Dermatoonkoloq

Dermatoonkoloq Dəri xərçəngi haqqında maarfiləndirici məlumatlar Dəridə yaranan törəmələrin dermatoskopiyas, biopsiyası və ləğvi. ləğvi

Dəri xərçənginin o cümlədən melanoma və bazaliomanın erkən diaqnostikası. Xoşxassəli dəri törəmələrinin o cümlədən ət xallarının, papillomaların, kandilomaların, ziyillərin və s.

28/11/2025

– Xalların müayinəsi dermatoskopla aparılır ☝ Dermatoskop nədir ❓❓

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

– Dəridə qəhvəyi ləkəsi olan xəstələr mütləq ən azı ömründə bir dəfə dermatoloq 🔎🔎🔎 müayinəsində olmalı və ləkəsinin mən...
17/11/2025

– Dəridə qəhvəyi ləkəsi olan xəstələr mütləq ən azı ömründə bir dəfə dermatoloq 🔎🔎🔎 müayinəsində olmalı və ləkəsinin mənşəyini eləcə də onkoloji 🦀🦀🦀 riskini bilməlidir. Cünki dəridə bənzər tüklü qəhvəyi ləkələr gələcəkdə xəstəni dərinin ən bədxassəli dəri xərçəngi olan melanoma problemi ilə üz-üzə qoya bilər. Xüsusən körpələrdə 👶👶👶 anadangəlmə bu cür qəhvəyi rəngli ləkələrə qarşı diqqətli olmaq lazımdır. Lakin, digər qrup xəstələrdə bu cür ləkələr daha çox genetik xəstəliklərə işarə ola bilər. Xoşbəxtlikdən bu xəstəmizi sevindirə 😌😌😌 bildik. Ki böyük ölçülü dəri ləkəsinin onkoloji riski yoxdur və bu cür ləkəyə müdaxilə edilməməsini tövsiyyə etdik. Keçmiş olsun ‼

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Tibbi 🏥🏥🏥 mədəniyyəti səviyyəsi yüksək olan daha bir pasientimiz. Bu pasientimiz üzündəki xala görə gəlmişdi ki, öyrən...
16/11/2025

– Tibbi 🏥🏥🏥 mədəniyyəti səviyyəsi yüksək olan daha bir pasientimiz. Bu pasientimiz üzündəki xala görə gəlmişdi ki, öyrənsin bunu necə götürmək olar. Təəssüf ki, ölkəmizdə insanlarımız saxta kosmetoloq, lazeroloq və s. təsiri nəticəsində hələ də ''xalı lazerlə ⚡️⚡️⚡️ necəyə götürürsüz?'' deyə suallar verirlər. Ancaq sevinirəm ki, çox az olsa da tibbi kültürü olan vətəndaşlarımız var və dermatoonkoloji prinsiplərə əhəmiyyət və hörmət edərək dermatoloq məsləhətinə gəlirlər. Bəli bu cür xalları götürmək üçün mütləq dermatoloqun dermatoskopik 🔎🔎🔎 müayinəsi lazımdır. Qərar yalnız bundan sonra verilir. Bu xəstə müayinə edildi və bu cür törəmənin lazerlə götürülməsini tövsiyyə etmədik. Xallar və törəmələr mənşəyinə görə düzgün götürülməsə həyati təhlükəli fəsadlar verə bilər. Hörmətlə ‼

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

13/11/2025

– HPV papillomalarının müalicəsi | Maye azot ilə müalicə | Cinsi ziyillərdən qurtulun 🧴💨🧴💨🧴💨

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

– Əgər yenidoğulanlarda və körpələrdə 👶👶👶 bu qədər böyük və qəhvəyi rəngli ləkələr varsa mütləq dermatoloq dermatoskopik...
11/08/2025

– Əgər yenidoğulanlarda və körpələrdə 👶👶👶 bu qədər böyük və qəhvəyi rəngli ləkələr varsa mütləq dermatoloq dermatoskopik 🔎🔎🔎 müayinə etməlidir. Cünki, vaxtında bu cür törəmələrin mənşəyi təyin edilməlidir. Bu cür ləkələrin bəziləri bəbəşin gələcəyi üçün onkoloji 🦀🦀🦀 risk daşıyır. Bəzi ləkələr isə lokal malfarmasiya və genetik 🧬🧬🧬 xəstəliklərə işarə ola bilər. Bu cür törəmələrin çarəsinə elə körpəlik zamanı baxmaq lazımdır. Bu gün də eyni düşüncə ilə valideynləri körpəni Kutanoz Klinikaya 🏥🏥🏥 gətirdilər və ətraflı müayinədən sonra ləkənin onkoloji risk daşıdığı təyin edildi və müvafiq qoruyucu ☂️☂️☂️ tədbirlər görüldü. Keçmiş olsun ‼

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Dəridəki xallara və törəmələrə biganə qalmayın ☝☝☝ Onlardan dəri xərçəngi də meydana gələ bilər və ya yeni yaranmaqda ...
04/05/2025

– Dəridəki xallara və törəmələrə biganə qalmayın ☝☝☝ Onlardan dəri xərçəngi də meydana gələ bilər və ya yeni yaranmaqda olan bir ləkə dəri xərçənginin 🦀🦀🦀 özü ola bilər. Bu pasientimzidə olduğu kimi. Baldırında son zamanlar qanamaya meyilli qırmızı-qara rəngli ləkənin dərinin ən bədxassəli və metastaz verən dəri xərçəngi olduğunu təyin 🔎🔎🔎 etdik. Melanoma adı verilən bu xərçəng öldürmə qabiliyyətinə malikdir. Lakin xoşbəxtlikdən xəstədə metastaz aşkar edilmədi. Vaxtında çarəsinə baxmaqla xəstənin sağlığına və həyatına öz tövhəmizi vermişi olduq. Keçmiş olsun ‼️

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Daha bir pasientimizə dəri xərçəngi 🦀🦀🦀 diaqnozu qoyası oldu. Dəridə yaranan xüsusən qara rəngli dəri törəmələrə və ya...
02/05/2025

– Daha bir pasientimizə dəri xərçəngi 🦀🦀🦀 diaqnozu qoyası oldu. Dəridə yaranan xüsusən qara rəngli dəri törəmələrə və yaralara qarşı diqqətli olmaq lazımdır ☝️☝️☝️ Xüsusən yaşlılarda dəri xərçəngi olma riski daha yüksəkdir. Ən çox üz dərisində və günəşin ☀️☀️☀️ gördüyü bütün açıq sahələrdə yeni yaranmış və sürətlə böyüməkdə davam edən xalları və törəmələri dermatoonkoloqa 🔎🔎🔎 göstərmək lazımdır ki, dəri xərçəngini inkar etsin. Bu pasientimizdə olduğu kimi. Dəri xərçəngindən qurtulmağın yeganə yolu erkən diaqnostikadır ☝️☝️☝️ Keçmiş olsun ‼

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Qaşıntılı və qabıqlı dəri xəstəliyi şikayəti ilə müraciət edən pasientimizin müayinəsi 🔎🔎🔎 əsnasında məmə giləsinin de...
27/04/2025

– Qaşıntılı və qabıqlı dəri xəstəliyi şikayəti ilə müraciət edən pasientimizin müayinəsi 🔎🔎🔎 əsnasında məmə giləsinin deformasiya edən bu cür bir törəmə aşkarlandı. Bu cür törəmələr təbi ki, süd vəzisi 🛎🛎 xərçənginin gecikmiş əlaməti sayılır. Bu xəstəmizdə təəssüf ki, dəri problemi ikinci plana düşərək xəstə mammoloqa istiqamətləndirildi. Risk altında olan qadınlar süd vəzisi müayinəsini 🩻🩻🩻 vaxtdaşırı etməlidirlər. Məmədə bərkimə və gilə ətrafı çəkilmə və deformasiya varsa vaxtında ümumi cərraha müraciət etməlidirlər. Dəridə yaranan bu cür törəmələr zamanı isə dermatoonkoloq baxışı vacibdir. Gəlin dəridəki yaralara, xallara və törəmələrə etinasız yanaşmayaq. Keçmiş olsun ‼️

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Bir dəfə ürəyə 💙💙💙 bənzər dəri xərçəngi paylaşmışdıq. Bu dəfəki dəri xərçəngi çiçəyə 🌸🌸🌸 bənzəyirdi. Dəridəki xallara ...
17/10/2024

– Bir dəfə ürəyə 💙💙💙 bənzər dəri xərçəngi paylaşmışdıq. Bu dəfəki dəri xərçəngi çiçəyə 🌸🌸🌸 bənzəyirdi. Dəridəki xallara və törəmələrə biganə qalmayın zamanında müayinə etdirib aqibətinə baxmaq lazımdır. Xüsusən gözaltında 👁👁👁yarananlara diqqətli yanaşmaq lazımdır. Cünki, dəri xərçəngi 🦀🦀🦀 dərinləşərək göz qapaqlarının deformasiyasına gətirib çıxarda bilər, hətta gözü belə cənginə ala bilər. Bu pasientimiz də gözaltında meydana gələn qanamaya meyilli xalın çarəsinə baxmaq üçün Kutanoz Klinikaya 🏥🏥🏥 müraciət etmişdir. Diaqnozunu dəqiqləşdirəndən sonra müalicə tətbirləri görüldü. Keçmiş olsun ‼️

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 051 444 66 44
🌐 kutanozklinika.com/dermatoloq-mehdi

, ,

– Burunda 👃👃👃 bəzən təkərə ⚙️⚙️⚙️ bənzər bax bu cür qalın törəmələr yarana bilər. Bu cür törəmələr bəzən bir ayın içində...
25/12/2023

– Burunda 👃👃👃 bəzən təkərə ⚙️⚙️⚙️ bənzər bax bu cür qalın törəmələr yarana bilər. Bu cür törəmələr bəzən bir ayın içində qısa zamanda anidən yarana bilər bu pasientimizdə olduğu kimi. Bu cür dəri şişləri xərçəngi önü vəziyyəti yaradır və onlardan vaxtında qurtulmaq lazımdır. Üstünə vaxtında düşülməsə zamanla dəri xərçənginə 🦀🦀🦀 də çevrilə bilər. Odur ki, dəridə yaranan xallar və törəmələri aylar illər böyu gözləməyi tövsiyyə etmirik. Vaxtında dermatoloq müayinə 🔎🔎🔎 edib rəy verməlidir. Keçmiş olsun ‼️

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 (051) 444 66 44
🌐 kutanozklinika.com

- Uzun illər pullu dəmrov, ekzema və dərinin digər xəstəlikləri adı ilə müxtəlif müalicələr 💊💊💊 alan xəstəmiz ən son Kut...
20/12/2023

- Uzun illər pullu dəmrov, ekzema və dərinin digər xəstəlikləri adı ilə müxtəlif müalicələr 💊💊💊 alan xəstəmiz ən son Kutanoz Klinikada 🏥🏥🏥 bizi müraciət etdi. Aparılmış ətraflı müayinələrdən 🔎🔎🔎 sonra xəstədə əslində dərinin onkoloji xəstəliyi aşkar edildi. Bəli dəri xərçəngi 🦀🦀🦀 sadəcə dəri törəməsi və şiş kimi özünü göstərmir. Bəzi dərinin onkoloji xəstəlikləri məhz özünü dəmrov tipində, qabıqlı, qaşıntılı qızartılar şəklində özünü biruzə verir. Belə xəstəliklərdə erkən diaqnoz vacibdir ki, vaxtında xəstəliyin qarşısı alınsın. Diqqətli olmaq lazımdır ☝️☝️☝️ Keşmiş olsun ‼️

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 (051) 444 66 44
🌐 kutanozklinika.com

– Dermatoonkoloq olaraq fəaliyyətimiz davam edir. Düşünürdülər ki, adi ət xalıdır bir problem olmaz uzada-uzada durdular...
07/12/2023

– Dermatoonkoloq olaraq fəaliyyətimiz davam edir. Düşünürdülər ki, adi ət xalıdır bir problem olmaz uzada-uzada durdular ancaq dəri xərçəngi 🦀🦀🦀 çıxdı sonucda. Qanama 🩸🩸🩸 şikayəti ilə müraciət edən pasientimizdən əlavə müayinələr istənildi və diaqnozun dəri xərçəngi olduğu təsdiqləndi. Dəridəki xal qanama verirsə artıq gecikmədən söhbət etmək olar. Odur ki, dəridəki törəmə və xalları vaxtında müayinə etdirmək lazımdır ☝☝☝ Keçmiş olsun ‼

✅ Kutanoz Klinika | Dəri Xəstəlikləri Mərkəzi
☎️ (012) 561 66 99
📞 (051) 444 66 44
🌐 kutanozklinika.com

Address

Baku
1108

Alerts

Be the first to know and let us send you an email when Dermatoonkoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dermatoonkoloq:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Erkən diaqnoz can qurtarır

Dəri xərçəngindən xüsusən melanomadan qurtulmağın yeganə yolu erkən diaqnozdur. Erkən diaqnoz üçün isə xəstələr dəridəki törəmələrinə qarşı həssas olmalıdırlar və zamanında, gecikdirmədən dermatoonkoloqa müraciət etməlidirlər. Vəssalam!