05/01/2026
🍀İnsanoğlu ömrünün keçici olacağını biləcək qədər idraka malik yeganə canlı olsa da, heç ölməyəcəkmiş kimi bir hırsla həyatına davam edirsə, yəgin ki faniliyin verdiyi acizlik duyğusunu ört basdır edir şüuraltı olaraq…
🍀Yoxsa bu qədər dünyəvi yükün ağırlığını niyə çəksin ki…?!
🍀Pul paylaşılaraq xərclənmədikdən sonra, yemək ağız dadıyla kalabalık sofralarda yeyilmədikdən sonra, evin düzəni, təmizliyi, bəzən servantdakı xrustallar (qırmızı kitaba düşmək üzərə olsa da hələ də var)) bir uşaq sevincindən, qorxusundan daha önəmsiz olmadıqdan sonra sonra , sevinclər paylaşılmadıqdan sonra nə anlarım mən o maddiyatdan, o əşyadan, o səliqədən…
🍀Sultan Süleymana qalmayan dünya, bizim canımızı sıxacaq qədər böyük olmamalıdır.
🍀Bu dünyada daşımağa məhkum olduğumuz tək yük
mənəvi olanlardır, maddiyatla satın alammadıqlarımız. Bu yüklər isə hər insanda öz miqyasına görə mövcuddur. Hər kəsə bir imtahan, bir sınaq şəklində…
🍀Elə isə Allah qəlbimizdəki yükləri yüngülləşdirsin… 💫
💪 ❤️