Ağrılardan Azad Olun

Ağrılardan Azad Olun 🔸️Bel ağrıları
🔸️onurğada ağrılar
🔸️Diz ağrları
🔸️İdman zədələri
?

👨‍⚕️🔻• Onurğamız,adətən, 33 fəqərədən ibarətdir. Fizioloji əyriklərə görə onurğamız müəyyən hərəkətləri rahatlıqla edir:...
04/12/2021

👨‍⚕️🔻• Onurğamız,adətən, 33 fəqərədən ibarətdir. Fizioloji əyriklərə görə onurğamız müəyyən hərəkətləri rahatlıqla edir: qaçış zamanı, tullananda, yeriyəndə onurğa prujin kimi işləyir.

Onurğanın anatomik əyriklərinə aiddir:

✓ Boyun lordozu. Yerləşir boyun hissəsində, qövs şəkildədir, qövsun zirvəsi yuxarı baxır.

✓ Döş kifozu: yerləşməsi onurğanın döş hissəsindədir, qövs şəkildədir, zirvəsi arxaya baxır.

✓Bel lordozu. Onurğanın bel hissəsindədir. Qövsun zirvəsi önə baxır.

✓ Oma kifozu bel lordozu kimidir, lakin, bir qədər sərt fiksə olunub.

Əgər, onurğanın hansısa bir və ya iki tərəfə əyilibsə, onda ,,skolioz" diaqnozu qoyulur. 70% hallarda skoliozun əmələ gəlmə səbəbləri naməlumdur. O zaman, idiopatik skoliozdan söhbət gedir. Belə növ skoliozlar qızlarda daha
tez rast gəlinir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

Başın sağ olsun, VƏTƏN!
30/11/2021

Başın sağ olsun, VƏTƏN!

29/11/2021

👨‍⚕️Bel ağrılarından əziyyət çəkirsiniz? Odur ki, buyurun, gəlin, ağrılarınızdan qurtulun.🔺

🔹️100 faiz təbii və effektiv fitoaplikantımız sayəsində ilk prosedurdan AĞRILARDAN AZAD OLUN.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻• Yuxu rejiminizə diqqət edin.• Gün ərzində mütəmadi şəkildə əllərinizi yuyun.• Fiziki aktiv olun və evdə idman hər...
25/11/2021

👨‍⚕️🔻• Yuxu rejiminizə diqqət edin.
• Gün ərzində mütəmadi şəkildə əllərinizi yuyun.
• Fiziki aktiv olun və evdə idman hərəkətləri edin.
• Bol miqdarda meyvə-tərəvəz yeyin.
• Gündəlik normanıza uyğun su için.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻Bizə müraciət edən pasiyentlərin ən geniş şikayətlərdən biri oturaq sinirin iltihabıdır. Elmi dilində "işias" adlan...
24/11/2021

👨‍⚕️🔻Bizə müraciət edən pasiyentlərin ən geniş şikayətlərdən biri oturaq sinirin iltihabıdır. Elmi dilində "işias" adlandırılır.🤔

Həmin iltihab zamanı ağrılar ayağın arxa səthi ilə, çanaq hissəsindən başlayaraq, ayaq boyunca, aşağı doğru yayılır. Hərəkət zamanı, beldən əyiləndə, uzanan vəziyyətdə ayağı düz qaldıranda həmin ağrılar baş verir. 🤕👨‍🦯

Çox vaxt, oturarkən,çanaq əzələləri sıxılır yenə də ağrı baş verir. Bu ağrılar insana diskomfort verir, həyat keyfiyyətini aşağı salır, idmanla məşğul olmağa, maşın sürməyə və digər hərəkətlərə əngəl törədir.

Səbəblər:
- ən geniş səbəblərdən biri fəqərəarası yırtıq,
-osteoxondroz zamanı fəqərəarası məsafələrin daralması nəticəsində sinir kökləri sıxılır və iltihablaşır,
- bədənin soyuqlanması,
-dayaq-hərəkət aparatın travmaları,
-şişlər,
-şəkərli diabet,
-abses,
-çanaq orqanların infeksiyaları.

Qeyd etmək lazımdır ki, hamiləlik vaxtı da işias tez- tez baş verir, dölün bel fəqərələrə olan təsirdən həm qamət, həm də mexaniki hərəkətlər dəyişilir və sinir kökləri sıxılır.🤰
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️🔻Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur. Dayaq-hərəkət sistemi ən çox yüklə...
23/11/2021

👨‍⚕️🔻Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur. Dayaq-hərəkət sistemi ən çox yüklənən sistemlərdəndir və hamiləlikdə bel ağrıları bir çox qadınları narahat edən şikayətlərdəndir. Adi hallarda müxtəlif ağrıkəsicilərdən istifadə etmək mümkün olsa da hamiləlik zamanı əks göstərişlər çoxdur və ağrıkəsicilərdən istifadə zamanı xüsusilə ehtiyatlı olmaq gərəkdir.Hamiləlikdə yaranan bel ağrıları zamanı alternativ müalicə üsulları köməyinizə çatacaqdır. 🔻Hamiləlikdə bel ağrılarının yaranma səbəbləri

Hamiləlikdə yaranan bel ağrıları həm fizioloji, həm də müxtəlif xəstəliklərin səbəbi kimi yarana bilər. Hamiləliyin özü aşağıdakı mexanizmləri işə salır:
🔻Qadının çəkisinin artması;
Uşaqlığın ölçülərinin artması;
Ağırlıq mərkəzinin önə doğru yerdəyişməsi;
Onurğa sütununun formasının dəyişməsi
Çanaq sümüklərinin böyüməsi.
Bütün bu əlamətlər hamiləlikdə onurğa sütununa yüklənmənin artmasına, əzələlərin gərginləşməsinə və ağrının yaranmasına səbəb olur. Relaksin hormonunun hamiləlikdə artmaslı vəziyyəti daha da ağırlaşdırır. Bağların elastikliyin artmasına, dölün doğuş yollarından rahatlıqla keçməsinə xidmət edən relaksin hormonu, onurğa sütununda fəqərələrin ətrafındakı bağların da boşalmasına səbəb olur və bu zaman fəqərəarası disklərin zədələnməsi üçün şərait yaradır. Bu faktorların təsiri hamiləliyin son aylarında daha çox nəzərə çarpır.
🔻Hamiləliyin erkən mərhələlərində yaranan bel ağrıları, qadında əvvəlcədən hər hansı bir fəqərə sütünu problemi, ginekoloji patologiya və ya həzm sistemi xəstəliklərinin olması haqqında məlumat verir. Məhz ona görə də erkən mərhələdə yaranan bel ağrıları zamanı mütləq həkim qəbulunda olmaq məsləhətdir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi sə...
22/11/2021

👨‍⚕️4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir. Uşaqlarda bel ağrıları necə büruzə verir?

✓Kəskin ağrıdırsa, uşağın hərəkət etməsinə mane olur və yuxudan oyadırsa;

✔Qızdırma, öskürək, çəki itirilməsi, halsızlıq yaşanırsa;
✔Altını batırmaq, sidik saxlamamaq, ayaqlarda gücsüzlük, keyimə, qıdıqlanma kimi nevroloji əlamətlər varsa;
✔ Ağrı ayaqlara kimi yayılırsa;
✔ Avtomobil qəzası və ya ya yıxılma kimi bir travma nəticəsində ortaya çıxıbsa, mütləq həkimə müraciət edilməlidir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Radikulit fəqərəarasına daxil olan sinirlərin kök iltihabıdır. Radikulit əksər hallarda osteoxondroz, bəzən isə trav...
20/11/2021

👨‍⚕️Radikulit fəqərəarasına daxil olan sinirlərin kök iltihabıdır. Radikulit əksər hallarda osteoxondroz, bəzən isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Xəstəliyin simptomlarına normal yerişin pozulması, oturarkən və ya yatarkən ayağın refleks əyilməsi, həssaslığın itirilməsi, artan tərləmə, dəridə bulanıqlıq, əzələ toxumasının zəifləməsi, baş ağrısı, baş gicəllənmə və s. aid edilir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Sümüklərin düşməni 6 zərərli vərdiş• Hərəkətsiz həyat tərzi• Protein çatışmazlığı• Yeməklərdə normadan artıq duz ist...
19/11/2021

👨‍⚕️Sümüklərin düşməni 6 zərərli vərdiş
• Hərəkətsiz həyat tərzi
• Protein çatışmazlığı
• Yeməklərdə normadan artıq duz istifadəsi
• Siqaret çəkmək
• Bol miqdarda kofe qəbulu
• Kalsium çatışmazlığı
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Əzələ ağrısı bədənin lokal bir yeri, ya da bütün bədəni əhatə edə bilər. Onun intensivliyi kiçik ağrıdan əzabverici ...
18/11/2021

👨‍⚕️Əzələ ağrısı bədənin lokal bir yeri, ya da bütün bədəni əhatə edə bilər. Onun intensivliyi kiçik ağrıdan əzabverici ağrıya qədər ola bilər.
Əzələlərdə ağrı, əksəriyyət halda, öz-özünə keçir, lakin, elə ağrılar var ki,aylarla davam edir.

Səbəblər:
➡️ Lokal ağrılarda- gərginlik, stress, həddindən artıq fiziki yüklənmə, yüngül travmalar
➡️ Bütün bədəni əhatə edən ağrılarda - infeksiya, sistem xəstəlikləri, dərmanların fəsadları

Əzələlərdə olan ağrıların geniş yayılmış səbəblər:
✴ xroniki yorğunluq sindromu;
✴ fasiləli axsama;
✴ Dermatomiozit;
✴ Distoniya;
✴ Fibromialgiya;
✴ Hipotireoz( qalxanabənzər vəzin çatışmazlığı);
✴Grip və digər virus infeksiyaları;
✴Qırmızı qurd eşənəyi;
✴ Laym xəstəliyi;
✴ Əzələlərdə qıcolma;
✴ Miofassial ağrı sindromu;
✴ Revmatik polimialgiya;
✴Polimiozit( əzələ zəifliyini yaradan iltihab proses);
✴ Təkrarlanan gərginliyin travmaları;
✴ Revmatoid artriti (oynaqların iltihab xəstəliyi);
✴Gərilmə.

Bədəndə ağrılar və ya digər xoşagəlməz hisslər olarsa, həkimə müraciət etmək lazımdır.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Beldə olan ağrılarla hər insan rastlaşıb. Kimdəsə bu ağrilar keçici, kimdə isə daimi xarakter daşıyır. Çox adam, ağr...
17/11/2021

👨‍⚕️Beldə olan ağrılarla hər insan rastlaşıb. Kimdəsə bu ağrilar keçici, kimdə isə daimi xarakter daşıyır. Çox adam, ağrıları yaradan səbəblərini düşünmədən, ağrıları kəsmək üçün ağrıkəsici, qeyristeroid iltihab əleyhinə preparatlardan istifadə edir. Belə səhlənkar yanaşma nəticəsində sağlamlığa ciddi ziyan dəyə bilər.

Diskomfort yaranan zaman, ilk növbədə, onu yaradan səbəbi axtarıb aydınlaşdırandan sonra müalicəyə keçmək lazımdır.

Onurğamız bədənimizin dayağıdır, qoruyucudur. Xroniki ağrılar əmələ gəlibsə, bu o deməkdir ki, hansı bir funksiyasında pozulma baş verib.

Sancı şəkildə ağrıların səbəbləri:
🔹miozit;
🔹lyumbaqo;
🔹fəqərəarası yırtıq.

Ağır yük qaldıranda, fiziki iş görəndə, bədənə soyuq dəyəndə, uzun müddət bir vəziyyətdə qalanda ağrılar kəskinləşir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

👨‍⚕️Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğ...
16/11/2021

👨‍⚕️Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğanın boyun şöbəsinin hərəkət seqmenti fəqərə arası disk, faset və unkovertebral adlandırılan oynaqlardan təşkil olunmuşdur. Boyun fəqərələrinin degenerasiyası fəqərə arası diskdən başlayır və bu digər qonşu oynaqlarda ikincili dəyişikliklərə səbəb olur. Degenerasiyaya bir cavab olaraq vücud bu elementləri daha dayanıqlı olan kirəc yapılarla dəyişdirməyə başlayır. Çünkü artıq bu yapılar təzyiqlərə qarşı mühafizə edə bilməməsindən irəli gəlir. Bu bir növ əlinizlə kobud, uzun müddətli iş gördükdən sonra ovuc içindəki dərinin qalınlaşmasına bənzər bir haldır. Fəqərə sütunundakı degenerasiya müddəti spondilyoz olaraq adlandırılır. Servikal spondilyoz adətən orta və iləri yaşdakı insanlarda rast gəlinir. Ancaq müasir dövrdə bu patalogiya cavanlaşan xəstəliklər arasında yer almaqdadır. Belə ki artıq gənclərdə də bu xəstəliklərə tez tez rast gəlinir. Bu xəstəlik proqressiv onurğa beyni və sinir kökü sıxılmasının ən yayğın səbəbidir.
_____________________

Azad Əliyev

☎️(+99470)324 7337

📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A

Address

Baku
1069

Website

Alerts

Be the first to know and let us send you an email when Ağrılardan Azad Olun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category