Mama-Ginekoloq Samirə Hüseynova

Mama-Ginekoloq Samirə Hüseynova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mama-Ginekoloq Samirə Hüseynova, Doctor, Lux hospital. , Nərimanov r, Faiq Yusifov küç 146A, Baku, Agdam.

Təhsili:2000ci ildə rekord 685 balla Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.İlin qrup birincisi olmuşdur.
2006ci ildə fərqlənmə diplomu ilə universiteti başa vurmuşdur.
2006-2008ci illər Sankt-Peterburq şəhərinda MAPO-a-da Reproduktiv sağlamliq kafedrasında mama-ginekologiya üzrə kliniki -ordinatura keçmişdir.
2007-2008ci ildə Endokrin ginekologiya üzrə OTTO adina elmi tədqiqat mamaliq institutunda təkmilləşmə kursu keçmişdir.
2016ci ildə Turkiyənin Florence Nightingale xəstəxanasinda təkmilləşmə kursu keçmişdir.
İşlədiyi yerlər:
2008-2011ci illərdə N.Tusi adina klinikada mama-ginekoloq olaraq çalişmişdir.
2012-2013ci illərdə Sağlam ailə klinikasinda çalişmişdir.
2013-2014cu illərdə Loğmed tibb mərkəzində çalişmişdir
2016-2018 illərdə Grand hospitalda ,
hal-hazırda Medistyle hospitalda fəaliyyət göstərir

Təqvimdə payızın  ,ayın. son günü ,bu gözəllikdən doymayan mən .Düşən  yarpaqların pıçıltısı ,ətrafın rəng çalarları ,ya...
30/11/2025

Təqvimdə payızın ,ayın. son günü ,bu gözəllikdən doymayan mən .Düşən yarpaqların pıçıltısı ,ətrafın rəng çalarları ,yaradanın yaratdığı gözəllikdən doymaq nə mümkün .Təki qoruya bilək bu təbiəti 🍁🍂🍁

Hərdən  belə şirin basqınlarımız olur 😍Allah bütün balaları qorusun  ! Hər biri ayrıca şirindi, özəldir. Necə ki,müəllim...
24/11/2025

Hərdən belə şirin basqınlarımız olur 😍

Allah bütün balaları qorusun ! Hər biri ayrıca şirindi, özəldir. Necə ki,müəllim öz tələbələri ilə ,bağban yetişdirdiyi ağac-meyvə ilə fərəhlənir ,biz də körpələrimizi görəndə sevinirik ,həsrət gedirik.Əlaqələrimizi kəsmirik ,qaqaş ya bacıları gəlir...
Ən dəyərlilərimizdən birisi ❤️ .

👜 Doğum çantanız hazırdırmı?Doğumun vaxtını öncədən tam bilmək olmur, buna görə çantanızı ən gec 36-cı həftədə hazır sax...
20/08/2025

👜 Doğum çantanız hazırdırmı?

Doğumun vaxtını öncədən tam bilmək olmur, buna görə çantanızı ən gec 36-cı həftədə hazır saxlamaq vacibdir. Bu, sizi gözlənilməz vəziyyətlərdə rahatlaşdıracaq.

✅ Ana üçün əsas lazımlılar:
– Rahat gecəlik
– İç paltarları və corablar
– Şəxsi gigiyena vasitələri (diş fırçası, diş pastası, şampun, dəsmal və s.)
– Telefon şarj cihazı və ya powerbank
– Doğum sənədləri
– Saç üçün rezin, dodaq nəmləndirici (doğum zamanı çox faydalı olur)

💡 Əlavə olaraq, doğum edəcəyiniz klinikanın siyahısını nəzərdən keçirməyi unutmayın — bəzi əşyalar klinika tərəfindən təmin edilə bilər.

📌 Hazırlıqlı olmaq, doğuma daha güvənli və rahat adımlarla getməyiniz deməkdir.

💧 Su kisəsinin vaxtından əvvəl partlaması (PROM) — hamiləliyin 37-ci həftəsindən əvvəl dölü qoruyan amniotik kisənin cır...
15/08/2025

💧 Su kisəsinin vaxtından əvvəl partlaması (PROM) — hamiləliyin 37-ci həftəsindən əvvəl dölü qoruyan amniotik kisənin cırılması və mayenin axmasıdır. Bu vəziyyət təcili tibbi qiymətləndirmə tələb edir.

Əsas risklər:
🔹 İnfeksiya – döl və ana üçün ciddi təhlükə yarada bilər.
🔹 Erkən doğuş – uşağın ağciyər inkişafı tamamlanmaya bilər.
🔹 Amniotik mayenin azalması – dölün hərəkət və inkişafına mənfi təsir göstərə bilər.

Görülməli addımlar:
1️⃣ Maye gəlişinin baş verdiyi anda dərhal tibb müəssisəsinə müraciət edin.
2️⃣ Mayenin rəngi və qoxusu barədə həkimə məlumat verin (yaşıl və ya qəhvəyi rəng infeksiya və ya döl distressi göstəricisi ola bilər).
3️⃣ Evdə gözləməyin, çünki vaxt itkisi infeksiya və ya oksigen çatışmazlığı riskini artıra bilər.

📌 PROM-un erkən diaqnozu və düzgün idarə edilməsi, ana və körpə üçün nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Hamiləlik dövründə bədəninizin qlükoza metabolizması təbii olaraq dəyişir. Bu dəyişikliklər, körpənin inkişafı üçün kifa...
14/08/2025

Hamiləlik dövründə bədəninizin qlükoza metabolizması təbii olaraq dəyişir. Bu dəyişikliklər, körpənin inkişafı üçün kifayət qədər enerji təmin etmək məqsədi daşısa da, bəzi hallarda gestasion diabet riskini artırır.

🤰 Gestasion diabet nədir?
Bu, hamiləlik zamanı ilk dəfə aşkarlanan qan şəkəri pozğunluğudur. Əksər hallarda doğuşdan sonra düzəlsə də, həm ana, həm də körpə üçün bəzi fəsad risklərini artırır.

⚠️ Risk faktorları:
• Hamiləlikdən əvvəl artıq çəki və ya obezite
• Ailədə diabet tarixi
• Əvvəlki hamiləlikdə böyük körpə (4 kq və yuxarı)
• Qeyri-aktiv həyat tərzi

💡 Nə etməli?
• Hamiləlik boyunca balanslı qidalanma
• Qlükoza səviyyəsinin müntəzəm yoxlanması
• Fiziki aktivliyin həkim məsləhəti ilə qorunması
• Müntəzəm həkim nəzarəti

Unutmayın, gestasion diabetin erkən aşkarlanması həm sizin, həm də körpənizin sağlamlığı üçün vacibdir.
Sağlam vərdişlər – sağlam hamiləlik! 💙

Günün sualı budur: bu kimin şəkəri? 🍼💛
13/08/2025

Günün sualı budur: bu kimin şəkəri? 🍼💛

•Anemiya – qanda hemoglobinin azalması ilə xarakterizə olunan vəziyyətdir. Ən çox dəmir, B12 və fol turşusu çatışmazlığı...
11/08/2025

•Anemiya – qanda hemoglobinin azalması ilə xarakterizə olunan vəziyyətdir. Ən çox dəmir, B12 və fol turşusu çatışmazlığı səbəb olur. Qidalanmada həm heyvani, həm də bitki mənşəli dəmir mənbələrinə üstünlük verilməli, vitamin C ilə zəngin qidalar birlikdə qəbul edilməlidir. Müalicə həkim təyinatına əsasən aparılmalı, səbəb tam müəyyənləşdirilməlidir.

İndi özünüzə qayğı göstərmək vaxtıdır. Diqqət etməli olduğunuz əsas məqamlar budur: 👇⸻1️⃣ Yaraya qulluq: • Sarğılarınız ...
07/08/2025

İndi özünüzə qayğı göstərmək vaxtıdır. Diqqət etməli olduğunuz əsas məqamlar budur: 👇



1️⃣ Yaraya qulluq:
• Sarğılarınız təmiz və quru qalmalıdır.
• Qızartı, şişlik, irin və ya p*s qoxu varsa, mütləq həkimlə əlaqə saxlayın.
• Sintetik materiallı, dar paltarlardan uzaq durun. Dəriniz nəfəs alsın.



2️⃣ Ağrılar və Hərəkət
• Yatmaq, oturmaq, qalxmaq çətin ola bilər – tələsməyin.
• Ən sadə hərəkətlər belə dövranı stimullaşdırır. Qısa məsafələrdə gəzin, dərindən nəfəs alın.
• Yardım istəmək zəiflik deyil, şəfqətdir.



3️⃣ Qidalanma – daxildən güc toplamaq üçün fürsətdir
• Dəmir və proteinlə zəngin yeməklərlə qan itkisini bərpa edin.
• Yaraların sağalmasına kömək edən vitaminlərə (C, A, sink) üstünlük verin.
• Gün ərzində kifayət qədər su için. Susuz bədən sağala bilməz.



4️⃣ İdman:
• İlk 6 həftəlik dövr dincəlmək üçündür. Bunu bədəniniz sizdən istəyir.
• Kiçik gəzintilər, sadə nəfəs məşqləri və yumşaq gərilmələr bəs edir.
• Fəal məşqlərə yalnız həkim icazəsi ilə keçin.

Hər bir doğum yeni bir başlanğıcdır… Bu gözəl ailənin sevincinə şahid olmaq, sağlam və xoşbəxt körpələr dünyaya gətirmək...
05/08/2025

Hər bir doğum yeni bir başlanğıcdır… Bu gözəl ailənin sevincinə şahid olmaq, sağlam və xoşbəxt körpələr dünyaya gətirmək – işimizin ən dəyərli hissəsidir. ❤️👶
Sizə və balanıza uzun, sağlam və sevgi dolu bir ömür arzulayıram.

👩‍⚕️ Dr. Samirə Hüseynova – cərrah mama-ginekoloq

Hamiləlikdə çəkini nəzarətdə saxlamaq mümkündür və bu, həm ana, həm də döl sağlamlığı üçün vacibdir.Tövsiyə olunan çəki ...
04/08/2025

Hamiləlikdə çəkini nəzarətdə saxlamaq mümkündür və bu, həm ana, həm də döl sağlamlığı üçün vacibdir.
Tövsiyə olunan çəki artımı, hamiləlikdən öncəki bədən kütlə indeksinə (BMI) əsasən dəyişir və adətən 11-16 kq arasıdır.

Kontrolsuz çəki artımı aşağıdakı riskləri artıra bilər:
– Gestasion diabet
– Yüksək qan təzyiqi (preeklampsiya)
– Doğuş zamanı fəsadlar
– Körpədə artıq çəki riski

💡 Nə etməli?
– Gündəlik qidalanmanı planla: Karbohidrat, protein və yağ balansına diqqət et.
– Gündə azı 20-30 dəqiqə fiziki aktivlik (gəzinti, hamilə yoga) tövsiyə olunur.
– Hər ay çəkini həkiminlə izləyərək fərdi plan qur.

Qızmar həftənin sonunda bir az sevinc, bir az da rəng…💐 Həftəsonunu gülümsəyərəkkeçirmək üçün ən gözəl səbəb..
01/08/2025

Qızmar həftənin sonunda bir az sevinc, bir az da rəng…💐 Həftəsonunu gülümsəyərəkkeçirmək üçün ən gözəl səbəb..

Fallop borularının keçiriciliyinin pozulması qadınlarda sonsuzluğun əsas səbəblərindən biridir.Bu vəziyyət yalnız ultras...
29/07/2025

Fallop borularının keçiriciliyinin pozulması qadınlarda sonsuzluğun əsas səbəblərindən biridir.
Bu vəziyyət yalnız ultrasəslə müəyyən edilə bilməz – xüsusi müayinə tələb olunur.

🔬 Ən çox istifadə olunan iki diaqnostik üsul:

✔️ Histerosalpinqoqrafiya (HSG)
Rentgen kontrast maddəsi ilə uşaqlıq boşluğu və boruların rentgen görüntülənməsidir.
• Aybaşıdan sonrakı dövrdə (5–10-cu günlər) həyata keçirilir
• Prosedur narkozsuz və qısa müddətdə aparılır
• Qapalı borular, struktur dəyişiklikləri və iltihabi izlər bu üsulla aşkar edilə bilər

✔️ Laparoskopik müayinə
Əgər əlavə patologiyalardan şübhə varsa və ya HSG nəticələri qəti deyilsə, laparoskopiya tövsiyə edilir.
• Ümumi anesteziya altında aparılır
• Endometrioz, yapışıqlıqlar və boruların funksional vəziyyəti dəqiqliklə qiymətləndirilir

📌 Hər iki üsulun seçimi individual yanaşma tələb edir və həkim-ginekoloqun qərarına əsaslanır.
Əgər hamiləlik uzun müddət alınmırsa, səbəbi araşdırmaq üçün vaxt itirməyin.

📞 Müraciət üçün öncədən konsultasiya təyin olunması tövsiyə edilir.

Address

Lux Hospital. , Nərimanov R, Faiq Yusifov Küç 146A, Baku
Agdam
AZ1000

Telephone

0505703335

Website

Alerts

Be the first to know and let us send you an email when Mama-Ginekoloq Samirə Hüseynova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category