AZERA Holding

AZERA Holding AZERA - Dünyaya səslənən Azərbaycan Erası!

17 Noyabr – Milli Dirçəliş Günü Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq əzminin, müstəqillik iradəsinin bariz if...
16/11/2025

17 Noyabr – Milli Dirçəliş Günü

Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq əzminin, müstəqillik iradəsinin bariz ifadəsidir.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür!Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi, ...
11/11/2025

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür!

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət quruluşunu təmin edən əsas qanundur.

08/11/2025

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür!🇦🇿

Üçrəngli bayrağımız - azadlığımızın, milli kimliyimizin və qürurumuzun rəmzidir. Bayrağımız daim zirvələrdə olsun!

07/11/2025

8 Noyabr - Zəfər Günü

Zəfərin mübarək Vətən! Qələbəmizi qürurla qeyd edirik. Qarabağ Azərbaycandır!

Azera Holdinqdə İnsan resursları sahəsində növbəti təlimlərə başlanılıbAzera Holdinqdə və holdinqə daxil olan biznes vah...
07/11/2025

Azera Holdinqdə İnsan resursları sahəsində növbəti təlimlərə başlanılıb
Azera Holdinqdə və holdinqə daxil olan biznes vahidlərində insan resurslarının idarə olunması sahəsində çalışan əməkdaşlar üçün xüsusi təlim proqramına başlanılıb. Təlimin məqsədi korporativ heyətin əmək qanunvericiliyinin əsas müddəaları barədə maarifləndirilməsi, işçi münasibətlərinin qanuna uyğun tənzimlənməsi və bu sahə üzrə bilik və bacarıqların artırılmasıdır. Proqram çərçivəsində iştirakçılara peşəkar təlimçilər tərəfindən əmək qanunvericiliyinin tələbləri, normativ hüquqi aktlara uyğun insan resurslarının idarə olunması və digər mövzularla bağlı geniş məlumat verilib.
On gün davam edəcək təlimdə proqramı uğurla tamamlayan əməkdaşlar sertifikatla təltif olunacaqlar.

“Kraun Ko-R” MMC Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi mükafata layiq görülüb1 noyabr – Kənd Təsərrüfatı İşçiləri...
03/11/2025

“Kraun Ko-R” MMC Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi mükafata layiq görülüb

1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov və digər rəsmi qonaqların iştirak etdiyi tədbirdə “Azera Holdinq”ə daxil olan “Kraun Ko-R” MMC işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı fəaliyyətinə cəlb edilməsi və münbitliyinin artırılmasında əldə etdiyi nəticələrə görə təltif olunub.
Qeyd edək ki, “Kraun Ko-R” MMC 2007-ci ildə yaradılıb. Hazırda Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Füzuli, Xocalı,Xocavənd, Beyləqan, Zərdab, İmişli rayonlarında kənd təsərrüfatının inkişafına töhfə verir.

01/11/2025

Ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin daxil olduğu Azera Holdinqdə 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə holdinqin direktoru Akif Əliyev bu əlamətdar gün münasibətilə kənd təsərrüfatı sektorunda çalışan hər bir əməkdaşa təbriklərini çatdırıb. Eyni zamanda holdinqin tərkibində fəaliyyət göstərən aqrar şirkətlərin rəhbərləri - “Agrolid” şirkətinin direktoru Xəqani Məmmədov, “Agroland” şirkətinin direktoru Ülvi Babayev və “Binə Agro” şirkətinin rəhbəri Adil Süleymanzadə çıxış edərək, müəssisələrin fəaliyyət istiqamətləri, əldə olunan nəticələr və gələcək planlar barədə barədə ətraflı məlumat veriblər.
Sonda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə bir qrup əməkdaş uğurlu fəaliyyətinə görə təltif olunub.


1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günüdür.  Bu əlamətdar gün münasibətilə kənd təsərrüfatının inkişafına töhfə verən ...
01/11/2025

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günüdür. Bu əlamətdar gün münasibətilə kənd təsərrüfatının inkişafına töhfə verən hər bir zəhmətkeşi təbrik edirik!

Azera Holdinq Təhsil Tələbə Krediti Fondu ilə əməkdaşlığa başlayıb. Bununla bağlı Azera Holdinq ilə Elm və Təhsil Nazirl...
30/10/2025

Azera Holdinq Təhsil Tələbə Krediti Fondu ilə əməkdaşlığa başlayıb.

Bununla bağlı Azera Holdinq ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum qarşılıqlı əməkdaşlığın qurulması, tələbə və məzunların təcrübə mübadiləsi, ixtisaslarına uyğun işlə təmin olunması, birgə proqramların təşkili və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti nəzərdə tutur.

“Global Cert” MMC yerli və beynəlxalq standartlara uyğun sertifikatlaşdırma, audit və keyfiyyət idarəetmə sistemləri üzr...
27/10/2025

“Global Cert” MMC yerli və beynəlxalq standartlara uyğun sertifikatlaşdırma, audit və keyfiyyət idarəetmə sistemləri üzrə müstəqil qiymətləndirmə xidmətləri göstərən qurumdur. 📃
Şirkət iki əsas fəaliyyət istiqamətindən ibarətdir:
☑️️ Məhsulların sertifikatlaşdırılması orqanı - kənd təsərrüfatı məhsulları, neft, kimya və qaz sənayesi, maşınqayırma, qida sənayesi və elektirik avadanlıqları və s.
☑️️ İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı – ISO 9001:2015, ISO 14001:2015, ISO 4500:2018, ISO 50001:2018 və digər beynəlxalq standartlar üzrə idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması.
“Global Cert” Azərbaycan Respublikasının qanunvericiliyinə və Akkreditasiya Mərkəzinin tələblərinə uyğun fəaliyyət göstərir. 📜

18 Oktyabr-Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsidir...
17/10/2025

18 Oktyabr-Müstəqilliyin Bərpası Günü
Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsidir.

16/10/2025

Address

12 Alaskar Gaibov
Baku
1122

Alerts

Be the first to know and let us send you an email when AZERA Holding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AZERA Holding:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram