ZEYTUN APTEK

ZEYTUN APTEK Yalnız bizdə Zeytun Aptekdə Whatsapp nömrəsinə göndərilən reseptlərinizi ünvanınıza pulsuz çatdıracağ

10/05/2019
14/02/2018
04/11/2017

Sizə yaxın aptek.

     Havaların soyuması ilə birlikdə sağlamlığımızda bəzi problemlər yaranır. Bunlardan ən geniş yayılmışı isə boğaz ağr...
09/10/2017


Havaların soyuması ilə birlikdə sağlamlığımızda bəzi problemlər yaranır. Bunlardan ən geniş yayılmışı isə boğaz ağrısıdır.
Ailem.az təbii yolla boğaz ağrısından qurtulacağınız bir neçə faydalı resepti təqdim edir.
1. Gülxətmi
Gülxətmi bitkisi orta əsrlərdən bəri boğaz ağrısı və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilib. Udduğunuzda boğazı bürüyüb yağlandıran və jelatinə bənzər bir maddəyə malikdir.
Lazım olanlar:
- Soyuq su
- 30 qram qurudulmuş gülxətmi
Hazırlanması:
Soyuq su ilə 1 litrlik bankanı doldurun. Gülxətmini təmiz bir bezin içinə qoyaraq, ağzını büküb bağlayın. Həmin bezi suya salın və bankanın ağzını bağlayın. Gecə boyu və ya ən az 8 saat saxlayın. Daha sonra istəyə görə bal da əlavə edərək, bu sudan gün ərzində içə bilərsiniz.
2. Alma sirkəsi
Boğaz ağrısını azaltmaq üçün 1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş və istəyə bağlı olaraq bal da qarışdırılmış 1 fincan ilıq su için.
3. Duzlu su qarqarası
Boğaz ağrısından qurtulmaq üçün duzlu su ilə qarqara etmək məsləhətdir. Boğazdaki lazımsız mikrobları öldürməyə kömək edir.
1 stəkan ilıq suyun içinə 1 çay qaşığı duz atın və əriməsi üçün qarışdırın. Hər saat başı 30 saniyə qarqara edin.
4. Bal
Bal boğaz ağrısını azaltmaq üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır. Bal xüsusilə isti su və alma sirkəsi ilə birlikdə daha təsirli olur. Amma 1 yaşdan kiçik uşaqlara verilməsi məsləhət deyil.
5. Limon suyu
Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını da azalda bilən rahatladıcı bir içkidir. Limonun tərkibində C vitamini və antioksidantlar var. Limon suyunu ilıq su, bir az da bal və ya duzlu su ilə birləşdirmək ən yaxşı vasitədir.
6. Zəncəfil çayı
Zəncəfil antibakterial və ilnihab əleyhinə təsirə malikdir. Boğaz ağrısını azaltmağa yardımçı olur.
Lazım olanlar:
- Zəncəfil kökü
- 1 litr su
- 1 xörək qaşığı (15 ml) bal
7. Sıxılmış limon suyu
Hazırlanması:
Zəncəfil kökünü soyun, rəndələyin və kiçik bir qaba qoyun. Böyük bir qazanda su qaynadın, ardından ocağın altını söndürün. Qazana 1 xörək qaşığı rəndələnmiş zəncəfil qoyun və qapaqla örtün. 10 dəqiqəyə qədər gözləyin. Bal və limon suyu əlavə edib sonra qarışdırın. Bu çay lazım olduqda qızdırıla bilər, yaxud soyuq halda içilə bilər. Zəncəfil çayı infeksiya ilə mübarizəyə kömək ola bilər. Həmçinin iltihablanmanı və boğaz ağrısını azaldır.
8. Nanə çayı
Nanənin tərkibində anti-inflamatuar birləşmələr var və boğaz üçün son dərəcə rahatladıcıdır. Nanə həmçinin boğazı yüngülcə uyuşdurur və ağrını azaldır. Nanə yarpaqlarını qaynar suyun içində 3-5 dəqiqə dəmləyərək içə bilərsiniz.

     Kalsium insan orqanizmində olduqca boyük rol oynayır:- diş və sümüklərin möhkəmliyini və sağlamlığını təmin edir- b...
05/10/2017


Kalsium insan orqanizmində olduqca boyük rol oynayır:
- diş və sümüklərin möhkəmliyini və sağlamlığını təmin edir
- bədən əzələlərinin normal yığılmasını təmin edir
- ürək ritminin pozulmasının qarşısını alır
- qanda "p*s" xolesterinin səviyyəsini aşağı salır
- damarları daha möhkəm edir
- qanın laxtalanması proseslərində böyük rol oynayır
- sinir sisteminin düzgün fəaliyyəti üçün çox vacibdir.
Kalsiumun əsas mənbəyi süd məhsullarıdır. Lakin bu məhsullardan kalsiumun orqanizm tərəfindən mənimsənilməsini artırmaq üçün müəyyən qaydaya əməl etmək lazımdır.
Elmi araşdırmalar göstərib ki, axşam saatlarında kalsium süd məhsullarından daha yaxşı mənimsənilir (60% qədər). Səhər saatlarında isə bu rəqəm 15% təşkil edir.
Beləliklə, süd məhsullarından maksimal fayda almaq üçün onları axşam saatlarında qəbul etmək lazımdır. Xüsusilə bu uşaqlar və hamilə qadınlar üçün vacibdir.

     Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvə...
04/10/2017


Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvəzlərin qabıqla yeyildikdə daha çox vitamin ehtiva etdiyini bildirirlər.
Həmçinin bu vasitə ilə enerji artır və xərçənglə mübarizədə təsirli olur.
Ailem.az sizə həmin qidaların siyahısını verir.
Kivi
Kivinin tüklü səthi antioksidantar, anti-xərçəng, anti-allergiya və iltihaba qarşı maddələrlə zəngindir. Qabıq özündən 3 qat daha çox antioksidant ehtiva edir.
Ananas
Ananasın kənarında tikanlı səth deyil, qalın çəyirdəkli hissəsi istifadə edilə bilər. Lif və C vitamini sayəsində həzm sistemində ölü toxumaları tez təmizləyir və mədəni qoruyur. Ananasın tumunu əzib içkilərə qataraq, istifadə edə bilərsiniz.
Banan
Aparılan bir araşdırmada banan qabığı ekstraktının serotoninlə zəngin olduğu qənaətinə gəlinib. Banan qabığında lutein antioksidantı olduğundan göz hüceyrələrini ultrabənövşəyi işığın zərərli təsirlərindən qoruyur. Bu işığa çox həssaslıq kataraktın meydana gəlməsi riskini artırır. Araşdırmaçılar banan qabığını təxminən 10 dəqiqə qaynadıb, soyudulmuş suyunu içməyi, ya da meyvə sıxandan keçirib, suyunu içməyi təklif edirlər.
Sarımsaq
Aparılan bir araşdırmaya görə, sarımsağın qabığı 6 fərqli antioksidantı özündə birləşdirir. Sarımsağın qabığını atmaq o deməkdir ki, yaşlanma prosesinə qarşı mübarizə aparan və ürəyi qoruyan antioksidantları çölə atırıq. Yarım və ya bütün sarımsağa zeytun yağı gəzdirərək bişirilən xörəklərə, tərəvəzlərə əlavə etmək olar.
Naringi
Naringinin içərisində olan ağ membran yüksək pektin tərkibinə malikdir. Pektin pəhriz lifinin tərkib hissəsidir, xolesterinin aşağı salınmasına və bağırsaqdakı bakteriyalardan azad olmağa kömək edir.
Balqabaq
Balqabaq sinklə zəngindir ki, bu da sağlam dəri və dırnaqlar üçün vacibdir. Həmçinin, tərkibində bol miqdarda olan betakaroten ürək xəstəliyinə və xərçəngə qarşı qoruyucu bir antioksidantdır. Bərk olduğu üçün qabığını yemək çətindir, amma qabığın alt hissəsindəki yumşaq təbəqədən istifadə etmək olar.

     Soyuq fəsillər başlayandan zökəmi müalicə etmək üçün istifadə olunan müxtəlif burun spreyləri və damçılarara olan t...
03/10/2017


Soyuq fəsillər başlayandan zökəmi müalicə etmək üçün istifadə olunan müxtəlif burun spreyləri və damçılarara olan tələbat xeyli artır.
Apteklərdə belə vasitələrin ən ucuzunun qiyməti 1-2 manatdan aşağı olmur.
Sizə hər evdə tapılan inqrediyentlərdən ucuz və effektli zökəm dərmanının hazırlanması qaydasını təqdim edirik. Bu xüsusilə uşaqlar üçün uyğun vasitədir ki, onun tərkibində heç bir yanaşı təsir, allergiya və s. ağırlaşmalar verən inqrediyent yoxdur.
Beləliklə, 200 ml ilıq suda dolu olmayan 1 ç.q. narın duz və 1 ç.q. soda əridin (uşaqlar üçün hərəsindən yarım qaşıq götürülür). Duz və soda çox yaxşı antiseptik xüsusiyyətlərə malikdir, həmçinin soda burun boşluğunu yumşaldır, seliyin ifrazını azaldır.
Alınmış məhlulu kiçik çaydana, sprinsovka və ya böyük şprisə yığın və burun boşluğunuzu bir neçə dəfə yaxşı yuyun. Burun boşluğunu yuyanda başınızı şəkildə göstərildiyi kimi bir qədər yana çevirin və mayeni yuxarıda olan burun dəliyinə tökün.

     Heç bir insan eybsiz və nöqsansız deyildir. Heç kim iddia edə bilməz ki, gün ərzində düzgün qida rasionuna tam kami...
02/10/2017


Heç bir insan eybsiz və nöqsansız deyildir. Heç kim iddia edə bilməz ki, gün ərzində düzgün qida rasionuna tam kamil əməl edir.
Mühüm budur ki, biz öz yanlış adətlərimizi tanımış olaq. Sonra da bu adətlərdən uzaq olmağa çalışaq. Bu adətlərin bir çoxunun p*s aqibəti vardır. Əgər yanlış yemək adətləri ilə tanış olsaq, onları aradan qaldıra bilərik.
1. Yediyiniz yeməyə diqqət etmirik.
Deyerler.org bildirir ki, insan yeməyini sakit bir şəraitdə yeməlidir və diqqəti də yediyi yeməkdə olmalıdır. Yemək yeyən zaman əlinizi işdən çəkin. Yemək yeyən zaman telefonla danışmayın. Əgər yemək yeyən zaman televizora baxmağı sevirsinizsə, o zaman nə yediyinizə diqqət edə bilməyəksiniz. Belə olan halda normadan da artıq yemək yeməli olacaqsınız. Əlinizdə yediyiniz biskviti belə boşqaba qoyub, onu aramla yeyin. Oturub yesəniz və ondan ləzzət alsanız, sizin üçün daha faydalı olar.
2. Səhər yeməyini təxirə salmayın.
O insanlar ki, işə gecikir, səhər yeməyini rahatlıqla təxirə salmağı bacarırlar. Halbuki, bir neçə dəqiqə tez durub səhər yeməyini yemək olardı. Ancaq onu bilmək lazımdır ki, insan səhər yeməyini təxirə salarsa, naharı çox yeyəcəkdir. Aparılan təqiqatlar göstərir ki, insan əgər ideal çəkidə olmaq istəyirsə, səhər yeməyini təxirə salmamalıdır.
3. Hövsələsiz olanda soyuducuya tərəf getmək.
Soyuducunun sorağına getməzdən əvvəl özünüzə sual verin ki, həqiqətən acmısınız, yoxsa yox? İdman etmək və ya məqalə oxumaq bu boş vaxtı dəyərli keçirməyin əlverişli yollarındandır.
4. Başqalarının boşqabında olanı da yeyirsiniz.
Analar çox vaxtı bu işi görürlər. Uşaqların boşqabda qalan yeməyini özləri yeyirlər. Onu bilin ki, bu yolla gün ərzində 100-lərlə kalori əlavə qəbul edirsiniz. Uşaqlara yedikləri qədər yemək çəkin.
5. Daha böyük boşqabdan istifadə edirsiniz.
Məsələn, çips, dondurma və bunun kimi şeylər sifariş edən zaman ən böyüklərini sifariş edirsiniz. Onlar evdəki adi boşqablardan ölçü etibari ilə böyük olurlar. Onu bilin ki, qarşısınıza hər nə qədər çox yemək qoyulsa, siz də onu yeməyə çalışacaqsınız. Ona görə də ehtiyacınız olan qədər sifariş edin.
6. Şam yemirsiniz və ya ancaq salatla kifayətlənirsiniz.
Həmişə enerjili olmaq üçün gündə yediyiniz üç vədə yeməkdən imtina etməyin. Əgər naharı yaxşı yeməsəniz, şamı çox yeyəcəksiniz. Əgər salat sevirsinizsə, elə salatlar yeyin ki, proteini çox olsun. Çünki protein insana uzunmüddətli toxluq hissini verir.
7. Özünüzü sevdiyiniz yeməklərdən məhrum edirsiniz.
Əgər sağlam olmaq istəyirsinizsə, mötədil olun. Əgər şokoladı və ya çipsi sevirsinizsə, nə özünüzü ondan məhrum edin və nə də hər gün elə şeylər yeyin. Yaxşı olar ki, bəzi vaxtlar bu cür şeylərdən yeyəsiniz, amma davamlı olaraq yox. Şokolad yeyən zaman qara şokolada daha çox yer verin. Əgər bir gün desertdə pendirli keyk yeyirsinizsə, sabahısı gün meyvəli yeyin. Çalışın ki, seçiminiz müxtəlif olsun.
8. Duzu yeməklərinizin üzərinə boşaldırsınız.
Duzlu qidalar iştahanı artırır və insan daha çox yemək yeyir. Həmçinin bunu da bilmək lazımdır ki, duzu həddən artıq çox istifadə etmək qan təzyiqini yuxarı qaldırır. Ürək və beyin infaktlarına gətirib çıxardır. Duzu ətirli ədəvalarla əvəz etməyə çalışın.

     Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər.Onlar sübut edir ki, səhər yeməyindən daim...
28/09/2017


Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər.
Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır.
Japan Times xəbər verir ki, Osaka Universiteti alimləri 25 il ərzində 45 yaşdan 74 yaşına qədər olan 80 mindən artıq insanların sağlamlığına nəzarət edirdilər.
Araşdırma göstərib ki, səhər yeməklərindən tez-tez imtina edən insanlarda gemorragik insultun riski xeyli artır.
Alimlər səhər yeməklərinin vacibliyini vurğulayırlar və insanlara bu vacib qida qəbulundan imtina etməməyi tövsiyə edirlər.

     Gözaltı qırışlar, dərinin tərkib hissəsi olan birləşdirici liflərin( kollagen və elastin) qırılması və zədələnməsi ...
26/09/2017


Gözaltı qırışlar, dərinin tərkib hissəsi olan birləşdirici liflərin( kollagen və elastin) qırılması və zədələnməsi əsasında əmələ gəlir.
Bu proses hər bir qadın üçün qaçılmazdır. Lakin, bu vaxtı düzgün və lazımi qulluqla uzatmaq mümkündür. Bunun üçün düzgün baxım qaydalarına əməl etmək lazımdır. İlk növbədə sürdüyünüz həyat tərzi önəmlidir. Düzgün qidalanma, idmanla məşğul olma və istirahət etməklə, həm əhval ruhiyyənizi təmin edib, həmçini görünüşünüzə nə qədər təsir etdiyini müşahidə edəcəksiniz. Çoxlarının sürdüyü xaotik iş qrafiki, yuxusuzluq, ayaqüstü qidalanma kimi mənfi faktlar təbii olaraq, dəridə baş verən bu dəyişikliklərə səbəb olur.
Beləliklə sizə, hər bir qadını narahat edən gözaltı qırışların ən başlıca yaranma səbələrini təqdim edirik:
-Yanlış həyat tərzi(qidalanma, fiziki yükün yoxluğu - idman, istirahətə vaxt ayırmamaq, daimi stress, zərərli vərdişlər və s.)
- Gözətrafı sahədə demək olar ki, piy vəziləri yoxdur. Bu isə zamanla deqidratasiyaya səbəb olur. Məhz bu səbəbdən vaxtında lazımi qulluğu seçmək lazımdır.
- Bu sahədə olan xırda əzələlər insanın hər bir emosional halını əks etdirir: gülüş, kədər, təəccüb və s. Bunlar sonradan üzdə mimik qırışla kimi möhürlənirlər.
- Kollagen və elastinin istehsalı hər il azaldığından, dəri elastikliyini itiri və qırışların əmələ gəlməsinə başlanğıc olur.
- Həssas dəri üçün qulluq mütləqdir. Ona lazım olan qulluğu etmədikdə(krem, maska, losyon və s.) mənfi təsiri olan atmosfer hadisələri(qışın bərk soyuğu, şaxta, çox isti hava) kimi problemlərin əmələ gəlməsinə səbə olur.
Mübarizə qaydaları:
- Qidalanma. Çalışın qida rasionunuza meyvə, tərəvəz, qoz-fındıq əlavə edin. Qızarma, yağlı yeməklər və ən əsası fast foot kimi yeməkləri azaltmaq yaxşı olar.
Yuxu. Mükəmməl yuxu vaxtı 8 saatdır. Bunu özünüz üçün bir vərdişə çevirməyə çalışın. Çünki az yatdıqda, səhər göz ətrafında müşahidə olunan şişkilik və qara kölgələr, qırışların qabarmasına səbəb olur.
Stress. Çalışın emosiyalarınızı kontrol edin. Lazımsız qalmaqallar heç kimə lazım olmadığından, öncə sizin emosional vəziyyətiniz üçün, sonra isə bir başa gözəlliyiniz üçün ziyanlı olduğunu unutmayın.
Siqaret. Siqaret, hər ila azalan kollagen və elastini təmamilə məhv edir.
Günəş. Dəriyə düşən, isti və xoş hisslər bəxş edən günəş şüaları, gözaltı sahə üçün düşündüyümüzdən daha təhlükəlidir. Bunun qarşısını almaq üçün günəşli saatlar üçün eynəklərdən mütləq istifadə edin.
Gözətrafı qırışlar üçün evdə hazırlanan maskalar:
Çörək maskası. Ağ çörəyi ilıq südlə isladıb gözətrafı sahəyə əlavə edin.
Banan maskası. 1 xörək qaşığı əzilmiş bananı + 1 xörək qaşığı əridilmiş kərə yağı ilə qatışdırıb əlavə edin.
Ərik maskası. 1 x/q əzilmiş ərik + 1 x/q xama.
Kartıf maskası. Kartofu sürtgəcdən keçirin + 1 ç/q qaymaq əlavə edin.
Kəsmik maskası. 1 x/q yağlı kəsmik +yarım ç/q bal + bitki yağı + 1 ç/q qaymaq + 1 x/q ilıq süd.
Gördüyünüz kimi, qocalmanın ilk əlamətlərini aradan qaldırmaq mümkündür. Bunun üçün ən əsas istək, səbr və gündəlik qulluqdur. Özünüzə sərf etdiyiniz güc və vaxta heyfslənməyin. Əksinə bu vaxtdan həzz almağa çalışın. Bu prosesi sanki gündəlik bir vərdişə çevirin.
Unutmayın,bu gün, sabah, və ya 1 ildən sonra necə görsənməyiniz sizdən asılıdır!

Address

H. CAVID 5
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when ZEYTUN APTEK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram