Yeni Klinika

Yeni Klinika Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Azərbaycan və Avstriya mütəxəssislərinin iştirakı ilə beynəlxalq insult konfransı keçirilibYeni Klinikada “CREGS (Cerebr...
27/01/2026

Azərbaycan və Avstriya mütəxəssislərinin iştirakı ilə beynəlxalq insult konfransı keçirilib

Yeni Klinikada “CREGS (Cerebrolysin Registry Study in Stroke) beynəlxalq tədqiqatı: Azərbaycanın iştirakı və klinik nəticələr” adlı konfrans baş tutub.

Konsfransda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, Avstriyanın “Landesklinikum Amstetten” xəstəxanasının Nevrologiya şöbəsinin rəhbəri Milan Vosko, neyrocərrah, professor Axel Kohlmertzın və Bakı Sağlamlıq Mərkəzinin İnsult Mərkəzinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova iştirak edib.

Açılış nitqi ilə çıxış edən P.Əkbərov TƏBİB tərəfindən insult xəstələrinin erkən aşkarlanması, operativ yönləndirilməsi, ixtisaslaşmış müalicəsi və reabilitasiyasını əhatə edən yeni layihəni iştirakçıların diqqətinə çatdırıb.

İcraçı direktorun müşaviri yeni layihə çərçivəsində I səviyyə kimi Yeni Klinikanın, II səviyyə kimi Kliniki Tibbi Mərkəzin, III səviyyə kimi isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli şəhər xəstəxanasının (Şimal qapısı) və Salyan Rayon Mərkəzi Xəstəxanasının (Cənub qapısı) təyin edildiyini bildirib.

O, vahid milli “Stroke Care” layihəsinin əsas məqsədinin vaxt itkisini minimuma endirməklə, ölüm və əlillik göstəricilərinin azaldılması, eyni zamanda regionlar ilə ixtisaslaşmış tibb mərkəzləri arasında koordinasiyanın gücləndirilməsi olduğunu bildirib.

Beynəlxalq əlaqələr departamentinin rəhbəri F.Mahmudova TƏBİB nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, həkimlərin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə təcrübə proqramlarının təşkili istiqamətində əməkdaşlıq imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb. O, bu cür beynəlxalq əməkdaşlıqların ölkədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Tədbir çərçivəsində insultun müasir müalicə və reabilitasiya yanaşmaları, elmi tədqiqatların klinik praktikaya təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

İnsult üzrə mütəxəssis Pərvin Allahyarova “CREGS – yerli təcrübə” mövzusunda çıxış edərək tədqiqat çərçivəsində əldə olunan yerli klinik nəticələr və onların praktik tətbiqi barədə məlumat verib.

Avstriyalı mütəxəssis Milan Vosko isə “Orta dərəcəli kəskin işemik insultda Cerebrolysin preparatının müqayisəli effektivliyi üzrə beynəlxalq, yüksək keyfiyyətli tədqiqat” mövzusunda təqdimatla çıxış edərək metodologiya, əsas nəticələr və klinik əhəmiyyət barədə ətraflı məlumat paylaşıb.

Sual-cavab sessiyası ilə başa çatan konfrans iştirakçılara mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, təcrübələrini bölüşmək və aktual suallarını müzakirə etmək imkanı yaradıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hə...
27/01/2026

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda mətbuat konfransı keçirib.

Z.Əliyev bildirib ki, 2025-ci ildə icbari tibbi sığortadan istifadə səviyyəsində artım müşahidə olunub. Onun sözlərinə görə, ötən il ərzində əhalinin 54 %-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb. Bu isə icbari tibbi sığorta sisteminə marağın və etimadın ildən-ilə artdığını göstərir.

2025-ci ildə icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alan pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 4 % artım deməkdir. Müraciətlərin sayı isə 15,8 milyon olub. Eyni zamanda, ötən ilin ilk 9 ayında göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə təxminən 9 %-ə yaxın artım deməkdir.

İdarə Heyətinin sədri bildirib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər gündəlik və zəruri tibbi ehtiyaclarla bağlıdır. Belə ki, müraciətlərin ilk sırasında ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlər yer alır.

Zaur Əliyev özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadənin artdığını da diqqətə çatdırıb. 2025-ci ildə özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da 2024-cü il ilə müqayisədə təxminən 9 % artım deməkdir.

Sədr həmçinin Xidmətlər Zərfinə əlavə edilən yeni tibbi xidmətlər və resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə məlumatları açıqlayıb. O bildirib ki, Xidmətlər Zərfinə anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə 3 yeni tibbi xidmət daxil edilib.

Sədrin sözlərinə görə, Azərbaycanda ölüm riskinin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir: “Buna görə də biz ilkin mərhələdə bu xəstəliklərin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziyanın müalicəsinə xüsusi diqqət yetiririk. Bu məqsədlə antihipertenziv dərman vasitələri icbari tibbi sıorta hesabına qarşılanacaq”.

Sonda sədr vurğulayıb ki, 2025-ci il ərzində Agentliyin Çağrı mərkəzinə ümumilikdə 230 minə yaxın zəng daxil olub. Zənglərin əsas hissəsi göndərişlər, müayinə və müalicə, dərman və tibbi sərf məsələləri ilə bağlı olub. Daxil olan zənglərin 97 %-i dərhal cavablandırılıb ki, bu da Çağrı mərkəzinin operativliyinin göstəricisidir. O, həmçinin, əlavə edib ki, son illər Çağrı mərkəzinin fəaliyyəti təkmilləşdirilib və xidmətlərin qiymətləndirilməsi mexanizmi tətbiq olunub. Belə ki, 52 mindən çox zəng üzrə aparılan qiymətləndirmə nəticəsində vətəndaşların 87 %-i Çağrı mərkəzinin fəaliyyətini 4 və 5 balla dəyərləndirib. Bu da Agentlik üçün vətəndaş məmnuniyyətinin və göstərilən xidmətlərin daha da yüksəldilməsi baxımından mühüm göstəricidir.

Mətbuat konfransının sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri jurnalistlərin suallarını cavablandırıb.

26/01/2026

İlk dəfə robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı icra edilən pasiyent əməliyyatdan sonra vəziyyəti ilə bağlı açıqlama verərək sürətli reabilitasiya prosesindən danışıb.

Əməliyyatı icra edən Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov və ümumi cərrah Möhsüm Əsgərov “AZTV Xəbər”ə müsahibə verərək əməliyyatın gedişi və üstünlükləri haqqında məlumat veriblər.

CBC FM radiosunda yayımlanan, Yeni Klinikanın əməkdaşı Eyyub Məmmədoğlunun təqdim etdiyi “Həkim vaxtı” verilişinin növbə...
26/01/2026

CBC FM radiosunda yayımlanan, Yeni Klinikanın əməkdaşı Eyyub Məmmədoğlunun təqdim etdiyi “Həkim vaxtı” verilişinin növbəti buraxılışının qonağı Yeni Klinikanın həkim ümumi cərrahı, bariatrik və metabolik cərrahiyyə uzmanı Ayxan Abbasovdur.

Uzm. Dr. Ayxan Abbasov veriliş zamanı mədə kiçiltmə əməliyyatının faydaları, prosedurun gedişatı və nəticələri barədə ətraflı məlumat verib. Həmçinin, əməliyyatdan öncə və sonra pasiyentlərin diqqət etməli olduğu əsas məqamları izah edib.

Aparıcı: Eyyub MəmmədoğluQonaq: Bariatrik və metabolik cərrahiyyə uzmanı Ayxan Abbasov ...

23/01/2026

Yeni Klinikada uğurla başa çatan ilk robotik cərrahi əməliyyatın ardınca TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilərin iştirakı ilə media nümayəndələri üçün brifinq keçilib.

Brifinqdən və eləcə də icra olunan ilk robotik cərrahi əməliyyatdan bəhs edən videoxülasəni təqdim edirik.

Qeyd edək ki, əməliyyat olunan pasiyent bu gün artıq evə buraxılıb.

23/01/2026

Ötən gün Yeni Klinikada baş tutan ilk robotik cərrahi əməliyyatdan əvvəl həyata keçirilən hazırlıq prosesini təqdim edirik.

Tibb müəssisəsində “Medbot” robotik cərrahi platforması belə quraşdırılıb.

Bu platforma yüksək dəqiqlik, təhlükəsizlik və effektivlik standartlarına cavab verən, müasir texnologiyalar əsasında hazırlanan qabaqcıl cərrahi sistemdir.

Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıbTibb müəssisələrində xidmətlərinin keyfiyyətinin yüksəldil...
22/01/2026

Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıb

Tibb müəssisələrində xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, innovativ tibbi həllərin tətbiqi, ən son tibbi texnologiyaların və cərrahi xidmətlərin ölkə səhiyyəsinə qazandırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Bu tibb müəssisəsinin müasir səhiyyə texnologiyalarının ən son nailiyyətlərindən biri olan “Medbot” robotik cərrahi platforması ilə tam təmin olunmasın, sistemin istismara verilməsi və kadr peşəkarlığının artırılması nəticəsində mümkün olub.

“Medbot” robotik cərrahiyyə sistemi yüksək dəqiqlik, təhlükəsizlik və effektivlik standartlarına cavab verən, müasir texnologiyalar əsasında hazırlanan qabaqcıl bir platformadır. Bununla yanaşı, sistem cərrahi koaqulyator və yüksək keyfiyyətli robotik cərrahi əl alətləri ilə təchiz olunub ki, bu da müxtəlif növ əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına geniş imkanlar yaradır. Sisteminin ən mühüm üstünlüklərindən biri onun uzaqdan idarəetmə və beynəlxalq texniki dəstək moduluna malik olmasıdır.

Robotik cərrahi əməliyyat tibb müəssisəsinə öd kisəsinin polipozu diaqnozu ilə müraciət edən 2003-cü il təvəllüdlü pasiyent (kişi) üzərində həyata keçirilib və robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.

Cərrahi müdaxilə robotik əməliyyatın əsas icraçısı — konsol cərrahı, Yeni Klinikanın Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov və xəstə tərəfi assistent (Patient Side Assistant), əməliyyat masası yanında olan ümumi cərrah Möhsüm Əsgərov tərəfindən icra edilib.

Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini — kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları — joystiklər vasitəsilə dəqiqliklə icra edir.

Qeyd edək ki, robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş və dəqiq görüntü imkanları, yüksək manevr qabiliyyəti təqdim edir. Bu texnologiya əməliyyat zamanı dəqiqliyin artmasına, toxumalara minimal zədələnməyə, pasiyentin daha sürətli bərpasına və ümumilikdə müalicə nəticələrinin yaxşılaşmasına əhəmiyyətli töhfə verir.

Robotik cərrahi əməliyyatlarda istifadə edilən müasir texnoloji avadanlıqlar artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Yeni Klinikada bu sistemlə əməliyyatlara rəhbərlik edəcək həkim heyəti xarici ölkələrdə ixtisaslaşmış təlim və kurslardan keçmiş, robotik cərrahiyyənin texniki və kliniki istismarına tam şəkildə yiyələniblər. Bu isə həyata keçiriləcək əməliyyatların beynəlxalq standartlara uyğun və yüksək peşəkarlıq səviyyəsində icra olunmasına tam zəmanət verir.

Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşki...
21/01/2026

Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşkil olunub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin ilkin səviyyəli İnsult Mərkəzi kimi sertifikasiyadan keçirilməsi, eyni zamanda Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşkil olunub.

Bu istiqamətdə Yeni Klinikada İnsult mərkəzlərinin fəaliyyətinin mövcud normativ tələblərə uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə müvafiq mövzularda nəzəri və praktik sessiyalar keçirilib.

Təlimdə Salyan Rayon Mərkəzi Xəstəxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və Klinik Tibbi Mərkəzin həkim-nevroloqları, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər iştirak ediblər.

3 gün davam edən təlim çərçivəsində kəskin insultun təcili yardıma qədər və təcili yardım mərhələsində dəyərləndirilməsi, TPA (Toxuma Tipli Plazminogen Aktivatoru) müalicəsi, TPA sonrası qanamalara yanaşma, tromboektomiyaya hazırlıq və gec trombektomiya, “wake-up stroke” hallarında yanaşmalar, udma refleksinin qiymətləndirilməsi, eləcə də GUSS və FEES testləri mövzularında nəzəri biliklər təqdim edilib. Bununla yanaşı, akut işemik insultda trombolitik müalicəyə dair praktik təlimlər də təşkil olunub.

Təlimlər Yeni Klinikanın İnsult mərkəzinin şöbə müdiri, həkim-nevroloq Minarə Çərkəzzadə, həkim-nevroloqlar Könül Əhmədova, Xəyalə Ağamirzəyeva, Səbinə Tağıyeva, Ülkər Mirzəzadə, Münəvvər Muxtarova, həmçinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Fəxriyyə Quliyeva və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Aysel Həsənova tərəfindən keçirilib.

Sonda TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərovun təlim iştirakçıları ilə görüşü keçirilib. Görüş zamanı P.Əkbərov insult (stroke) xəstələri üçün vahid, inteqrasiya olunmuş tibbi yardım şəbəkəsinin yaradılmasına həsr olunmuş geniş təqdimatla çıxış edib.

Təqdimat zamanı P.Əkbərov TƏBİB tərəfindən insult xəstələrinin erkən aşkarlanması, operativ yönləndirilməsi, ixtisaslaşmış müalicəsi və reabilitasiyasını əhatə edən vahid milli “Stroke Care” modelinin yaradılması istiqamətində yeni layihəni iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, layihənin əsas məqsədi vaxt itkisini minimuma endirməklə ölüm və əlillik göstəricilərinin azaldılması, eyni zamanda regionlar ilə ixtisaslaşmış tibb mərkəzləri arasında koordinasiyanın gücləndirilməsidir.

İcraçı direktorunun müşaviri yeni modelin üç səviyyədən — “Stroke Ready Hospital” (regional giriş qapıları), “Stroke Hospital” (şəhər səviyyəsində əsas müalicə mərkəzləri) və “Stroke Advanced Hospital” (milli koordinasiya və referans mərkəzi) — ibarət olduğunu qeyd edib. O bildirib ki, milli səviyyədə koordinasiya funksiyasını Yeni Klinika həyata keçirəcək.

Vurğulanıb ki, Yeni Klinikada 24/7 rejimində yüksək səviyyəli diaqnostika, kompleks insult müalicəsi, “Tele-Stroke Hub”, eləcə də “post-stroke advanced” və robotik reabilitasiya xidmətləri təqdim olunacaq.

Regionlarda isə erkən aşkarlama və sürətli yönləndirmə mexanizmləri tətbiq ediləcək. Layihə çərçivəsində vahid xəstə axınının idarə olunması, tibbi heyət üçün müntəzəm təlimlər, telekonsultasiya imkanları və keyfiyyətə nəzarət sistemlərinin yaradılması nəzərdə tutulur.

P.Əkbərov qeyd edib ki, TƏBİB-in səhiyyə islahatlarına tam uyğun olan bu layihə ölüm və əlillik göstəricilərinin azalmasına, tibbi xidmətlərin keyfiyyətinin standartlaşdırılmasına, eyni zamanda dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq.

Yeni Klinikada “İnklüzivliyin Sirri 6” konfransı baş tutubYeni Klinikada ‘Bayraqdar’ İctimai Birliyi və ‘Inclusive Organ...
20/01/2026

Yeni Klinikada “İnklüzivliyin Sirri 6” konfransı baş tutub

Yeni Klinikada ‘Bayraqdar’ İctimai Birliyi və ‘Inclusive Organization Company’nin təşkilatçılığı əsasında inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədilə, 20 Yanvar şəhidlərinə həsr olunmuş ‘İnklüzivliyin Sirri 6’ adlı konfrans baş tutub.

Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Yeni Klinika, “Ümidlə Gəl” xeyriyyə layihəsi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və "Hera" Ailə Naminə İctimai Birliyinin rəsmi tərəfdaşlığı keçirilən konfransda millət vəkilləri, ictimai birlik nümayəndələri, hərbçilər, valideynlər, həmçinin müxtəlif istiqamət üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqləri ilə Bayraqdar İB-nin sədri, Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Nərmin Kazımova, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, polkovnik-leytenant Anar Həsənov, “Ümidlə Gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev, “Inclusive Organization Company”nin təsisçisi və rəhbəri İbrahim Məmmədov çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

İki paneldən ibarət olan forumun birinci hissəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, “Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi” İB-nin sədr müavini Ramin Şirinov, V çağırış Milli Məclisin deputatı, Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova və Yeni Robotik Reabilitasiya Mərkəzinin əməkdaşı, uzman fizioterapist Nəzrin Əsədli mövzu ətrafında çıxış ediblər.

Valideynlərə həsr olunmuş ikinci panelin rəsmi hissəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib. Paneldə şəhid qızı, Esminur Tədris Mərkəzinin rəhbəri Esmira Hüseynova, Fiziki məhdud şəxslər qrupunun rəhbəri Arzu Mirzəyeva, “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Şəhla Mirzəməmmədova, valideyn Şəfa Eynullayeva, eləcə də sahə üzrə mütəxəssislər – loqoped-defektoloq Nuranə Kazımlı, psixoloq Gültəkin Qocayeva, terapevt Məryəm Həsənova, xüsusi pedaqoq Suğra Quliyeva, inklüziv modelyer Kübra Nuriyyeva inklüziv təhsil, reabilitasiya eləcə də sosial dəstək mexanizmləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

İnklüzivliyin təşviqi, cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilən konfransda aktual məsələlər səsləndirilib, mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb.

20 Yanvar – xalqımızın milli birlik, mübarizə və azadlıq iradəsinin simvoludur.Şəhidlərimizin əziz xatirəsini ehtiramla ...
20/01/2026

20 Yanvar – xalqımızın milli birlik, mübarizə və azadlıq iradəsinin simvoludur.

Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

19/01/2026
19/01/2026

Address

Bakı şəhəri, Nizami Rayonu, Heydər Əliyev Pr. 142
Baku
AZ1000

Telephone

+994125056231

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Klinika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yeni Klinika:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category