27/11/2025
KONSTİTUSİYA VƏ SUVERENLİK İLİNƏ HƏSR OLUNMUŞ
AHMK 2025 – 5-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi
Tədbir çərçivəsində Səhiyyə Nazirliyinin həkim eksperti, hematoloq Şəhla Şabanova kongresin ilk gunu ilk paneldə moderator qismində çıxış edib. O, hematologiya sahəsində aparılan yeniliklər, klinik praktikada aktuallığını qoruyan mövzular və müasir müalicə yanaşmaları barədə paneli peşəkar şəkildə idarə edib.
Konqresdə həm yerli, həm də beynəlxalq mütəxəssislər iştirak edib, elmi müzakirələr, təqdimatlar və yeni tədqiqat nəticələri təqdim olunub. Qan xəstəliklərinin diaqnostika və müalicəsində innovativ yanaşmalar xüsusi diqqət mərkəzində olub.
Bu tədbir ölkəmizdə hematologiya sahəsinin inkişafına, elmi əməkdaşlığın genişlənməsinə və mütəxəssislər arasında təcrübə mübadiləsinə mühüm töhfə verib.
📞(+994)50 870 18 81
🏥Bakı Sağlamlıq Mərkəzi