Ginekoloq Arzu Cavadova

Ginekoloq Arzu Cavadova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginekoloq Arzu Cavadova, Doctor, Agdam.

Ölkəmizdə qadınların 30%-nin həyatı boyunca heç ginekoloji müayinədən keçmədiyini bilirsiniz mi? Zamanında 6 ayda bir də...
23/09/2019

Ölkəmizdə qadınların 30%-nin həyatı boyunca heç ginekoloji müayinədən keçmədiyini bilirsiniz mi? Zamanında 6 ayda bir dəfə ayıracağınız 10 dəqiqəlik bir müayinə ilə ginekoloji xəstəliklərdən çox erkən diaqnoz ilə qurtula biləcəyinizi unutmayın ! Bəs siz ən son ginekoloji müayindən nə zaman keçdiniz?
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Uşaqlığın cırılması – doğuş fəaliyyəti zamanı uşaqlığın divarının tamlığının pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Əsas klinik təzahürlərinə kəskin ağrılı, intensiv sancılar, sidik ifrazının pozulması, qanaxma əlamətləri, şokun erektil və ya torpid fazaları aiddir. Uşaqlığın cırılmasının diaqnostikası qabaqcadan anamnezin toplanması və xarakter əlamətlərin aşkarlanmasına, zərurət olduqda USM nəticələrinə əsaslanır. Terapevtik taktika doğuşun Qeysəriyyə əməliyyatı, orta laparotomiya və ya dölparçalayıcı əməliyyatlarla aparılması ilə qanın dayandırılması, cırılmanın tikilməsi və ya uşaqlığın ekstirpasiyasından ibarətdir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Erkən klimaksın yaranma səbəbləri
Reproduktiv funksiyanın vaxtından əvvəl sönməsi cinsi hormonların sintezinin zəifləməsi və ya tamamən kəsilməsi ilə əlaqədar baş verir. Erkən klimaksın yaranma səbəbləri aşağıdakılardır:

Genetik anomaliyalar. Alimlər tərəfindən yumurtalıqların funksiyasının vaxtından əvvəl itirilməsinə və ya onların follikulstimuləedici hormona (FSH) qarşı həssaslığının azalmasına səbəb olan genlər aşkar olunmuşdur. Yumurtalıqların tükənməsi nəticəsində klimaksın vaxtından əvvəl başlanmasına həmçinin bir sıra irsi xəstəliklərdə (qalaktozemiya, blefarofimoz və s.) rast gəlinir.
Yumurtalıqların şişləri. İntensiv böyüyən həcmli törəmələr sağlam follikulyar toxumanın zədələnməsinə gətirib çıxarır.
Yumurtalıqlarda aparılan əməliyyatlar. Yumurtalıqların rezeksiyası və ya çıxarılması onların travmatik zədələnməsi, xoş və ya bədxassəli törəmələr, uşaqlıqdan kənar hamiləlik zamanı həyata keçirilir.
İntensiv radiasion təsirlər. Kiçik çanaq orqanlarının şüa terapiyasında şüalanmasının summar (cəm) dozasının 6 Qrey olması yumurtalıq toxumasında geridönməyən zədələnmələr törədir.
Kimyaterapiya. Şiş xəstəliklərinin hüceyrələrin bölünməsini tormozlayan preparatlarla müalicəsi zamanı estrogenlərin sintezi pozula bilər. Hormondan asılı bədxassəli törəmələrin müalicə sxeminə yumurtalıqların funksiyasını tormozlayan vasitələr daxildir.
Autoimmun xəstəliklər. Cinsiyyət vəzilərində gedən autoimmun proseslər zamanı follikulların çapıq toxuması ilə əvəzlənməsi müşahidə edilir. Yumurtalıqların zədələnməsinə həmçinin insulindən asılı şəkərli diabet və Addison xəstəliyində rast gəlinir.

18 SENTYABR.MİLLİ MUSİQİ GÜNÜ.DAHİ BƏSTƏKARIMIZ ÜZEYİR HACIBƏYOVUN QOYDUĞU MUSİQİ YOLUNU GEDƏK ƏZİZ MUSİQİÇİLƏRİMİZ.MUSİ...
18/09/2019

18 SENTYABR.
MİLLİ MUSİQİ GÜNÜ.
DAHİ BƏSTƏKARIMIZ ÜZEYİR HACIBƏYOVUN QOYDUĞU MUSİQİ YOLUNU GEDƏK ƏZİZ MUSİQİÇİLƏRİMİZ.
MUSİQİ GÜNÜNÜZ MÜBARƏK.

Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığı...
18/09/2019

Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığın daxili əsnəyi hissəvi (1/3 hissəsindən çox olmayaraq) örtülür. Xəstəlik diskomfortla müşayiət olunmayan müxtəlif intensivlikli qanaxmalarla təzahür edir. Ciftin kənar gəlişi II trimestrdə planlı USM və ya patoloji əlamətlərin yaranması zamanı aşkarlanır. Müalicə hospitalizasiya, yataq rejimi, simptomatik terapiyadan ibarətdir. Ana və uşağın vəziyyəti normal olduqda doğuşun ehtimal olunan gününə kimi gözləmə taktikası seçilir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Gerçək doğum ağrılarının başlamasından bir neçə gün əvvəl “nişan” adlanan qanlı bir axıntının gəlməsi doğumun xəbərçisid...
16/09/2019

Gerçək doğum ağrılarının başlamasından bir neçə gün əvvəl “nişan” adlanan qanlı bir axıntının gəlməsi doğumun xəbərçisidir. Əvvəllər gündə bir neçə dəfə olan doğuma hazırlıq ağrıları hamiləliyin 38-42 həftələri arasında getdikcə artır.
Arabir və nizamsız olan bu ağrılar getdikcə artır və daha güclü hiss edilməyə başlayır. Ağrılar 5 dəqiqədən az və yarım dəqiqədən çox davam edərsə buna doğum ağrılarının başlanması da deyə bilərik.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Zamanında ginekoloji müayinədən keçin.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Təbii doğuşun faydaları 🔺Günümüzdə analar daha çox qeysəriyə əməliyyatına üstünlük verilsə də, təbii doğuşun yerinə keçə...
16/09/2019

Təbii doğuşun faydaları 🔺Günümüzdə analar daha çox qeysəriyə əməliyyatına üstünlük verilsə də, təbii doğuşun yerinə keçə biləcək üsul deyil. Təbii doğuş təhlükəli olduğu hallarda istifadə edilən üsuldur.
🔺Təbii doğuş narkoz istifadəsinə ehtiyac qalmır.
🔺Təbii doğuş edən anaların körpə dünyaya gəldikdən sonra qanaxma və infeksiyaya tutulma riskləri daha azdır.
🔺Anesteziya qəbul etmədiyi üçün ana körpəsini daha rahat və problemsiz əmizdirə bilir.
🔺 Aparılan araşdırmalara görə, təbii doğuşla dünyaya gələn körpələrin immunitet sistemi daha güclü olur. 📱
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Kəskin vaginit – uşaqlıq yolunun selikli qişasının infeksion və ya qeyri-infeksion xarakterli qızğın gedişli iltihabı prosesdir. Kəskin vaginitin əlamətlərinə uşaqlıq yolu nahiyəsində hiperemiya, qaşınma və göynəmə, gür atipik ifrazat, dispareuniya, ağrılı sidik ifrazı aiddir. Diaqnoz ginekoloji baxış, pH-metriya, vaginal sekretin mikrobioloji, seroloji və PZR-müayinələrin nəticələrinə əsasən qoyulur. Kəskin vaginitin müalicəsində əsas məqsəd etioloji amilin aradan qaldırılmasından ibarətdir, bu da uşaqlıq yolunun sanasiyası, iltihabəleyhinə, antimikrob terapiya və sonrakı mərhələdə mikrofloranın normallaşdırılması ilə əldə edilir.

Kəskin vaginit (kolpit) infeksiya, allergen, kimyəvi qıcıqlandırıcılar, yüksək temperaturun təsirindən uşaqlıq yolu dəhlizinin və divarlarının selikli qişasının aydın nəzərə çarpan iltihabi dəyişiklikləridir. Reproduktiv yaşlı qadınlar arasında xronikləşməyə və residivləşməyə meylli kəskin vaginitin yüksək yayılma tezliyi qeyd olunur. Patologiya əksər hallarda v***a (vulvovaginit), sidik kanalı və uşaqlıq boynunun iltihabı ilə müştərək şəkildə inkişaf edir. Kəskin formanın davametmə müddəti 2 həftədən, yarımkəskin formada isə 2 aydan çox olmur. Kəskin vaginit daimi və əhəmiyyətli diskomfort törədir, cinsi həyatı pozur, digər reproduktiv orqanların (uşaqlıq, yumurtalıqların) iltihabi prosesə cəlb olunmasına, hestasiya dövründə isə bətndaxili infeksiyalaşmaya, dölün inkişaf qüsurlarının formalaşmasına, hamiləliyin pozulmasına səbəb olur.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və...
16/09/2019

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və dövriliyinin kifayət qədər olmaması ilə səciyyələnir. Doğuş fəaliyyətinin zəifliyi nadir, davamsız, qeyri-effektiv sancılar, uşaqlıq boynunun açılmasının və dölün irəliləməsinin ləngiməsi ilə təzahür edir. Patologiya müşahidə, kardiotokoqrafiya, vaginal müayinələrin köməyilə aşkarlanır. Müalicə məqsədilə doğuş fəaliyyətinin stimulyasiyası tətbiq edilir; göstərişlərə əsasən Qeysəriyyə əməliyyatı aparılır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

✔Hamiləliyi təbii bir proses olaraq düşünün.✔Həkiminizin təklif etdiyi müayinə və analizlərə laqeyd yanaşmayın.✔İlk 12 h...
16/09/2019

✔Hamiləliyi təbii bir proses olaraq düşünün.
✔Həkiminizin təklif etdiyi müayinə və analizlərə laqeyd yanaşmayın.
✔İlk 12 həftədə davranışlarınıza diqqət edin.
✔Stressdən uzaq olun.
✔Ürəkbulanmaların normal olduğunu qəbul edin.
✔Diabet riskinə qarşı tədbir alın.
✔Sağlam qidalanın və idman edin.

Address

Agdam

Telephone

0503406071

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Arzu Cavadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category