Ramid Seyfullayev

Ramid Seyfullayev Uşaq və yeniyetmə psixoloqu

Uşaqlarda təşviş adətən 6-12 yaşlarda başlayan bir haldır. Bəzi qorxu və narahatlıqların uşağın düşüncə sitemində davaml...
23/10/2025

Uşaqlarda təşviş adətən 6-12 yaşlarda başlayan bir haldır. Bəzi qorxu və narahatlıqların uşağın düşüncə sitemində davamlı təkrar etməsi fonunda özünü büruzə verir.

Təşviş pozuntusuna yol açan səbəblər arasında uşağın başqaları ilə müqayisə olunması, potensialının düzgün qiymətləndirilməməsi, valideynlərindən birində bu pozuntunun olması, həddindən artıq nəzarətçi valideyn münasibətləri, kimi faktorların olduğu bildirilir.

Qorxan bir uşağın bu hissi bir müddət sonra (qorxunu yaradan səbəb aradan qalxdıqdan sonra) keçsə də təşviş mövzusunda bu vəziyyət fərqlidir. Təşviş daha uzun müddət davam edən və beyni məşğul edən bir haldır.

Fobiyalar: Müxtəlif əşyalardan və vəziyyətlərdən məntiqsiz olmasına baxmayaraq qorxma halıdır. Lakin uşaq üçün o vəziyyətlərlə qarşılaşmaq, aşılması mümkün olmayan bir əngələ bərabərdir. Qaranlıq, iynə, müxtəlif heyvanlar, yüksək səs kimi bir çox amil uşaq üçün güclü təşviş səbəbidir.

Selektiv Mutizm : Uşağın evdən kənarda və məktəb kimi yerlərdə danışmamağa üstünlük verməsi halıdır. Bu danışmama vəziyyəti, bir seçimdən daha çox, sanki uşağın danışmasına mane olan fiziki bir əngəl kimi onu məhdudlaşdırır. Uşağın danışmasına mane olacaq heç bir fiziki problem yoxdur. Hiss etdiyi narahatlıq onu özünü təhlükəsiz hiss etmədiyi mühitdə danışmaqdan saxlayır.

Generalizə Olunmuş Təşviş Pozuntusu: Uğursuz olmaq qorxusu, dostluq münasibətlərində yaşanan problemlər və narahatlıqlar, sağlamlıqla bağlı narahatlıqlar, müxtəlif sahələrdə yaşanan güclü təşviş pozuntusudur.

Sosial Təşviş Pozuntusu: Uşağın sosial bir mühitdə alçalmaqdan, ələ salınmaqdan qorxması və bu qorxu səbəbindən özünü geri çəkməsi şəklində özünü göstərir.

Uşaqlarda təşviş pozuntusu həyat keyfiyyətinə mənfi təsir edir. Emosional requlyasiyanı (tənzimləməni) təmin edə bilmək, gündəlik həyatı daha da asanlaşdırır. Narahatlıqlar davam edərkən, uşağın diqqətini cəmləyə bilməsi, sakitləşə bilməsi demək olar ki, mümkün olmur.

Təşviş pozuntuları özü ilə bərabər obsessiv-kompulsiv meylləri də gətirə bilər. Koqnitiv Davranış Terapiyası və Oyun Terapiyası kimi variantlar uşaqlarda effektiv istifadə olunan terapiya üsulları arasındadır.

22/10/2025

Gecən xeyrə qalsın "ANA" - sistematik manipulyasiya və reaksiya

Filmdə övladı itən anaya polis tərəfinsən başqa uşaq verilir və bu uşağın onun öz övladı olduğu bildirilir.

Polisin bu uşağın "Walter" olduğunu israr etməsi və "Christine" ni "yalançı" adlandırması, onu psixiatra yönləndirməsi psixoloji zorakılığın (Gaslighting) nümunəsidir.

Uşağın "Ana" deyə müraciət etməsi, əsl "Walter" olmamasına baxmayaraq, Bowlby'nin Bağlanma Nəzəriyyəsinə (Attachment Theory) görə, itki və ya laqeydlik yaşamış uşaqlarda müşahidə olunan təhlükəsiz mühit axtarışına nümunədir (Bowlby, 1969). Buradakı "Walter" in yerinə verilən uşaq, qəyyumunu itirməmək üçün ona təyin olunmuş rolu oynamağa cəhd edir.

"Christine" isə instinktiv olaraq uşağı qəbul etməməklə öz psixoloji müdafiə mexanzimlərini gücləndirir. Bu, ona deyilmiş yalanın qəbul edilməsinə mane olur, çünki həqiqəti qəbul etmək onun sağ qalma mexanizmidir.

Film: Changeling (2008)
Səsləndirmə: .aliyeva.voiceover

Bugün 10 Oktyabr, Psixi Sağlamlıq Günüdür.Hər birimizin içində bəzən fırtınalar qopur, bəzən də hər şey sakit bir gölə b...
10/10/2025

Bugün 10 Oktyabr, Psixi Sağlamlıq Günüdür.

Hər birimizin içində bəzən fırtınalar qopur, bəzən də hər şey sakit bir gölə bənzəyir. Bəzən yolumuzu itiririk, bəzən də ən aydın cığırda addımlayırıq. Bütün bu hallar insan olmağın bir parçasıdır.

Unutmayaq ki:

Yorulmaq normaldır. Hər gün güclü olmaq məcburiyyətində deyilik.

Kömək istəmək zəiflik deyil, özünə dəyər verməyin və sağalmaq üçün addım atmağın cəsarətidir.

Hisslərimiz – istər kədər, istərsə də sevinc – hamısı keçərlidir. Onları qınamaq yerinə, anlamağa çalışaq.

Psixi sağlamlıq, hər zaman xoşbəxt olmaq deyil. Psixi sağlamlıq, həyatın bütün rəngləri ilə – kədəri, sevinci, qəzəbi və hüzuru ilə barışaraq yola davam etmək bacarığıdır.

1. Adolescence (2025) Bu yeni serial, yeniyetməlik dövrünün psixoloji çətinliklərini və onların üzərindəki təsirlərini a...
03/08/2025

1. Adolescence (2025) Bu yeni serial, yeniyetməlik dövrünün psixoloji çətinliklərini və onların üzərindəki təsirlərini araşdırır. Personajların şəxsiyyət axtarışları, sosial təzyiqlər və daxili mübarizələri dərindən işlənir. Serial, bu həssas dövrdə yaşanan emosional dalğalanmaları və onların gələcəyə necə təsir etdiyini göstərir.

2. Bodyguard (2018) Bu serialda psixoloji gərginlik, baş qəhrəman Devid Buddun Post-Travmatik Stress Pozuntusu (PTSD) ilə mübarizəsi üzərində qurulub. O, bir siyasətçinin təhlükəsizliyini təmin edərkən, keçmiş müharibə təcrübələrinin psixoloji yükləri ilə üzləşir. Buddun daxili münaqişələri və etibar məsələləri, gərgin süjet xətti boyunca davamlı bir psixoloji qat yaradır.

3. Sharp Objects (2018) Bir müxbirin doğma şəhərinə qayıdaraq bir sıra hadisələri araşdırması zamanı uşaqlıq travmaları və ailə sirləri ilə üzləşməsi bu serialın əsas xəttini təşkil edir. Baş qəhrəmanın özünə zərər vermə vərdişləri və psixoloji parçalanmaları böyük ustalıqla təsvir olunur. Serial, travmanın insan psixikası üzərində necə dərin izlər buraxdığını psixoloji gərginliklə çatdırır.

4. The Sinner (2017) Hər mövsümü fərqli bir kriminal hadisəni və onun arxasındakı psixoloji motivləri araşdıran bir antologiya seriyasıdır. Dedektiv Harri Ambroz, şübhəli şəxslərin niyə bu hərəkəti etdiklərini anlamağa çalışarkən, onların səbəblərinə və keçmişlərindəki travmalara enir. Serial, insan zihninin qaranlıq künclərini və bastırılmış arzuların fəsadlarını tədqiq edir.

5. You (2018) Bu serial, bir təqibçinin (stalker) və seriyalı qatilin psixopatik zihninə dərin bir baxış təqdim edir. Baş qəhrəman Co, obsesif sevgisini haqlı çıxarmaq üçün hər cür manipulyasiya və zorakılığa əl atarkən, onun məntiqi və düşüncə tərzi göstərilir. Serial, münasibətlərdəki psixoloji manipulyasiyanın qorxunc nəticələrini göz önünə sərir.

© Karol Darsa - The Trauma Map - Five Steps to Reconnect With Yourself
02/08/2025

© Karol Darsa - The Trauma Map - Five Steps to Reconnect With Yourself

Bu günlərdə vaxtımızı daha səmərəli dəyərləndirmək üçün 5 biri-birindən fərqli serial tövsiyəm var.   🎬1. Freud (2020)Gə...
29/07/2025

Bu günlərdə vaxtımızı daha səmərəli dəyərləndirmək üçün 5 biri-birindən fərqli serial tövsiyəm var. 🎬

1. Freud (2020)
Gənc Siqmund Froydun Vyanadakı karyerasının ilk illərini fantastik və gərgin bir tərzdə təqdim edən bu Avstriya-Almaniya istehsal serial psixoanalizin doğuşuna fərqli bir baxış bucağı təqdim edir. Froydun xəstələrinin yuxularını təhlil etməsi və şüuraltının dərinliklərinə enmə cəhdləri, seriyalı qatilin izinə düşmək macərası ilə iç-içədir.

2. The Alienist (2018)
19-cu əsrdə Nyu-Yorkda cərəyan edən bu triller, uşaq qətllərini araşdırmaq üçün bir psixoloqun və bir jurnalistin güclərini birləşdirməsindən bəhs edir. Dövrün qaranlıq atmosferində cinayətkarların beyninə nüfuz etmə cəhdləri və müasir məhkəmə psixologiyasının təməllərinin qoyulması təsirli şəkildə təqdim olunur.

3. Scenes from a Marriage (2021)
İnqmar Berqmanın eyniadlı klassikasının müasir adaptasiyası olan bu serial, evli cütlüyün (Mira və Conatan) münasibətlərinin eniş-yoxuşlarını, sevginin, nifrətin, ehtirasın və sonda ayrılığın mürəkkəb psixologiyasını araşdırır. Dialoqlara əsaslanan intensiv hekayə danışması ilə, bir evliliyin ən intim anlarına şahidlik edərkən, insan münasibətlərinin kövrəkliyini və davamlılığını dərindən hiss etdirir.

4. Shrink (2017)
Yeni məzun olmuş gənc terapevt Devidin Çikaqoda pulsuz terapiya seansları verdiyi bu komediya-dram, terapiya otağının həm gülməli, həm də toxunulmaz tərəflərini göstərir. Devidin bir-birindən maraqlı və çətin müştəriləri ilə yaşadığı qarşılıqlı əlaqələr, terapevtin öz şəxsi mübarizələrini də ortaya qoyur. Serial psixi sağlamlıq mütəxəssislərinin qarşılaşdığı çətinlikləri və müştəri-terapevt münasibətlərinin incəliklərini yumoristik bir dillə izah edir.

United States of Tara (2009-2011)
Dissosiativ Şəxsiyyət Pozuntusu olan bir ana, Taranın və onun bu vəziyyətlə mübarizə aparmağa çalışan ailəsinin həyatından bəhs edən bu serial, həm komediya, həm də dram elementlərini özündə birləşdirir. Taranın fərqli şəxsiyyətləri (alter eqoları) vasitəsilə ortaya çıxan həm gülməli, həm də ürəkparçalayan hadisələr, bir ruhi xəstəliyin təkcə fərdi deyil, bütün ailəni necə təsir etdiyini göstərir.

Psixologiya sahəsində təhsil alan tələbələr üçün 5 kitab tövsiyəsi 📚  1. Professor Dr. Rod Plotnikin jurnal tərzində tər...
27/07/2025

Psixologiya sahəsində təhsil alan tələbələr üçün 5 kitab tövsiyəsi 📚

1. Professor Dr. Rod Plotnikin jurnal tərzində tərtib etdiyi "Psixologiyaya Giriş" kitabı psixologiyanın əsas anlayışlarını əhatə edən 23 fmoduldan ibarətdir.

Müəllif psixologiyanı vizual materiala əsaslanaraq öyrətməkdə uzun illərin təcrübəsinə malikdir. Bu səbəbdən kitab çox fotoşəkil, illüstrasiya və qrafika kolleksiyası ilə zəngindir.

2. David Myers-in "Sosial Psixologiya" kitabı tələbələr üçün sosial psixologiya sahəsində hərtərəfli və əlçatan bir resursdur. Myers mürəkkəb nəzəriyyələri və tədqiqatları aydın, sadə dildə təqdim edir, bu da tələbələrin mövzuları asanlıqla mənimsəməsinə və dərindən anlamasına imkan verir. Kitabda çoxsaylı real həyat nümunələri və tətbiqlər mövcuddur ki, bu da tələbələrə nəzəri biliklərin gündəlik həyatda necə işlədiyini görməyə və sosial psixologiyanın aktuallığını dərk etməyə kömək edir.

3. Helen Bee və Denise Boyd tərəfindən yazılmış "Uşaq inkişafı" (və ya psixologiyası) kitabı, uşaq inkişafı sahəsində tələbələr üçün dəyərli bir mənbədir. Bu kitab, uşaq inkişafının bütün mərhələlərini (körpəlikdən yetkinliyə qədər) əhatə edir. Müəlliflər mövzuları aydın və başa düşülən şəkildə təqdim edərək, kompleks nəzəriyyələri və tədqiqatları asanlaşdırır, bu da tələbələrin məlumatı asanlıqla mənimsəməsinə kömək edir.

4. Dr. Semra Uçarın redaktorluğu ilə nəşr olunan "Kişilik Kuramları - Örnek Vaka Çözümleri" kitabı tələbələrə şəxsiyyət nəzəriyyələrini praktiki şəkildə anlamaq üçün misilsiz bir imkan təqdim edir. Bu kitab, müxtəlif şəxsiyyət nəzəriyyələrini real həyat nümunələri və keys analizləri vasitəsilə izah edir.

5. James N. Butcher, Susan Mineka və Jill M. Hooley tərəfindən yazılmış "Abnormal Psychology" kitabı, psixopatologiya sahəsində aparıcı dərsliklərdən biridir. Bu əsər, psixoloji pozuntuların təsnifatı, diaqnozu, simptomları, etiologiyası (səbəbləri) və terapiya üsullarını hərtərəfli şəkildə təqdim edir.

Bu günlərdə vaxtımızı daha səmərəli dəyərləndirmək üçün 5 biri-birindən fərqli serial tövsiyəm var. 🎬1. Bir BaşkadırFərq...
25/07/2025

Bu günlərdə vaxtımızı daha səmərəli dəyərləndirmək üçün 5 biri-birindən fərqli serial tövsiyəm var. 🎬

1. Bir Başkadır
Fərqli həyat tərzlərinə və dünyagörüşlərinə malik insanların kəsişən yollarını və onların psixoloji vəziyyətlərini realist formada təqdim edən, düşündürücü və təsirli bir türk serialıdır. İnsan ruhunun dərinliklərinə səyahət etmək istəyənlər üçün əla seçimdir.

2. State of the Union
Hər seriyada cəmi 10 dəqiqə ərzində, evlilik terapevtləri ilə görüşdən əvvəl bir pubda oturan cütlüyün münasibət problemlərini və məzəli dialoqlarını əks etdirən, qısa və təsirli Britaniya komediya draması. Münasibətlərə fərqli bir pəncərədən baxmaq istəyənlər üçün yaxşı seçimdir.

3. In Treatment
Bir psixoterapevtin müxtəlif insanlar ilə olan seanslarını əks etdirən, hər epizodda fərqli bir şəxsin hekayəsini detallı araşdıran bir dram. Psixologiya və insan davranışları ilə maraqlananlar üçün ideal seçimdir.

4. The Patient
Serial, qatil tərəfindən girov götürülən bir terapevtin hekayəsindən bəhs edir. Qatil, terapevtindən öz qətl istəklərini cilovlamaq üçün kömək istəyir. Gərgin psixoloji duel və insan zehninin qaranlıq tərəflərinə səyahət edəcək bir mini-serialdır.

5. Shrinking
Həyatında çətin bir dövr keçirən bir psixoterapevtin, ona müraciət edənlərə qarşı peşəkar sərhədlərini aşaraq onlara birbaşa öz fikirlərini deməyə başlaması ilə inkişaf edən komediya-dram. Həm gülməli, həm də düşündürücü anlarla dolu, terapiyaya fərqli bir baxış bucağından baxmağa şərait yaradır.

Yay tətilində Psixologiya sahəsində təhsil alan tələbələr üçün 5 kitab tövsiyəsi. 📚1. Psixologiyaya giriş (Atkinson & Hi...
24/07/2025

Yay tətilində Psixologiya sahəsində təhsil alan tələbələr üçün 5 kitab tövsiyəsi. 📚

1. Psixologiyaya giriş (Atkinson & Hilgard's Introduction to Psychology) psixologiya kitablarının bələdçisidir. Bu kitab psixologiyanın bütün alt sahələrini (sosial, inkişaf, koqnitiv, klinik və s.) hərtərəfli izah edir. Təhsil müddəti və sonrasında dəfələrlə oxunulacaq kitabdır.

2. Sosial Psixologiya (Elliot Aronson, Timothy Wilson, Robin Akert - Social Psychology) elmi yanaşmaları sadə bir dillə izah edən kitabdır. Gündəlik həyatdan nümunələrlə təsvir edilən elmi konsepsiyalar onu həm mütəxəssislər, həm sosial psixologiya sahəsinə marağı olan insanlar üçün daha maraqlı edir.

3. Uşaq İnkişafı (John W. Santrock - Child Development) Bu kitab uşaq inkişafının müxtəlif aspektləri arasındakı əlaqələri vurğulayan, tələbələrə anlayışları daha yaxşı başa düşməyə kömək edən və inkişaf əlaqələrini dünyadakı digər nümunələrlə birləşdirən sistemli və vahid yanaşma təqdim edir. Bu, onu psixologiya və təhsil üzrə bakalavr tələbələri üçün insan inkişafının mahiyyətini tədqiq edən, həm klassik nəzəriyyə və tədqiqatları, həm də son araşdırmaları və müzakirələri əhatə edən vacib mənbəyə çevirir.

4. Şəxsiyyət (Jerry M. Burger - Personality) psixologiya sahəsində, xüsusilə şəxsiyyət psixologiyası üzrə təhsil alan tələbələr üçün yazılmış ən fundamental və klassik dərsliklərdən biridir. Kitabın əsas məqsədi şəxsiyyət nəzəriyyələrini anlaşıqlı, sistemli və müqayisəli bir şəkildə təqdim etməkdir.

5. Anormal Psixologiyanın Əsasları (Ronald J. Comer, Jonathan S. Comer - Fundamentals of Abnormal Psychology) Bu kitab, anormal psixologiya (və ya psixopatologiya) sahəsində dünya üzrə universitetlərdə ən çox istifadə edilən və ən yüksək qiymətləndirilən dərsliklərdən biridir. Psixologiya tələbələri, gələcək psixoloqlar üçün fundamental bir bələdçi rolunu oynayır. Kitab psixi pozuntuların təbiəti, səbəbləri (etiologiyası), diaqnostikası və müalicəsi haqqında geniş və müasir məlumatları təqdim edir.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994705551619

Alerts

Be the first to know and let us send you an email when Ramid Seyfullayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ramid Seyfullayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category