Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq

Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq Türkiyədə ixtisaslaşmış Pediatr-Nevroloq və EEQ üzrə mütəxəssis Dr. Sahilə Əliəkbərova

Araşdırmalara görə, autizmli uşaqların təxminən 30%-də epileptik tutmalar müşahidə olunur.Hər iki vəziyyət beynin elektr...
17/11/2025

Araşdırmalara görə, autizmli uşaqların təxminən 30%-də epileptik tutmalar müşahidə olunur.

Hər iki vəziyyət beynin elektrik aktivliyindəki pozğunluqlarla əlaqəlidir. Beynin sinir hüceyrələri düzgün işləmədikdə, həm davranış və sosial bacarıqlarda gerilik, həm də epileptik boşalmalar meydana gələ bilər.

Valideyn nələrə diqqət etməlidir?
Autizmli uşaqlarda epilepsiya hər zaman klassik qıcolma kimi görünmür. Bəzən:
〰️ uşaq bir neçə saniyəlik “donub qalır”,
〰️ baxışını bir nöqtəyə zilləyir,
〰️ ani davranış dəyişikliyi və ya yuxululuq yaranır.

Bu əlamətlər müşahidə olunarsa, EEQ müayinəsi və nevroloji qiymətləndirmə vacibdir. Müalicə düzgün aparıldıqda, epilepsiya nəzarət altına alınır və uşağın inkişafı daha stabil olur.

Autizmli uşaqda hər dəyişiklik “xasiyyət” deyil, bəzən beynin köməyə çağırışıdır.
Erkən diaqnoz – uşağın gələcəyinə atılan ən vacib addımdır.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

Piridoksin (Vitamin B6) çatışmazlığına bağlı yenidoğulan qıcolmaları — sadə bir vitaminlə dayanan qıcolmalar!📲0554553594...
14/11/2025

Piridoksin (Vitamin B6) çatışmazlığına bağlı yenidoğulan qıcolmaları — sadə bir vitaminlə dayanan qıcolmalar!

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

🔅Uşaqlarda EEQ ağrısız və təhlükəsizdir!EEQ (elektroensefaloqrafiya) uşaqlarda yuxu pozuntuları, baş ağrıları, diqqət da...
13/11/2025

🔅Uşaqlarda EEQ ağrısız və təhlükəsizdir!

EEQ (elektroensefaloqrafiya) uşaqlarda yuxu pozuntuları, baş ağrıları, diqqət dağınıqlığı və epileptik tutmaların səbəbini müəyyən etməkdə ən etibarlı üsullardan biridir.

Müayinə zamanı uşaq rahat vəziyyətdə uzanır, bəzən isə yuxuya verilir. Prosedur tamamilə ağrısız, təhlükəsizdir.
Uşaq heç bir şüaya məruz qalmır — sadəcə baş dərisinə yerləşdirilən kiçik elektrodlar vasitəsilə beyin dalğaları qeydə alınır.

EEQ bizə nə verir?
🔅Erkən diaqnoz və düzgün müalicə planı
🔅Beyin fəaliyyətinin obyektiv qiymətləndirilməsi

Uşaq praktikasında EEQ-dən istifadə etmək üçün hər yaş dövründə uşağın beyin qabığının bioelektrik fəaliyyətinin xarakterik xüsusiyyətlərini bilmək və uşaqlarda EEQ formalaşması prosesini başa düşmək lazımdır.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

Qıcolmalar hər yaşda olan uşaqlarda baş verə bilən ümumi nevroloji xəstəlikdir. Febril qıcolmalar, absans, generalizə ol...
07/11/2025

Qıcolmalar hər yaşda olan uşaqlarda baş verə bilən ümumi nevroloji xəstəlikdir. Febril qıcolmalar, absans, generalizə olunmuş tonik-klonik və fokal qıcolmalar uşaqlarda ən çox rast gəlinən qıcolma növlərindəndir.

Qıcolmalar tək bir səbəbdən qaynaqlanmır. Onlar həm genetik, həm də sonradan qazanılmış müxtəlif faktorların təsiri ilə baş verə bilər.

Valideynlərin qıcolmaları artıran yaxud tətikləyən faktorları bilməsi vacibdir.
Ən çox rast gəlinən tətikləyici faktorlar:
🔆 Yüksək hərarət – febril qıcolmalar
🔆 Doğuş travmaları və perinatal dövrdə beyin zədələri
🔆 Beyin inkişafında pozğunluqlar
🔆 İnfeksiyalar – meningit, ensefalit və s.
🔆 Metabolik dəyişikliklər – şəkər, duz, elektrolit balansının pozulması
🔆 Struktur dəyişikliklər – beyində kista, şiş və ya digər anomaliyalar

Qıcolma zamanı uşağa düzgün yanaşmaq həyati əhəmiyyət daşıyır. Valideynlər üçün vacib tövsiyə:
🔆 Panik etməyin, uşağı zərər görməyəcəyi bir yerə yerləşdirin
🔆 Boğazını qoruyun, ağzına heç nə qoymayın
🔆 Qıcolma 5 dəqiqədən uzun çəkirsə, dərhal həkimə müraciət edin

Hər bir qıcolma halı ciddi yanaşma tələb edir və vaxtında nevroloji müayinə, o cümlədən EEG kimi diaqnostik testlər zəruri ola bilər.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

06/11/2025

Sağlam inkişafın ilk addımı

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

05/11/2025

Elektroensefaloqrafiya nədir nə zaman çəkilir?

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Uşaqlarda tiroid yetməzliyi hansı nevroloji problemlərə səbəb olar?📲0554553594📍Məlhəm Beynəlxalq Hospital, Respublika Di...
04/11/2025

Uşaqlarda tiroid yetməzliyi hansı nevroloji problemlərə səbəb olar?

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Tsiklik qusma sindromu, səbəbi məlum olmayan, təkrarlayan şiddətli qusma halları ilə xarakterizə olunan xəstəlikdir. Bu ...
31/10/2025

Tsiklik qusma sindromu, səbəbi məlum olmayan, təkrarlayan şiddətli qusma halları ilə xarakterizə olunan xəstəlikdir. Bu sindrom adətən 3–7 yaş arası uşaqlarda başlayır, lakin bütün yaş qruplarında görülə bilər. Ataklar arasında uşaqlar ümumiyyətlə tam sağlam olur və bu dövrlər həftələrlə davam edə bilər.

Tsiklik qusma sindromunun əlamətləri adətən səhərlər başlayır və aşağədakılardır:
🔆 Təkrarlayan qusma halları (adətən 3 dəfə və ya daha çox)
🔆 Güclü ürəkbulanma və tərləmə
🔆 Qarın ağrısı, ishal
🔆 Başgicəllənmə, ışığa həssaslıq, baş ağrısı

Tsiklik qusma sindromunun dəqiq səbəbi məlum deyil, lakin aşağıdakı faktorlar sindromu başlada bilər:
🔆 Soyuqdəymə, allergiya və ya sinus problemləri
🔆 Duyğusal stres və ya həyəcan, anksiyetə və panik ataklar
🔆 Kofein, şokolad və pendir kimi bəzi qida və içkilər
🔆 Həddindən artıq yemək, yatmazdan əvvəl yemək, ac qalmaq
🔆 İsti hava, fiziki yorğunluq, yol tutması
🔆 Genetik səbəblər
🔆 Həzm problemləri
🔆 Hormon balanssızlıqları

Bundan əlavə, miqren ilə tsiklik qusma sindromu arasında əlaqə olduğu düşünülür. Belə uşaqların bir çoxunun ailəsində və ya özündə miqren var.

Tsiklik qusma sindromunun müalicəsi, atakları başladan faktorların qarşısını almağa kömək edən həyat tərzi dəyişikliklərini əhatə edir. Həmçinin, ürəkbulanma əleyhinə və miqren müalicələri də simptomların azaldılmasına kömək edə bilər.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

29/10/2025

Uşaqlarda barmaq ucunda yerimə

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

2 yaş oldu, hələ danışmır normaldır?📲0554553594📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi
27/10/2025

2 yaş oldu, hələ danışmır normaldır?

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

25/10/2025

Uşaqlarda baş ağrısı nə zaman təhlükəlidir?

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Uşaqlar hər yaşda aktiv ola bilər, amma bəzən valideynlər hərəkətli uşaq ilə hiperaktivlik pozuntusunu qarışdırırlar.Hip...
22/10/2025

Uşaqlar hər yaşda aktiv ola bilər, amma bəzən valideynlər hərəkətli uşaq ilə hiperaktivlik pozuntusunu qarışdırırlar.

Hiperaktivlik yoxsa Enerji? Necə fərqləndirək?

Normal enerji:
🔆 Oyun zamanı və ya maraqlı fəaliyyətlərdə hərəkətlidir
🔆 İstirahət və diqqət tələb olunan vaxtlarda da sakitləşə bilir
🔆 Rutinə uyğunlaşır və valideynin tələblərinə cavab verir

Hiperaktivlik / DEHP (Diqqət əskikliyi və hiperaktivlik pozuntusu):
🔆 Daim hərəkətdədir, sakit otura bilmir
🔆 Diqqətini toplamaq çətindir, dərs və ya tapşırıq zamanı diqqəti tez yayınır
🔆 Həddindən artıq impulsiv davranışlar göstərir
🔆 Hərəkətlər gündəlik fəaliyyətə və sosial ünsiyyətə mane olur

Valideynlər üçün tövsiyə:
Uşağın davranışlarını müşahidə edin və həddindən artıq hərəkətlilik, diqqət əskikliyi və impulsivlik davam edirsə, pediatr və uşaq nevroloqu ilə məsləhətləşin.

Hərəkətli uşaq normal ola bilər, amma hiperaktivlik diqqət və davranış problemlərinə işarə edə bilər.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Address

Kral Hüseyn 66B
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994554553594

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category