20/04/2020
Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:
- Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq qalxırdısa.
- Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.
- Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.
- Qadının bədən çəkisi normadan artıqdırsa.
- Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalır.
Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür. Hamiləlikdən əvvəl arterial təzyiqi aşağı olan arıq qadınlarda digər qadınlarla müqayisədə təzyiq daha tez-tez enir. Bu zaman qadın halsızlıq, yuxululuq hiss edir, bəzi qadınlarda bayılmalar olur.
Həkimlər belə qadınlara yaxşı qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, açıq havada gəzmək, bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər. Səhərlər tünd çay və ya qəhvə içmək olar.
📲 (050) 332 49 76