Kanon Tibb Mərkəzi

Kanon Tibb Mərkəzi Kanon Tibb Mərkəzi fəaliyyətə başladığı ilk gündən etibarən sizin sağlamlığınızın keşiyindədir.

Səhhətinizin sağlam olması üçün biz Sizə Doğmalarınız Qədər Yaxınıq!

Statistikaya görə, qadınların təxminən 10 faizi bu üzücü dərəcədə ağrı verən xəstəliyə məruz qala bilər. Endometrioz, re...
29/07/2023

Statistikaya görə, qadınların təxminən 10 faizi bu üzücü dərəcədə ağrı verən xəstəliyə məruz qala bilər.

Endometrioz, reproduktiv yaşda olan qadınlarda görülən bir xəstəlikdir. Xəstəlik adını uşaqlığın içərisini əhatə edən və hər ay menstruasiya dövründə qalınlaşaraq tökülən "endometrium" toxumasından alır. Endometriozda əslində uşaqlığın daxili qatında olmalı olan endometrium toxuması uşaqlıqdan əlavə bədənin digər hissələrində də olur. Uşaqlığın xaricindəki endometriozlar ağrı, sonsuzluq və bəzi digər problemlərə səbəb ola bilir.

Endometrioza ən çox rast gəlinən yerlər qarın boşluğu xüsusilə də yumurtalıqlar, uşaqlıq boruları, uşaqlığı dəstəkləyən bağlar, va**na dediyimiz uşaqlıq və a**l ka**l arasındakı hissə, uşaqlığın xarici və qasıqdır. Menstruasiya dövründə uşaqlıqdakı kimi bu bölgələrdə də qalınlaşma və qanaxma olur. Buna baxmayaraq, uşaqlığı əhatə edən təbəqədən fərqli olaraq uşaqlıq xaricindəki endometriumun bədəni menstrual qan şəklində tərk etmə imkanı yoxdur. Buna görə də öz içərisində qanama şəklində olaraq bu ocaqlardan tökülən qanın ətraf toxumalara ziyan vurması, ətraf toxumalarda iltihabın inkişafı və birləşdirici toxumanın meydana gəlməsi ilə nəticələnir.

Əlamətləri:
Menstruasiya dövründə ağrı
Cinsi əlaqə zamanı qasıq ağrısı
Hamilə qalmamaq
Menstruasiyadan əvvəl ləkə şəklində qanaxma
Qəbizlik - ishal
Tualet ehtiyacı zamanı ağrı
Yan ağrısı, bel ağrısı
Tez-tez sidiyə çıxma və sidikdə qan endometriozun simptomları arasındadır.

Xəstəliyin p*s diaqnozuna baxmayaraq endometrioz zamanı da hamilə qalmaq və düzgün hamiləlik keçirmək mümkündür. Qadınların yarıdan çoxu bu xəstəliyin doğru qaydalarla müalicəsindən sonra və daimi nəzarət ilə dünyaya sağlam övlad gətirə bilər.

Sağlam olun!
Kanon Tibb Mərkəzi - Sizə doğmalarınız qədər yaxın!

Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park

✍🏻 Bu gün Azərbaycanda Milli Mətbuat GünüdürDüz 148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının g...
22/07/2023

✍🏻 Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Düz 148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Kanon Tibb Mərkəzi bu gün münasibətilə bütün mətbuat işçilərini təbrik edir!

Vətəndaşların can və mal təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün 24 saat xidmətdə olmaqla fədakarlıq göstərən büt...
02/07/2023

Vətəndaşların can və mal təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün 24 saat xidmətdə olmaqla fədakarlıq göstərən bütün polis əməkdaşlarımızı təbrik edirik.

Çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

 Hansı qaydalara əməl etmək lazımdır?✅ Analizdən 3 gün öncə spirtli içki qəbul etməyin.✅ Analizdən 1-2 gün öncə tərkibin...
30/06/2023


Hansı qaydalara əməl etmək lazımdır?

✅ Analizdən 3 gün öncə spirtli içki qəbul etməyin.
✅ Analizdən 1-2 gün öncə tərkibində biotin (vitamin B7 və H) olan BAD-lar qəbul etməyin.
✅ Analizdən 1 gün öncə həkiminizlə məsləhətləşərək dərman qəbulunu dayandırın, əgər qəbul etmisinizsə bu barədə a**liz götürən həkimə məlumat verin.
✅ Analiz ərəfəsində yağlı qida qəbul etməyin.
✅ Analiz vermək ərəfəsində fiziki və emosional həyəcandan uzaqlaşın.
✅ Analizdən 8-12 saat öncə qida qəbul etməyin.
✅ Analizdən 30 dəqiqə öncə istənilən fiziki aktivlik tələb edən işlərlə məşğul olmayın.
✅ Analizdən 30 dəqiqə öncə siqaret çəkməyin.
✅ Səhər tezdən a**liz verməmişdən qabaq 1-2 stəkan qazsız su içə bilərsiniz.
✅ Qan a**lizi verdiyiniz gün, prosedurdan 30 dəqiqə öncə həyəcanlanmayın. Prosedurdan bir neçə dəqiqə öncə rahat oturaraq sakitləşin.

Sağlam olun!
Kanon Tibb Mərkəzi - Sizə doğmalarınız qədər yaxın!

Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park

**liz **lizi

Qurban Bayramınız mübarək!Kanon Tibb Mərkəzi xalqımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəd...
28/06/2023

Qurban Bayramınız mübarək!

Kanon Tibb Mərkəzi xalqımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hüzur dolu, xəstəlikdən uzaq gözəl günlər arzu edir.

Bayramınız mübarək olsun!

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür!SİLAHLI QÜVVƏLƏR GÜNÜNÜZ MÜBARƏK!🇦🇿YAŞASIN AZƏRBAYCAN ORDUSU!O...
26/06/2023

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür!

SİLAHLI QÜVVƏLƏR GÜNÜNÜZ MÜBARƏK!🇦🇿
YAŞASIN AZƏRBAYCAN ORDUSU!

Ordumuz xalqımızın və dövlətimizin təhlükəsizliyinin təminantçısı, müstəqilliyini möhkəmləndirən və əbədi edən yenilməz qüvvədir.

Rəşadətli Ordumuzun təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Bütün həmkarlarımızı, əməkdaşları və tibb işçilərini təbrik edirik, çox ş...
17/06/2023

17 iyun tibb işçilərinin peşə bayramı günüdür.

Bütün həmkarlarımızı, əməkdaşları və tibb işçilərini təbrik edirik, çox şərəfli və peşəkar fəaliyyətlərində uğurlar diləyirik.

Bayramınız mübarək!
Var olsun Azərbaycan həkimləri!


🇦🇿 Bu gün tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür30 il əvvəl Azərbaycan xalqının tələbi ilə...
14/06/2023

🇦🇿 Bu gün tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür

30 il əvvəl Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilib. Bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edirik!
✊🏻Yaşasın Azərbaycan!

 Hər il müayinədən keçmək bir çox faydalı təsir göstərir, ən əsası isə simptomsuz keçən xəstəlikləri belə aşkar etməyə k...
10/06/2023



Hər il müayinədən keçmək bir çox faydalı təsir göstərir, ən əsası isə simptomsuz keçən xəstəlikləri belə aşkar etməyə kömək edir. Mütamadi müayinədən 18 yaşdan başlayaraq davamlı şəkildə hər il keçmək tövsiyə olunur. Analiz siyahısının tərtib edilməsi yaş, hansı xəstəliklərin olması və genetik meyilliliklərdən asılıdır.

İldə bir dəfə aşağıdakı a**lizlərdən keçməyiniz tövsiyə edilir:

✔️ Qanın ümumi a**lizi (ümumi immun sistemin vəziyyətini göstərir, iltihab proseslərinin, qan xəstəliklərinin, anemiyanın olub-olmamasını aşkar edir)
✔️ Sidiyin ümumi a**lizi: sidik-cinsiyyət aparatının qiymətləndirilməsi
✔️ Qanın biokimyəvi a**lizi: mübadilə proseslərinin və bir çox orqanın və sistemin işləməsinin qiymətləndirilməsi.
✔️ Qlikohemoqlobin (HbA1C): qandakı şəkər səviyyəsinin qiymətləndirilməsi və onun son 4-6 həftə ərzində ədyişiklikləri.
✔️ Qalxanabənzər vəzi hormon a**lizləri.
✔️ İİV, QİÇS-in aşkarlanmasına görə a**liz, Hepatit B, sifilis.
✔️ Cinsi yolla keçən infeksiyaların aşkarlanmasına görə a**liz.

KANON TİBB MƏRKƏZİ
Sizə doğmalarınız qədər yaxın!
Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park

**liz **liz

 Onurğa beyni zədələnməsinin simptomları və əlamətləri:- Hissiyyatın müxtəlif növ pozulmaları;- Kiçik çanaq üzvlərinin f...
07/06/2023


Onurğa beyni zədələnməsinin simptomları və əlamətləri:

- Hissiyyatın müxtəlif növ pozulmaları;
- Kiçik çanaq üzvlərinin funksiyalarının pozulması;
- Reflekslərin dəyişməsi
- Veqetativ sinir sisteminin funksiyalarının pozulması (misal üçün, sidik kisəsi və defeksiya (həzm olunmuş qidaların qatı və ya sulu tullantılarının bir şəkildə xaric edilməsi) tənzimlənməsi funksiyasının itməsi, bundan başqa erektil disfunksiya və tər ifrazının itməsi).

Onurğa beyni zədələnməsi bir çox hallarda iflic, para və ya tetraplegia ilə nəticələnə bilər- hissiyyatın itməsi və əl, ayaq, gövdənin hərəkət tənzimlənməsinin itməsi. Onurğa beyni zədələnməsi ilə yaşayan insanlar baza funksiyaların itməsi səbəbindən tez-tez başqa insanların köməyinə ehtiyac duyurlar.

Belə hadisələrin yaşanmaması üçün mütamadi həkim yoxlanışına getmək tövsiyə olunur.

KANON TİBB MƏRKƏZİ
Sizə doğmalarınız qədər yaxın!
Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür🎉🌺Övladlarımızı hər gün daha çox sevək, anlayaq və qoruyaq. Bütün uşaqlar...
01/06/2023

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür🎉🌺

Övladlarımızı hər gün daha çox sevək, anlayaq və qoruyaq.

Bütün uşaqları təbrik edir, bütün balalara möhkəm cansağlığı, sevinc və xoşbəxt gələcək arzulayırıq.

 Bu gün Ümumdünya Tütünlə Mübarizə GünüdürMüntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25% -i bu səbəbdən vaxtında...
31/05/2023


Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür

Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25% -i bu səbəbdən vaxtından tez dünyasını dəyişir.

Siqaret - ağciyər xərçəngi başda olmaq üzrə, nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, böyrək, mədəaltı vəzi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi xəstəliklərinin əmələ gəlmə riskini artırır.

TÜTÜNDƏN İSTİFADƏNİ DAYANDIRMAQ HEÇ VAXT GEC DEYİL…

Address

Xırdalan şəhəri, H. Əliyev Prospekti 167, AAAF Park
Baku

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kanon Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kanon Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category