Astara Rayon Mərkəzi Xəstəxanası

Astara Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB- in tabeliyində fəaliyyət göstərir.

08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Ölkəmizin parlaq gələcəyi, xalqımızın rifahı naminə qazanılan bütün böyük uğurlarda qadınların rolu əvəzsizdir!

Bu gün qadınlar ictimai-siyasi, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində uğurlu fəaliyyətləri ilə fərqlənirlər.

Bayramınız mübarək!

🌹

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edirik🌷Qadınlar cəmiyyətimizin, ail...
08/03/2026

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edirik🌷

Qadınlar cəmiyyətimizin, ailələrimizin və səhiyyə sahəsinin ayrılmaz və dəyərli üzvləridir. Onların qayğısı, zəhməti və fədakar əməyi insanların sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bu əlamətdar gün münasibətilə bütün xanımlara möhkəm cansağlığı, xoşbəxtlik, sevinc və həyatlarında daim uğurlar arzulayırıq.

08/03/2026
08/03/2026

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

https://president.az/az/articles/view/71808

07/03/2026

Yeniyetmələrdə təşviş pozuntuları...

Yeniyetməlik dövrü emosional dəyişikliklərin ən sıx yaşandığı mərhələdir. Lakin bəzən adi həyəcan yerini davamlı qorxu, narahatlıq və gərginliyə verə bilər.

Yeniyetmələrdə təşviş pozuntularının əsas əlamətləri:

• Səbəbsiz qorxu və panika halları;
• Ürək döyünməsi, nəfəs darlığı;
• Tez-tez yorğunluq və halsızlıq;
• Diqqət dağınıqlığı, dərsə marağın azalması;
• Baş ağrısı, qarın ağrısı kimi səbəbi izah olunmayan şikayətlər;
• Özünə qapanma, sosial mühitdən uzaqlaşma;
• Tez əsəbiləşmə, əhval dəyişikliyi;
• Özünə inamsızlıq və daimi uğursuzluq qorxusu.

Evdə sakit emosional atmosferin qorunması, düzgün yuxu rejimi və balanslı qidalanma təşvişin azalmasına kömək edir. Telefon və sosial mediadan istifadəni nəzarətdə saxlamaq, fiziki aktivliyi və açıq havada vaxt keçirməyi dəstəkləmək də önəmlidir. Əlamətlər uzun müddət davam edirsə və gündəlik həyata təsir edirsə, psixoloq və ya mütəxəssisə müraciət etmək gecikdirilməməlidir. Valideyn dəstəyi yeniyetmənin özünü güvənli və tək olmadığını hiss etməsinin əsas şərtidir.

Astara Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmirdən sonra yenidən istifadəyə verilibAparılan əsaslı tə...
06/03/2026

Astara Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib

Aparılan əsaslı təmir işləri çərçivəsində Hemodializ şöbəsində müalicə prosesinin daha keyfiyyətli və rahat şəraitdə həyata keçirilməsi üçün müvafiq yenilənmə işləri görülüb.

Şöbənin infrastrukturu yaxşılaşdırılıb, otaqlarda müasir və daha əlverişli müalicə mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilib.

6 çarpayılıq şöbə müasir hemodializ cihazları ilə təmin olunub.

Hemodializ xidmətinin fasiləsiz və keyfiyyətli şəkildə göstərilməsi üçün şöbədə 1 həkim və 11 tibb bacısı olmaqla, ümumilikdə 22 nəfər tibbi heyət fəaliyyət göstərir.

Görülən işlərin əsas məqsədi xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən hemodializ xidmətinin keyfiyyətini artırmaq və onların daha komfortlu şəraitdə müalicə almasını təmin etməkdir.

06/03/2026

👁️Qlaukoma gözdaxili təzyiqin artması nəticəsində gözün optik sinirinin atrofiyasına və xəstənin görmə qabiliyyətinin itməsinə səbəb olan xəstəlikdir.

📌Qlaukomanın əsas əlamətləri:

- gözdə ağrı,
- bulanıq görmə,
- işıq ətrafında rəngli halqaların görülməsi,
- qusma və s.

📌 Qlaukoma xəstəliyi üzrə risk faktorları:

- genetik faktorlar,
- hipertoniya,
- şəkər xəstəliyi,
- qanazlığı,
- gərgin həyat tərzi,
- göz travmaları və s.

Qlaukoma vaxtında müalicə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Görmə qabiliyyətinizi qorumağın əsas şərti erkən diaqnostika, müalicə və profilaktik tədbirlərə riayət etməkdir.

👁️

Astara Rayon Mərkəzi Xəstəxanasında fevral ayının yekunlarına dair iclas keçirilibİclas zamanı xəstəxananın struktur böl...
05/03/2026

Astara Rayon Mərkəzi Xəstəxanasında fevral ayının yekunlarına dair iclas keçirilib

İclas zamanı xəstəxananın struktur bölmələri üzrə fevral ayı ərzində görülmüş işlər, göstərilən tibbi xidmətlər və əldə olunan nəticələr müzakirə olunub.

Eyni zamanda tibbi xidmətlərin keyfiyyətinin artırılması, iş prosesinin daha səmərəli təşkili və vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mövcud məsələlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb

İclasın sonunda fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib

Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə olunması mövzusunda nəzəri təlim keçirilibTəlimin məqsədi ...
05/03/2026

Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə olunması mövzusunda nəzəri təlim keçirilib

Təlimin məqsədi tibbi tullantıların düzgün idarə olunması sahəsində əməkdaşların məlumatlılığının artırılması olub

Tədbir zamanı tullantıların növlərə görə təsnifatı, çeşidlənmə qaydaları, rəngli konteynerlərdən istifadə prinsipləri, müvəqqəti saxlanma və zərərsizləşdirmə mərhələləri barədə ətraflı nəzəri məlumat verilib.

Eyni zamanda sanitar-gigiyenik tələblərə riayət olunmasının, infeksiya risklərinin azaldılmasının və təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb.

Keçirilmiş nəzəri təlim tibb işçilərinin məsuliyyətinin artırılmasına və səhiyyə müəssisəsində təhlükəsiz mühitin təmin olunmasına xidmət edir.

05/03/2026
04/03/2026

Beyində səssiz təhlükə – insult

İnsult beyində qan dövranının anidən pozulması nəticəsində sinir toxumasının işemiyası (qan çatışmazlığı) və ya qanaxma ilə zədələnməsi halıdır.

İnsult yüksək ölüm və əlillik riski olan təcili tibbi vəziyyətdir. Erkən diaqnostika, ilk saatlarda müdaxilə və düzgün aparılan reabilitasiya xəstənin funksional nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Risk amillərinin korreksiyası isə profilaktikanın əsasını təşkil edir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-nevroloqu Könül Mansirova:

“Yaşlı xəstələrdə arterial hipertenziya, tütünçəkmə, şəkərli diabet və hiperxolesterinemiyaya daha çox rast gəlinir, lakin bu risk faktorları gənc yaşlarda da mövcud ola bilər. Ümumiyyətlə, insultun 2 əsas işemik və hemorragik insult növü var. Bədənin hər hansı hissəsində, xüsusən sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin yaranması, görmənin pozulması, nitq pozğunluğu, hərəkətlərin koordinasiyasının pozulması, başgicəllənmə, udma qabiliyyətinin pozulması, qəflətən başlayan və xüsusilə ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı, şüurun pozulması kimi hallar insultun əsas simptomlarındandır”.

Hemorragik insultdan danışan Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Afaq Əliyeva isə bildirir ki, bu halda beyin parenximasında qan sızması və ya anevrizmanın partlaması müşahidə olunur:

“Ümumiyyətlə, insult zamanı diaqnostika təcili və mərhələli şəkildə aparılmalıdır. İlk növbədə klinik qiymətləndirmə həyata keçirilir. Şüurun səviyyəsi, nevroloji status, arterial təzyiq, nəbz və saturasiya yoxlanılır. Neyroşüa diaqnostikası qızıl standart hesab olunur. Kompüter tomoqrafiyası ilk 20–30 dəqiqə ərzində icra edilməlidir. Maqnit-rezonans tomoqrafiyası isə xüsusilə erkən işemiyanı aşkar etməkdə daha həssasdır”.

Həkim bildirir ki, hemorragik insult zamanı böyük həcmli intraserebral hematoma, beyin kötüyünə təzyiq, hidrosefaliya, eləcə də anevrizmanın kliplənməsi və ya endovaskulyar embolizasiya tələb olunduqda cərrahi əməliyyat əsas göstərişdir:

“İşemik insultda isə böyük damar okluziyası zamanı mexaniki trombektomiya, orta beyin arteriyası insultunda dekompressiv kraniektomiya göstərişi olduqda əməliyyat vacibdir. Reabilitasiya insultdan sonrakı ilk günlərdən başlanmalı və uzunmüddətli davam etdirilməlidir. Fizioterapiya, nitq terapiyası, psixoloji dəstək və erkən mobilizasiya xəstənin sağalmasına mühüm töhfə verir”.

Həkim-nevroloq Könül Mansirova vurğulayır ki, insultun müalicəsi, əsasən, konservativ terapiya üsulu ilə aparılır:

“İşemik insult diaqnozu təsdiqlənmiş xəstələrin müalicəsi intensiv terapiya şəraitində, reanimasiya bölməsində aparılmalıdır və mümkün qədər tez – ideal olaraq ilk 60 dəqiqə ərzində başlanmalıdır. Bu zaman pasiyentlərə karotid və vertebrobazilar sistemlərdə damardaxili müdaxilələr, antitrombositar və antikoaqulyant terapiya, neyroprotektiv və nevroloji funksiyaların bərpasına yönəlmiş dərman müalicəsi tətbiq edilir.

Dekompressiv kraniotomiya bədxassəli işemik infarktın cərrahi müalicəsinin əsas üsuludur. Bu əməliyyatın icrası ilə bağlı qərar neyrocərrah, nevroloq və neyroreanimatoloqdan ibarət multidisiplinar komanda tərəfindən qəbul edilir”.

Mütəxəssislər qeyd edirlər ki, insultun qarşısının alınmasında sağlam həyat tərzi mühüm rol oynayır. Arterial təzyiqin, qanda şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması, tütünçəkmədən imtina, fiziki aktivliyin artırılması və müntəzəm tibbi müayinələr riskin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Həkimlər vurğulayırlar ki, insultun ilkin əlamətləri müşahidə olunan kimi vaxt itirmədən təcili tibbi yardıma müraciət olunması xəstənin həyatının xilas edilməsində və ağırlaşmaların qarşısının alınmasında həlledici rol oynayır.

Astara Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı əmək fəaliyyətinin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxıbAstara Ra...
04/03/2026

Astara Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı əmək fəaliyyətinin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxıb

Astara Rayon Mərkəzi Xəstəxanasında uzun illər məsuliyyətlə çalışan və işinə diqqətlə yanaşan əməkdaşların əməyinin qiymətləndirilməsi ənənəvi olaraq davam etdirilir.

Bu münasibətlə xəstəxananın direktoru Bahadır Əhmədov tərəfindən Yoluxucu xəstəliklər şöbəsində xəstələrə xidmət edən kiçik tibb bacısı Xaliqara Əliyeva əmək fəaliyyətinin yaş həddinə görə başa çatması və 65 illik yubileyi münasibətilə Təşəkkürnamə ilə təltif edilib.

Astara Rayon Mərkəzi Xəstəxanası kollektivi olaraq əməkdaşlarımızı bu münasibətlə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun və xoşbəxt ömür arzulayırıq.

Address

Azerbaycan Astara Rayon M. Cavadzadə Küç №1
Astara
0700

Alerts

Be the first to know and let us send you an email when Astara Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Astara Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category