Medi Plus

Medi Plus Klinikamızda mütəxəssis həkimlərimiz tərəfindən yüksək keyfiyyətli xidmət göstərilir.Bütün xəstəliklər üzrə ambulator xidmətlər:

*Diaqsontika
*Ginekologiy

Klinikamızda mütəxəssis həkimlərimiz tərəfindən yüksək keyfiyyətli xidmət göstərilir.Bütün xəstəliklər üzrə ambulator xidmətlər:

*Diaqsontika
*Ginekologiya
*Kardiologiya
*Nevrologiya
*Nefrologiya
*Pediatriya
*U,S,M
*Fizioterapiya
*Urologiya və andrologiya
*Otolarinqologiya
*Aleksandrit lazer
*Kosmetologiya (İynəsiz mezoterapiya,ELOS cavanlaşdırma)
*Oftalmologiya
*Dermatologiya
*Cərrahiyə

Bizim üçün ən əsası sizin sağlamlığınızdır.Bu sağlamlığınızın da keşiyində Medi Plus klinikası dayanacaq!.....

Endrimli müayinə paketlərimiz mövcuddur. Onlardan biri. Terapevtik check up • Terapevtin müayinəsi• Qanın ümumi analizi•...
19/12/2017

Endrimli müayinə paketlərimiz mövcuddur. Onlardan biri.
Terapevtik check up
• Terapevtin müayinəsi
• Qanın ümumi analizi
• Sidiyin ümumi analizi
• Qlükoza
• Koaquloqramma
• Tam qarın boşluğu - USM
• Ekq
Bütün bunlar Cəmi: 38 AZN

🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com
🔵facebook: medi.plus .klinikası
🛑intagram: mediplus_klinikası

Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xron...
18/12/2017

Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. Revmatizm xəstəliyinin oynaqlarda lokalizə olunması revmatik artrit, ürəyi yoluxdurması isə revmokardit adlanır.
Revmatizm xəstəliyi daha çox uşaqlıq illərində immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalar verir. Revmatizmin uşaqlarda olmasını adətən valideynlər onların hərəkətlərindən və şikayətlərindən xəbər tutub həkimə müraciət edirlər. Uşaqlar ilk öncə oynaqlardakı ağrılardan şikayətlənirlər. Daha sonra əzginlik, halsızlıq, taqətsizlik, ürək döyüntüsü kimi şikayətlər valideyni narahat edir.
Revmokardit zamanı ürəyin qişaları – daxili qişa endokard, xarici qişa perikard və orta qişası olan ürək əzələsi- miokard iltihabı prosesin hədəfinə çevrilə bilər. Revmatizm prosesinin ürəkdə inkişaf etməsi və ürək qüsuruna səbəb ola biləcəyinə ciddi yanaşmaq lazımdır. Bəzən revmatizmin revmokarditə yol açması və prosesin əlamətsiz dərinləşməsi faktoru ürək klapanlarının sağalmaz zədələnməsinə səbəb olur. Bu da revmatizmin ağır və təhlükəli bir xəstəlik olduğunu göstərir.
Revmatizm xəstəliyi təkcə oynaqları və ürəyi deyil, digər çox vacib orqanları da zədələyə bilir, eləcə də sinir və endokrin sistemlərin fəaliyyətini pozur. Xəstələrin immun sistemi tədricən zəifləyir və infeksiyalara qarşı mübarizə aparmaq gücündə olmur.
Dr. Kamilə Budaqova
Revmatoloq
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com
🔵facebook: medi.plus .klinikası
🛑intagram: mediplus_klinikası

Medi Plus klinikasında dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı avropa firmalarının istehsalı olan ciha...
17/12/2017

Medi Plus klinikasında dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı avropa firmalarının istehsalı olan cihazlarla tam təmin olunmuş, dəqiq diaqnoz və düzgün müalicəni təmin edən təcrübəli, mütəxxəssis həkim-laborant heyəti olan Tibbi Laboratoriya Şöbəsi fəaliyyət göstərir.
Laboratoriyamızda aşağıdakı bölmələr fəaliyyət göstərir:
* Koauloqramma
* Hormonal testlər
* Diabet testləri
* Allerqik testlər
* İnfeksiyalar
* Sitoloji və patoloji analizlər
* Bakteroloji analizlər
* Histoloji analizlər
* PCR analizlər
* İmmunoloji və seroloji analizlər(onkomarkerlər)
* Biokimyəvi analizlər
* Klinik analizlər.
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com
🔵facebook: medi.plus.klinikası
🛑intagram: mediplus_klinikası

Dr. Aysel İbrahimova 2014 cü ilde Sankt-Peterburqda Pavlov adina Tibb Universitetini bitirmişdir. Bitirdikden sonra bir ...
17/12/2017

Dr. Aysel İbrahimova 2014 cü ilde Sankt-Peterburqda Pavlov adina Tibb Universitetini bitirmişdir. Bitirdikden sonra bir il internatura keçmişdir.
2015 ci ilde Kosmetologiya kurslari keçib işə başlamışdır.
Paramed klinikada
2015-2016 ilde Soprano İce ve Soprano Platinum lazer aparatının kuslarını kecmisdir.
Etdiyi prosedurlar;
•Mezoterapiya(uz,boyun, dekolte zonasi)
•Mezoterapiya(sac)
•Biorevitalizasiya
•Dolgular
•Botoks
•Cistka
•Lipolitikler(piyin eridilmesi)
•Rf lifting və s.
Müraciət üçün...
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Ürək xəstələrinin çoxu profilaktik müayinə olunmaması səbəbindən itirilir. Gənc yaşda ürək-damar xəstəliklərinin yaranma...
16/12/2017

Ürək xəstələrinin çoxu profilaktik müayinə olunmaması səbəbindən itirilir. Gənc yaşda ürək-damar xəstəliklərinin yaranmasının səbəbləri stress, yüksək təzyiq, şəkərli diabet və siqaret çəkmək kimi zərərli vərdişdir. Bunlar ürək xəstələri üçün əsas risk faktorlarıdır.Yaranmış ürək xəstəliyi zamanı görünən ilkin göstəricilər döş qəfəsində yaranan hansısa bir narahatçılıq hissidir. Burada yalnız ağrı deyil, sıxıntı olduqda belə həkimə müraciət etmək mütləqdir. Klassik bildiyimiz döş qəfəsinin arxasındakı ağrı olmaya da bilər. Döş qəfəsində hiss edilən sadə bir narahatçılıq, nəfəs çatmazlığı belə ciddi ürək problemlərindən xəbər verə bilər. Ümumiyyətlə insanlar sadəcə onu dərk etməlidirlər ki, ürəkdə yaranan problemlər qəfil ölümə səbəb ola bilər.
Dr. Tahirə Quliyeva
Kardioloq
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə...
15/12/2017

Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə hər dəfə mən aldadılıram?”, yaxud “Niyə istədiyim kimi iş tapa bilmirəm?” və s. bu tip suallarla qarşı-qarşıya qalırsınız. Xalq arasında “dəvəsi ölmüş ərəb” kimi adlanan bu durumları gündəlik həyatımızda da yaşayırıq. Bəzən bütün günü işlərimiz yaxşı getmir, sanki qara buludlar başımızın üstünü alıb.
Hadisəyə necə yanaşırıqsa, elə də yaşayırıq. Belə halları yaşamamaq üçün hər səhər yerinizdən qalxanda “Bu gün necə də gözəl gündü” — deyib, ətrafınızda pozitiv enerjini formalaşdırmalısınız. Məhz gününüzün yaxşı keçəcəyi qərarını da elə o andan etibarən özünüz verməlisiniz. Hətta gün ərzində mənfi hallarla da rastlaşsanız belə, bu, sizə o qədər də p*s təsir etməyəcək. Çünki siz artıq hadisələrə müsbət tərəfdən yanaşmağa qərarlısınız.
Bəzən də belə sualları yaşamamaq üçün uşağın tərbiyəsində kiçik yaşlarından insanlara güvənmə hissini formalaşdırmaq lazımdır. Əgər ailədə valideyn övladına “Dostlarına çox güvənmə. Sirrini heç kəslə bölüşmə, bir gün sənə qarşı istifadə edərlər”, yaxud ana öz qızına “Oğlanlara inanmaq olmaz, qızım” deyirsə, artıq o uşaqda insanlara qarşı etibarsızlıq hissinin toxumları cücərir. Lakin bütün bunların doğru yolu belədir. Valideyn övladına “dostlarına inan, amma bununla yanaşı özünə aid şəxsi sirlərini çalış elə özündə saxla”, yaxud ana qızına “Əminəm ki, sən həyatında ən doğru oğlanı seçəcəksən. Bəzi oğlanlar etibarsız olsa belə bəziləri aldatmaz” və s. bu kimi güvən stimullarını verməlidirlər.
Bacarıqsızlığınızın səbəblərini həmişə özünüzdə axtardığınız halda “Niyə məhz mən?” deyirsiniz. Bu da psixoloji durumunuzun pozulmasına səbəb ola bilər. Adətən belə hallarda isə: “Uğursuzluğuma nələr səbəb oldu? Ola bilsin ki, yaşadıqlarım bütün insanların başına gələ biləcək hadisələrdi” və s. bu tipli sözlərlə özünüzü uğursuzluq bataqlığından xilas edə bilərsiniz.
Belə hallarda oxları özünüzə çevirməyin, yoxsa bu durum sizin üçün növbəti dəfə yenidən qaçılmaz ola bilər. Adətən həyatda bir şüarı həmişə üstün tutmağı bacarmalısınız: “Özümə dəyər verməsəm, başqaları da mənim dəyərimi bilməz”.
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Soyuqdəymə – aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır.Soyuqdəymə xəstəl...
15/12/2017

Soyuqdəymə – aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır.
Soyuqdəymə xəstəlikləri bir sıra infeksiyaların və iltihabi proseslərin inkişafına təkan verir. Xüsusən də qripp, paraqripp, adenovirus, herpes, göyöskürək, stafilokokk və pnevmokokk infeksiyaları soyuqdəymə zamanı daha tez baş qaldırır.
Ev şəraitində soyuqdəyməni müalicə etmək olar, bir şərtlə ki, soyuqdəymə başqa fəsadlar verməmiş olsun. Soyuqdəymə ilə mübarizədə ən sadə və eyni zamanda təsirli vasitə bol mayenin qəbuludur. Soyuqdəymə zamanı bol mayenin (çay və ya müxtəlif dəmləmələr) qəbulu toksinləri orqanizmdən sürətlə xaric edir. Nəticədə insan daha tez sağalır və fəsadlar inkişaf etmir. Maye şəklində müxtəlif vitaminli çaylar və müalicəvi bitkilərin dəmləmələri istifadə etmək daha yaxşıdır. Bu vasitələr sağalma prosesini sürətləndirir.
Müxtəlif müalicəvi dəmləmələri və çayları növbələşdirmək məsləhətdir.
Dr. Əlövsət Mirzəyev
Terapevt
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Yeni il kampanyamız başladı!!!2018-ci ili sağlam qarşılamaq üçün Medi Plus klinikası 10 Dekabır tarixindən 10 yanvar tar...
14/12/2017

Yeni il kampanyamız başladı!!!
2018-ci ili sağlam qarşılamaq üçün Medi Plus klinikası 10 Dekabır tarixindən 10 yanvar tarixinə kimi Laborator analizlərə və Ultrasəs müayinələrə 50% endrim edir. Müayinə üçün bizə müraciət edin.
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Hamiləliyin baş tutması üçün qadının yumurtalıqlarında ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) prosesi b...
14/12/2017

Hamiləliyin baş tutması üçün qadının yumurtalıqlarında ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) prosesi baş verməlidir. Hər menstrual dövrdə adətən 1 dominant follikul yetişir (nadir hallarda 2, 3) və ovulyasiya olunur. Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Bəzi qadınlar düşünür ki, ovulyasiya menstrual dövrünün 14-cü günü baş verir. Bu səhv fikirdir. Aybaşı tsiklinin uzunluğundan asılı olaraq ovulyasiya tsiklin 12-ci günündə (26 günlük menstrual dövrdə), 16-cı günündaə (30 günlük dövrdə) və s. baş ve bilər. Lakin bu da dəqiq tarix deyil. Hətta aybaşı müntəzam olan gadinlarda bela (menstruasiyalar har dafa müayan müddatdan sonra takrar olunur 26 gündən bir, 28 gündən bir və s.) ovulyasiya müxtəlif menstrual dövrlərdə eyni gündə baş verməyə bilər daha tez və ya daha gec baş verə bilər. Məhz bu səbəbdən sonsuzluğun müalicəsi zamanı qadınların əksəriyyətinə follikulometriya müayinəsi təyin olunur. Follikulometriya follikulun yetişməsinin monitorinqidir (nəzarət). Monitorinq USM köməyi ilə həyata kecirilir. Follikulometriya köməyi ilə həyata keçirilir. Follikulometriya ovulyasiyanin baş tutub-tutmamasını təyin etmək üçün ən dəqiq üsuldur. Digər üsullar (ovulyasiya testləri, bazal hərarətin ölçülməsi) belə dəqiq nəticə vermir. Follikulometriya müayinəsi qadından heç bir xüsusi hazırlıq tələb etmir. Müayinədən 2 saat avval 0,5 l maye qəbul etmək lazımdır ki, sidik kisəsi dolsun (cinsi əlaqələri olmayan qiz uşaqları üçün). Qadınlarda müayinə transvaginal üsulu ilə (uşaqlıq yolundan) aparılır və bu halda maye qabul etmək ehtiyac deyil.
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Qəbul etdiyimiz su və qidanın həddindən artıq çirkləndiyi bir dövrdə xəstəliklərdən qorunmaq mümkün deyil. Bu yad maddəl...
13/12/2017

Qəbul etdiyimiz su və qidanın həddindən artıq çirkləndiyi bir dövrdə xəstəliklərdən qorunmaq mümkün deyil. Bu yad maddələrin, toksinlərin, müxtəlif infeksiyalarin təsirindən orqanizmdə çox ağır xəstəliklər törənir. Xüsusəndə bu maddələrin təsirindən orqanizm zəifləyir və xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Bu maddələr,toksinlər orqanizmdə sırf qanda olaraq,qan vasitəsilə də bütün orqanlara toxumalara daşınır və “Çirkli” qan orqanların zədələnməsinə səbəb olur. Qanı bu maddələrdən təmizləyərək xəstəliyin aradan qaldırılmasına və gələcəkdə hər hansı bir xəstəliyin baş verməməsinə membranlı plazmafarez proseduru ilə nail oluruq.
Bu xəstəliklər hansılardır?
1. Bütün mənşəli allergik hallar.
2. Birləşdirici toxumanın sistem xəstəlikləri .a) Revmatizm b) Revmatoid artrit
3. Bətndaxili infeksiyalar. (Toksoplazma, Herpes, Sitomeqalovirus)
4. Şəkərli diabet, Düyünlü zəhərli zob.
5. Arterial hipertoniya, Ürəyin işemik xəstəliyi.
6. Maddələr mübadiləsi xəstəlikləri (Podaqra və s.)
7. Lipid və xolesterinin qanda səviyyəsinin yüksək olması.
8. Qaraciyər patalogiyaları. (Virus hepatiti, Piy distrofiyası)
9. Bronxial astma.
10. Dəri xəstəlikləri.
11. Dərman asılılıgı, Narkomaniya, Alkoqolizm.
12. Ümumi halsızlıq, Zəifləmiş immunitet, Yuxusuzluq, Əsəbilik, İş qabiliyyətinin azalması kimi hallarda…
13. Adlarını çəkmədiyimiz 200 xəstəliyin müalicəsində effektlidir.
Klinikamızda membranlı plazmaferez proseduru heyata keçirilir. Bu üsulun bir çox üstünlükləri var.
1. Hər xəstəyə fərdi plazmafiltrlərdən istifadə olunduğu üçün infeksiya düşmə ehtimalı yoxdur.
2. Xəstənin qanı bədəndən kənarlaşdırılmadan yəni bir qoldan çıxan qan plazmafiltr magistralları ilə hərəkət edərək,filtrdən keçir maye hissəsi ayrılan təmizlənmiş qan digər qoldan bədənə daxil olur.Bu zaman heç bir agırlaşmalar olmur çünki, bu proses sirkulyasiya xarakteri daşıyır.
3. Bu əməliyyat köhnə üsullardan fərqli olaraq bir dəfəyə həyata keçirilir. 1.5-2 saat davam edir.
Dr. Əlövsət Mirzəyev
Terapevt
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Ozon xarakter kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gə...
13/12/2017

Ozon xarakter kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. Təcrübələr sübut edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və VİÇ virusuna öldürücü təsir edə bilir.
Ozonun əsas xüsusiyyətləri nədir?
Metobolizmi aktivləşdirməsi; antiseptik xüsusiyyət; iltihab əleyhinə təsir; ağrıkəsici təsir; intoksikasiya əleyhinə təsir; immuniteti möhkəmləndirmə xüsusiyyəti.
Ozon insan orqanizminə daxil olaraq, hüceyrələrdəki doymamış poliyağ turşuları ilə birləşir və ozonoidlərin bioloji aktiv qruplarını əmələ gətirir. Onlar mikroorqanizmlərin membranına oksidləşdirici təsir göstərir, yəni onların membranını dağıdır. Onun antiseptik (mikrob əleyhinə) xüsusiyyətləri məhz buna əsaslanır. Ozonun təsirindən hətta güclü viruslar (herpes, hepatit virusları, xlamidiyalar və s.) və bakteriyalar məhv olur. Ozonun müsbət xüsusiyyətlərindən ən əsası da odur ki, onun təsirindən mikroblar məhv olduğu halda, insan hüceyrələri mənfi təsirə məruz qalmır, əksinə, onlar enerji qazanır.
Dr. Əlövsət Mirzəyev.
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Yeni İl kampanyamız davam edir.  Münasib qiymətlərlə, Alexsandrid Candela Pro Lazer epilyasiya aparatı ilə gözəl nəticə ...
12/12/2017

Yeni İl kampanyamız davam edir. Münasib qiymətlərlə, Alexsandrid Candela Pro Lazer epilyasiya aparatı ilə gözəl nəticə əldə edəcəksiniz.
Xanımlar üçün
Üz - 5 AZN
Qolaltı - 3 AZN
Qollar bütöv - 15 AZN
Qollar yarı - 10 AZN
Ayaqlar bütöv - 35 AZN
Ayaqlar yarı - 18 AZN
Bikini - 10 AZN
Bütöv bədən - 65 AZN

Bəylər üçün
Gözaltı - 3 AZN
Boğaz- 5 AZN
Boyun - 5 AZN
Qolaltı - 5 AZN
Çiyinlər - 12 AZN
Sinə - 25 AZN
Qulaqlar - 2 AZN
Kürək - 35 AZN
🏥Mireli Seyidov 26 ( Musabekov parkının yaxınlığı)
☎️(012)434-59-36
📲(055) 252-45-94
✅whatsapp(055) 783-00-17
📧 medi.plus63@gmail.com

Address

Mirəli Seyidov 26
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medi Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medi Plus:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram