Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla yaxından əməkdaşlıq etmək, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Ombudsman Aparatında  könüllü qanvermə aksiyası təşkil olunub Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydə...
05/12/2025

Ombudsman Aparatında könüllü qanvermə aksiyası təşkil olunub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən uşaqların sağlam insan qanına ehtiyacını nəzərə alaraq dəfələrlə ictimaiyyətin diqqətini bu məsələyə yönəldib və müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirilib.
Növbəti qanvermə aksiyası “Konstitusiya və Suverenlik ili” çərçivəsində dekabrın 5-də Ombudsman Aparatında təşkil olunub.

Pirallahı rayonunda könüllü qanvermə aksiyası təşkil olunub  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan B...
02/12/2025

Pirallahı rayonunda könüllü qanvermə aksiyası təşkil olunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” PHŞ-nin “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq Pirallahı Rayon İcra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə qanvermə aksiyası keçirildi. Səhər saatlarından başlayan aksiya rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, o cümlədən rayon sakinlərinin yüksək fəallığı ilə müşahidə olundu.
Əsas məqsədi qanın komponentlərinə ehtiyacı olan şəxslərə dəstək olmaq, onların sağlamlığına töhfə vermək olan kampaniyada 145-dən çox könüllü donor qan verərək talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək olmuşdur. Aksiya zamanı yüksək təşkilatçılıq və təhlükəsizlik standartlarına riayət olunaraq qanvermə prosesi uğurla həyata keçirildi.

“Azpetrol” şirkətində könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən “Azpetro...
27/11/2025

“Azpetrol” şirkətində könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən “Azpetrol” şirkətində könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə" proqramı və "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil edilən aksiya talassemiyalı və hemofiliyalı şəxslərə dəstək məqsədi daşıyıb.




Tovuzda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tər...
26/11/2025

Tovuzda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tərəfindən Tovuzda könüllü qanvermə aksiyası keçirilib. Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada yüksək fəallıq nümayiş etdirilib. Toplanan qan talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Donorlara sonsuz təşəkkürümüzü bildiririk.




Zərdab rayonunda könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Mingəçevir bölməsi tə...
26/11/2025

Zərdab rayonunda könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Mingəçevir bölməsi tərəfindən Zərdabda könüllü qanvermə aksiyası keçirilib. Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olub.
Donorlara sonsuz təşəkkürümüzü bildiririk.




Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şəki...
26/11/2025

Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şəki bölməsi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə baş tutan aksiyada xəstəxana rəhbərliyi və əməkdaşları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak ediblər. Aksiyanın əsas məqsədi talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək göstərmək, onların müalicəsinə töhfə vermək olub.
Donorlara sonsuz təşəkkürümüzü bildiririk.




Fuad Resul

Bərdə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankını...
25/11/2025

Bərdə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Bərdə bölməsi tərəfindən Bərdə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən aksiyanın məqsədi talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək göstərmək olub.

Analoji aksiyalar digər regional “ASAN xidmət” mərkəzlərində də keçiriləcək.





Fuad Resul

İlk dəfə dəb nümayişi və konsert proqramı təşkil olunacaq3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə N...
25/11/2025

İlk dəfə dəb nümayişi və konsert proqramı təşkil olunacaq
3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Nizami Kino Mərkəzində “İnklüzivliyin Sirri 5” adlı Azərbaycanda ilk dəfə keçiriləcək inklüziv dəb nümayişi və konsert proqramı təşkil olunacaq.

Tədbir Inclusive Organization Company və Ümidlə Gəl xeyriyyə layihəsinin təşkilatçılığı, həmçinin Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Mədəniyyət Nazirliyinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi, Qərbi Azərbaycan Təravəti və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin rəsmi tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutacaq.

📅 Tarix: 3 dekabr
🕔 Saat: 17:00
📍 Məkan: Nizami Kino Mərkəzi
🎟️ İştirak ödənişsizdir
Fuad Resul

Abşeron rayonunda könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməsi tər...
24/11/2025

Abşeron rayonunda könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməsi tərəfindən Abşeron rayonunda könüllü qanvermə aksiyası keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş tutan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyatının artırılması məqsədilə təşkil olunub.





Fuad Resul

Gəncə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankını...
21/11/2025

Gəncə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tərəfindən 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən aksiyanın məqsədi talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək göstərmək olub.

Analoji aksiyalar digər regional “ASAN xidmət” mərkəzlərində də keçiriləcək.





Fuad Resul

Şirvanda könüllü qanvermə aksiyası təşkil olunub Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsi tərəfindən hem...
21/11/2025

Şirvanda könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsi tərəfindən hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən aksiyada şəhər ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.





Fuad Resul

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində könüllü qanvermə aksiyası Səhiyyə Nazirliyi Respublika...
20/11/2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində könüllü qanvermə aksiyası
Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə“ proqramı çərçivəsində baş tutan aksiya “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Tədbir qana ehtiyacı olan şəxslərə həyat bəxş edilməsi, eyni zamanda, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmləndirilməsi məqsədi ilə təşkil edilib.





Fuad Resul

Address

Bineqedi
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram