LOR Hospital Loqopsixologiya və Reabilitasiya Mərkəzi

LOR Hospital Loqopsixologiya və Reabilitasiya Mərkəzi LOR Hospitalın nəznində fəaliyyət göstərəcək olan Loqopsixologiya və Reabilitasiya Mərkə

Yeni il Kampaniyası!Yeni ilin gəlişi ilə əlaqədar olaraq, 16-29 dekabr tarixlərində, LOR Hospital Loqopsixologiya və Rea...
15/12/2016

Yeni il Kampaniyası!

Yeni ilin gəlişi ilə əlaqədar olaraq, 16-29 dekabr tarixlərində, LOR Hospital Loqopsixologiya və Reabilitasiya Mərkəzində loqoped və psixoloqun ilkin müayinəsi ödənişsiz olacaq. Əvvəlcədən qəbula yazılmaq vacibdir.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyənlər 012-464-86-50 nömrəsi ilə əlaqə saxlaya bilər.

Bütün müəllimələrin və müəllimlərin əziz gününü təbrik edirik! :)
05/10/2016

Bütün müəllimələrin və müəllimlərin əziz gününü təbrik edirik! :)

DİSLALİYADİSLALİYA-sözü yunancadan tərcümədə "dis"(pozulma), "laliyo"(nitq)- 'pozulmuş nitq' deməkdir.Bildiyimiz kimi ni...
13/07/2016

DİSLALİYA

DİSLALİYA-sözü yunancadan tərcümədə "dis"(pozulma), "laliyo"(nitq)- 'pozulmuş nitq' deməkdir.Bildiyimiz kimi nitq 5yaşına kimi tam formalaşıb qurtarır, lakin bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq,onların səs tələffüzlərində qüsurlar qalmaqda davam edir.Normal eşitmənin mövcud olduğu belə nitq qüsuru dislaliya adlanır.
Dislaliya- mexaniki və funksional ola bilər.

Mexaniki dislaliya artikulyasiya aparatının qüsurları nəticəsində yaranır.
Funksional dislaliya isə artikulyasiya aparatının normal halında səslərin qüsurlu tələffüzüdür.
Əsas səbəblərindən biri ailədə uşağın nitqinin düzgün tərbiyə olunmamasıdır.Buna misal olaraq,böyüklərin uşaqlarla "uşaq dilində" danışması ,kiçik bacı və qardaşlarının yamsılanması,ailədə qüsurlu danışanın yamsılanması , kiçik yaşlarından qalmış səhv səs tələffüzün vaxtında aradan qaldırılmaması,valideynlərin laqeydliyi və s.göstərmək olar.

Dislaliyanı aradan qaldırmaq üçün hansı səslərin qüsurlu tələffüz olunduğunu aşkar etmək lazımdır.Bunun üçün uşağa hər bir səsin əvvəldə,ortada və axırda işləndiyi şəkillər və ya mətn təklif olunur.
Uşağın səs tələffüzündə olan qüsurlarını aradan qaldırmaq üçün ilk növbədə onun,səsi qüsurlu tələffüz edərkən hansı səhvlərə yol verdiyini müəyyən etmək lazımdır.Bu zaman ,səslərin başqa səslərlə əvəz edilməsi,qüsurlu tələffüz olunması və ya heç olunmaması aşkar edilə bilər.

Səs qüsurunun aradan qaldırılmasının üç üsulu vardır:
1.Yamsılama(imitasiya).
2.Mexaniki (loqopedik zondların köməyilə).
3.Qarışıq (hər iki üsulun tətbiqi).

Səs qoyuluşu aşağıdakı mərhələlər üzrə aparılır:
1.Artikulyasiya aparatını qoyulacaq səsin tələffüzünə hazırlamaq.
2.İzolə olunmuş səsin alınması.
3.Səsin hecalarda möhkəmləndirilməsi.
4.Səsin sözlərdə möhkəmləndirilməsi.
5.Səsin cümlələrdə möhkəmləndirilməsi.
6.Səsin sərbəst nitqdə möhkəmləndirilməsi.

Loqoped Ruqiyyə Fərəcova

ŞİFAHİ NİTQ QÜSURLARI:    Dislaliya-normal inkişaf etmiş nitq aparatı və eşitmə ilə səs tələffüzünün pozulması.         ...
01/07/2016

ŞİFAHİ NİTQ QÜSURLARI:

Dislaliya-normal inkişaf etmiş nitq aparatı və eşitmə ilə səs tələffüzünün pozulması.
Alaliya-uşağın bətndaxili və ya erkən inkişaf dövründə baş beyin qabığının üzvi zədələnməsi nitqin olmaması. Afaziya-baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itirilməsi.
Kəkələmə-(loqonevroz) nitq aparatı əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulması. Rinolaliya-(tın-tınlıq,yəni burunda danışma ), nitq aparatının anatomik-fizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs tembrinin pozulması.
Dizartriya-nitq aparatının inervasiyasının çatışmamazlığı nəticəsində nitq tələffüzünün pozulması. Disfoniya-səs tellərinin patoloji pozulması. Afoniya-səsin tam batması.
Bradilaliya-nitq tempinin patoloji yavaşıması.
Taxilaliya-nitq tempinin patoloji tezləşməsi.

30/05/2016
Sabahınız xeyir :)
27/05/2016

Sabahınız xeyir :)

22/05/2016
17/05/2016

Həyatdan gərək zövq alasan.
Dostlarınız və əzizlərinizlə olan ünsiyyətdən, təbiyyətin bizə bəxş etdiyi gözəlliklərdən.
Bəzən bunları itirmək qorumaqdan daha asandır. Bu itkilər bizim həyatımızı ağ-qara şəkilə salır.
İsveçrənin Pnonak şirkətinin Bolero V eşitmə cihazları sizin həyatınızın rənglərini sizə qaytarıb, həyatınızı yenidən yaşanmalı hala salacaq.
Audiologiya dünyasının ən müasir texnologiyasının nailiyyəti olaraq, Bolero V eşitmə cihazı, hər bir səsi ətraf-mühitin dəyişikliyinə avtomatik ayarlanaraq, sizə ətrafınızdakı rəngarəng səsləri tam şəkildə çatdıracaq.
Bolero V cihazında küyə, fitə, reverberasiya və küləyə qarşı proqramlar işləyir. Bundan başqa əgər başınızda səs varsa (Tinnitus simptomu), bu cihazda olan funksiya ona qarşı sizə yardım edər.
Cihaz suya, toza və zərbəyə qarşı davamlıdır.
Əlavə məlumat üçün 050 768 07 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

16/05/2016
Loqoped kimdir? Hansı hallarda loqopedə müraciət etməliyik? Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vaci...
10/05/2016

Loqoped kimdir? Hansı hallarda loqopedə müraciət etməliyik?

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur.

Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət,davranış və psixoloji vəziyyətdə geriləmələr formasında özünü göstərir. Nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur və bu sahədə bakalavr və ya magist səviyyəsində ixtisaslaşmış mütəxəssis loqoped adlanır.

Dünyanın müxtəlif ölkələrində fərqli adlarda bilinən bu peşə sahəsi ölkəmizdə loqoped və nitq terapevti olaraq adlandırılır. Çox hallarda defektoloqla loqopedi qarışdırırlar,defektologiya ümumi bir sahədir loqopediya onun bir bölməsidir və gördükləri işdə ortaq nöqtələr olsa da, defektoloqun işi ilə loqopedin işi fərqli olur.Loqopedik işin əsas istiqaməti uşağın nitqinin düzəldilməsinə yönəldilir.

Loqopediya həm tibbi,həm pedaqoji elm olduğu üçün,loqopedlər tibb və təhsil müəssisələrində fəaliyyət göstərə bilərlər.Loqopedin öz məşğuliyyət sahəsinə uyğun diaqnoz qoyma səlahiyyəti olsa da ilkin olaraq nevropatoloqun müayinəsi və diaqnozu şərtdir.Loqopedik müayinə alan şəxs loqopad adlanır və onun nitqinin diaqnozu və məlumatları nitq xəritəsində qeyd olunur. Nitq problemləri müxtəlif olduğu kimi onların korreksiya müddəti də fərqlənir və bu müddəti loqoped diaqnostikadan sonra təyin edir,ümumilikdə ən az 1 ay müddətində məşğələlər aparılmalıdır. Uşaqlarla loqopedik dərslər minimum 2,5-3 yaşlarından başlanılır. Loqopedin məşğul olduğu problemlər siyahısına şifahi və yazılı nitq problemlərindən tutmuş,udma,çeynəmə və nəfəs problemlərinə kimi geniş bir qrupu aid etmək olar.
-Müxtəlif səslərin pozulması və ya olmaması;

- Niqtin sürətinin normadan sürətli və yavaş olması;

- Kəkələmə; - Eşitmənin problemləri ilə əlaqədar nitqin inkişaf etməməsi;

- Artikulyasiya aparatında olan problemlərlə əlaqədar nitq pozuntuları;

- Fonematik qavramanının pozulması;

- İflic,insult,travmaya bağlı nitqin qismən və ya tamamilə itirilməsi;

- Udma,çeynəmə,nəfəs alma və digər nitq problemləri zamanı loqopedə müraciət etmək zəruridir.

KOXLEAR IMPLANTDünyada doğulan hər 1000 insandan biri eşitmə qüsuru olaraq doğulur. Eyni sayda insan həyatının irəliləyə...
09/05/2016

KOXLEAR IMPLANT

Dünyada doğulan hər 1000 insandan biri eşitmə qüsuru olaraq doğulur. Eyni sayda insan həyatının irəliləyən dönəmlərində eşitmə qüsurlu olur. Koxlear implant total eşitmə itkisi olanlarda eşitməni təmin edən elektronik cihazdır. Koxlear implant qulaq arxası sümüyə yerləşdirilən bir iç və eşitmə cihazına bənzər bir xarici parça olmaqla iki hissədən ibarətdir. Ancaq koxlear imlant səsləri daha yüksək və təmiz hala gətirən eşitmə cihazı deyildir. Koxlear implant eşitmə sinirini elektronik olaraq xəbərdar edərək daxili qulağın funksiyasını yerinə yetirən bir cihazdır.
Koxlear implantla əlaqəli çalışmalar ilk dəfə 1975-ci ildə Fransada başlayıb, ancaq insanlara tətbiqi ilk dəfə Amerikada aparılıb.Türkiyədə dünyada 6-cı mərkəz olaraq 1986-cı ildə Anadolu universiteti Eskishehir xəstəxanasında tətbiq olunmağa başlamışdır. Eşitmə cihazından heç bir fayda görməyən insanlar Koxlear implant namizədidir. Xəstələrdə əməliyyat öncəsi qulaq müayinəsi, eşitmə testeri, radyoloji müayinə və psixoloji testlər aparılır. Əməliyyat ümumi anesteziya altında 2-5 saat davam edə bilər. Bu əməliyyat ilk dəfə olaraq LOR hospital klinikasında Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssis tərəfindən uğurla həyata keçirilmişdir. Dekabrın 8-i 2014-cü il tarixində ilk dəfə olaraq 4 uşağa koxlear implant əməliyyatı icra olundu.

Address

Agdam
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994124648650

Alerts

Be the first to know and let us send you an email when LOR Hospital Loqopsixologiya və Reabilitasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LOR Hospital Loqopsixologiya və Reabilitasiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram