Radezfarm

Radezfarm “Radez Pharmaceuticals Company” olaraq Azərbaycanda iki ilə yaxındır ki, fəaliyyət göstəririk.

Zob haqqında bunları bilirdinizmi? - HƏKİM MƏSLƏHƏTİÖlkəmizdə ən çox yayılan xəstəliklərdən biri də zobdur. Əsasən qadın...
21/05/2016

Zob haqqında bunları bilirdinizmi? - HƏKİM MƏSLƏHƏTİ

Ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri də zobdur. Əsasən qadınlarda geniş yayılan xəstəliyin bir sıra səbəbləri var.

Herba flora həkim Fizuli Hüseynov xəstəliyin təbii çarələriniModerator.az vasitəsilə oxuculara təqdim edir:

"Zob xəstəliyi Azərbaycanda geniş yayılmış bir xəstəlikdir, çünki ərazilərimiz daha çox dağ çayları ilə qidalandığından endemik olaraq bizdə geniş yayılmışdır. Zob xəstəliyi varsa ilk növbədə xəstəliyi sənədləşdirmək lazımdır. Bu nə deməkdir? Əvvəlcə qandan analiz verib, T3, T4, TSH və Anti TPO hormonlarının miqdarını bilmək lazımdır və sonra müalicəyə başlamaq lazımdır. Əgər qanda T3 və T4 artıbsa, TSH azalıbsa, deməli sizdə qalxanabənzər vəzi həddindən artıq çalışır.Əgər T3, T4 azalıbsa onda mütləq TSH artacaq, çünki T3 və T4 qanda miqdarı göstərir. TSH isə hipofiz vəzidə nəzarəti göstərir, ona görə bir-birləri ilə tərs mütənasibdir, cavab belədirsə sizdə qalxanabənzər vəzi zəif çalışır.Qanda Anti TPO miqdarı qalxıbsa onda sizə autoimmun problemi var, bu nə deməkdir? Bədənimiz qalxanabənzər vəzini yad bilir və ona cəbhə yaradır sonda Anti TPO səviyyəsi qalxmağa başlayır. Bütün bunları geniş yazmağımın səbəbi bu analizlər olmadan müalicə etdirmək çox qorxulu ola bilər. İstər dərmanlarla olsun, istərsə də bitkilərlə, məsələn qanda Anti TPO səviyyəsi qalxıbdırsa, o zaman tərkibində yod olan bitkilərdən istifadəetmək olmaz, bu zaman bədən müqavimətini artıran, immunstimlyator təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır.

Məsələn:

Zəncəfil – 50 qram

Ud hindi – 50 qram

Qarazirə – 50 qram

Qatırquyruğu – 50 qram

Novruz şaxtagül kökü – 20 qram

Çiçək tozu – 50 qram

Bal – 1.5 kiloqram

Bitkilər toz formasına salınmalı, bal ilə yaxşı qarışdırmalı, məcun hazırlanılmalı, məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır. Bədəndə yodun azlığı varsa o zaman qanda T3 və T4 hormonu azalır bu zaman tərkibində yod olan bitkilərdən meyvələrdən yeyə bilərsiniz. Amma ən faydalısı yodlu duzdur, bundan başqa dəniz kələmi adında bir bitki var, bu bitkini salatların üzərinə səpib yeyəbilərsiniz. Dəniz kələmi yod çatışmazlığı üçün ən faydalı bitkidir.Qaytarma adında bir bitki var, bu bitkinin köklərində zəngin yod vardır. Bədəndə yod çatışmazlığı üçün hazırladığım belə bir tərkib vardır:

Öksəotu – 30 qram

Yaşıl qoz – 40 qram

Qaytarma – 40 qram

Mayasarmaşığı – 30 qram

Su – 400 qram

Spirt – 600 qram

Saydığım bitkilər su və spirt bir-birinə qarışdırılır, 15 gün qaranlıq yerdə saxlanılır, hər gün qarışdırılır və gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılırb içilir. Bu bitkilərin 60 faizli spirtli dəmləməsi demək olar ki, yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan götürür. Əgər spirtli olaraq kimsə qəbul etmək istəməsə, bu qarışıma 2 xörək qaşığı alma sirkəsi qarışdırın və ağzı açıq vəziyyətdə 15-20 gün isti bir yerdə saxlayın, bu zaman spirt sirkələşəcək və tərkib olaraq heç bir dəyişmə baş verməyəcək. Ümumiyyətlə zobun formasından asılı olmayaraq bütün növ zob xəstəliyində Hicama və Zəli müalicəsi çox faydalıdır. Bu müalicədən sonra şişmiş zob düyünlərində kiçilmələr əmələ gəlir. Zob düyünlərinin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilir və düyünlərin üzərinə qoyulur.Zob düyünlərinin kiçilməsi üçün başqa məsləhət 1 xörək qaşığı çobanyastığı, 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılır, xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz üzərinə qoyulur".

01/04/2016

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi.
MART SOYQIRIMI

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Apardığımız SEO işləri nəticəsində 1 həftə ərzində Radezfarm şirkətinin web səhifəsi GOOGLE axtarış motorları üzərində l...
26/03/2016

Apardığımız SEO işləri nəticəsində 1 həftə ərzində Radezfarm şirkətinin web səhifəsi GOOGLE axtarış motorları üzərində layiqli yerini tutdu və 1ci səhifəyə yüksəldi.Biz də ELAYT Company olaraq Radezfarm şirkətini təbrik edir və uğurunuza bir yerdə sevinirik.Həmişə yüksəklərdə olun dostlar.Təbriklər.

Cild çatlaqları - https://goo.gl/Wfgaz3 - 2ci yerdə
Orqavır - https://goo.gl/MRDXMi -1ci yerdə
Keçibuynuzu doşabı - https://goo.gl/x6bzRU -1ci səhifədə
məsləhətli uroloq - https://goo.gl/oRKZkw -1ci səhifədə
məsləhətli androloq - https://goo.gl/MP69mQ -1ci səhifədə
fortezol - https://goo.gl/fp4rR4 -1ci səhifədə

Radezfarm olaraq Azərbaycanda 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətimizin fəaliyyət istiqamətləri Avropanın tanınmış və xüsusi beynəlxalq sertifikatları olan zavodlarından Azərbaycan Respublikasına dərman preparatları idxal etmək, onların marketinqini təşkil etməkdən ibarətdir.

26/03/2016

Əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət probləmləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşün…

26/03/2016

Yağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər.

26/03/2016

Bədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız.

26/03/2016

Dərinin parazit xəstəlikləri başlıca olaraq qoturluq gənəsi tərəfindən (qoturluq xəstəliyi) və bitlərlə (bitlilik) törədilir. Yoluxucu xəstəliklərdir. Yoluxma bilavasitə xəstə ilə təmasa olduqda, habelə onun yataqda camaşırından və paltarından istifadə etdikdə keçir.

http://radezfarm.az/haqqimizda/
23/03/2016

http://radezfarm.az/haqqimizda/

olaraq Azərbaycanda 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətimizin fəaliyyət istiqamətləri Avropanın tanınmış və xüsusi beynəlxalq sertifikatları olan zavodlarından Azərbaycan Respublikasına dərman preparatları idxal etmək, onların marketinqini təşkil etməkdən ibarətdir. Hazırda Azərbaycan Resp…

Jizn prekrasno! Jelayu vam mnoqo uspexov,scaste,kucho deneq,lyubvi,i zdorove!
22/03/2016

Jizn prekrasno! Jelayu vam mnoqo uspexov,scaste,kucho deneq,lyubvi,i zdorove!

10/11/2015

Yeşil kahve zayıflatırmı sorusunun daha kapsamlı cevabı için sitemizi ziyaret ediniz.

02/11/2015

0RGAVIR

Tərkibi:

Beta qlükan - 220 mq
Bioflavanoidlər (rutin) – 65 mq
Sink -15 mq
Selen – 100 mq
Vit C – 100 mq
Vit E – 50 mq
Vit B6 – 12.5 mq
Vit A – 1000 mkq
Biosin (Vit N , Vit B7)
İtburnu ekstraktı – 50 mkq


FARMAKOLOJI XÜSUSIYYƏTLƏRI:
ORGAVİR kombinəolunmuş preparat olub, tərkibinə güclü antioksidantlar, vitamin kompleksi, aminturşu və mikroelementlər daxildir. ORGAVİR – in tərkibinə daxil olan bioloji aktiv əlavələr sərbəst radikallarla reaksiyaya girərək oksidativ maddələrin zərərli təsirindən qoruyur.Qandakı yağ turşularını , lipidəri və qırmızı qan hüceyrələrini sərbəst radikalların oksidləşməsindən qoruyur. Vitamin kompleksi ümumi mübadiləni normallaşdırır, orqan və toxumaların normal funksiyasını təmin edir, vitamin defisitini aradan qaldırır. Mikroelement və aminturşular hormon, mediator, ferment və piqment sintezində yaxından iştirak edir, reproduktiv funksiyanı yüksəldir, orqan və toxumaların qan dövranını yaxşılaşdırır.

GÖSTƏRIŞLƏR:
ONKOLOGİYA
-Onkoloji xəstəliklərin profilaktikası
-Mastopatiya , polukistoz zamanı
-Kimyaterapiyadan sonra kompleks müalicə ilə yanaşı residitivlərin qarşısını almaq məqsədilə
-Müxtəlif lokalizasiyalı şişlərin müalicə və profilaktikası

GİNEKOLOGİYA
-Cinsi hormonların sintezində iştirak edərək fibroz düyünlərin sorulmasını sürətləndirir
-Menstrual sikli normaya salır
- Sonsuzluğun kompleks müalicəsində,
- Mastopatiya,
- Klimakterik period,
- Oral kontraseptiklərin qəbulu,
- Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
- Hamiləlik və laktasiya dövründə

TERAPİYA
- Vitamin defisiti ilə müşahidə olunan bütün hallar,
- İmmunitetin zəifləməsi,
- Autoimmun xəstəliklər,
- Anemiyalar,
- Antibiotikoterapiya,
- MBT- dan sorulmanın pozulması,
- Qocalıq dövrü
- Virus infeksiyalarının müalicə və profilaktikası
- Fiziki və zehni gərginlik
-Keçirilmiş xəstəliklərin bərpa dövründə

KARDİOLOGİYA
-Ürəyin işemik xəstəliyi,
- Miokardiodistrofiyalar,
- Ateroskleroz,
-Revmatizm

OFTALMOLOGİYA
- Görmə qabiliyyətinin zəifləməsi,
-Kataraktanın profilaktikası

DERMATOVENEROLOGİYA
-Ocaqlı sklerodermiya,
-Seboreya dermatiti,
-Psoriaz,
-Piodermiyalar,
-Cinsi fəaliyyətin zəifləməsi

NEVROLOGİYA:
-Neyrosirkulyator distoniya,
-Xroniki yorğunluq,
-Qıcolma əleyhinə və psixotrop preparatların qəbulu
-Mərkəzi və periferik sinir sistemini normallaşdırır
-Yaddaşı möhkəmləndirir
-Damar divarlarının elastikliyini artırırr

ENDOKRİNOLOGİYA:
-Şəkərli diabet,
-Qalxanabənzər vəzin funksiyasının pozulması
-Hormonal balansı normallaşdırır
-Mədəaltı vəzinin Betta hüceyrələrini toksiki faktorların təsirindən qoruyur
-Endokrin sisemin fəaliyyətini normallaşdırır

HEPATOLOGİYA
-Qaraciyərin funksional pozğunluğunda
-Vərəmin kompleks müalicəsində
-Kəskin və xroniki hepatit ,qaraciyər serrozu ,steatoz
-Qaraciyərin alkoqollu dərman zədələnmələri zamanı
-Qan azlığında


ƏKS GÖSTƏRIŞ:
Preparatın komponentlərinə qarşı həssaslıq.

DOZALANMASI:
Gün ərzində 1-2 kapsul yeməkdən evvel , 1stəkan su ilə.
Uşaglara 6 yaşdan sonra günə 1 kapsul təyin edilir.

BURAXILIŞ FORMASI:
ORQAVİR № 30 kapsul

İstehsalçı:
BOLQARISTAN / FORTEKS NUTRASYUTİCALS

02/11/2015

FORTEZOL

Antiparazitar sirop
TƏRKİBİ:
Hər 5 ml siropun tərkibində var:

Sarımsaq ekstraktı (Allium Sativum extract) 102,50 mq
Qara qoz ekstraktı (Juglans nigra extract) 10 mq
Ayıdöşəyi ekstraktı ( Dyropteris filix mas ) 62 mq
Mixək ekstraktı (Caryophyllus aromaticus) 77 mq
Kəklikotu ekstraktı (Thymus vulgaris) 27,6 mq
Balqabaq toxumlarının ekstraktı (Cucurbita pepo seed extract) 100 mq

Adi yovşan (Artemisia songarica) 27,6 mq
Acı yovşan (Artemisia absintihum) 27,6 mq
Dağ tərxunu (Artemisia dracunculus) 27,6 mq
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
FORTEZOL-un tərkibinə daxil olan bitki komponentləri müxtəlif növ parazitləri onların istənilən inkişaf mərhələsində məhv edir;( sürfə mərhələsindən tam yetkin mərhələyə qədər,) həmçinin insan orqanizminin təbii resurslarını stimullaşdırır; qaraciyərin detoksikasiyasını aktivləşdirir, ödqovucu prosesləri sürətləndirir, həzm sisteminin motorikasını aktivləşdirir, qurdların xaric olmasını tezləşdirir. Bundan əlavə FORTEZOL selikli qişa zədələnməsinin qarşısını alır, bərpa edir və allergik reaksiyaların əmələ gəlməsini azaldır, effektiv bakterisid təsir göstərir.
Sarımsaq ekstraktı –tərkibinə 33 növ kükürd birləşməsi,17 növ aminturşu ,potasyum,selen və sink daxildir.həmçinin «fitonsid» maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan «allisin» maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir. Bunlardan ən mühümü «dusulfid» adlanan kükürdlü üzvü birləşmələrdir. Antiparazitar, antioksidant, immunomoduləedici, mikrobəleyhi, virusəleyhi təsir effektinə malikdir
Qara qoz ekstraktı komponentinin tərkibi küllü miqdarda orqanik yod, manqan, maqnezium, silisium, həmçinin selen, kalium, dəmir, natrium, fosfot, xlor, vitamin С, В1, В2, В3, В6 və bioflavonoidlərlə zəngindir. Qara qozun əsas unikal bioloji aktiv maddəsi yuqlon hesab edilir. Yuqlon qozun yodlu iyə və antiparazitar (qanı, bağırsaqları, qaraciyəri və bütün orqanizmi parazitlərdən və onların sürfələrindən azad edir), antibakterial, göbələkəleyhi effektə malik olmasını təmin edir. Bioflavonoidlər (yuqlon), efir yağları parazitəleyhi, qurdəleyhi, ödqovucu təsirlərə malikdir. Qara qozun tərkibində yuqlon, efir yağları və acı qlikozidlərin çox miqdarda olması aralıq və yetkin mərhələdə olan helmitlərə, askaridlərə, bizquyruqlara həmçinin lyambliyalara öldürücü təsir edir. Acı qlikozidlər xolesekretik və xolekinetik prosesləri stimullaşdırır, bağırsaq peristaltikasını yaxşılaşdırır və parazitlərin xaricə çıxmasını təmin edir, yuqlonun yüngül işlədici təsirə malik olması bağırsaq fəaliyyətini normallaşdırır və parazitlərdən azad olmağa kömək edir. Yuqlon təbii antibiotik hesab edilir, xəstəliktörədici bakteriyaların inkişafının qarşısını alır. Həmçinin qara qozun tərkibindəki bioloji aktiv maddələr; bioflavonoidlər, antosianidlər, taninlər, efir yağları, beta-karotin, vitamin və minerallar, xüsusilə С, В1, В2, В3, dəmir immunomodulyator, detoksikator, iltihabəleyhi təsirlərə malikdir. Qara qoz güclü qantəmizləyici vasitədir (aktiv olaraq toksinləri xaric edir və qanı parazitlərdən təmizləyir).
Ayıdöşəyi ekstraktı- Bağırsaq qurdlarında faydalıdır. Xüsusilə soliterə və nematodlara qarşı təsirlidir, Xalq təbabətində hemorroy və damarların varikoz genişlənmə şikayətlərini azaltmaq, ürek çırpıntısını aradan qaldırmaq üçün istifadə olunur.. Işlədici təsiri var. Öd sekresiyalarını artırmaqdadır. Boğaz ağrıları və bəlğəm üçün olduqca faydalıdırr. Qusturucu təsiri var, bağırsaq parazitlerini salıcı olub, görmə zəifliklərini aradan qaldırdığı kimi, albumin, ishal və həzmsizliyə qarşı da təsirlidir.
Mixək ekstraktıl (Syzygium aromaticum): Mixək bağırsaq qurdları da daxil olmaqla bir çox parazitə qarşı təsirlidir. Ishala qarş təsirlidir. Mixəyin, tərkibində alpha-kadinol, alpha-kubeben və maslinik turşusu var. Bu üç əsas təsirli maddəni başqa heç bir bitkinin çiçəyinde eyni anda tapılmayıb. Onun bu imtiyazı, ani inkişaf edən ishala qarşı möhtəşəm bir qarşı təsir göstərir, bıçaq kəsər kimi ishalı kəsər. Ishala bağlı qarın sancılarını, bağırsaq hərəkətliliyini aradan qaldırır.Həmçini zehin və bədən yorğunluğuna qarşı mixeyin alternativi yoxdur.

Qara qoz ekstraktı komponentinin tərkibi küllü miqdarda orqanik yod, manqan, maqnezium, silisium, həmçinin selen, kalium, dəmir, natrium, fosfot, xlor, vitamin С, В1, В2, В3, В6 və bioflavonoidlərlə zəngindir. Qara qozun əsas unikal bioloji aktiv maddəsi yuqlon hesab edilir. Yuqlon qozun yodlu iyə və antiparazitar (qanı, bağırsaqları, qaraciyəri və bütün orqanizmi parazitlərdən və onların sürfələrindən azad edir), antibakterial, göbələkəleyhi effektə malik olmasını təmin edir. Bioflavonoidlər (yuqlon), efir yağları parazitəleyhi, qurdəleyhi, ödqovucu təsirlərə malikdir. Qara qozun tərkibində yuqlon, efir yağları və acı qlikozidlərin çox miqdarda olması aralıq və yetkin mərhələdə olan helmitlərə, askaridlərə, bizquyruqlara həmçinin lyambliyalara öldürücü təsir edir. Acı qlikozidlər xolesekretik və xolekinetik prosesləri stimullaşdırır, bağırsaq peristaltikasını yaxşılaşdırır və parazitlərin xaricə çıxmasını təmin edir, yuqlonun yüngül işlədici təsirə malik olması bağırsaq fəaliyyətini normallaşdırır və parazitlərdən azad olmağa kömək edir. Yuqlon təbii antibiotik hesab edilir, xəstəliktörədici bakteriyaların inkişafının qarşısını alır. Həmçinin qara qozun tərkibindəki bioloji aktiv maddələr; bioflavonoidlər, antosianidlər, taninlər, efir yağları, beta-karotin, vitamin və minerallar, xüsusilə С, В1, В2, В3, dəmir immunomodulyator, detoksikator, iltihabəleyhi təsirlərə malikdir. Qara qoz güclü qantəmizləyici vasitədir (aktiv olaraq toksinləri xaric edir və qanı parazitlərdən təmizləyir).

Balqabaq toxumlarının ekstraktı tərkibindəki kukurbitin (3-amino-3-karboksipirrolidin) aminturşusu hesabına antihelmint təsirə malikdir. Balqabaq toxumların tərkibində farmakoloji aktiv maddə - kukurbitinin miqdarı 0,1-0,3%-ə bərabərdir. Ekstrakt həmçinin, hepatoprotektor, ödqovucu, iltihabəleyhi və antiseptik təsirlərə malikdir, qəbizlik zamanı bağırsaq funksiyasını aktivləşdirir. Balqabaq toxumlarının hepatoprotektor təsiri nəticəsində hepatositlərin membran strukturları stabil qalır. Tərkibində arginin, qlütamin turşusu, vitaminlər (В3, В4, В9, Е) və minerallar da (Fe, Mg, Cu, Mn, Ca, Zn, Se) vardır. Balqabaq toxumlarının ekstraktı mədənin və bağırsaqların selikli qışasına qıcıqlandırıcı təsir etmir.
antihelmint, hepatoprotektor, ödqovucu, iltihabəleyhi və antiseptik təsirlərə malikdir. VERAZOLun antihelmint təsiri balqabaq toxumunun tərkibindəki maddəyə əsaslanır ki, bu maddə qurd yumurtalarına məhv edici təsir göstərir. ÜST-ün tövsiyyəsinə əsasən, balqabaq toxumlarının Türkiyədə yetişdirilən növləri antiparazitar təsirinə görə daha effektivdir.Balqabaq toxumunun hepatoprotektor təsiri nəticəsində hepatositlərin membran strukturlarının stabil saxlanması təmin olunur. Balqabaq toxumlarının tərkibi olduqca zəngindir. Tərkibinə həmçinin arqinin, qlutamin turşusu, vitamin (Vit B3, Vit B4, Vit B9, Vit E) və minerallar (Fe, Mg, Cu, Mn, Ca, Zn, Se) daxildir.

Kəklikotu ekstraktı - unikal komponent antiparazitar, immunomodulyator, hepatoprotektor, spazmolitik, antifunqal və antibakterial təsirlərə malikdir. MBT-də normal mikrofloranın yaranmasını təmin edir, disbakteriozun əlamətlərini və ümumiyyətlə onun yaranmasının qarşısını tam alır. İmmunomodulyator xüsusiyyətə malik olması həm immunodefesit vəziyyətlərdə, həm də autoimmun xəstəliklərdə istifadə olunmasına imkan verir. Həmçinin, helmintlərin orqanizmdə törətdiyi fəsadlara qarşı antiallergik və antianemik təsir edir.
Sakitləşdirici təsirə malikdir Soyuqdəyməyə qarşı faydalıdır.Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Həzmə kömək edir. Mədə-bağırsaqları və ciyərləri təmizləyir...
Bağırsaq qurdlarını salır Qan dövranını nizamlayır.Həzm prosesini normallaşdırır, meteorizmi, qurd invaziyasının yaratdığı intoksikasiyanın fəsadlarını, xüsusən ürəkbulanmanı aradan qaldırır, sakitləşdirici və spazmolitik təsir göstərir.

Balqabaq toxumlarının ekstraktı tərkibindəki kukurbitin (3-amino-3-karboksipirrolidin) aminturşusu hesabına antihelmint təsirə malikdir. Balqabaq toxumların tərkibində farmakoloji aktiv maddə - kukurbitinin miqdarı 0,1-0,3%-ə bərabərdir. Ekstrakt həmçinin, hepatoprotektor, ödqovucu, iltihabəleyhi və antiseptik təsirlərə malikdir, qəbizlik zamanı bağırsaq funksiyasını aktivləşdirir. Balqabaq toxumlarının hepatoprotektor təsiri nəticəsində hepatositlərin membran strukturları stabil qalır. Tərkibində arginin, qlütamin turşusu, vitaminlər (В3, В4, В9, Е) və minerallar da (Fe, Mg, Cu, Mn, Ca, Zn, Se) vardır. Balqabaq toxumlarının ekstraktı mədənin və bağırsaqların selikli qışasına qıcıqlandırıcı təsir etmir.

Yovşan bitkisinin ekstaktı qankəsici, hərarətsalıcı vasitə kimi istifadə olunub.həzmi asanlaşdırmağa kömək edir,aşağı ətraflarda sinirlərlə əlaqədar yaranan ağrılı xəstəliklərin (siyatik, sinir revmatizmi və s.) müalicəsində istifadə olunur.Ağız və boğaz yaralarını aradan qaldırır,sidik kisəsi iltihablanmalarında sidik təmizləyici funksiyası var,bağırsaq qurdlarını salmağa kömək edir,nəfəs darlığı çəkən xəstələrə yaxşı təsir göstərir,dəri və saç müalicəsində istifadə olunur.
Acı yovşan otu ekstraktı həzm sistemini gücləndirir, eyni zamanda mədə və qaraciyərin, onikibarmaq bağırsağın işinin güclənməsini təmin edir. İştahanı artıran bu bitki həzm üzvlərinin işini yaxşılaşdırır. Bədən müqavimətini artırmağa kömək edir, daha dəqiq desək, halsızlığı yox edir.
Dağ tərxunu ekstraktı 0,8%-ə qədər efir yağları (seskvitepen laktonları, kamfara, tuyol, borniol, pinen), alkaloidlər (tanasetin), flavonoidlər (kversetin, izoramnetin, apigenin, lüteolin), fenolkarbon turşusu və polisaxaridlərdən ibarətdir. Güclü qurdəleyhi təsir effektinə malikdir. Dağ tərxunu çiçəklərinin fllavonoidləri bağırsaqlarda selikli qişanın regenerasiyasını təmin edir. Dağtərxunu lyambliozla mübarizədə effektiv mübarizə aparır


GÖSTƏRİŞLƏRİ:

Nematodozlar: Askaridoz, Trixosefalyoz, Ankilostomoz, Enterobioz, Trixinellyoz

Trematodozlar: Opistorxoz, Fasillyoz

Sestodozlar: Tenioz, Himenolepidoz, Teniarinxinoz

Lyambliozun kompleks müalicəsi

Qarışıq helmintozlar

MBT pozğunluqları

Ödçıxarıcı yolların diskineziyası

Qaraciyərin toksik zədələnmələri
DOZA VƏ QƏBUL QAYDASI:
İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır.
2 -12 yaş uşaqlar üçün 5 ml( 1 çay qaşığı) gündə 2 dəfə yemək vaxtı
2 yaşdan yuxarı uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 2 dəfə yemək vaxtı
Böyüklər üçün 15 ml (1 xörək qaşığı) gündə 2 dəfə yemək vaxtı.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövrü.
ƏLAVƏ TƏSİRLƏRİ:
Düzgün dozalanma zamanı heç bir əlavə təsir hal-hazırkı dövrə qədər qeydə alınmamışdır.
BURAXILIŞ FORMASI:
Sirop 150 ml.
İSTEHSALÇI:
FORTEKS NUTRACYUTİKALS, BOLQARISTAN

Address

Bakı şəhəri. Bine Qesebesi. Orjonokidze Küç

AZ1000

Alerts

Be the first to know and let us send you an email when Radezfarm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Radezfarm:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram