Fizioterapiya ve Reabilitasiya- Sudabe Aliyeva

  • Home
  • Fizioterapiya ve Reabilitasiya- Sudabe Aliyeva

Fizioterapiya ve Reabilitasiya- Sudabe Aliyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fizioterapiya ve Reabilitasiya- Sudabe Aliyeva, Health/Medical/ Pharmaceuticals, Yasamal rayonu Zahd Xelilov kucesi 99, .

QƏLƏBƏMİZİ SİZƏ BORCLUYUQ!Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canlarını qurban vermiş Vətən müharibəsi şə...
04/12/2020

QƏLƏBƏMİZİ SİZƏ BORCLUYUQ!
Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini hörmətlə yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin! 🇦🇿

Hamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən...
23/11/2020

Hamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən qaynaqlanır. Hamiləlik dönəmində uşaq və cift böyüyür. Beləcə ağırlıq mərkəzi önə doğru yönəlir. Bununla əlaqəli olaraq hamilə qadının duruşu da dəyişir. Qadınların çoxu hamiləliyin son dönəmində arxaya doğru əyilmək məcburiyyətində qalır. Bu da bel əzələlərinin daha çox işləməyinə səbəb olur və onlara güc düşür.

Qarın əzələlərinin zəifləməyi də bel ağrısına gətirib çıxarır. Qarın əzələləri onurğa sistemini dəstəkləyir, yəni onurğaya işində kömək olur. Beləcə bel sağlamlığında da böyük əhəmiyyətə malik olmuş olur. Hamiləlik dönəmində bu əzələlər zəifləyə və dartıla bilir. Bu isə öz növbəsində bel ağrılarına səbəb olur.
✔️Bel ağrılarının qarşısını almaq və ya onu yüngülləşdirmək üçün hamilə qadınlar ayaq üstə duruşlarına, oturuşlarına eləcə də hərəkət edərkən hərəkətlərinə diqqət etməlidir. Onlar aşağıdakı məsləhətlərdən faydalana bilərlər.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

Gözün aydın, Azərbaycan! Gözün aydın, Ağdam övladların evinə qayıdır!    🇦🇿
20/11/2020

Gözün aydın, Azərbaycan! Gözün aydın, Ağdam övladların evinə qayıdır!

🇦🇿

1. Masanın hündürlüyü 65-70 sm olmalıdır. 2. Hündürlüyü dəyişə bilən, hərəkətli və belə uyğun stuldan istifadə olunmalıd...
19/11/2020

1. Masanın hündürlüyü 65-70 sm olmalıdır.
2. Hündürlüyü dəyişə bilən, hərəkətli və belə uyğun stuldan istifadə olunmalıdır.
3. 110 dərəcəlik oturma bucağı, dizlər də həmçinin 110 və ya 90 dərəcədə bükülməlidir.
4. Köpücük sümükləri yerə paralel olmalıdır.
5. Çiyinləri rahat və çənə önə doğru çıxıq olmalıdır.
6. Dik oturmalısınız.
7. Ombanın arxa hissəsi stula söykənməlidir.
8. Ayaqlar yerdə dümdüz dayanmalı və ya ayaq dəstəyi istifadə olunmalıdır.
9. İstifadəçinin kompüterə olan uzaqlığı 50-70 sm olmalıdır.
10. Qollar üfüqi və bir az yuxarıda olmalıdır.
11. Dirsək və əllər eyni düz xətt üzərində olmalıdır.
12. Ayaqların üst hissəsi üfüqi dayanmalıdır.
13. Monitor gözdən bir az aşağıda və tam qarşınızda olmalıdır.
14. Qollar klaviaturaya uzadıldığında masaya dəymədə 90 dərəcə bucaq altında olmalı, ön qol və biləklər eyni düz xətt üzərində yerə paralel olmalıdır.
15. Yazı yazarkən klaviaturaya sərt şəkildə basılmamalıdır.
16. Siçan sıxılmamalı və sərt istifadə edilməməlidir.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

Kürək və onurğaətrafı nahiyələrin ağrımasından əksər insanlar şikayət edir. Kürəkdə olan ağrılar orqanizmdə baş verən pa...
18/11/2020

Kürək və onurğaətrafı nahiyələrin ağrımasından əksər insanlar şikayət edir. Kürəkdə olan ağrılar orqanizmdə baş verən patoloji proseslərin əlamətidir. Buna görə də kürək ağrılarını aradan qaldırmaq üçün onu əmələ gətirən əsas səbəbi öyrənmək və xəstəliyi müalicə etmək lazımdır. Kürək və onurğaətrafı nahiyədə əmələ gələn ağrılar aşağıdakı səbəblərdən meydana gələ bilir:

✔️Onurğa yırtığı
✔️Diskin sürüşməsi
✔️Aptropatiya
✔️Əzələ ağrıları
✔️Onurğanın stenozu

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

✔️Donmuş çiyin (Frozen shoulder)Bazu oynağı nahiyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xə...
17/11/2020

✔️Donmuş çiyin (Frozen shoulder)
Bazu oynağı nahiyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

✔️Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı y...
16/11/2020

✔️Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir.

Qonartrozun əlamətləri nədir❓
Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət vaxtı isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya (“xırtıltı” səsi), şişkinlik müşahidə olunur. Xəstəlik inkişaf etdikcə artıq istirahət vaxtı da ağrılar kəskinləşir, oynaqda hərəkət məhdudluğu, ətraflarda əyrilik, əzələlərdə atrofiya (əzələ zəifliyi fonunda əzlələ kütləsinin azalması ) yaranır və xəstənin sərbəst hərəkət etməsi çətinləşir və xəstə köməkçi vasitələrdən (əl və qoltuq ağacı, walker) istifadə etmək məcburiyyətində qalır.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya g...
12/11/2020

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya günümüz mübarək!

Normal bir onurğaya sahib olan insana ön və ya arxa tәrәfdәn baxanda, onurğa düz görsәnir. Skoliozlu bir nəfərə öndən və...
11/11/2020

Normal bir onurğaya sahib olan insana ön və ya arxa tәrәfdәn baxanda, onurğa düz görsәnir. Skoliozlu bir nəfərə öndən və ya arxadan baxıldıqda, onurğa qövslü bir şəkildə görünür.
* Kongenital skolioz: Doğuşdan var olan bir sümük anormallığı səbəbiylə ortaya çıxır.
* Neyroəzələ skoliozu: Anormal əzələ və sinirlərin nəticəsi kimi yaranır. İnsanlarda böyümə mərhələsində olan əzələlərin sümüklər qədər inkişaf etməməsi səbəbi ilə görülür.
* Degenerativ skolioz: Bu, travmatik sümük dağılması, daha öncə keçirilmiş kürək əməliyyatı və ya sümüklərin zəifləməsi nəticəsində yarana bilər.
* İdiopatik skolioz: Skoliozun ən geniş yayılmış tipidir. İdiopatik skolioz müəyyən edilən qəti bir səbəbə malik deyil. Bir çox nəzəriyyə var, ancaq heç biri hələ aydınlaşdırılmamışdır. Bununla yanaşı, idiopatik skoliozun irsi olduğunu göstərən güclü dəlillər də var.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

Bayraq mənliyimdir, bayraq kimliyim,Bayraq-öz yurduma öz hakimliyim.
09/11/2020

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

🆘Uşağın düzgün fiziki inkişafı - onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır.♦️Bunun üçün uşaq təmiz havada çox ol...
04/11/2020

🆘Uşağın düzgün fiziki inkişafı - onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır.
♦️Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.
♦️Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar.
♦️Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

♦️Tortikolis kliniki olaraq əyri boyun mənasını daşıyır. Uşaqlarda olduqca sıx rast gələn problemdir. Anadangəlmə və ya ...
03/11/2020

♦️Tortikolis kliniki olaraq əyri boyun mənasını daşıyır. Uşaqlarda olduqca sıx rast gələn problemdir. Anadangəlmə və ya sonradan qazanılmış olur.

♦️Səbəbi tam olaraq bilinməsədə, ana bətnindəki ya da doğuş zamanı meydana çıxa biləcək hadisə ilə bağlı baş pozisiyasındakı bir pozğunluq nəticəsində döş-körpücük-məməyəbənzər əzələnin fibrozlaşması, irsi meyllik tortikolisin inkişafında rol oynaya bilər.

♦️Tortikolis adətən doğuşdan sonra 2-4-cü həftələrdə meydana çıxır. Uşaq başını bir tərəfə doğru əyir. Sağ tərəfə tutulma sol tərəfdən daha çox rast gəlir.

👩‍⚕️ Südabə Əliyeva
📲 (050) 746 88 22
📲 (055) 466 26 22
🏥 Uniklinka: K.Kazımzadə 95

Address

Yasamal Rayonu Zahd Xelilov Kucesi 99

METROELMLERAVTOBUS1718KECMIS5NOMRELICOREKZAVODU

Website

Alerts

Be the first to know and let us send you an email when Fizioterapiya ve Reabilitasiya- Sudabe Aliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram