qarşı tamamilə qoruyucudur. Vaksinasiya 3 və ya 4 seansa həyata keçirilir.
📍 Hepatit c xəstəliyinə qarşı vaksin yoxdur.

Virus hepatitləri çox geniş yayılmış xəstəliklərdən hesab olunur. 170 milyon civarında dünyada hepatit c xəstəsi var, hepatit b xəstələrinin sayı isə 250 milyondan artıqdır. Bu xəstəlikləri aktual edən həm də onların ölüm göstəricilərinin yüksək olmasıdır. Müalicə olunmadığı təqdirdə sirroz və qaraciyər xərçənginin əmələ gəlməsinə səbəb olur.
Hepatit adından göründüyü kimi qaraciyər toxumasının iltihabı prosesidir (sonu "it" ilə bitən tibbi terminlər iltihab prosesini bildirir). Virus hepatitlərinin 5 növü var, ən geniş yayılanı hepatit b və c virus infeksiyalarıdır.
Qaraciyərin iltihabı zamanı ALT, AST və GGT fermentlərinin qanda miqdarı artır. Bu fermentlər transferazalar qrupuna aiddir və qanda miqdarının artması qaraciyər zədələnməsinin ən həssas göstəricisidir.
Qaraciyər qarın boşluğunun sağ-üst hissəsində yerləşir. Hüceyrəarası maddədən, hüceyrələrdən, öd yollarından və qan damarlarından ibarətdir. Qaraciyər orqanizmdə ən böyük vəzli üzv olub 500' dən artıq vacib metabolik funksiya yerinə yetirir.
Qaraciyərin sinir təchizatı zəifdir, ağrı reseptorları yoxdur, odur ki, qaraciyər xəstəlikləri ağrı olmadan, gizli gedir. Ağrı yalnız qaraciyər çox böyüdükdə onun kapsulasının gərginləşməsi zamanı və ondan keçən öd yollarının spazmı zamanı müşahidə oluna bilər.
Hepatitlər də əksərən gizli gedir və təsadüfi muayinələr, cərrahi əməliyyatönü yoxlamalar, qan bağışlama, check up muayinələr zamanı təsadüfən aşkar olunur. Xroniki hepatitlərin ən çox rast gəlinən simptomu halsızlıq, yorğunluq, aşağı ətraflarda ağrının olmasıdır.
Hepatit c əsasən qan təması, hepatit b qan təması və cinsi əlaqə yoluyla, hər ikisi yoluxmuş hamilədən yenidoğulana yoluxur. Hepatitli xəstələrlə cinsi əlaqədə olanlar və hepatitə yoluxmuş hamilələrdən doğulan uşaqlar risk daşımaqdadırlar.
Hepatitlərin diaqnozu qandan onların antigen və antitellərinin və ya pcr üsulu ilə virusun DNT və RNT'lərinin təyin olunması ilə qoyulur.
Hepatit c artıq tam müalicə olunan xəstəlikdir. 3 aylıq müalicə kursu ilə tamamilə sağalır. Hepatit b xəstəliyi də müalicə olunur ancaq hepatit b virusunu bugün tamamilə yox edən dərmanlar yoxdur.

Address


1000

Alerts

Be the first to know and let us send you an email when Hepatit.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hepatit.az:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram