Uzman Cerrah İlgar İsmayilov

Uzman Cerrah İlgar İsmayilov Ümumi Cərrahiyyə Uzmanı / Dr. İlqar İsmayilov

2002 - 2007 illərdə Aparıcı özəl tibb mərkəzlərində fəaliyyət göstərib
2017-ci ildən RDM-də həkim ümumi cərrah və 2018-ci ildən RDM Ümumi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır;
Minimal invaziv (laparoskopik) qida borusu, mədə, bağırsaq əməliyyatları üzrə geniş təcrübəyə malikdir;
Azərbaycan və ətraf regionda ilk və yeganə TransAnal Cərrahiyyə Mərkəzi qurmuşdur və düz bağırsaq xərçəngi xəstələrinə ən müasir cərrahi yardım göstərməkdədir;
Avropanın ən böyük cərrahi virtual universiteti olan IRCAD-ın WebSurge portalında yayımlanan 4 expert videoların müəllifidir.

İcra etdiyi əməliyyatlar:

- Qarın divarının yırtıqlarının bərpası, laparoskopik;
- Düz əzələ diastazının bərpası;
- Süd vəzi cərrahiyyəsi;
- Tiroid vəzi (zob) cərrahiyyəsi;
- Öd kisəsi və öd yolları cərrahiyyəsi;
- Qida borusunun xoş və bədxassəli şişlərinə görə laparoskopik əməliyyatlar;
- Mədə xərçənginin laparoskopik əməliyyatları;
- Bağırsaq şişlərinin laparoskopik cərrahiyyəsi;
- Düz bağırsaq şişlərində TransAnal əməliyyatlar (TAMIS, TATME).

28/11/2025

Qasıq yırtığı vaxtında müalicə olunmadıqda təhlükəli ola bilər. Xüsusilə yırtıq boğulduqda güclü ağrı, qusma və şişlik kimi əlamətlərlə həyati risk yaradır.
Erkən diaqnoz və planlı əməliyyat isə problemi təhlükəsiz şəkildə həll edir.

25/11/2025

Qarın boşluğunda nəhəng kitlə (20 sm) səbəbiylə icra etdiyimiz əməliyyat.

17/11/2025

İkitərəfli Qasıq yırtığı.

3 dəlikdən hər iki tərəfin yırtığı ləğv olunur və mesh (setka) ilə bərpa edilir.

14/11/2025

Qasıq yırtığı qarın divarındakı zəif yerdən orqanların çıxması ilə yaranır.

Əsas səbəblər:

• Ağırlıq qaldırılması,
• Qəbizlik zamanı gərginlik
• Artan bədən çəkisi və əzələ zəifliyi

23/10/2025

Mədə Xərçəngi və eyni zamanda böyük ölçülü qarın divarı yırtığı olan xəstədə açıq icra olunan qastrektomiya+yırtığın ləğvi əməliyyatı.

Moskvada keçirilən onkoloji cərrahiyyə toplantısında 'Düz bağırsaq xərçənginin müalicəsi' mövzusundə təcrübə mübadiləsi....
19/10/2025

Moskvada keçirilən onkoloji cərrahiyyə toplantısında 'Düz bağırsaq xərçənginin müalicəsi' mövzusundə təcrübə mübadiləsi.

07/10/2025

Mədə törəməsi diaqnozu ilə Laparoskopik Total Qastrektomiya icra olunmuş pasiyent əməliyyatdan sonrakı təəssüratlarını bölüşdü.
Qapalı üsulla aparılan mədə əməliyyatının üstünlüklərini birbaşa xəstədən eşidək.

19/09/2025

Mədə çıxacağının xərçənginə görə “Laparoskopik Distal Gastrektomiya” (mədənin bir hissəsi qorunmaqla) əməliyyatı.

Avropa Kolorektal Cərrahlar Dərbəyində Azərbaycan milli təmsilcisi olaraq seçilməmdə dəstəyi olan bütün məsləkdaşlarıma ...
25/07/2025

Avropa Kolorektal Cərrahlar Dərbəyində Azərbaycan milli təmsilcisi olaraq seçilməmdə dəstəyi olan bütün məsləkdaşlarıma təşəkkür edirəm.

Peritoneal Karsinomatozis (qarın boşluğuna yayılmış xərçəng) toplantısında bu işin Dünyaca tanınmış qurucusu Paul SUGARB...
13/07/2025

Peritoneal Karsinomatozis (qarın boşluğuna yayılmış xərçəng) toplantısında bu işin Dünyaca tanınmış qurucusu Paul SUGARBAKER və Türkiyədə bu sahənin öncüləri Prof. Emre Aras CANDA çox verimli elmi paylaşımlarla yadda qalacaq.

05/07/2025
❗Laparoskopik üsul – müasir cərrahiyyənin minimal invaziv texnikasıdır.Bu üsulun əsas üstünlükləri:• Qarında böyük kəsik...
01/07/2025

❗Laparoskopik üsul – müasir cərrahiyyənin minimal invaziv texnikasıdır.

Bu üsulun əsas üstünlükləri:

• Qarında böyük kəsiklərə ehtiyac yoxdur
• Pasiyent əməliyyatdan sonra daha az ağrı hiss edir
• Cəmi bir neçə günə normal həyata qayıtmaq mümkündür
• İnfeksiya və qan itgisi riski minimum səviyyədədir
• Kamera dəstəyi ilə orqanlar daha dəqiq görünür, daha səlist əməliyyat icra olunur

Address

Respublika Diaqnostika Mərkəzi (RDM)
Baku-Baladshary

Alerts

Be the first to know and let us send you an email when Uzman Cerrah İlgar İsmayilov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Cerrah İlgar İsmayilov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category