22/06/2020
• • • • • •
* ... Təbiətin bu gözəl çağında İsmayıllıya səfərimiz təsadüfi deyil ... “Fermazza" .az süd məhsulları ferması barədə çoxdan eşitmişdim ... Gəlmişkən baş çəkmək də istədim ... Burdakı səliqə-səhmandan, müasir aqreqatlardan, inəklərə qulluqdan artıq söz demək lazım deyil ... Tərifə ehtiyac yox idi, çünki hər şey göz önündədir ... Məni heyran edən burdakı insanların zəhmətkeşliyi, işlərinə olan sevgisi idi ... Söhbət əsnasında onu da öyrəndim ki, sən demə ləzzətlə, böyük məmnuniyyətlə alıb yediyimiz süd məhsulları məhz milli brend olan "Fermazza" süd fermasının istehsalıdır ... Kəsmik, xama, şor, qaymaq ... İsmayıllı fermerləri Bakını bu ağartı məhsulları ilə təmin edir ... Dadına, keyfiyyətinə söz ola bilməz ... Açığını deyim ki, mən "Fermazza"-da olanda özünü Şotlandiyadakı kimi hiss etdim ... Burdakı cins inəklər, südsağan müasir aqreqatlar, bəsləmə axırları o qədər təmiz və səliqəli idi ki ... Bu balaca buzov da elə bil mənim heyranlığımı hiss edib ... P.S.: Foto İlqam Cəbiyev , video Valeh Arifoğlu .arifoglu ...