Genesis Psychology

Genesis Psychology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Genesis Psychology, Medical and health, Baku.

Təbiətlə ünsiyyət stresi aradan qaldırır.  Elm adamları, ağız suyundakı "stress hormonu" kortizolun səviyyəsini ölçərək ...
03/09/2021

Təbiətlə ünsiyyət stresi aradan qaldırır. Elm adamları, ağız suyundakı "stress hormonu" kortizolun səviyyəsini ölçərək bunu etibarlı şəkildə təyin edə bilirlər.
Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) Barselona alimləri, beynəlxalq səviyyədə analoqu olmayan bir araşdırma aparıblar. Elmi iş prosesində əldə edilən nəticələr dənizlərin, çayların, göllərin yaxınlıqda yaşayan insanların sağlamlığına müsbət təsirini sübut edib.
Tədqiqatçılar psixi sağlamlığın və həyat keyfiyyətinin yaxşılaşdığını qeyd ediblər.

Psixi sağlamlığı qorumaq üçün təbiətdə zaman keçirmək faydalıdır🧚🏼‍♀️.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___


#психологбаку

Steven Levenkron və Abby Levenkron tərəfindən yazılmış  Stolen Tomorrows (Çalınan yarınlar- "Oğurlanmış sabahlar") kitab...
01/09/2021

Steven Levenkron və Abby Levenkron tərəfindən yazılmış Stolen Tomorrows (Çalınan yarınlar- "Oğurlanmış sabahlar") kitabı, uşaqlıqda cinsi zorakılıq qurbanı olan qadınlardan bəhs edir.
"Oğurlanmış sabahlar", özünə ziyan vurma, anoreksiya ilə bağlı yüksək səviyyədə işlər görmüş bir psixoterapevt tərəfindən yazılmışdır. O, cinsi zorakılığın psixologiyası barədə canlı təcrübələrini bölüşmüşdür. Verilmiş analizlər cinsi zorakılığın nəticələrini aydınlaşdırır.
Steven Levenkron və onun həyat yoldaşı Abby Levenkron qadınları uşaqlıqda uğradıqları və bir utanc mənbəəyi olaraq gördükləri bu zorakılığı düşünməyə, danışmağa və bu mövzuda dəstək görməyə çağırırlar.
Xoş mütaliələr!

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

̈lüm ̧am

Əgər bir uşaq zorakılığa məruz qalırsa və bu müddətdə o ağrı və dəhşət hiss edirsə, qüruru və özgüvəni alçaldılırsa, özü...
31/08/2021

Əgər bir uşaq zorakılığa məruz qalırsa və bu müddətdə o ağrı və dəhşət hiss edirsə, qüruru və özgüvəni alçaldılırsa, özünü təhlükədə və çarəsiz hiss etməsinə səbəb olunursa, onun gələcək həyatındakı seçimləri dəyişir, həmçinin edə bildikləri, bacarıqlarıyla bağlı da inamı və qabiliyyəti dəyişir. Qısacası onun gələcəyi və sabahları oğurlanır.
Uşaqlıqda məruz qalınan zorakılıq, çox fərqli nəticələr doğuraraq və qurbana irəlidə də ziyan verəcək davranışların inkişafına yol açaraq normal şəxsiyyət inkişafını öz reysindən çıxarır. Özünüqiymətləndirməsi düzgün səviyyədə formalaşmış şəxsiyyətlər sahib olduqları uğurlar qarşılığında dəstəklənmək istəyir və bu onların özlərinə olan inanclarını artırır, xoşbəxt olmalarına dəstək olur. Qayğıya və dəyərə layiq olduqlarını düşünürlər.
Özünüqiymətləndirməsi düzgün inkişaf etməmiş bir şəxs isə, yetərincə xoş münasibət görməmiş, zorakılığa uzun müddət məruz qalmış, həmçinin də lazımı qədər tərif görməmiş olduğu üçün dəyərli olduğunu düşünmür. Buna görə də onlar hər hansı bir uğur əldə etdikdən sonra gələn o özünə inamı, sevinci qəbul etmirlər.
Zəhərli suların ziyanlı təsirlərinin ağacın qabığının altında irəlilədiyi kimi, uşaqlıqda yaşanan zorakılıq və bu kimi başqa psixoloji şiddət formaları da bu şəkildə gizli inkişaf edir və gələcəkdə xəstəlikli meyvələr verir.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir.Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl d...
25/08/2021

Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir.Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar.Dağıdıcı düşüncələr əksən, negativ duyğular və dağıdıcı davranışlar əmələ gələr.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

*st

Əlaqə:📞+994 50 349 29 84📧 Email&Skype: aslanovagm@gmail.com📌Ünvan: Genesis PsychologyGenezis Psixologiya MərkəziDəmirçi ...
20/08/2021

Əlaqə:
📞+994 50 349 29 84
📧 Email&Skype: aslanovagm@gmail.com
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

*st

Hər ayın sonunda psixoloji dəstəklə əlaqədar özümə edilən müraciətləri təhlil edirəm. Cəmiyyətdəki sosial problemlərə uy...
18/08/2021

Hər ayın sonunda psixoloji dəstəklə əlaqədar özümə edilən müraciətləri təhlil edirəm. Cəmiyyətdəki sosial problemlərə uyğun olaraq müraciətlərin məzmunu da dəyişir. Məsələn, imtahan ərəfəsidirsə imtahan stresi, dərs ilinin başlanğıcıdırsa məktəb fobiyaları, öyrənmə çətinlikləri, havalar boz keçirsə depressiv əhval-ruhiyyə məzmunlu müraciətlərin, psixoloji dəstək almaq istəyən şəxslərin sayı çoxalır. Bu dəfə isə diqqətimi çəkən başqa məqam oldu. Demə ki, cəmiyyətdə dəyişən sosial hadisələrdən, problemlərdən asılı olmayaraq uşaqların psixoloji cinsinin (gender identiklyi) müəyyən edilməsi, bu mövzuda çaşqınlıqların aradan qaldırılması ilə əlaqədar psixoloji dəstək almaq istəyən sabit əmsallı kütlə var. Yəni, cəmiyyətdə nə baş verməsindən, hansı problem yaşanmasından, hansı fəsil olmasından asılı olmayaraq bu problemlə əlaqədar müracət edənlərin sayında nisbət dəyişikliyi müşahidə edilmir.

Səbəb?

Böyük ehtimal ki, cəmiyyətdə qadın və kişi rollarının yaxınlaşması, qadının cəmiyyətdə rolunun inkişafı uşaqlara da təsirsiz ötüşməyib. Artıq qadınların sosial həyatı ailə qayğılarını çəkmək, “qadın layiq” fəaliyyət sahələrində çalışmaqla məhdudlaşmır. Qadınların da kişilər kimi sosial həyatı genişlənib, liderlik bacarıqları artıb. Yiyələndikləri ixtisasların siyahısı daha müəlliməlik, həkimliklə bitmir, müxtəlif sahələrdə menecmentə qədər dəyişir. Bütün bunlar isə ailə qayğılarının qadınlar və kişilər arasındakı bögüsündə də fərqliliyə gətirib çıxarıb. Həyat yoldaşının işdən onunla eyni və ya daha gec saatda qayıtdığını bilən kişi də tədricən ailə həyatında “kişi işi” sayılmayan işləri öz üzərinə götürdü. Bütün bunlar isə əlbəttə ki, yaşlıları müşahidə edən uşaqların oyunlarına əks olunur. Oyunda sürücü, polis olan balaca qızlara, gəlinciklərini yedirib, altını dəyişən balaca oğlanlara hamımız tez-tez rast gəlirik. Belə halı aşkarlayan valideyn narahat olur, mütəxəssisə müraciət edir.

Bəs nə etməli? Bu doğurdanmı bir təhlükədir?

Əvvəla, uşaqların müşahidə etdikləri, şahidi olduqları hər bir hadisəni oyunlarına daxil edərək oynamaları çox təbii hadisədir. Əlbəttə, uşağın psixoloji cinsi ilə əlaqdar çaşqınlığın olması, ümumiyyətlə bu sahədə probleminin olması həm valideyn, həm də uşağın özü üçün stress mənbəyidir. Valideyn bilmək istəyir ki, həqiqətənmi övladım gender identiklik pozuntusundan əziyyət çəkir? Yoxsa bu normal haldır? Onun gələcəkdə özünü hansı cins olaraq hiss edəcəyi, cinsi meylliliyi, homoseksual və ya heteroseksual olacağı ilə əlaqədar suallar axını beynini məşğul edir, cavablamaqda da aciz qalır.

Beyninizəki suallara aydınlıq gətirməyə çalışacağam. Gəlin, patologiyaya aydınlıq gətirməzdən öncə gender identikliyi (psixoloji cins, cins eyniləşdirməsi) nədir, onunla gender davranışı arasındakı fərq nədir sualının cavabını tapmağa çalışaq. Bəzən bu iki anlayış arasındakı sərhədi tapa bilməmək müəyyən çaşqınlığa səbəb olur.

Gender davranışı uşağın cinsə uyğun davranışlardır. Məsələn, qız uşağının üzünü təraş etməyə cəhd etməsi, oğlan uşağının makiyaj istifadə etməsi əks cinsə uyğun olan davranışlarıdır. Gender identikliyi isə onun özünü qız və ya oğlan kimi hiss etməsi, özünü hansı cinslə eyniləşdirməsidir.

“Psixoloji cins nə zaman bilinir” deyə düşünürsüz. Təhlükənin olub olmadığını bilmək üçün bu sualın da cavabıni nəzərdən keçirək.

Bioloji cins artıq ana bətnindən məlum olsa da, psixoloji cinsi təyin etmək üçün zamana ehtiyac var. 3 yaşını tamamlamamış uşaq “mən oğlanam” və ya “qızam” deyirsə bu yalnız qeyri-ixtiyari şəkildə deyilmiş cümlələrdir. 3 yaşından əvvəl uşağın psixoloji cinsi mövcud olmur, buna görə də özünü qız və ya oğlan olaraq hiss etməsi mümkün deyil. Hər hansı cinsə uyğun davransa da, özünü həmin cinsdən hiss edə bilməz.

3 yaşdan etibarən uşaq cinsi fərqliliyini yəni, özü ilə qarşı cins arasında bir fərq olduğunu anlayır və psixoloji cins də bunun əsasında inkişaf etməyə başlayır. Bu dövrdə artıq cinsə uyğun davranışlar da ayırd edilə bilir.

3 yaş öncəsi uşaqlar rəngarəngliyə meylli olurlar. Bu yaşda oğlanların makiyaj dəstinə, gəlinciklərə olan meylləri psixikanın strukturu baxımından çox normaldır. 3 yaş sonrası isə psixoloji cinsinin fərqinə vardıqca model olaraq gördükləri cinsin davranışlarını mənimsəyirlər. Zaman keçdikcə uşağın seçdiyi oyunlar və oyuncaqlar cinsinə uyğunlaşır. Demək, uşağın müşahidə etdiyi hadisələri öz oyununa daxil etməsi, xüsusən də bu 3 yaşdan öncədirsə əsk cinsə aid hadisələri də oynaması normal haldır.

Bütün bunlar normaldırsa bəs psixoloji cinslə əlaqədar çaşqınlıq nədir, o necə yaranır?

3 yaşdan sonrakı mühüm bir mərhələdə bəzi nüanslar nəticəsində uşaqlarda gender rolları, identikliyi ilə əlaqədar çaşqınlıq yarana bilər. Bu çaşqınlığa səbəb olan risk amillərinə aiddir:

• Ailə övladını qarşı cins olaraq dəyərləndirir, uşaqda buna uyğun davranışlar formalaşdırır;

• Uşaq öz cinsinə uyğun model tapa bilmir və ya model kimi qəbul etdiyi şəxs öz cinsinə uyğun davranmır;

• Ailədə avtoritet, hakimiyyət qarşı cinsdən olan şəxsə məxsusdur;

• Uşaq anaya ifrat şəkildə bağlıdır.

Belə bir dövrdə qız kimi g*yindirilən, ata ilə əlaqəsi zəif olan, kişiyə xas hərəkətlər etdikdə dəcəllikdə ittiham olunan oğlan uşağı təsəvvür edin. Bu uşaqda cinsi ilə əlaqədar bir çaşqınlıq yaranmazmı?

Bəs davranış gender identikliyinə (psixoloji cinsə) keçirmi?

Yəqin ki, yuxarıda davranış və identiklik arasında olan fərqlə əlaqədar qeydim gözünüzdən qaçmayıb. Baxın, uşaqda cinsi davranışı ilə əlaqədar çaşqınlıq yaranarsa, qarşı cinsin davranışlarını təkrarlayarsa zaman keçdikcə bu onun psixoloji cinsində, psixoloji cinsi ilə əlaqədar təsəvvürlərində bir çaşqınlıq yarada bilər. Bir insan başqalarına qarşı mütəmadi olaraq kobud şəkildə davranırsa zaman keçdikcə özünü kobud insan olaraq hiss etməsi normaldır. Eləcə də yardımsevərliyi bir davranışa çevirən şəxs özünü xeyirxah biri olaraq hiss edir. Bu səbəbdən də qarşı cinsin davranışlarını vərdişə çevirən bir uşağın özünü qarşı cins olaraq hiss etməyə başlaması qaçılmazdır.

Vəziyyət çox ciddidir?

Uşağının cinsinin formalaşması mərhələli prosesdir. Əlbəttə ki, oğlan uşağı öz-özlüyündə gəlinciklə oynayırsa bu narahatlıq üçün əsas deyil. Əgər ki,

• Uşaq təkrar-təkrar özünün qarşı cins olmaq istəyini ifadə edir və ya qarşı cins olduğunu israrlı şəkildə bildirirsə;

• Qarşı cinsə aid g*yimlər seçirsə; güçlü şəkildə qarşı cinsin oyunlarını və rollarını mənimsəyir və ya qarşı cinsin üzvü olduğuna aid bitmək bilməyən xəyallar qurursa;

• Qarşı cinsin streotipik oyunlarına qatıla bilmək üçün güclü istəyi varsa;

• Oyun oynadıqda tərəfdaşlarını və dostlarını israrla qarşı cinsdən seçirsə vəziyyəti patoloji olaraq dəyərləndirmək üçün kifayət qədər əsas var.

Hormonlar yoxsa psixoloji amillər Gender İdentikliyi Pozuntusunun yaranmasına səbəb olur? Bətndaxili inkişafda beynin formalaşması mərhələsində hormonlarda olan dəyişikliklər Gender İdentikliyi Pozuntusu üçün əsas ola bilər. Hesab edin ki, hormonlar ilkin təbii şərt, psixoloji amillər isə hərəkətverici qüvvədir.

Bəs müraciət etdiyiniz psixoloq bu halda nə edəcəkdir?

Bu istiqamətdə fikirlər ikiyə haçalanır. 1973-cü ildə Amerika Psixiatrlar Birliyi homoseksuallığı DSM-3-dən çıxararaq bir xəstəlik hesab etmədiyini bildirdi. Gender İdentiklik Pozuntusunun da bir xəstəlik hesab edilib edilməməsi elm müstəvisində artıq müzakirə mövzusuna çevrilib. Gender İdentiklik Pozuntusunun xəstəlik olmadığını hesab edənlərin əsas arqumenti odur ki, bu uşaqların yeniyetməlikdə öz cinsinə seksual meylləri olacaq, homoseksuallıq isə xəstəlik hesab edilmir. Həmçinin, bu yanaşmanın tərəfdarları hesab edirlər ki, onlar öz hiss etdikləri cinslərini sevirlər və rahatdırlar, onlara narahatlıq yaradan isə cəmiyyət olduğu üçün dəyişən də cəmiyyət olmalıdır. Əks mövqedə olanlar isə razılaşmır. Arqumentləri odur ki, ayrılıq təşvişli uşaq da ana yanında olarkən, yəni mühit onun istədiyi kimi olarkən özünü yaxşı hiss edir, bu məntiqlə ayrıqlıq təşvişi də pozuntu hesab edilməməlidir. Əlavə olaraq onu da qeyd edirlər ki, məhz yad bədənə aid ruh daşıdıqları üçün bu şəxslər xəstə hesab olunmalıdır. Məsələnin dolaşıqlığı Gender İdentikliyi Pozuntusunun müalicəsinə də təsirsiz ötüşməyib.

Birincilər yəni, LGBT (le***an, g*y, bisexual, tr*******al) meylli cəmiyyətlərdən olan mütəxəssislər hesab edirlər ki, bu uşaqlara yeniyetməlik dönəminə qədər heç bir müdaxilə olunmamalı, psixoloji cinslərinin dəyişdirilməsi istiqamətində heç bir psixoloji iş aparılmamalı, yeniyetməlik mərhələsinə qədər oyun terapiyası vasitəsilə uşaq müşahidə edilməlidir.Yalnız hormonal inkişafının zirvəsinə, yəni yeniyetməlik dövrünə qədər oyun terapiyaları vasitəsilə müşahidə olunmalıdırlar, hormonların diktəsindən sonra necə davranmağa qərar vermək olar. Əks cəbhədən olan mütəxəssislər isə, uşağın bioloji cinsinə uyğunlaşdırılması istiqamətində risk amillərini aradan qaldırmaqla davranışçı, oyun və ailə terapiyaların aparılmasını tövsiyə edirlər.

Həlli varmı?

Psixoloq uşaqda mühit şərtlərinin təsiri nəticəsində psixoloji cinsi ilə əlaqədar çaşqınlıqmı yaranıb, yoxsa uşaq hər hansı zorakılıq qurbanı olduğu üçün belə davranır, və ya bu davranışlar ailədaxili problemlərə qarşı bir etirazdırmı suallarının cavabını ailə, oyun, davranışçı terapiyaların tətbiqi vasitəsilə aşkarlamağa və risk faktorlarını önləməyə çalışacaq.

Lakin uşaq həqiqətən də qarşı cinsə aid xüsusiyyətlərə malikdirsə psixoloji iş bir məqamdan sonra ailəyə situasiyanı qəbullanmaq istiqamətində dəstək olmağa istiqamətlənəcək. Bu istiqamətli iş uşağın daha az zərər çəkməsinə səbəb ola bilər. Bu halda uşağa qarşı zor tətbiqi, onu bu davranışdan çəkindirmək üçün hər hansı məcburiyyətlərin yaradılması xoşagəlməz nəticələr verə bilər. Məsələnin kökünü aşkarlamaq üçün məcburiyyətə deyil, anlamağa üstünlük verməyiniz tövsiyə edilir.

Əlaqə:
📞+994 50 349 29 84
📧 Email&Skype: aslanovagm@gmail.com
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

*st

Təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda...
16/08/2021

Təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq.

Əlaqə:
📞+994 50 349 29 84
📧 Email&Skype: aslanovagm@gmail.com
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

*st

Daha yaxşı bir həyat axtarmaq yoxsa həyatdan ayrılmaq? Bu film olduqca mübahisəli bir reaksiyaya səbəb oldu. Kimsə böyük...
09/08/2021

Daha yaxşı bir həyat axtarmaq yoxsa həyatdan ayrılmaq? Bu film olduqca mübahisəli bir reaksiyaya səbəb oldu. Kimsə böyük, dərin bir məna gördü, kimsə, əksinə, tamamilə cəfəngiyatdı dedi. Filmin süjeti qəhrəmanın həyatının fəlakətli ssenarisini görməyə imkan verir - keçmiş bir pilot, ailəsi ilə birlikdə yaşayır, qarğıdalı yetişdirir. İnsanlığın qurtuluşu ideyaları ilə, başqalarının vədləri ilə bir anda dünyadakı həyatı, öz dünyasında, sevdikləri ilə birlikdə tərk edir və başqa planetlərdə həyat axtarmaq üçün uçur. Heç bir şey tapmır, amma eyni zamanda çətin, problemli olsa da, özünə aid olan dünyasını itirir. Fermasındakı həyat sona çatır, uşaqlar qocalır və ölür. Yer üzündə olan hər şey itir. Səyahəti ona zövq və xoşbəxtlik gətirirmi? Xeyr. Qalaktikalararası uçuşlarda həmişə xatirələrdən əziyyət çəkir, uşaqların və köhnə həyatının həsrətini çəkir.
Nəticədə bütün dostlar ölürlər, finalda yalnız cansız əşyalar - hələ də sığınacaq tapmaq ümidi ilə uçduğu bir robot, ulduz gəmisi və kosmos qalır.
Uşaqlar da ömrünü atasız keçirir və əgər böyük oğlu reallığa güvənərək onu yaradırsa - ailəsi, öz uşağı varsa, öz torpağında işləyirsə, kiçik qızı həqiqi münasibətlərdən deyil, onun haqqında fərziyyələrdən atasının varlığını qururdu. Onlarda o, gah p*s, gah yaxşı, ya xain, ya da xilaskar kimi görünürdü - fantaziyalarından yaranan və başında sonsuzca dönən bu "filmi" bütün həyatına yansayırdı.
Əslində, o da atası kimi gerçəkliyə deyil, əslində sahib olduqlarına, görə bildiklərinə və hiss edə biləcəyinə deyil, mifə inanaraq həyatını yaradırdi...

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

Zorakılığa məruz qalan uşaqlar müxtəlif fiziki, neyronal və psixoloji problemlərlə üzləşə bilərlər. Fiziki problemlərin ...
08/08/2021

Zorakılığa məruz qalan uşaqlar müxtəlif fiziki, neyronal və psixoloji problemlərlə üzləşə bilərlər. Fiziki problemlərin arasında qarın ağrısı, baş ağrısı, yatağını islatma və bədənin streslə mübarizəsini göstərən anormal hormon dəyişiklikləri kimi problemlər yer alır.
Zorakılığa məruz qalan uşaqlar, aşırı təşviş, sosial çəkinmə, sosial, idrak və emosional inkişafda gecikmə, məktəbdə zəif performans, diqqət problemləri və kabuslar da daxil olmaqla müxtəlif psixoloji problemlərlə qarşılaşırlar. Qəzəbli üz ifadələrinə daha çox reaksiya verə bilər, neytral üzlərdə qəzəb görür, xoşbəxt və kədərli üzləri ayırd etməkdə çətinlik çəkə bilərlər. Onlar yeniyetməlik illərində aşağı özgüvən, depressiya, yalnızlıq, intihar, dostları ilə fikir ayrılığı və qanun pozuntusu kimi problemlərlə üzləşirlər.
Tədqiqatçılar zorakılığa məruz qalan uşaqlarda təcavüzün beyin inkişafına və neyron funksiyalarına mənfi təsir göstərə biləcəyini aşkar ediblər. Mənfi təsirlərə anormal beyin funksiyasını göstərən anormal beyin dalğaları, emosional işarələrin tanınması və işlənməsindən məsul beyin bölgələrinin (amigdala və hipokamp) kiçilməsi, sağ və sol yarımkürələr arasında sinir məlumatı ötürən böyük lif bandının (korpus kallosum) daralması daxildir.
Cinsi istismara məruz qalan uşaqlar üzərində aparılan tədqiqatlar göstərir ki, zorakılıq dayandırıldıqdan 12-18 ay sonra uşaqların 55-65% -ində simptomlar azalır, amma 10-24% -də simptomları p*sləşir. Ən yaxşı sağalma göstərən uşaqlar, analarından çox güclü dəstək və diqqət alanlar idi.
Koqnitiv-davranışçı terapiya və valideynlik təhsili proqramlarından istifadə edən bəzi terapiya proqramlarının uşaq istismarını azaltmaqda nisbətən uğurlu olduğu təsbit edildi. Adətən bu proqramların ən azı iki məqsədi var.
1. Valideynlərin şəxsi problemlərinin aradan qaldırılması
2. Valideyn-uşaq münasibətlərinin dəyişdirilməsi

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

Özünüzün hansı hissənizi ətrafdan gizlədirsiniz? Bu hissəniz etiraf edilməyi, qəbul olunmağı və sevilməyi arzulayır. Ona...
05/08/2021

Özünüzün hansı hissənizi ətrafdan gizlədirsiniz? Bu hissəniz etiraf edilməyi, qəbul olunmağı və sevilməyi arzulayır. Ona şəfqət və anlayışla toxunmağa çalışın.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

Eləcə də yuxunun kəsilməsinə səbəb olur və yuxuda qalmağı çətinləşdirir.⠀Əlaqə:📞+994 50 349 29 84📌Ünvan: Genesis Psychol...
01/08/2021

Eləcə də yuxunun kəsilməsinə səbəb olur və yuxuda qalmağı çətinləşdirir.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

-Edilən yalnışların təkrar edilməsi və dərs çıxarılmaması.-Uşaqlıqdan və ya yeniyetməlik dövründən indiyə kimi davam etm...
29/07/2021

-Edilən yalnışların təkrar edilməsi və dərs çıxarılmaması.
-Uşaqlıqdan və ya yeniyetməlik dövründən indiyə kimi davam etməsi.
-Cəmiyyət içərisində diqqəti cəlb edən pozuntuların və şiddətli sıxıntıların ortaya çıxması.
-Cəmiyyət normalarına əks davranış göstərməsi.
-Davranış nümunələrinin mənimsənilmiş olması və dəyişdirilmək istənməməsi;
bəzəndə mənimsənilməsə də
dəyişdirilmək istənməməsi.
-Özünü çevrəyə deyil, çevrəni özünə uyğunlaşdırmağa çalışması.
-İnsanın idrak qabiliyyətində sadə emosiya və düşüncə quruluşunda diqqət cəlb edən pozuntu olmaması.

Əlaqə:
📞+994 50 349 29 84
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti

___

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994503492984

Website

Alerts

Be the first to know and let us send you an email when Genesis Psychology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Genesis Psychology:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram