Bakı Uroloji Androloji Mərkəz

Bakı Uroloji Androloji Mərkəz Bakı Uroloji Androloji Mərkəz
�uroloji və androloji müayinə və müalicələr
�USM diaqnostika
�Uroloji Cərrahi Əməliyyatlar

26/06/2020
✅Övlad sahibi olmaq üçün spermanın keyfiyyəti çox önəmlidir. Bəzən gündəlik olaraq istifadə etdiyimiz neqativ vərdişlər ...
16/06/2020

✅Övlad sahibi olmaq üçün spermanın keyfiyyəti çox önəmlidir. Bəzən gündəlik olaraq istifadə etdiyimiz neqativ vərdişlər spermanın keyfiyyətinə birbaşa olaraq təsir edir.
❓Bəs bunlar nələrdir❓
🔸Siqaret və tütün məmulatları
🔸Alkoqolik içkilər
🔸Narkotik vasitələr
🔸Bəzi qida məhsulları

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Sən bizimsən,bizimsən,Durduqca bədəndə can.Yaşa,yaşa,çox yaşa!Ey şanlı Azərbaycan102 yaşın  mübarək, Azərbaycan_________...
28/05/2020

Sən bizimsən,bizimsən,
Durduqca bədəndə can.
Yaşa,yaşa,çox yaşa!
Ey şanlı Azərbaycan

102 yaşın mübarək, Azərbaycan

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Ramazan bayramınız mübarək🙏________________________________________Əlaqə vasitələrimiz:📲Tel:  (+99499) 309 07 08        ...
24/05/2020

Ramazan bayramınız mübarək🙏

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

🦠Mycoplasma hominis (mikoplazma hominis) mikoplazmanın növü olub, spermatozoidlərin membranında və sidik-cinsiyyət orqan...
21/05/2020

🦠Mycoplasma hominis (mikoplazma hominis) mikoplazmanın növü olub, spermatozoidlərin membranında və sidik-cinsiyyət orqanlarının selikli qişa epitelində parazitlik edən mikroorqanizmlərdir. Mikoplazma əsas cinsi yolla ötürülür. Məişət əşyalarından birgə istifadə etdikdə, həmçinin vertikal yolla yoluxma – xəstə anadan hamiləlik, yaxud, doğuş zamanı da keçə bilər. İnfeksiya mənbəyi – mikoplazmaya yoluxmuş xəstə, yaxud, Mycoplasma hominis-in simptomsuz daşıyıcısıdır.

🎈Infeksiyanın ilk simptomları yoluxmadan 2-3 həftə sonra artıq özünü büruzə verməyə başlaya bilər. Bəzi qadınlarda xəstəlik uzun müddət simptomsuz davam edə və xroniki formaya keçə bilir.Mikoplazma və ureaplazma aşağıdakı simptomlara səbəb ola bilir:
✅Sidik ifrazı zamanı ağrı və yanğı hissi
✅Tez-tez sidik yoluna getmə, bəzən qeyri-ixtiyari sidik ifrazı
✅Cinsi orqanlar nahiyəsində qaşınma, diskomfort
✅Sarı, yaşıl və ya digər rəngdə ifrazatlar
✅Seks zamanı ağrılar
✅Uşaqlıq yolundan seks zamanı və seksdən sonra qanlı ifrazatlar
✅Qarnın alt hissəsində ağrılar
✅Bakterial vaginoz simptomları: uşaqlıq yolundan boz-yaşıl rəngli xoşagəlməz balıq qoxulu ifrazatlar, uşaqlıq yolunda diskomfort və quruluq hissi
✅Ağır hallarda bədən hərarətinin yüksəlməsi, urəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın p*sləşməsi qeydə alına bilər.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Mərkəzimizdə bir çox ağır əməliyyatlar belə laporaskopik üsulla həyata keçirilir._______________________________________...
28/04/2020

Mərkəzimizdə bir çox ağır əməliyyatlar belə laporaskopik üsulla həyata keçirilir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

🔸Erektil disfunksiya🔸🛑Pen*sin sərtləşməsi beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin artması nəticəsində k...
27/04/2020

🔸Erektil disfunksiya🔸

🛑Pen*sin sərtləşməsi beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin artması nəticəsində kişi cinsiyyət orqanına gedən qandakı artım ilə mümkün olur. Erektil disfunksiya da cinsi əlaqə zamanı istəyin olmaması, pen*sin yaxşı sərtləşməməsi, müddətin idarə oluna bilməməsidir.
🚻Erektil disfunksiyanın səbəblərinə sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabı xəstəlikləri, erektil mexanizmə cavabdeh olan damarlarda arterial qan axınının lazımi qədər olmaması, şəkərli diabet xəstələrində damarlarda və sinirlərdə gedən dəyişikliklər səbəbiylə yaranan erektil disfunksiya, cinsiyyət üzvü travmaları, sinir sistemi ilə əlaqəli pozuntular, hormonal pozuntular, onurğa sütunu travmaları, damar xəstəlikləri, kiçik çanaq orqanlarında əməliyyatlar, bir sıra dərman preparatlarının qəbulu, psixoloji səbəblər ( həyəcan, qorxu, utanma, stress, depresiya, asılılıqları) aid edilir.
Normalda erektil disfunksiya cinsi fəaliyyətin tam itirilməsinə səbəb olmur. Sadəcə bu problem kişilərə psixoloji sıxıntı yaşada bilir. O adətən orta və daha yüksək yaşlarda, nadir hallarda isə cavanlarda yaranır.
💊Erektil disfunksiya diaqnozu cinsi partnyor olduğu halda üç aydan artıq müddətdə erektil disfunksiyanın olması halında qoyulur. Müalicəsi çox hallarda müsbət nəticələnir. İlk öncə səbəbinin psixoloji və ya orqanik olduğu həkim tərəfindən müəyyən edilməlidir. Əgər dərman preparatları nəticə verməzsə cərrahi üsuldan istifadə edilir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Xaya artımının kistası.🟡Daha çox 20 yaşdan yuxarı kişilər arasında yayılmış xəstəlik olan xaya artımının kistası anadang...
23/04/2020

Xaya artımının kistası.
🟡Daha çox 20 yaşdan yuxarı kişilər arasında yayılmış xəstəlik olan xaya artımının kistası anadangəlmə və qazanılma ola bilər. Bu hal insanlar arasında "üçüncü xaya" olaraq da adlandırılır.
✅Kistanın əlamətləri yerləşdiyi yer və ölçüsünə görə dəyişir. Daha kiçik kistalar sadəcə narahatlıq yaradarkən böyük kistalar ağrı verə bilirlər. Təmas olduğu halda kista ağrılı olur.
💊Xaya artımının kistası vaxtında həkimə müraciət edilərsə müalicə edilir və sağalır. Gecikmə olarsa kista kanalcıqları sıxa və bununla da sonsuzluqla nəticələnə bilər. Buraya həm də kistanın irinləməsi, parçalanması, cırılması, cinsi zəiflik də aid edilir. Xəstənin kistanın hiss edərək həkimə müraciət etməsi o zaman baş tutur ki, kista kifayət qədər hiss edilə biləcək ölçüdə olsun. Bu isə 1sm və daha artıq ölçülərə aid edilir. Onlar həkimin əllə müayinəsi ilə müəyyənləşdirilirlər. Daha sonra həkim xayanın bədxassəli şişi inkar etdirmək üçün başqa diaqnostik metodlardan istifadə edir. Müalicə cərrahi üsulla aparılır. Daha sonra kistanın yenidən yaranması ehtimalı yoxdur.
👩‍⚕️Qeyd etməliyik ki, kistanın yaranmaması üçün xayalığı (travma, soyuqdəymə, iltihab) qorumaq lazımdır.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

❓❓Urolojik sualınız var?✅ Elə isə verin cavablayaq________________________________________Əlaqə vasitələrimiz:📲Tel:  (+9...
17/04/2020

❓❓Urolojik sualınız var?
✅ Elə isə verin cavablayaq

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

✅Sistit.Sistit Yunan sözü olub mənası "sidik kisəsi" deməkdir. Qadınlara nisbətən kişilər bu xəstəlikdən daha az əziyyət...
07/04/2020

✅Sistit.
Sistit Yunan sözü olub mənası "sidik kisəsi" deməkdir. Qadınlara nisbətən kişilər bu xəstəlikdən daha az əziyyət çəkirlər. Qadınların daha çox sistit olmasının səbəbi onlarda sidik kanalının geniş və qısa olmasıdır. Belə ki, bu zaman infeksiyanın sidik kisəsinə düşməsi asanlaşır.
🩸Bakteriyaların sidik kisəsinə düşməsi hər hansısa bir patologiya nəticəsində baş tutur. Əgər sistit zamanında müalicə edilməzsə xronikiləşir, böyrəklərə yayıla bilir. Bu isə öz növbəsində böyrək-sidik kisəsində zədələnmələri səbəb olur.
🚻Bəs sistitin əlamətləri nələrdir? Buraya sidik ifrazı zamanı yanma, qaşınma, tez-tez və az sidiyə getmə, tam olaraq boşalmama hissi, bulanıq, p*s qoxulu sidik ifrazı, cinsi əlaqə zamanı ağrı, sidikdə qan, qaşıq və göbək altı bölgədə ağrı, temperaturun artması, qusma və ürəkbulanma, yorğunluq və s. aid edilir. Sistitdə bəzi simptomlar sidik kisəsi ya da böyrək vərəmləri, sidik kisəsi və prostat şişləri ilə bənzəyirlər.
💊Müalicə üçün vaxt itirmədən uroloq ya da ginekoloqa müraciət etmək lazımdır. Sistitə yoluxmamaq üçün təmizliyə riayət etmək, çox ədviyyatlı yeməklər yeməmək, dar alt paltarlarından imtina etmək, spirtli içki qəbulunu məhdudlaşdırmaq, cinsi əlaqədən sonra sidiyə getmək, isti geyinmək, hərəkətli həyat sürmək məsləhət görülür.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Şəhidlər ölməz vətən bölünməz.________________________________________Əlaqə va...
02/04/2020

Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Şəhidlər ölməz vətən bölünməz.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

📍Kişilərdə ən çox yayılmış seksual problemlərdən biri də erkən boşalmadır. Hansı ki, kişiyə psixoloji olaraq mənfi təsir...
01/04/2020

📍Kişilərdə ən çox yayılmış seksual problemlərdən biri də erkən boşalmadır. Hansı ki, kişiyə psixoloji olaraq mənfi təsir edir, özünə inamlarını azaldır. Bu zaman partnyorlar arasındakı cinsi münasibətlər korlanır. ⚫Pen*s, prostat və xaya bölgəsində əzələnin lazımı qədər inkişaf etməməsi, ⚫testesteron səviyyəsindəki problemlər, ⚫alkoqol qəbulunun çox olması, ⚫spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması, ⚫uzun müddət sonra cinsi əlaqədə olmaq, ⚫rahat olmayan yerdə tezliklə yaranmış cinsi əlaqə, ⚫masturbasiyalar, ⚫pen*s dərisinin hədsiz həssaslığı və ⚫bəzi psixoloji məqamlar (qorxu, həyəcan, günah düşüncəsi, stresli həyat tərzi, çox ciddi ailənin övladı olmaq) erkən boşalmaya səbəb ola bilər.
Erkən boşalmanın müalicəsinə xəstəliyə səbəb olmuş digər bir xəstəliyin müalicəsi, cinsi və psixoloji terapiyaların qəbulu ilə müalicə, hədsiz həssaslığın prezervativ və keyləşdirici məlhəmlərlə müalicəsi, antidepressantlar, anksiolitidlər vasitəsilə müalicə, cərrahi müalicə aid edilir.
☝️Erkən boşalmanın qarşısını almaq üçün qeyd edilən məsələlərə diqqət yetirmək lazımdır:
🛑davamlı normal cinsi həyatın yaşanılması,
🛑cinsi əlaqə zamanı diqqətin ayrı yerə yönəldilməsi,
🛑kişi cinsiyyət orqanının dərin daxil edilməsi ilə qısa təkanların verilməsi, 🛑yüksək həssaslığı olan kişilərdə prezervativdən, keyləşdirici məlhəmlərdən istifadə edilməsi,
🛑kişinin cavan olması halında cinsi əlaqədən öncə masturbasiya edilməsi,
🛑əlaqə zamanı gözlərin bağlanması, 🛑pozaların dəyişdirilməsi.
Erkən boşalmanı müalicəyə başlamazdan öncə həkim problemin psixoloji və ya fiziki səbəblərdən qaynaqlandığını ayırd etməlidir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Address

Baku

Telephone

+994993090708

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Uroloji Androloji Mərkəz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category