Dr. Vüqar Rəsulov

Dr. Vüqar Rəsulov Həkim-qastroenteroloq

Açıq kəsik olmadanQısa müddətdə vəGüvənli
16/07/2021

Açıq kəsik olmadan
Qısa müddətdə və
Güvənli

Primary Obesity Surgery Endoscopic (POSE) Patient Friendly AnimationTo know more visit http://www.obesitycliniclondon.co.uk/

Dostlarımızın təmənnasız Təhsil tədbiri
18/08/2020

Dostlarımızın təmənnasız Təhsil tədbiri

"Təhsildə Yeni Çağırışlar" Beynəlxalq Forumun spikerlərindən biri Global Teacher Prize 2018 müsabiqəsinin qalibi olaraq dünyada ilin ən yaxşı müəllimi seçilən və bir milyon dollar mükafat qazanan Andria Zafirakoudur.

Forumda iştirak ödənişsizdir.

Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Qeydiyyat üçün: https://forms.gle/ybauseUKHPvMdDGc7

Qastroskopiya- Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağı...
16/02/2017

Qastroskopiya- Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir . Qastroskopiya təcili və planlı oluna bilər . Təcili qastroskopiya adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimləri zamanı icra olunur. Bu zaman qastroskopiya nəinki diaqnostika , həm də müalicə məqsədi üçün ( yad cismin xaric olunması, qanaxmanın saxlanması ) icra edilə bilər.
Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.

Köpün əlamətləri və səbəbləriİnsanların çoxunda həddən artıq qaz və qaz ağrısının əlamətləri müəyyən edilir. Bunlar aşağ...
15/02/2017

Köpün əlamətləri və səbəbləri

İnsanların çoxunda həddən artıq qaz və qaz ağrısının əlamətləri müəyyən edilir.
Bunlar aşağıdakılardır:
- Qarında şişlik (distansiya);
- Gəyirmə və ya qaz çıxarma şəklində, istəkli ya da istəksiz qaz çıxarma;
- Qarında kəskin batıcı ağrılar olması.
Bu ağrılar qarnınızın hər hansı bir yerində ola bilər və yerləri sürətlə dəyişə bilər. Mədənizdə “düyünləşmə” hissi ola bilər.
Köpün Səbəbləri:
Yeyərkən və içərkən hava udulur. Əsəbi olduqda da bilmədən hava udulması baş verir. Bu hava həzm sisteminin aşağı hissəsinə doğru qaz yaranması üzrə irəliləyir. Təəssüf ki, meyvə, tərəvəz, dənəli bitkilər (lobya və yaşıl noxudlar) kimi sağlam qidalar çox vaxt ən çox narahatlıq verən qidalardır.

Mədə və 12-barmaq bağırsağın xora xəstəliyiXora xəstəliyi – mədə və ya 12-barmaq bağırsağın selikli qişasında davamlı zə...
14/02/2017

Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyi – mədə və ya 12-barmaq bağırsağın selikli qişasında davamlı zədə (xora) sahələrinin formalaşmasından ibarətdir.
Bu xəstəlik üçün xarakter əlamət, onun uzun müddət ərzində davam etməsi və periodik olaraq - əsasən yaz və payız aylarında - kəskinləşməsidir.
Hal hazırda sübut edilmişdir ki, xora xəstəliyi və xroniki qastrit Helikobakter Pilori adlanan mikrob tərəfindən törədilir. Bu mikrob on illərlə mədədə yaşaya bilir və çoxalaraq mədədə xroniki iltihab yaradır. Bundan əlavə mikrob mədənin divarlarını yararaq xora xəstəliyi törədir. Məhz bu sabəbdən qastrit və xora xəstəliyindən əziyyət çəkən bütün insanlar bu mikroba analiz etməlidirlər.
Xora xəstəliyinin baş vermə riskini, yəni onunla xəstələnmə ehtimalını artıran faktorlar yaxşı məlumdur:
- irsi meylliliyin olması;
- qan qrupunun 0(I) olması;
- alkoqollu içkilərin qəbul edilməsi;
- siqaret çəkilməsi;
- tez-tez baş verən, həmçinin uzun müddət ərzində davam edən steslər;
- sadə gigiyena qaydalarına riayət etməməsi və s.
-Helicobacter pylori-nin mövcud olması (onikibarmaq bağırsaq xorası olan xəstələrin 90-95%-də, mədə xorası olan pasiyentlərin 70-85%-də aşkar olunur);
-mədə şirəsi sekresiyasının artması və selikli qişanın müdafiə amillərinin (mukoproteinlər, bikarbonatlar) aktivliyinin azalması (aqressiya və müdafiə amilləri arasındakı tarazlığın vaxtaşırı pozulması).
-QSİP (qeyri-steroid iltihab əleyhinə preparatlar) və uzunmüddətli qəbulu mədənin selikli qişasının zədələnməsinə səbəb olan digər preparatların qəbul edilməsi.

Acqarına hansı məhsulları qəbul etmək məsləhətli deyil:- Şirniyyat. Şəkər insulinin istehsalını artırır, bu da yeni oyan...
13/02/2017

Acqarına hansı məhsulları qəbul etmək məsləhətli deyil:
- Şirniyyat. Şəkər insulinin istehsalını artırır, bu da yeni oyanmış mədəaltı vəzi üçün böyük bir yükdür.
- Armud. Kobud liflərlə zəngin olan armud boş mədənin selikli qişasını zədələyə bilər.
- Xiyar və digər yaşıl tərəvəzlər. Acqarına yeyilən çiy tərəvəzlər mədə yanmasına, artırılmış meteorizmə və mədədə narahatçılığın yaranmasına səbəb olur. Bunun səbəbi onların tərkibində olan turşulardır.
- Banan. Əgər babanı acqarına qəbul etsəniz onların tərkibində olan maqnezium çox tez həzm olunub ürəyə ağırlıq edəcəkdir.
- Soyuq və qazlı içkilər. Mədənin selikli qişasını zədələyib qan dövranını zəiflədirlər. Bu da qidanın daha çətin həzm olunmasına gətirib çıxarır.
- Sitruslar. Tərkiblərinə bir çox meyvə turşuları daxildir. Bu turşular boş mədəyə düşəndə mədə yanmasına, həmçinin qastrit və xoraların yaranmasına səbəb olurlar.

Mədə-bağırsaqdan yad cisimləri çıxarılmasıMədəyə düşən yad cisimlərin 90-95 %-i heç bir problem yaratmadan bağırsaqlara ...
11/02/2017

Mədə-bağırsaqdan yad cisimləri çıxarılması

Mədəyə düşən yad cisimlərin 90-95 %-i heç bir problem yaratmadan bağırsaqlara keçir. Ancaq bağırsaq sistemində də müxtəlif qisimlərdə ilişə bilər. Radiaktiv cisimlər bağırsaqlarda asanca radioloji araşdırma ilə göstərilə bilər. Yemək borusundakı yad cisimlər əməliyyat ilə çıxarılır. Çıxardıla bilməyən cisimlər mədəyə itələnə bilər. İynə kimi çox kəskin və ya iti uclu yad cisimlər isə daha mədədə olarkən endoskopik olaraq çıxarmaq lazımdır. Cismin uzunluğu 6 sm-dən böyük və ya genişliyi 2 sm-dən böyükdürsə mədə qapısından keçməyə bilər.

Helicobacter pylori - mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşək...
10/02/2017

Helicobacter pylori - mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır.
Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin xərçəngi və bəzi hallarda limfomları etioloji olaraq helicobacter pylori yoluxması ilə əlaqələndirilir.
Lakin helicobacter pylori daşıyıcılarının əksəriyyətində (təqribən 90%-da) heç bir xəstəlik simptomları olmur.
Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması helicobacter pylori-nin mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun seliyində hərəkət etməsinə imkan yaratmış olur.
___________
Tel: (055) 211-02-44, (051) 511-02-44
Ünvan:Mərdanov qardaşları 100 - Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

Dr. Vüqar RəsulovHəkim-qastroenteroloq1994-2000 – Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhs...
09/02/2017

Dr. Vüqar Rəsulov
Həkim-qastroenteroloq
1994-2000 – Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2000-2001 – 15 saylı şəhər xəstəxanasında qastroenterologiya ixtisası üzrə internatura keçmişdir.
2001-2003 – Həqiqi hərbi xidmətdə olmuş, bu dövrdə batalyonun tibb xidməti rəisi vəzifəsində çalışmışdır.
2003-2006 – Mərkəzi Klinik Xəstəxananın Qastroenterologiya şöbəsində assistent-həkim işləmişdir.
Sentyabr 2006-Yanvar 2007 – Türkiyə, Bursa şəhəri, Uludağ universitetinin Qastroenterologiya və Hepatologiya şöbəsində təkmilləşmə kursu keçmişdir.
Yanvar 2007- Sentyabr 2007 – Mərkəzi Klinik Xəstəxananın Qastroenterologiya şöbəsində həkim-qastroenteroloq kimi işləmişdir.
Sentyabr 2007-Mart 2008 – Türkiyə, İstanbul şəhəri, İstanbul universitetinin Qastroenterologiya və Hepatologiya şöbəsində təkmilləşmə kursu keçmişdir.
Mart 2008-Noyabr 2014 — Mərkəzi Klinik Xəstəxananın Qastroenterologiya şöbəsində müalicə + endoskopik müayinə və müalicə prosedurları üzrə təkmilləşmiş həkim-qastroenteroloq kimi işləmişdir.
2015-ci ilin mart ayından etibarən ATU Terapevtik Tədris Klinikasının Qastroenterologiya və Endoskopiya şöbəsində qastroenteroloq vəzifəsində çalışır.
Oktyabr 2015-Dekabr 2015 – Türkiyə, Bursa şəhəri, Uludağ universitetinin Qastroenterologiya və Hepatologiya şöbəsində «invaziv endoskopiya və qastroenterologiya» kursu üzrə təkmilləşmə keçmişdir.
Vüqar həkimin elmi-praktiki fəaliyyət sahələri:
 Qastroskopiya
 Kolonoskopiya
 Mədə-bağırsaq qanaxmalarının durdurulması(band liqasiya,skleroterapiya və koaqulyasiya)
 Polipektomiya
 Daralmalar zamanı balon və buji ilə genişləndirmə, stent yeridilməsi
 Arıqlama üçün mədə balonu yerləşdirilməsi
 Mədə-bağırsaqdan yad cisimləri çıxarılması
 Ön qarın (PEQ) və ağızdan qidalanma zondunun yerləşdirilməsi
 Hepatologiya (qaraciyər xəstəlikləri) o cümlədən B və C virus hepatitlərinin müalicəsi
 Pankreatologiya(mədəaltı vəz xəstəlikləri)
___________
Tel: (055) 211-02-44, (051) 511-02-44
Ünvan:Mərdanov qardaşları 100 - Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

Address

Mərdanov Qardaşları 100/Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr. Vüqar Rəsulov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram