16/03/2024
🚩ABA kursu təşkil olunur
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən və ya işləmək istəyən hər kəs (psixoloq, pedaqoq, defektoloq-loqoped, valideyn və ya tərbiyəçilər) qatıla bilər.
ABA nədir?
Tətbiqi Davranış Analizi (ABA) insanlarda davranışları dəyişdirmək üçün öyrənmə nəzəriyyəsinin psixoloji prinsiplərini sistematik şəkildə tətbiq edən elm sahəsidir. Təhsil, səhiyyə və biznesin idarə edilməsində geniş istifadə olunur. Yalnız elmi cəhətdən etibarlı və təsirliliyinə görə atipik inkişaflı uşaqların (ASP, PİL, NİL, Əqli gerilik, Daun sindromlu uşaqlar və başqaları) təlimində də xüsusi yer tutur.
Kursa daxildir
1. ABA və Autizm
2. Uşaqlarda motivasiyanın qurulması
3. ABA təməlli tədris metodları
• Ayrı-ayrı sınaqlarla tədris (Discrete Trial Training)
• Təsadüfi (fürsət) tədris (incidental teaching)
• Fəaliyyət cədvəli (activity schedules)
• Davranış zəncirinin qurulması (behavior chain analysis)
4. Autizmli uşaqlarda problemli davranışların azaldılması
5. Fərqləndirilən stimullar
6. VB/MAPP proqramı üzrə ölçmə, qiymətləndirmə və proqramın qurulması
Məşğələlər həftədə 1 dəfə 4-5 saat olmaqla 2 ay müddətində nəzərdə tutulub.
Kursu bitirənlərə Azərbaycan dilinə tərcümə olunmuş VB/MAPP proqramı veriləcəkdir.✅